Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Moren nədir ?

Morenlər buzlağın gətirdiyi və çökdürdüyü süxur qırıntılarıdır. Morenlər iki qrupa bölünür : hərəkətdə olan Morenlər və çökmüş Morenlər.Dağ buzlaqlarında hərəkətdə olan Morenlər üst, daxili və dib Morenlərinə bölünürlər.

Morenlər buzlağın gətirdiyi və çökdürdüyü süxur qırıntılarıdır. Morenlər iki qrupa bölünür : hərəkətdə olan Morenlər  və çökmüş Morenlər.Dağ buzlaqlarında hərəkətdə olan Morenlər üst, daxili və dib Morenlərinə bölünürlər.Üst Morenlər dərənin yamacında buzlağın üstünə tökülən süxur qırıntılarıdır.Adətən üst Morenlər  buzlaq dilinin yanlarında toplanır  və yan Morenlər adlanır.Buzlaqlar  bir-birinə qarışdıqda onların yan morenləri birləşib aşağıda, buzlaq dilinin ortasında orta Morenlər əmələ gətirir.Buzlağın üstünə tökülmüş qırıntıların bir hissəsi yarıqlardan buzlağın içərisinə batır və daxili Morenlər əmələ gətirir.
Buzlağın altında, buzlağın hərəkəti zamanı yataqdan qoparılmış qırıntılardan dib Morenlər əmələ gəlir.


 Moren materiallarının qeyri-bərabər çökməsi,habeləbuzlaqların yeri eşib dağıtmasından alçaq-hündür, təpəlik-düzənlik relyef əmələ gəlir ki, belə relyefə moren relyefi və ya moren landşaftı deyilir.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget