Coğrafi təbəqənin quruluşu. Coğrafi təbəqə Yer kürəsinin bütöv və fasiləsiz təbəqəsidir. Planetdə canlı həyat yaranana qədər bir-biri ilə qarşılıqlı əlaqədə 'olan atmosfer, hidrosfer və litosfer təbəqələri mövcud idi. Canlı orqanizmlərin- biosfer təbəqəsinin yaranması ilə Yerin xarici təbəqələri də xeyli dəyişdi və vahid coğrafi təbəqə əmələ gəldi. Coğrafi təbəqə atmosferin aşağı qatlarını, litosferin yuxarı hissəsini, bütün hidrosferi, biosferi əhatə etməklə, onların bir-biri ilə sıx qarşılıqlı əlaqədə olduğu vahid təbəqədir (şəkil 1).
Bir qrup alimlərin fikrinə görə, coğrafi təbəqənin sərhədləri biosferin sərhədlərinə uyğun gəlir. Onlar bu anlayışları eyniləşdirirlər.
Başqa qrup alimlər biosferin coğrafi təbəqənin inkişafının müəyyən mərhələsində yarandığını və canlı orqanizmlərin bu təbəqənin inkişafında fəal rol oynamasını nəzərə alaraq, onu coğrafi təbəqənin ən fəal və inkişafda olan bir təbəqəsi — tərkib hissəsi hesab edirlər.Coğrafi təbəqə bizi əhatə edən, yaşadığımız təbii mühitdir. Onu təşkil edən təbii komponentlər bir-biri ilə qarşılıqlı əlaqədə və qarşılıqlı münasibətdədir. Su və hava çatlar vasitəsi ilə dağ süxurlarının tərkibinə daxil olur, aşınma prosesində iştirak edir. Çaylar və
yeraltı sular mineral maddələri həll edərək, relyefi dəyişdirir. Bütün canlıların orqanizmlərində su və mineral maddələr mövcuddur. Canlılar özləri də son həddə süxurlara qarışırlar.
Coğrafi təbəqənin yuxarı və aşağı sərhədlərini dəqiq müəyyən etmək hələlik mümkün deyil. Orta hesabla coğrafi təbəqənin qalınlığı 55 km-ə qədərdir. Yer kürəsinin ümumi ölçüləri ilə müqayisədə coğrafi təbəqə çox nazik bir örtük qat əmələ gətirir.
Coğrafi təbəqənin əsas xüsusiyyəti onu təşkil edən təbəqələr arasında maddə və enerji mübadiləsinin daimiliyi, maddənin üç — bərk, maye və qaz halında olması, maddələrin dəyişməsi və üzvi aləmin mövcudluğudur. Coğrafi təbəqədə bütün proseslər günəş enerjisinin və az dərəcədə Yerin daxili enerji mənbələrinin təsiri
altında baş verir. Maddələr və enerji dövranı. Coğrafi təbəqənin bütün komponentləri müxtəlif təbəqələr arasında gedən maddələr mübadiləsində, maddələrin və enerjinin valıiddövranında iştirak edir.
Troposferdə havanın ümumi dövranı bir sıra mühüm coğrafi proseslərin gedişində mühüm rol oynayır. Bu dövran su və quru səthində günəş istiliyinin qeyri-bərabər paylanması nəticəsində baş verir. Havanın ümumi dövranı bütün küləklər sistemini və hava kütlələrinin şaquli hərəkətini əhatə etməklə maddələr və enerji dövranı üçün şərait yaradır. Troposferdə havanın ümumi dövranı, eyni zamanda, suyun hidrosferdə ümumi dövranını təmin edən əsas amillərindən sayılır. Suyun ümumi dövranı isə coğrafi təbəqənin həyatında
həlledici əhəmiyyəti olan amillərdən hesab edilir.
Okean suları buxarlanaraq atmosferə daxil olur və yenidən yağıntı şəklində yerə düşür, çayları, gölləri və yeraltı suları qidalandırır.Materiklərin səthinə yağıntı halında düşən sular çaylar vasitəsi ilə yenidən okeanlara qayıdır.Yer qabığında da maddələrin dövranı baş verir. Vulkan püskürmələri nəticəsində maqma Yer səthinə çıxır və püskürmə süxurları əmələ gətirir. Xarici qüvvələrin təsiri ilə onların aşınıb parçalanması, çaylar vasitəsi ilə düzənliklərə, dəniz və okeanlara aparılması nəticəsində çökmə süxurlar yaranır. Çökmə süxurlar Yer qabığının əyilməsi sahələrində çox dərinə keçərək, yüksək temperatur və təzyiq
altında metamorfik süxurlara çevrilir (şəkil 2).
Bioloji dövranın mahiyyəti bir-birinə əks olan iki prosesdən ibarətdir. Fotosintez prosesi nəticəsində bitkilərdə günəş enerjisinin təsiri ilə üzvi maddələr əmələ gəlir və onlar mikroorqanizmlərin köməyi ilə mineral maddələrə çevrilir (şəkil 3).
İşıqda yaşıl bitkilərdə xlorofil dənələrinin iştirakı ilə karbon qazından və sudan üzvi maddələr əmələ gəlir. Bu proses zamanı oksigen atmosferə keçir. Heyvan və bitkilər məhv olduqdan sonra üzvi maddələr mikroorqanizmlər tərəfindən parçalanır, çürüyür və mineral birləşmələrə çevrilir. Sonra yenidən bitkilər və heyvanlar tərəfindən udulur. Beləliklə, eyni bir element dəfələrlə canlı orqanizmlərin üzvi birləşmələrini əmələ gətirir və yenidən mineral maddəyə çevrilir
Bir qrup alimlərin fikrinə görə, coğrafi təbəqənin sərhədləri biosferin sərhədlərinə uyğun gəlir. Onlar bu anlayışları eyniləşdirirlər.
şəkil 1 |
yeraltı sular mineral maddələri həll edərək, relyefi dəyişdirir. Bütün canlıların orqanizmlərində su və mineral maddələr mövcuddur. Canlılar özləri də son həddə süxurlara qarışırlar.
Coğrafi təbəqənin yuxarı və aşağı sərhədlərini dəqiq müəyyən etmək hələlik mümkün deyil. Orta hesabla coğrafi təbəqənin qalınlığı 55 km-ə qədərdir. Yer kürəsinin ümumi ölçüləri ilə müqayisədə coğrafi təbəqə çox nazik bir örtük qat əmələ gətirir.
Coğrafi təbəqənin əsas xüsusiyyəti onu təşkil edən təbəqələr arasında maddə və enerji mübadiləsinin daimiliyi, maddənin üç — bərk, maye və qaz halında olması, maddələrin dəyişməsi və üzvi aləmin mövcudluğudur. Coğrafi təbəqədə bütün proseslər günəş enerjisinin və az dərəcədə Yerin daxili enerji mənbələrinin təsiri
altında baş verir. Maddələr və enerji dövranı. Coğrafi təbəqənin bütün komponentləri müxtəlif təbəqələr arasında gedən maddələr mübadiləsində, maddələrin və enerjinin valıiddövranında iştirak edir.
Troposferdə havanın ümumi dövranı bir sıra mühüm coğrafi proseslərin gedişində mühüm rol oynayır. Bu dövran su və quru səthində günəş istiliyinin qeyri-bərabər paylanması nəticəsində baş verir. Havanın ümumi dövranı bütün küləklər sistemini və hava kütlələrinin şaquli hərəkətini əhatə etməklə maddələr və enerji dövranı üçün şərait yaradır. Troposferdə havanın ümumi dövranı, eyni zamanda, suyun hidrosferdə ümumi dövranını təmin edən əsas amillərindən sayılır. Suyun ümumi dövranı isə coğrafi təbəqənin həyatında
şəkil 2 |
altında metamorfik süxurlara çevrilir (şəkil 2).
şəkil 3 |

Yorum Gönder