Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Azərbaycanın Torpaq Örtüyü (8-ci sinif Dərslik)

Respublikamızda 1800-2000 m-dən yüksək olan sahələrdə dağ-çəmən torpaqları yayılmışdır. Bu torpaqlar subalp və alp çəmənlikləri altında inkişaf etmişdir. Ölkə ərazisinin 15%-ə qədərini bu torpaqlar tutur. Dağ-çəmən torpaqlarının ibtidai, torflu, çimli, yumşaq çimli yarımtipləri vardır. Bitki qalıqlarının soyuq və rütubətli havada tədricən çürüdüyü sahələrdə nazik torflu torpaqlar, bitki köklərinin çox inkişaf etdiyi sahələrdə isə çimli torpaq qatı yaranır.

Fiziki-coğrafi amillərin qarşılıqlı təsiri nəticəsində yaranan torpaq  qatı uzun sürən təbii proseslərin məhsuludur.  Azərbaycanın çox müxtəlif və zəngin  torpaq örtüyünün və ehtiyatlarının öyrənilməsində məşhur torpaqşünas alimlərdən S.A.Zaxarovun, H.Ə.Əliyevin,  V.R. Volobuyevin, M.Ə.Salayevim, K.Ə.Ələkbərovun və b.-nın böyük xidmətləri olmuşdur.  Təbii landşaftın başqa komponentləri kimi, dağlarda torpaq örtüyü də şaquli zonallıq qanununa uyğun olaraq dəyişilir. Düzənliklərdə dağların zirvələrinə doğru müxtəlif torpaq tipləri bir-birini əvəz edir.  İnsanlar torpaqıarı ən çox rəngləri ilə, bir də bitkilərlə (məsələn, çəmən, meşə və  s.) adlandırılırlar və tiplərə ayırırlar. Respublikamızda qara, qonur, qəhvəyi, şabalıdı (boz-qəhvəyi), sarı, dağ-çəmən, dağ-meşə, çəmən-meşə və s. torpaq tipləri olması müəyyən edilmişdir.  Torpaqda üzvi maddələr, yəni bitki və orqanizm qalıqları nə qədər çox olarsa, onların rəngi də bir o qədər qara tünd olar. Qara torpaqlar humus adlanan çürüntü 10-12%, qəhvəyi və qonur dağ-meşə torpaqlarında 5-10%, çabalıdı torpaqlarda 4-6%, boz-qonur və boz torpaqlarda 2-3%-ə qədər olur Göründüyü kimi, humusun miqdarı azaldıqca torpağın rəngi də dəyişir, tündlük azalır, açıq rəng artır.
1. Torflu dağ-çəmən. 2. Çimli dağ-çəmən. 3. Dağ-çəmən bozqır. 4. Qonur dağ-meşə. 5. Qəhvəyi dağ-meşə. 6. Sarı dağ-meşə və podzollaşmış sarı.  7. Dağ qara torpaqları. 8. Dağ tünd şabalıdı (tünd boz-qəhvəyi). 9. Şabalıdı və açıq şabalıdı (adi və açıq  boz-qəhvəyi). 10. Boz-qonur. 11. Şorakətvari boz-qonur. 12. Boz-çəmən və çəmən-boz. 13. Çəmən-meşə (tuğay). 14. Bataqlıq çəmən. 15. Şoranlıqlar. 16. Allüvial-çəmən. 17. Qumluqlar. 
Respublikamızda 1800-2000 m-dən yüksək olan sahələrdə dağ-çəmən  torpaqları yayılmışdır. Bu torpaqlar subalp və alp çəmənlikləri altında inkişaf etmişdir. Ölkə ərazisinin 15%-ə qədərini bu torpaqlar tutur. Dağ-çəmən  torpaqlarının ibtidai, torflu, çimli, yumşaq çimli yarımtipləri vardır. Bitki qalıqlarının soyuq və rütubətli havada tədricən çürüdüyü sahələrdə nazik torflu torpaqlar, bitki köklərinin çox inkişaf etdiyi sahələrdə isə çimli torpaq qatı yaranır.

Dağ-meşə torpaqları dağ-çəmən torpaqlarından aşağıda, 700-2000 m mütləq yüksəklikdə meşə bitkiləri altında əmələ gəlmişdir. Dağ-meşə torpaqları çürüntü ilə  zəngin olduğu üçün tünd-qonur rəngdədir.Rütubətsevən fıstıq və vələs meşələri altında qonur torpaqlar, iqlimin nisbətən quraq keçdiyi sahələrdə seyrək meşələr və kolluqlar altında qəhvəyi dağ-meşə torpaqları inkişaf etmişdir.Lənkəranın subtropik meşələrinin əsas torpaqları  sarı torpaqlardır.
Meşə zonasında ot bitkiləri altında qara və çürüntülü karbonatlı torpaqlar, kollu-otlu sahələrdə isə boz-qəhvəyi torpaqlar əmələ gəlir.
Qonur dağ-meşə torpaqlarında humusun miqdarı 7-8%, qəhvəyi dağ-meşə torpaqlarında isə 10-12% təşkil edir.Bu torpaqlar qida elementləri ilə yaxşı təmin olunduğu üçün böyük təsərrüfat əhəmiyyətinə malikdir.
Dağ-meşə torpaqlarından aşağıda – 400-800 m mütləq  yüksəkliklərdə mülayim-isti iqlimdə boz-qəhvəyi (şabalıdı) torpaqlar qurşağı yerləşir. Böyük və Kiçik Qafqazın dağətəyi hissələrində, Gəncə-Qazax düzündə, Acınohur-Ceyrançöl alçaqdağlığında bu torpaqlar 600 m-ə qədər mütləq yüksəklikdə, Naxçıvan MR-də 1000 m-dən də artıq yüksək sahələrdə yayılmışdır.
Respublikamızda bu torpaqların tünd (Böyük və Kiçik Qafqazın dağətəyi, Acınohur alçaqdağlığında) və açıq (Gəncə-Qazax, Qarabağ-Mil düzlərində) yarımtipləri var.Bu torpaqlar üzüm, günəbaxan, taxıl, tərəvəz bitkilərinin becərilməsi üçün əlverişlidir.
Dağ qaratorpaqları Böyük Qafqazın cənub-şərq yamaclarında (Şamaxı, İsmayıllı rayonları ərazisində), Kiçik Qafqazın şimal yamaclarında, xüsusilə Gədəbəy rayonunun ərazisində inkişaf etmişdir.Bu torpaqlar 700-800 m mütləq yüksəkliklərdən başlamış 1500-2000 m-ə qədər olan nisbətən hamar sahələrdə yayılmışdır.
Sarı torpaqlar rütubətli subtropik iqlim şəraitində Talış dağlarının ətəyində və Lənkəran ovalığında əmələ gəlmişdir.
Düzən torpaqları.   Boz-qonur  torpaqlar Qobustanda və Abşeron yarımadasında, Cənub-Şərqi Şirvanda və s. sahələrdə yayılmışdır.Onlar yarımsəhra və quru-çöl iqlimində əmələ gəlmiş və qida elementləri ilə zəif təmin olunmuşdur.Əsasən qış otlağı kimi istifadə olunur.
Şorakətli boz-qonur torpaqlar Abşeronun qərbində, Qobustanın cənubunda, Samur-sDəvəçi ovalığının cənub-şərqində inkişaf etmişdir.
Boz torpaqlar Kür-Araz ovalığında,Naxçıvan MR-də, əsasən efemer yarımsəhralarında  geniş yer tutur.Fiziki-coğrafi şəraitdən asılı olaraq respublikamızda tünd-boz, adi-boz, ibtidai-boz və s. yarımtipləri inkişaf etmişdir.İsti quru iqlim şəraitində əmələ gəlmiş bu torpaqda üzvi maddələr azdır.
Boz-çəmən torpaqları Şirvan, Mil, Qarabağ və Muğan düzlərində geniş sahə tutur.Kanallar vasitəsilə (hansı kanallar?) suvarılan bu torpaqlarda pambıq, taxıl və bol meyvə yetişdirilir.
Şoran torpaqlar Kür-Araz ovalığında, Abşeron yarımadasında,Şərur, Ordubad düzənliklərində talalar şəklində rast gəlinir. Şoran torpaqların yaranması Azərbaycanın aran rayonlarında duzlu (yüksək minerallaşmış) qrunt sularının səthə yaxın yerləşməsi ilə əlaqədardır.

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget