Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Azərbaycanın Bitki Örtüyü ( 8-ci sinif dərslik)

Dünyada təqribən 500 min. Qafqazda 6 min, Azərbaycan Respublikasında isə 4,3 minə qədər bitki növü vardır. Azərbaycanın bitki növləri dünya üzrə olan bitki növlərinin 0,84 %-ni, Qafqazın bitki növlərinin isə 66%-ni təşkil edir

Planetimizin həyatında bitki örtüyü böyük rol oynayır. Təkcə onu demək kifayətdir ki, bitkilər daima günəş enerjisinin təsiri ilə yüksəkkalorili qida maddələrinə, müxtəlif yanacaq enerjisinə çevrilirlər. Bitkilər planetimizin yaşıl örtüyüdür, bəşəriyyətin əsas qida mənbələrindən biridir.
Dünyada təqribən 500 min. Qafqazda 6 min, Azərbaycan Respublikasında isə  4,3 minə qədər bitki növü vardır. Azərbaycanın bitki növləri dünya üzrə olan bitki növlərinin 0,84 %-ni, Qafqazın bitki növlərinin isə 66%-ni təşkil edir.
  • 1. Subalp və alp çəmənləri. 2. Dağ fıstıq meşələri. 3. Dağ fıstıq və vələs-palıd meşələri. 4. Hirkan meşələri. 5. Ardıc-saqqızağacı seyrək meşələr. 6. Kolluqlar yerində mədəni və təkrar bitkilər. 7. Dağ kserofit bitkiləri. 8. Meşələrin və çəmənlərin yerində mədəni və təkrar bitkilər. 9. Yovşanlı-gəvənli yarımsəhralar. 10. Yovşanlı-şorangəli  yarımsəhralar. 11. Yovşanlı və yovşanlı-şorangəli  yarımsəhraların yerində mədəni və təkrar bitkilər. 12. Şorangəli və efemerli yarımsəhralar. 13. Düzən meşə və kolluqlar.
Respublikamızın bütün bitki növləri 125 fəsilədə və 930 bitki növləri cinsdə birləşmişdir ki, bu da Qafqazdakı fəsilələrin 80%-nə, cinslərin isə 72%-nə bərabərdir.
Dünyada yalnız Azərbaycan ərazisində bitən bitki (bunlar endemik bitkilər adlanır) növlərinin sayı 370-dən artıqdır. Endemik bitki növləri respublikamızın flora tərkibinin 9%-ə yaxınını təşkil edir. Naxçıvan MR və Talış dağlarındakı Zuvand çökəkliyi endemik bitkilərin çoxillik ot növləri ilə zəngindir.
Azərbaycan florası Üçüncü dövrün relikt (qalıq) bitkiləri ilə zəngindir. Onların əsas məskəni Talış dağları olsa da, bəzi növlərə respublikamızın digər sahələrində də rast gəlinir. Onlara dəmirağac, şabalıdyarpaq palıd, Lənkəran akasiyası, azat, qaraçöhrə, şümşad, Qafqaz xurması, bigəvər, Eldar şamı və s. misal ola bilər.
Düzənliklərdə, alçaqdağlıqda yarımsəhra, dağ-bozqır, dağ-kserofit bitkiləri, alçaq və ortadağlıqda meşə bitkiləri, yüksəkdağlıqda subalp və alp çəmənlikləri, uca dağ qayalıqlarında subnival bitkilər inkişaf edir.
Kür-Araz ovalığında, Naxçıvan MR-nin Arazboyu düzənliklərdə, Abşeron yarımadasında, Qobustanda, Samur-Dəvəçi ovalığında, Acınohur-Ceyrançöl alçaqdağlığında səhra və yarımsəhra bitkilərindən yovşan, şoranotu, dəvətikanı, gəvən, kəngiz və s. üstünlük təşkil edir.
Kür-Araz ovalığının şərq hissəsində Cənub-Şərqi Qobustanda səhra bitkiləri yayılmışdır. Bunula yanaşı, yovşanlı-şoranlı, yovşanlı-efemerli, yovşanlı-kəngizli yarımsəhralar Kür-Araz ovalığında Kür-Araz ovalığında, yovşanlı, gəvənli, kəngizli, dəvətikanlı yarımsəhralar isə Qobustanda,  Acınphur-Ceyrançöl alçaqdağlığında geniş yer tutur.
Yarımsəhra bitkilərinin inkişaf etdiyi ərazilər qış otlaqlarıdır. Əkin sahələri genişləndikcə təbii yarımsəhra bitkilərinin arealı kiçilir.
Kür çayının yatağına  yaxın sahələrdə, axmaz və göllərin ətrafında çilli-qamışlı batalıq və çəmən-çala bitkilərinə rast gəlinir.
Dağ-bozqır bitkiləri Kiçik Qafqazın şimal-şərq yamasında, Böyük Qafqazın Dağlıq Şirvan hissəsində, Ceyrançöl alçaqdağlığında, Naxçıvan MR-də inkişaf etmişdir. Burada vələmir, kəklikotu, müxtəlif otlarla yanaşı, kol bitkiləri də üstünlük təşkil edir.
Dağ-kserofit bitkilər Talışın yüksəkdağlıq hissəsində və Naxçıvan MR Naxçıvan MR ərazisində mühüm yer tutur. Burada seyrək kollar və müxtəlif otlar hakimdir.
Meşələr. Respublika ərazisinin 11%-ni tutan meşələrin xüsusi əhəmiyyəti vardır. Meşələrimizin ümumi sahəsi 1,2 mln. hektara çatır. Lakin meşə ağacları ilə örtülü sahə 960 min hektardır. Respublikamızda adambaşına 0,15 hektar meşə sahəsi düşür.
Azərbaycanda meşələr sahəcə az olsa da, növcə zəngindir. Belə ki, meşələrimizdə 435 növ  ağac  və kol bitir. Onlar respublikamızın bütün bitki növünün 11%-ni təşkil edir. Meşələrimizda 70 endemik ağac  və kol növləri vardır.
Meşələrin 90%-dən çoxu dağlıq ərazilərdə, 10%-ə qədəri düzənliklərdir.
Enliyarpaqlı meşələr Böyük və Kiçik Qafqazın, Talış dağlarının alçaq və ortadağlıq hissələrində geniş yayılımışdır.
Respublikamızın meşələri əsas üç ağac növündən –fıstıq, vələs və palıddan ibarətdir. Onlar bütün meşə örtüyünün 85%-ni təşkil edir. Şərq fıstığı respublika meşələrinin 31%ni, palıd meşələri 30%-ni, vələs meşələri isə  24%-ni tutur.
Respublikamızda  meşələr düzənliklərdən başlamış 2200 m-ə qədər mütləq yüksəkliklərdə inkişaf etmişdir.
1000-1200 m-dən aşağıda palıd, vələs meşələri inkişaf etmişdir.
Şabalıdyarpaq  palıd, əsasən Talış dağlarında və dağətəyi düzənliklərdə inkişaf etmişdir.
Araz palıdı quraqlıqsevən bitki olduğundan, Kiçik Qafqazın cənub-şərq qurtaracağında, xüsusilə Zəngilan və Qubadlı rayonları ərazisində yayılmışdır.
Uzunsaplaq palıd, qarağac və vələs ağaclarının birgə təşkil etdiyi meşələr düzənlik əraziləri üçün səciyyəvidir. Bu növ meşələr Şollar düzündə, Qanıx-Əyriçay vadisində, kür boyunda yayılmışdır.
Tuğay meşələri əsasən ağyarpaq qovaq, söyüd, qaraağac, düzənlik meşələr isə  göstərilənlərlə yanaşı, bir sıra başqa ağac və kol növlərindən ibarətdir.
Üçüncü  dövrün  mühüm  relikt  bitkilərindən  biri olan dəmirağac Talış dağlarında yayılmışdır.
Saqqızağacı  meşələri Xaçınçayın aşağı axınında-Qarabağ düzündə geniş sahə tutur, Qanıxçayın  Əyriçayla  qovuşduğu sahədə isə ensiz zolaq əmələ gətirir.
Böyük  Qafqazın cənub yamacı üçün səciyyəvi olan qiymətli ağaclardan biri də şabalıddır. O, xüsusi meşə zolağı əmələ gətirməsə də, talalar şəklində Qəbələ, Qax və s. rayonlar ərazisində  inkişaf etmişdir.
Azərbaycan ərazisində Şərq çinarı təbii halda yalnız Zəngilan rayonunun Bəsitçay dərəsində saxlanılır.
İynəyarpaqlı meşələr  respublika meşələrinin 1,7%-ni  təşkil  edir. Azərbaycanda  təbii  halda inkişaf edən  107 ağac  növünün cəmi 7-si iynəyarpaqlı ağaclardır.
Qaraçöhrə Üçüncü  dövrün  relikt  bitkisi kimi meşələrimizin  nadir  incisidir.
Eldar  şamının təbii  vətəni Ceyrançöldə Eldar oyuğu tirəsidir. Bu ağacdan parkların, yol kənarlarının yaşıllaşdırılmasında geniş istifadə edilir.
Qarmaqvarı şam, əsasən Göygöl ətrafında, Zaqatala qoruğunda ortadağlığın əhəngdaşlarından ibarəy olan uçqun materiallarında özünə məskən salmışdır. Bu ağac növü Qusarçayın orta axarında, Kuzun kəndi yaxınlığında da yayılımışdır.
Çəmən və çəmən-çöl bitkiləri yüksəkdağlığın alp və subalp zonaları üçün səciyyəvidir.
Alp çəmənlikəri Azərbaycanda 2600-3000 m mütləq  yüksəklikləri  əhatə  edir.
Subalp çəmənləri və çəmən çölləri meşə qurşağı ilə alp çəmənləri arasında geniş zona yaradır. Burada taxıllı, müxtəlif otlu, yulaflı çəmənlər yerləşir. Subalp çəmənliklərində  paxlalılar, gülçiçəklilər, xaççiçəklilər, zəngiçiçəklilər və s. fəsilələrdən olan bitkilər hündür ot örtüyü yaradır. Subalp çəmənliklərindən biçənək və otlaq kimi istifadə edilir.
Böyük və Kiçik Qafqazın yüksək dağ zirvələrinin çılpaq qayalıqları, demək olar ki, bitki örtüyündən məhrumdur.

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget