Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Müəllif "Biosfer"

Coğrafi təbəqə atmosferin aşağı, litosferin yuxarı hissəsinin, hidrosfer və biosferin qarşılıqlı təmasda olduğu, nüfuz edərək dəyişdiyi təbəqədir. Bizi əhatə edən mühitdə - coğrafi təbəqədə bir-biri ilə bağlı olan təbii komponentlər mövcuddur. Onların bəziləri qədim (relyef, su ehtiyatları, süxurlar), bəziləri isə sonradan yarandığı üçün cavan (torpaq, bitki örtüyü, heyvanlar aləmi) təbii komponentlərə aid edilirlər.

Coğrafi təbəqə ən mürəkkəb təbii kompleks olub, canlı və cansız maddələrdən təşkil olunmuşdur. Onun formalaşması və inkişafı həm geoloji, həm də bioloji amillərdən asılıdır. Coğrafi təbəqənin inkişafını biogenə qədərki (əsasən Kriptozoy eonunu əhatə edir - biosfer yeni formalaşmağa başladığı üçün üzvi aləm digər xarici təbəqələrə fəal təsir göstərə bilmirdi), biogen (Fanerozoy eonunu əhatə edir - canlılar digər təbəqələrə fəal təsir göstərir, üzvi mənşəli çökmə süxurlar torpaq və üzvi mənşəli faydalı qazıntılar yaranır), müasir mərhələlərə bölmək olar.

Coğrafi təbəqənin inkişafının fasiləsizliyini günəş enerjisi və qismən yerin daxili enerjisi təmin edir. Coğrafi təbəqədə müntəzəm olaraq maddələr və enerji mübadiləsi (dövranı) baş verir və onlar inkişafın mexanizmi rolunu oynayırlar (atmosfer sirkulyasiyası, suyun dövranı, süxurların yerdəyişməsi: -endogen (daxili) qüvvələr dağları yaradır, ekzogen (xarici) qüvvələr onları parçalayaraq sinklinal (əyilmiş) sahələrə aparır). Maddələr və enerji dövranının baş verdiyi 50-55 km-lik qovşaq zonası coğrafi təbəqənin qalınlığı hesab edilir.

Coğrafi təbəqədə inkişafı təmin və labüd edən səbəb bir-birinə zidd olan təbii komponentlərin və proseslərin mübarizəsidir. Coğrafi təbəqədə bir-birinə zidd olan endogen və ekzogen qüvvələr fasiləsiz mübarizə və rəqabətdədirlər. Ekzogen qüvvələrlə bağlı zonal, endogen qüvvələrlə bağlı azonal kompanentlər yaranır. Zonal komponentlər Yerin kürəvi əyriliyindən asılı olaraq ekvatordan qütbə doğru ardıcıl olaraq dəyişən komponentlərdir. Bunlara hava (iqlim) və onun elementləri - temperatur, təzyiq, rütubət və onların nisbəti, torpaq, bitki örtüyü; heyvanlar aləmi aiddir. Azonal komponentlər: relyef, süxurlar, seysmik və geoloji proseslərdir.

Təbii kompleks (TK) - müəyyən ərazidə təbii komponentlərin qanunauyğun qarşılıqlı əlaqəsi nəticəsmdə formalaşan bütöv sistemdir. Hər bir konkret ərazinin Günəşdən aldığı enerjinin miqdarı, relyefi və digər komponentlərinin xüsusiyyətləri başqa ərazilərdən fərqlənir. Odur ki, bu ərazidə formalaşan TK özünəməxsus olacaq. Ən böyük təbii kompleks coğrafi təbəqədir. O, materiklərin (qurunun) və okeanların TK-lərinə bölünür. Materiklər daha kiçik TK- rə bölünür və onlar bir-birindən zahirən bitki örtüyünə görə fərqlənirlər. Dünya okeanı vahid TK olsa da, ayrı-ayrı okeanlar, dənizlər, körfəzlər, səth və okean dibi özünəməxsus TK yaradır. Lakin onları zahiri görünüşlərinə görə seçmək olmur.

Düzənliklərdə TK-in ekvatordan qütbə doğru dəyişməsi enlik - zonallığı, dağlarda dağın ətəyindən zirvəsinə doğru TK-in dəyişməsi yüksəklik və ya şaquli qurşaqlıq adlanır.

Təbii komplekslər insan fəaliyyətinin təsiri altında tədricən dəyişərək, yeni sistem yaradır və antropogen komplekslərə (bağlar, mədənlər, şəhər və kəndlər və s.) çevrilir.

, ,
Şəkil 1
Atmosferi çirnləndirmənlə əslində insan bilavasitə özünü məhv edir və eyni zamanda planetin iqlimini dəyişdirir. İqlimin dəyişməsinə hazırda üç baxış mövcuddur.
1. Karbon qazının artması qlobal istiləşməyə səbəb olur. Bu, ilk növbədə Dünya okeanmın səviyyəsinə təsir göstərəcəkdir .
2. Atmosferin çirnlənməsi Günəş radiasiyasını azaldır, nəticəsində Yer səthində iqlimin soyuqlaşması baş verəcən ki, bu da növbəti buzlaşma mərhələsini sürətləndirəcək.
3. Bir sıra tədqiqatçılar çirklənmənin təbii yolla tənzimləndiyini, Yerin iqliminə onun heç bir təsir etmədiyini əsaslandırmağa çalışırlar.
Atmosferə daxil olan tozlar - (kül, his, xüsusilə asbest  tozu) çox yüngül olduğundan asanlıqla canlıların tənəffüs orqanlarına neçir və təhlükəli xəstəliklərin yaranmasına səbəb olur (şəkil 1). Atmosferin çirnlənməsi nəticəsində ozon deşiyinin yaranması da ən mühüm qlobal problemdir.
Ozon təbəqəsi Yer səthinə daxil ola bilən məhvedici ultrabənövşəyi şüaları udur və həyatın mövcudluğuna şərait yaradır. 1975-ci ilin yazında Antarktida üzərində ozon təbəqəsində ozon qazının həcminin təqribən 50% azaldığı, bunun nəticəsində isə Ozon deşiyinin əmələ gəlməsi və vaxt Keçdicə onun böyüməsi məlum oldu (şəkil 2).
Şəkil 2

Daha sonralar Şimali Amerika və Avropa üzərində də ləkələr müşahidə olundu. Alimlər belə hesab edirlər kİ, ozon qatının “nazikİəşməsi” ilə ultrabənövşəyi şüaların Yer səthinə daxil olması Okeanlardaxı plamktonların məhvindən başlayaraq, insanın immun sistemində ciddi dəyişikliklərin bir vaxtda baş verməsinə gətirib çıxarar.
Ozon qatında deşiklərin yaranma səbəblərinə aid çoxlu fərziyyələr mövcud olsa da, onun əsas səbəbi freon qazlarının istehsalı hesab edilir. Bu qazdan aerozol, soyuducu Kompressor, əridici maddələr istehsalında geniş istifadə olunur.
Əgər freon qazlarının istehsalı kəskin surətdə azaldılarsa, atmosfer ozon təbəqəsini bərpa edə bilər!

Torpaq Yerin yumşaq və münbit, bitki bitən üst qatıdır. Torpaq mürəkkəb təbii törəmə olub, bir çox amillərin qarşılıqlı təsirindən yaranır. Torpaq əmələgəlməsində iştirak edən amillər: süxurlar, iqlim, relyef, səth və yeraltı sular, bitki və heyvanlardır. Torpaq əmələgəlməsi süxurların aşınıb-parçalanmasmdan başlayır. Bu prosesdə iqlim şəraitinin rolu xüsusilə böyükdür. İsti və rütubətli iqlim şəraitində torpaq əmələgəlmə prosesi intensiv (müxtəlif aşınma növləri, mikroorqanizmlər yaşaması və canlıların qalıqlarının çürüməsi üçün optimal şərait olduğu üçün), isti və quru, həmçinin soyuq iqlim şəraitində isə zəif olur. Dağlıq relyefdə əmələ gələn torpaqlar ağırlıq qüvvəsi və digər amillərin təsiri ilə aparılır, odur ki, torpaq qatı nazik olur. Düzənliklərdə isə həm burada yaranan torpaqların toplanması, həm də gətirilib çökdürülməsi (akkumulyasiya) nəticəsində torpaq qatı qalın olur. Quru iqlim şəraitində səth və yeraltı sular torpaq əmələgəlməsində həlledici rol oynayır (səhrada vahələrdə). Süxurun torpağa çevrilməsində bitki və heyvanların rolu həm üzvi aşınma hesabına, həm də onların qalıqlarının çürüməsi və humusa çevrilməsində özünü göstərir. Son dövrlərdə insanın torpaq əmələ gəlməsində təsiri güclənib. İnsan səhra və yarımsəhralara su çəkməklə, dənizlərin şelf zonasını qurutmaqla torpaq əmələgəlməsində müsbət təsirə malik olur. Lakin torpaqdan düzgün istifadə olunmaması, səhralaşma, şoranlaşma, hasilat sənayesinin inkişafı, zibilliklərin artması torpaq örtüyünə mənfi təsir göstərir.
Torpaqların təsnifatı strukturuna, mexaniki tərkibinə və rənginə görə aparılır. Strukturuna görə strukturlu (çürüntüsü çox, hissəciklərin ölçüsü nisbətən iri, məsaməli olan torpaqlar) və struktursuz (çürüntüsü az, hissəciklərin ölçüsü çox kiçik, az məsaməli və məsaməsiz) torpaqlar fərqlənir. Torpaqları mexaniki tərkibinə görə gilli, gili içəli, qumsal, qumlu torpaqlara bölürlər. Torpağın müxtəlif rəngə çalması həm torpağın yarandığı ana süxurun mineraloji tərkibindən, həm də torpaqda olan humusun (üzvi çürüntülərin) miqdarından asılıdır. Dəmirli birləşmələr üstün olan süxurlarda, rütubətli iqlim şəraitində dəmirin çürüntüsü torpağa qırmızı rəng verir və qırmızı torpaqlar yaranır. Həmin şəraitdə alüminium birləşmələri sarı torpaqların yaranmasına səbəb olur. Torpağın tərkibində olan humusun miqdarına görə qara, şabalıdı, qəhvəyi, qonur, boz-qonur, boz torpaqlar fərqlənir.
Torpaqda humusun miqdarı səthdən aşağı doğru azalır. Şərti olaraq 3 torpaq qatı (horizontu) ayrılır: çürüntülərlə daha zəngin olan üst - humus - Ap çürüntülərin nisbətən az olduğu orta - yuyulma - A2; daha aşağıda yerləşən - yuyulma
materiallarının toplandığı - B qatlar. Bu horizontlarm cəmini (torpağın şaquli kəsilişi) torpaq profili adlandırırlar. Torpaqdan altda isə ana süxur - C qatı yerləşir.
Torpaqlar zonal təbii komponentlərə aiddir. Ekvatordan qütblərə doğru torpaq tipləri aşağıdakı ardıcıllıqla bir-birini əvəz edir:
1. Ekvatorial və subekvatorial qurşaqlarda qırmızı-sarı ferralit və qırmızı-qonur torpaqlar;
2. Tropik və subtropik qurşaqlarda rütubətli iqlim şəraitində qonur, sarı və qırmızı torpaqlar;
3. Tropik, subtropik və mülayim qurşaqların quru iqlim şəraitində boz, boz-qonur və şoran torpaqlar;
4. Mülayim və subtropik qurşaqların çöl və meşə-çöllərində qara, şabalıdı və açıq qəhvəyi torpaqlar;
5. Mülayim qurşağın enliyarpaq meşələrində qəhvəyi və qonur-meşə torpaqları;
6. Mülayim qurşağın qarışıq və iynəyarpaq (tayqa) meşələrində podzol (küləçalan) və çimli-podzol torpaqlar;
7. Subarktik qurşaqda tundra-qleyli, tundra-bataqlıq torpaqları;
8. Arktik və Antarktik qurşaqda ibtidai torpaqlar.
Torpaq örtüyü müxtəlif proseslərlə bağlı daimi dəyişir. Yer
səthinin quru sahəsini bütövlükdə torpaq fondu adlandırsalar da, əslində onun az bir hissəsi insanların təsərrüfat fəaliyyəti üçün istifadəyə yararlıdır. Torpaq fondunun 11—12%—i becərilən (əkinə yararlı), 24%-i çəmən və otlaqlar, qalanı (2/3-yə qədəri) az yararlı və istifadəsi mümkün olmayan torpaqlardır. Tamamilə yararsız və kəskin parçalanmış torpaqlar bedlendlər adlanır. İstifadəyə yararlı torpaqların bir hissəsi tədricən sıradan çıxır.
Torpaqların səth suları və küləklər tərəfindən aşınıb-parçalanması torpaq eroziyası adlanır. Müxtəlif proseslərin (həm təbii, həm də insan fəaliyyəti ilə bağlı) təsiri altında pozulmuş (sıradan çıxmış) torpaqların bərpası rekultivasiya adlanır.
Torpaqların yaxşılaşdırılması (məhsuldarlığının artırılması) istiqamətində görülən tədbirlər sistemi meliorasiya adlanır. Arid (quru) zonalarda torpaqların suvarılması irriqasiya adlanır.
Bitki. Yer kürəsində bitkilərin 500 minə yaxın növü məlumdur. Onların 300 mini ali bitkilərdir. Bitkilərin yayılması iqlim və torpaqla sıx bağlıdır. Bitkilərin inkişafı üçün ən əlverişli şərait ekvatorial, subekvatorial, mülayim iqlim qurşaqlarında musson iqlim tipinin yayıldığı ərazilərdədir. Bitkilər suya olan tələbatına görə hiqrofit (suya çox tələbkar olan, suda bitən), mezofit (suya orta tələbkar - ağac növlərinin əksəriyyəti) və kserofit (quraqlığa davamlı) bitkilərə bölünür.
Heyvanlar aləmi uyğun olaraq iqlim şəraiti və bitkilərdən asılı olaraq paylanır.

Biosfer (yunanca "bio" - həyat) Yer səthində üzvi aləmin mövcud olduğu ən cavan təbəqədir. O, ayrılıqda xüsusi təbəqə təşkil etməyib, digər geosferlərin (atmosfer, hidrosfer, litosfer) daxilində formalaşır. Biosfer atmosferin alt qatı-troposferi, bütün hidrosferi və yer qabığının (litosferin) üst qatını (3-4 km) əhatə edir.
Biosfer anlayışını elmə 1875-ci ildə Avstriya alimi E.Züss gətirmişdir. Biosfer geoloji vaxt ərzində mürəkkəb inkişaf yolu keçmişdir. Arxey və proterozoyda ilk bakteriyalar, su yosunları, alt paleozoyda onurğasız dəniz canlıları, balıqlar, quruda ilk bitkilər, üst paleozoyda qıjıkimilər və ayıdöşəkləri, suda-quruda yaşayanlar və sürünənlər yaranmışlar. Mezo- zoyda sürünənlər hökmranlıq etmiş, ilk quşlar yaranmışdır. Kaynozoyda örtülütoxumlu bitkilər və məməli heyvanlar üstünlük təşkil etmiş və təxminən 3-3,5 mln il əvvəl insan yaranmışdır. Beləliklə, biosfer uzun geoloji və tarixi təkamül prosesində inkişaf etmiş canlı və cansız maddələrin vəhdətindən ibarət sistemdir. Müəyyən ərazidə formalaşan və bir-biri ilə sıx əlaqədə inkişaf edən bitki, heyvan və mikroorqanizmlərin davamlı qrupuna "biosenoz" deyilir.
Biosfer Yerin digər təbəqələrinə təsir göstərir. Atmosferin qaz tərkibinin formalaşmasında, okean suyunun duzluluğunun sabit qalmasında, süxurların parçalanmasında (üzvi aşınma) bu təsir xüsusiyyəti aydın hiss olunur.

, ,
Hesablamalara görə, hər il 0,6 mlrd, hektar yararlı torpaq sahəsi itirilir. Bunun səbəbləri müxtəlifdir: 
yeni yaşayış məntəqələrinin tikintisi, yolların çəklənməsi, su anbarlarının, hava limanlarının, digər qurğuların inşa edilməsi, mədənlərin istismarı və s.
Yararlı torpaqların ekoloji baxımdan korlanmasının əsas səbəblərindən biri Kənd təsərrüfatında istifadə olunan gübrələr və zərərvericilərə qarşı istifadə olunan maddələrdir.
Torpağa tullantı şəklndə atılan neft məhsulları, metallar (civə, mis və s.), radioantiv elementlər, məişət tullantıları onu çirKİəndirir və məhsuldarlığını azaldır, torpaqda olan canlı orqanizmləri məhv edir.
Torpaqların məhv edilməsi bilavasitə səhralaşma prosesinin innişafına səbəb olur. 
Səhralaşma - mövcud olan səhraların ərazisinin genişlənməsi və səhraların əwəlki arealında bu prosesin daha da güclənməsinə gətirib çıxarır. Hazırda insanların təsiri ilə mövcud səhralara 13 mln. km2 ərazi əlavə olunmuş və daha 30 mln. km2 ərazinin də əlavə olunmaq təhlükəsi vardır.
Torpaqların qorunması məqsədi onları eroziyadan, kimyəvi, fizini, bioloji və mexaniki çirklənmədən qorumaq; şoranlaşma və bataqlaşmasına qarşı tədbirlər görmək; səhralaşmaya qarşı mübarizə aparmaq - yeni meşə zolaqları salmaq; torpaqlarda meliorativ işlər aparmaq; daha kİçİk ölçülü tarlalara üstünlün vermək (əkin tarlası böyüdüncə, külək eroziyası güclənir) tələb olunur.

, ,
Külli miqdarda yanacağın yandırılması nəticəsində (təyyarə, avtomobil, İES, məişət) havaya daxil olan “sulfidli və kükürdlü” qazlar havadara rütubət ilə birləşərəK zəhərli duman yaradır. İnsanlarda karlıq əmələ gətirən belə çirklənmə, demək olar ki, iri şəhərlərin hamısında mövcuddur.
Havanın yüksək dərəcədə çirklənməsi turşulu yağışların yaranmasına səbəb olur. Atmosferin olduqca yüksək dinamİkİiyi turşulu yağışların yalnız bir ölkədə deyil, ətraf ölkəİərdə də yağmasına səbəb olur. Turşulu yağışlardan biträlər, heyvanlar, insanlar, su hövzələri, hətta heykəllər belə zərər çəkİr. Qərbi Avropa, Şimali Amerika və başqa iri sənaye rayonlarının atmosferi çirKİənmənin bu növünə daha çox məruz qalmışdır .
Turşulu yağışların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir:
a) nəqliyyat vasitələri, zavod, fabrik və s. borularında filtr qoymaq;
b) qeyri-Kİmyəvi gübrələrdən istifadə etmək;
c) qeyri-ənənəvi enerji mənbələrindən istifadə etmək.

, ,
Şəkil 1. İstixana effeKti
Atmosferdə istixana effekti hava qatı qlobal çirnlənməyə məruz qalmışdır.
Son illər insanın təsərrüfat fəaliyyəti nəticəsində Günəş istiliyinin udulması və əks olunması arasındam balans pozulmuş və “istixana effekti” adlanan təhlükəli problem yaranmışdır (şəkİİ 1). İstixana effektini yaradan başlıca səbəb havada Karbon qazının miqdarının artmasıdır.
1. Havada karbon qazının artması qış temperaturunun 3-5°C-də artmasına səbəb ola bilər. Nəticədə şimal yarımkürə- sində, xüsusilə mülayim enlikİərdə yay daha isti və quru keçər.
2. Orta temperaturun qalxması buzlaqların əriməsinə və dünya Okeanmın səviyyəsinin 20-65 m qalxmasına səbəb ola bilər.
3. Mülayim enliulərdəki meşələr temperatur dəyişməsinə qarşı uyğunlaşa bilməz, bu isə onların KəsKİn azalması ilə nəticələnə bilər.
4. Canlıların qanında Oksigen mübadiləsinin pozulması, onların məhvinə səbəb olar.

,
Biosferin ekologiyası - yarandığı gündən insan ilk növbədə ətrafındakı bitki və heyvanlar aləmindən istifadə etməyə çalışmışdır.
İnsan özü bəzən təbiətin güclü müqavimətinə rast gəlmişdir. Uzun müddət müalicəsi mümkün olmayan epidemiyalar - vəba, taun, cüzam və s. yoluxucu xəstəlİKİər kütləvi sürətdə yayılmış, on minlərlə insan ölümünə səbəb olmuşdur.
Uzun dövr ərzində bitkilərin kökündən və meyvəsindən, çöl heyvanlarından istifadə edən insanlar, özləri də bilmədən onların Yer kürəsində kökünün kəsilməsində yaxından iştirak etmişlər. Hazırkı dövrdə ən təhlükəli qlobal landşaft-ekoloji problem, bitkllərin, o cümlədən meşələrin qırılmasıdır. Meşələri əkin tarlalarına çevrilməklə, onları bir qayda olaraq səhraya çevirən insan, eyni zamanda torpaqların (eroziya prosesi), havanın (qaz tərkibinə) və suyun (yeraltı suların səviyyəsinə) ekologiyasına mənfi təsir göstərir.
Tədqiqatçıların fikrincə 200 il əvvəl qurunun 47%-i meşə ilə örtülü olmuşdur.
Meşənin sənaye əhəmiyyətinin artması onun məhv edilməsini» səbəb oldu. (Hazırda qurunun yalnız 30% - ə qədəri meşələrlə örtülüdür).
Oksigen fabriki adlanan tropik meşələr (xüsusilə Braziliya meşələri) daha təhlükəli vəziyyətdədir. Qırılan, yandırılan meşələrin yerində ağacların kökləri belə çıxarılaraq banan, yağ palması, qəhvə, heveya və s. plantasiyaları salınır.
Meşələrin məhv edilməsi İİk növbədə orada yaşayan quşların və digər canlıların oradan uzaqlaşmasına və yaxud kökünün kəsilməsinə səbəb olur. Canlılar üçün yaşayış mühitinin kiçilməsi (bu azalmaqda davam edir), onların ovlanması və ya qida mənbələrinin məhv edilməsi, kimyəvi-zəhərli maddələrin təbii mühitə yayılması yüzlərlə heyvan növünü məhv olma təhlükəsi qarşısında qoymuş və ya onlarda qeyri-adi mutasiyalara (yəni orqanizmdə gen dəyişməsinə) səbəb olmuşdur. Canlıların bəzilərinin azalması o həddə çatmışdır kİ, insanın köməyi olmadan onu bərpa etmək mümkün deyil. Bu sahədə ən uğurlu tədbir milli park, qoruq və yasaqlıqların təşkil edilməsidir.
Təbiətin bütün komponentlərini eyni vaxtda məhv edə bilən ən təhlükəli çirklənmə-radioaktiv çirklənmədir. Radioaktiv elementlər-uran, plutonium, germanium və s. istifadə olunan AES-lərdə baş verən kİçİk bir qəza min kilometrlərlə ərazidə ciddi problemlər yarada bilir.

Coğrafi təbəqədə və onun ayrı-ayrı ərazilərində təbii komponentlər arasında olan qarşılıqlı əlaqə və münasibətlər çox rəngarəngdir. Bu təbii sistemlər geniş əraziləri əhatə edən meşə, səhra, yarımsəhra, çöl, tundra və sairdir ki, onlar da təbii-ərazi Kompleksləri adlanırlar.
Təbii kompleks - təbii komponentlərin qarşılıqlı əlaqəsi və təsiri nəticəsində hər hansı bir ərazidə yaranan və xüsusiyyətlərinə görə qonşu sahələrdən fərqlənən təbii sistemdir. Təbii komponentlər arasındanı maddələr və enerji mübadiləsi onları bir- birinə sıx bağlayır, vahid, bölünməz təbii sistemin yaranmasına səbəb olur. Əgər təbii komponentlərin hər hansı biri (relyef, iqlim və s.) dəyişərsə, onda komponentlər arasında qarşılıqlı əlaqənin mahiyyəti də dəyişər, tamamilə yeni təbii kompleks yaranar. Məs., Afrika savannalarında torpaq və bitki örtüyündən səmərəsiz istifadə səhra komplekslərinin genişlənməsinə səbəb olur.
Yer kürəsində ən böyük təbii kompleks olan coğrafi təbəqənin özü daha kİçİk vahidlərə bölünür. Bu təbii komplekksİər (TK) mənşəyinə görə İki böyük qrupda birləşdirilir.
Qurudanı TK -in müxtəlifliyi daha çox iqlimdən, relyefdən və səth süxurlarından asılıdır. Burada ən böyük TK-lər materİk lərdir, onlar həmçinin daha kiçik TK-lərə bölünmüşlər. Qurudakı TK-lər bir-birindən zahirən bitai örtüyünə görə fərqlənirlər.
Okeanlarda isə TK-ləri yaradan əsas təbii komponentlər su, bitkİ və heyvanat aləmi, ouean dibini təşkİl edən süxurlar, relyef və s.-dir. Bütün Dünya Okeanı vahid təbii Kompleksdir. Okeanlar, dənizlər, körfəzlər, boğazlar və s. daha kİçİk təbii Komplekslərdir. Şelf zonasının təbii Kompleksləri qurunun fəal təsiri altında olduğuna görə daha böyük müxtəlifliyə malİkdirlər.
TK-lərin xeyli hissəsi insanların çoxəsrlİk fəaliyyəti nəticəsində kəskin dəyişilmişdir. İnsanlar yeni Kompleksİər - tarlalar, bağlar, plantasiyalar, parkİar, su anbarları, yollar, Kəndlər və şəhərlər yaratmışlar. Bir-biri ilə sıx əlaqədə olan təbii və antropogen komponentlərin birgə yaratdıqları sistemlərə antropogen komplekSİər deyilir.
Təbii Komplekslər coğrafi enlİKdən asılı olaraq (Günəş istiliyi, işığı və atmosfer yağıntıları qeyri-bərabər paylandığından) eKvatordan qütblərə doğru qanunauyğun dəyişirlər. Bu zaman onlar enlin istiqamətində uzanan nəhəng təbii kompleksləri - təbii zonaları yaradırlar.
Təbii zona — ümumi temperatur şəraiti və rütubətliliyə, torpaq, bitki örtüyü və heyvanat aləminə malik olan iri təbii komplekslərə deyilir. Quruda təbii zonaları əmələ gətirən əsas amil hər hansı bir ərazidə istilik və rütubətin nisbətidir. Onlara xarici görünüşlərinə - bitki örtüyünə görə də verilir. Əgər ekvatordan qütblərə doğru hərəkət etsən, quruda aşağıdanı təbii zonaların bir-birini qanunauyğun əvəz etdiyini görərin: fyrütubətli həmişəyaşıl envatorial meşələr; dəyişnən rütubətli (o cümlədən musson) həmişəyaşıl meşələr savannalar və seyrən həmişəyaşıl meşə və kolluqlar, tropik səhra və yarımsəhralar; cod yarpaqlı (Aralıq dənizi tipli) həmişəyaşıl meşə və kolluqlar, subtropin və mülayim qurşağın səhra və yarımsəhraları; çöl və meşə-çöllər; subtropin və mülayim qurşaqların enliyarpaq (yarpaqlarını tökən) meşələri; iynəyarpaq meşələr (tayqa); meşə-tundra və tundra; arktik (aktarktin) soyuq səhralar (yarımnürələr xəritəsində bu təbii zonaları qeyd edin). Təbii zonaların coğrafi eklikdən asılı olaraq qanunauyğun dəyişilməsinə üfüqi (enlik) zonallıq deyilir.
Lakin qeyd etmək lazımdır ki, materiklərdə təbii zonalar sahildən materiklərin mərkəzinə doğru da dəyişir. Nəticədə eyni coğrafi enlik daxilində istilik və rütubətin nisbəti dəyişir ni, bu da təbii zonaların yeni xüsusiyyətlər almasına səbəb olur. Məs., yarımkürələr xəritəsinə nəzər salsaq, Avrasiyada mülayim qurşaq daxilində təbii zonaların qərbdən şərqə doğru necə kəskin dəyişdiyini aydın görəsənir.
Dünya okeanının təbii zonalarını xarici görünüşlərinə görə fərqləndirmən mümkün olmadığından, həmin təbii qurşaqlar da iqlim qurşaqları kimi yerləşdikləri coğrafi mövqeyə uyğun adlandırılırlar. Dünya oneanında bir ekvatorial, iki subekvatorial, iki tropik, iki subtropik, iki mülayim, iki qütbyanı və iki qütb qurşaqları ayrılır.
Beləliklə, quruda və okeanda enlik (üfüqi) zonallığının yaranmasının səbəbi zonal təbii komponentlərin (iqlim, torpaq örtüyü, bitki və heyvanat aləmi və s.) təsiridir. Yəni əgər Yer səthi hamar və həmcins (ya materin və yaxud da su) olsaydı, onda təbii zonalar enlik istiqamətində bütöv zolaq şəklində Yer kürəsini dolanardı. Lanik okean və quru sahələri, dağlıq və düzənliklər bu qanunauyğunluğu pozur. Bu halda azonal təbii komponentlər (relyef, səth süxurları, yeraltı sular, okean və ya materik səthlər) formalaşır. Dağlıq ərazilərdə yüksəkliyə doğru temperaturun azalması, ətəkdən orta dağlara doğru yağıntıların artması, sonra isə azalması təbii komplenslərin hündürlüyə doğru qanunauyğun dəyişilməsinə səbəb olur. Buna şaquli və ya yüksəklik qurşaqlığı deyilir (şəkil 1).
Şəkİİ 1. Coğrafi zonallıq

 Dağların ətəklərindəki ilk yüksəklik qurşağı onların yerləşdiyi enliyin hakim təbii zonasına uyğun gəlir. Məs., Böyük Qafqaz dağlarının cənub-şərq yamacı ətəklərində ilk qurşaq yarımsəhra zonasına uyğun gəlir.
Müəyyən ərazi üçün səciyyəvi olan təbii kompleKsləri, həmçinin landşaftlar da adlandırılırlar. Landşaftların formalaşmasında əsas rol oynayan təbii komponentlər zonal və azonal landşaftəmələgətirici amillərə bölünür. 
 Zonal amillər əsasən, xarici, azonallar isə daxili təbii Komponentlərdir. Yer Kürəsində quru və Okean landşaftları ən iri bölgü olmaqla, daha kİçİk landşaftlara (səhra, meşə, çöl və s.) bölünürlər.
Uzun əsrlər boyu bir sıra ərazilərin təbii landşaftları insanların təsirinə məruz qaldıqlarından, böyük ərazilərdə öz xüsusiyyətlərini dəyişərəK yeni tipə - antropogen landşaftlara çevrilmişlər.
Antropogen landşaft - insan fəaliyyəti nəticəsində yaranan Komplekslərdir.
Dəyişilməmiş ilkin təbii landşaftlara yalnız insan ayağı dəyməmiş, yaxud insanın hərdənbir olduğu ərazilərdə (Antarktida və Arktİkada), yaxud yüksək dağlıq ərazilərdə rast gəlmək mümkündür.

,
Ekologiya sözü — yunan sözlərindən ibarət olub, “məsKən, ev, ətraf mühit və öyrənirəm” deməndir. Ekologiyanın baniləri bu elmi orqanizmləri öz “evində”, yəni onu təbii sığınacaq yerində öyrənmən kimi anlatmışlar. Qlobal enologiya litosferin, hidrosferin, atmosferin ayrı-ayrılıqda enologiyasını, eləcə də onlara təsir edən insanın yaratdığı problemləri öyrənir. Əgər İİk insan təbiətin hazır vasitələrindən istifadə edərən mənimsəmə iqtisadiyyatı ilə məşğul olurdusa, daha sonra insanlar onlara lazım olan maddi nemətləri istehsal etməyə başladı. Odun əldə edilməsi isə qlobal əhəmiyyət nəsb etmənlə yanaşı, bir sıra ciddi enoloji problemlərin meydana çıxmasına gətirib çıxardı.
ŞƏKİL 1 .Yer Kürəsinin mənimsənilməsi
Hazırda eksterimal təbii şəraitə malİK olan ərazilərdə təbii landşaftların ilnin formada saxlanıldığı, mənimsənilən ərazilərdə isə qismən və tamamilə dəyişildiyi (şəkİİ 1) müşahidə olunur. Sivilizasiya mərnəzləri sayılan Nil, Dəclə, Fərat, Hind, Qanq, Xuanxe, Yantsızı çaylarının vadilərində, eləcə də Qədim Roma və Qədim Yunanstanda təbiət tamamilə öz şəKİini dəyişmişdir.
Hazırda “ultramüasir” texnologiya dövründə süni (antropogen) landşaftlar sürətlə öz ərazilərini genişləndirərəK, insanın toxunmadığı ərazilərə irəliləyir.
Əslində insan təbiəti dəyişmənlə özünün yaşayış şəraitini dəyişdirir, bu isə enoloji problemlərə çevrilib insanın sağlamlığına qarşı yönəlir.
Qlobal enoloji problemlər planetin ayrı-ayrı təbəqəsinə, o cümlədən coğrafi təbəqəyə cəmiyyətin təzyiqi nəticəsində yaranır.

,
Həyat üçün yalnız su yox, içməli və təmiz su daha önəmlidir. “İçməli su” orqanizm üçün qida maddəsi olmaqla yanaşı, həm də onu baKteriya və toksinlərdən qoruyur. Təsadüfi deyil ki, bəzi Qərb ölkəələrində “su standartları” (Kimyəvi tərkibinə, dadma, iyinə, rənginə və s,- ə görə) qəbul edilmişdir.
Hesablamalar göstərir Kİ, şəhər əhalisi hər gün 150 litr, Kənd əhalisi isə 55 litr sudan istifadə edir. MosKva, Sanxt- Peterburq, Daşkənd, Bakı Kimi iri şəhərlərdə təsərrüfatsızlıq üzündən bu rəqəm daha böyündür (600-700 1/sutka). Sudan istifadə etməyin ən perspeKtiv yolu, ondan qənaətlə istifadə edilməsi təKrar istehsal texnologiyasının tətbiq edilməsidir.
Suyu əsas çirnləndirən mənbələr aşağıdakilardır:
(şəkil 1) Dünya oxeanı səthinin neftlə çindənməsi
a) neft və neft məhsullarının çıxarılması və daşınması zamanı yaranan qəzalar
 (şəkİİ 1);
b) sintetİK yuyucu maddələrin su hövzələrinə axıdılması nəticəsində yaranan köpük qatı;
c) əlvan metallurgiya sənayesində təhlükəli istehsal sahələrindən qurğuşun, sinK, mis, xrom, qalay və radioaKtiv elementlərin tullantılarının okeana axıdılması;
ç) Kənd təsərrüfatında istifadə olunan gübrələr;
d) Kənd təsərrüfatı zərərvericilərinə qarşı istifadə olunan pestisidlər.
e) elektrik stansiyalarında, metallurgiya zavodlarında istifadə olunmuş qaynar-çirKİi sular su hövzələrinə toküldükdə temperatur +10°C +30°C-dəK artır. Bu suda Oksigenin miqdarını azaltmaqla, göy yosunların miqdarını artırır kİ, bu da canlı aləm üçün böyük təhlükə yaradır.
Ekoloqların hesablamasına görə hər il göstərilən mənbələrdən Dünya Okeanına 25-30 mln. ton maye qarışır.
Dünya okeanınm qlobal miqyasda çirıdənməsi haqqında həyəcanı XX əsrin 50-ci illərində fransız okeanoloqu JaK-iv Kusto qaldırmışdır. O bildirmişdir kİ, okeanda yaranan ekoloji, iqtisadi, texnİki və sosial problemlərin birgə həllində əsaslı dönüş yaranmasa, insanın gələcəK həyatı təhlükə qarşısında olacaqdır.
“Ölü Okean” - “Ölü planet” ifadəsinin mənasını açın.
Dünya oKeanını və digər su hövzələrini təmizləməK üçün İİk növbədə həmin hövzələrə axıdılan sularda - mexaniki, bioloji (bioKİmyəvi), fiziki-kimyəvi, dezinfeKsiyaedici tədbirləri həyata keçirmən tələb olunur.

Coğrafi təbəqənin quruluşu. Coğrafi təbəqə Yer kürəsinin bütöv və fasiləsiz təbəqəsidir. Planetdə canlı həyat yaranana qədər bir-biri ilə qarşılıqlı əlaqədə 'olan atmosfer, hidrosfer və litosfer təbəqələri mövcud idi. Canlı orqanizmlərin- biosfer təbəqəsinin yaranması ilə Yerin xarici təbəqələri də xeyli dəyişdi və vahid coğrafi təbəqə əmələ gəldi. Coğrafi təbəqə atmosferin aşağı qatlarını, litosferin yuxarı hissəsini, bütün hidrosferi, biosferi əhatə etməklə, onların bir-biri ilə sıx qarşılıqlı əlaqədə olduğu vahid təbəqədir (şəkil 1).
Bir qrup alimlərin fikrinə görə, coğrafi təbəqənin sərhədləri biosferin sərhədlərinə uyğun gəlir. Onlar bu anlayışları eyniləşdirirlər.
şəkil 1
Başqa qrup alimlər biosferin coğrafi təbəqənin inkişafının müəyyən mərhələsində yarandığını və canlı orqanizmlərin bu təbəqənin inkişafında fəal rol oynamasını nəzərə alaraq, onu coğrafi təbəqənin ən fəal və inkişafda olan bir təbəqəsi — tərkib hissəsi hesab edirlər.Coğrafi təbəqə bizi əhatə edən, yaşadığımız təbii mühitdir. Onu təşkil edən təbii komponentlər bir-biri ilə qarşılıqlı əlaqədə və qarşılıqlı münasibətdədir. Su və hava çatlar vasitəsi ilə dağ süxurlarının tərkibinə daxil olur, aşınma prosesində iştirak edir. Çaylar və
yeraltı sular mineral maddələri həll edərək, relyefi dəyişdirir. Bütün canlıların orqanizmlərində su və mineral maddələr mövcuddur. Canlılar özləri də son həddə süxurlara qarışırlar.
Coğrafi təbəqənin yuxarı və aşağı sərhədlərini dəqiq  müəyyən etmək hələlik mümkün deyil. Orta hesabla coğrafi təbəqənin qalınlığı 55 km-ə qədərdir. Yer kürəsinin ümumi ölçüləri ilə müqayisədə coğrafi təbəqə çox nazik bir örtük qat əmələ gətirir.
Coğrafi təbəqənin əsas xüsusiyyəti onu təşkil edən təbəqələr arasında maddə və enerji mübadiləsinin daimiliyi, maddənin üç — bərk, maye və qaz halında olması, maddələrin dəyişməsi və üzvi aləmin mövcudluğudur. Coğrafi təbəqədə bütün proseslər günəş enerjisinin və az dərəcədə Yerin daxili enerji mənbələrinin təsiri
altında baş verir. Maddələr və enerji dövranı. Coğrafi təbəqənin bütün komponentləri müxtəlif təbəqələr arasında gedən maddələr mübadiləsində, maddələrin və enerjinin valıiddövranında iştirak edir.
  Troposferdə havanın ümumi dövranı bir sıra mühüm coğrafi proseslərin gedişində mühüm rol oynayır. Bu dövran su və quru səthində günəş istiliyinin qeyri-bərabər paylanması nəticəsində baş verir. Havanın ümumi dövranı bütün küləklər sistemini və hava kütlələrinin şaquli hərəkətini əhatə etməklə maddələr və enerji dövranı üçün şərait yaradır. Troposferdə havanın ümumi dövranı, eyni zamanda, suyun hidrosferdə ümumi dövranını təmin edən əsas amillərindən sayılır. Suyun ümumi dövranı isə coğrafi təbəqənin həyatında
həlledici əhəmiyyəti olan amillərdən hesab edilir.
şəkil 2
Okean suları buxarlanaraq atmosferə daxil olur və yenidən yağıntı şəklində yerə düşür, çayları, gölləri və yeraltı suları qidalandırır.Materiklərin səthinə yağıntı halında düşən sular çaylar vasitəsi ilə yenidən okeanlara qayıdır.Yer qabığında da maddələrin dövranı baş verir. Vulkan püskürmələri nəticəsində maqma Yer səthinə çıxır və püskürmə süxurları əmələ gətirir. Xarici qüvvələrin təsiri ilə onların aşınıb parçalanması, çaylar vasitəsi ilə düzənliklərə, dəniz və okeanlara aparılması nəticəsində çökmə süxurlar yaranır. Çökmə süxurlar Yer qabığının əyilməsi sahələrində çox dərinə keçərək, yüksək temperatur və təzyiq
altında metamorfik süxurlara çevrilir (şəkil 2).
şəkil 3
Bioloji dövranın mahiyyəti bir-birinə əks olan iki prosesdən ibarətdir. Fotosintez prosesi nəticəsində bitkilərdə günəş enerjisinin təsiri ilə üzvi maddələr əmələ gəlir və onlar mikroorqanizmlərin köməyi ilə mineral maddələrə çevrilir (şəkil 3).
İşıqda yaşıl bitkilərdə xlorofil dənələrinin iştirakı ilə karbon qazından və sudan üzvi maddələr əmələ gəlir. Bu proses zamanı oksigen atmosferə keçir. Heyvan və bitkilər məhv olduqdan sonra üzvi maddələr mikroorqanizmlər tərəfindən parçalanır, çürüyür və mineral birləşmələrə çevrilir. Sonra yenidən bitkilər və heyvanlar tərəfindən udulur. Beləliklə, eyni bir element dəfələrlə canlı orqanizmlərin üzvi birləşmələrini əmələ gətirir və yenidən mineral maddəyə çevrilir 

,

Həzırda yer səthinin üçdə bir hissəsini meşəliklər tutmuşdur. Bunlar müxtəlif iqlim, relyef və torpaq şəraitində yayılmışdır. Mövcud məlumatlara əsasən meşələrin sahəsi vaxtilə daha çox olmuşdur. Sonralar dünyanın bir çox yerlərində olan meşə sahələri başdan-başa qırılmış, yandırılmış, kənd təsərrüfatı bitkiləri yetişdirmək üçün istifadə edilmiş və tədricən sıradan çıxmışdır. Bir sıra dağ və düzən meşələri intensiv otarılaraq məhv edilmişdir.Bütün bunlar son 500 ildə dünya meşələrinin 3\2 hissəsinin, bəzi ölkələrin meşələrinin isə tamamilə yoxa çıxmasına səbəb olmuşdur. Tropik meşələrin 40 faizi məhv edilmişdir. 1978-ci ildə Moskvada keçirilən Beynəlxalq Təbiəti Mühafizə Şurasının Baş Məclisinin materiallarına əsasən dünyanın qalan tropik meşələrinin hər dəqiqədə 20 hektarı məhv edilir. Alimlərin fikrincə Kiçik Asiya, İndoneziya və Filippin meşələri əsrin sonunadək çox çətin qala bilər. Təkcə ABŞ-ın hərbi bazalarının yerləşdirilməsi üçün burada 10 minlərlə hektar qoruq meşələri məhv edilmişdir.Meşələrin yox edilməsi dünyanın bir sıra ölkələrində su dövranının zəifləməsinə, onun mənbələrinin yoxa çıxmasına, torpaqların güclü eroziyaya uğramasına, geniş sahələrdə yarğanların əmələ gəlməsinə, quru küləklərin əsməsinə səbəb olmuşdur. Meşələrin amansızcasına yox edilməsi, onun bərpası üzrə lazımi tədbirlərin həyata keçirilməməsi buradakı digər təbii sərvətlərin azalmasına və dağılmasına, şimal rayonlarında geniş bataqlıqların, cənub rayonlarında isə məsrəfsiz səhraların yaranmasına səbəb olmuşdur. F. Engels «Təbiətin dialektikası» əsərində yazır: təbiət üzərindəki qələbələrimizlə çox da öyünməyək. Hər bir belə qələbə üçün təbiət bizdən intiqam alır. Bu qələbələrdən hər biri, doğrudur, birinci növbədə bizim gözlədiyimiz nəticələri verir, lakin ikinci və üçüncü növbədə çox zaman birinci nəticələrin əhəmiyyətini puça çıxaran tamamilə başqa, gözlənilməz nəticələr verir. Əkin yeri əldə etmək üçün Mesopotamiyada, Yunanıstanda, Kiçik Asiyada və başqa yerlərdə meşələri qırıb ağacları kökündən çıxaran adamların heç yuxusuna da gəlmirdi ki, bu hərəkətləri ilə onlar həmin ölkələrin indiki viranələyinin əsasını qoymuşlar, çünki bu yerlərin meşələrini yox etməklə bərabər, rütubətin toplandığı mərkəzləri də yox etmişlər. Alp italyanları dağların şimal döşündə çox qayğı ilə qorunan iynəyarpaq meşələrini dağların cənub döşündə qırdıqları zaman bilmirdilər ki, bununla öz vilayətlərinin uca dağlıq yerlərində maldarlığın kökünü kəsirlər; onlar əsla bilmirdilər ki, bununla öz dağ bulaqlarının suyunu qurudacaq və yağışlıq dövründə düzənliyə güclü sellər axacaqdır». (Engels 1966) Dünya meşələrinin ümumi sahəsi 3 milyard 30 milyon hektardır. Onun təqribən yarısı enliyarpaqlı ağac cinslərinin üstünlüyü ilə tropik qurşaqda, yarısı isə iynəyarpaqlı ağac cinslərinin üstünlüyü ilə mülayim qurşaqda yerləşir. Hazırda dünyanın meşəlik dərəcəsi ümumi ərazinin 29 faizini təşkil edir. Əhalinin sıxlığı və təbii şəraitdən asılı olaraq bu rəqəm qitələr üzrə kəskin fərqlənir. Avropanın meşəlik faizi (keçmiş SSRİ istisna olaraq) – 35,%; Şimali Amerika: Kanada və ABŞ – 38,8%, Cənubi Amerika – 42,6%, Afrika – 24%, Yaxın Şərq – 1,6%, Uzaq Şərq – 44,7%-dir. Ölkələr arasında meşəlik faizi aşağıdakı kimi dəyişir: Finlandiya – 71%, İndoneziya – 63%, Yaponiya –59%, ABŞ - 33%, Fransa –20%, Çin – 9,9%, Avstraliya 4%-dir. Əhalinin meşə ilə təmin olunmasını göstərən rəqəm bir adama düşən meşəlik sahəsidir. Bütün dünyada bir adama 1,6 ha, keçmiş SSRİ-də 3,8 ha, Qərbi Avropada – 0,3 ha, Asiyada – 0,4 ha, Cənubi Amerikada – 7,1 ha, Afrikada – 3,8 ha, Avstraliya və Okeaniyada - 6,7 ha-ya bərabərdir. ABŞ-da hər adama 1,1, Fransada – 0,25, İngiltərədə – 0,03, Hindistanda - 0,09 hektar meşə sahəsi düşür.


Coğrafi təbəqə Yer kürəsinin ən mürəkkəb və müxtəlif komplekslərdən təşkil olunmuş hissəsidir. Onun əsas xüsusiyyətləri yer səthində təbii elementlərin uzun müddətli qarşılıqlı təsiri nəticəsində əmələ gəlmişdir. Yer səthindəki bu müxtəlifliklər bir sıra təbiət elmlərinin (geologiya, fiziki-coğrafiya, biologiya, torpaqşünaslıq, iqlimşünaslıq və s.) mövzusu və tədqiqat obyektidir. Bu elmlərin inkişafı prosesində yer kürəsinin səthi barədə elmi biliklərin toplanması, onun dörd tərkib hissəsinin (litosfer, atmosfer, hidrosfer, biosfer) mürəkkəb qarşılıqlı təsiri 
nəticəsində əmələ gəldiyini söyləməyə imkan verir. Bir-birinə daxil olan bu dörd müstəqil fiziki-coğrafi təbəqələrdən təşkil olunan daha geniş və mürəkkəb təbii kompleks kimi yeni anlayış- Yerin coğrafi təbəqəsi meydana gəlir. Yer bir planet kimi ayrı-ayrı təbəqələrdən təşkil olunmuşdur. Bu təbəqələrdən biri coğrafi təbəqə olub, digər təbəqələrlə müqayisədə çox mürəkkəb strukturaya və bir sıra fərqli əlamətlərə malikdir. Yerin coğrafi təbəqəsinin fərqli xüsusiyyətləri aşağıdakılardan ibarətdir: onun tərkibində maddələr üs aqreqat vəziyyətindədir (bərk, maye və qaz), onun inkişafında eyni zamanda iki enerji mənbəyinin – xarici (günəşinin şüa enerjisi) və daxili (yerin daxilində
radioaktiv elementlərinin parçalanmasından alınan enerji) enerjinin iştirakı və üzvi materiyanın – həyatın olması. Yerin coğrafi təbəqəsinin dörd sferadan (dörd təbəqədən) təşkil olunduğunu ilk dəfə rus təbiətşünası P.İ.Brounov göstərmişdir. O, yazırdı ki, bütün bu sferalar (litosfera, atmosfera, hidrosfera və biosfera) biri digəri içərisinə daxil olur və bir-birilə qarşılıqlı təsirdə olmaqla yerin xarici görünüşünü yaradır. Bu qarşılıqlı təsirin öyrənilməsi müasir təbiət elmlərinin, xüsusilə coğrafiyanın qarşısındu duran ən ümdə vəzifələrdən biridir. Fiziki-coğrafiyanın həmin qarşılıqlı təsiri öyrənməsi onun müstəqil elm kimi inkişaf etməsinə və yaxın fənlərdən – geologiyadan, hidrologiyadan və meteorologiyadan onu fərqləndirməyə imkan verir.
Coğrafi təbəqənin fiziki-coğrafiyanın mövzusu kimi əsaslandırılması V.V.Dokuçaevin işlərində də müəyyən dərəcədə öz əksini tapır. V.V.Dokuçayev XIX əsrin axırı XX əsrin əvvəlində coğrafi təbəqənin bütövlüyü və ayrılmazlığı, bütün komponentlərin qarşılıqlı asılılığı barədə təlimi inkişaf etdirdi. S.V.Kalesnik, A.A.Qriqoryevin fiziki-coğrafi təbəqə anlayışını sadəcə coğrafi 
təbəqə adlandırmağı təklif edir və bu ad sonralar elmdə daha da möhkəmlənir. S.V.Kalesnik yazırdı ki, «Yer səthi dedikdə biz sadəcə olaraq fiziki və ya riyazi səth deyil, proseslərin birinin digərinə qarşılıqlı daxil olması və qarşılıqlı əlaqə təsiri altında əmələ gəlib inkişaf edən mürəkkəb komplekslərini başa düşürük. Bunlar quruda, atmosferdə, suda və üzvü aləmdə inkişaf etməklə planetimizin coğrafi təbəqə adlandırdığımız xüsusi təbəqəsini yaradır». 
İ.M.Zabelin biogenosfera, D.L.Armandın coğrafi sfera, Y.K.Efremovun landşaft təbəqəsi, A.Q.İsaçenkonun epigeosfera anlayışları coğrafi təbəqənin sinonimləri kimi işlədilir. Lakin bir sıra coğraflar tamamilə haqlı olaraq qeyd edirlər ki, bu coğrafi təbəqə termininin taftologiyasıdır, yəni bir elmin mənası dəyişmədən onun adının müxtəlif formalarda sadəcə olaraq təkrarlanmasıdır. 
Coğrafi təbəqəyə ekvivalent olaraq çox tez-tez geosfera anlayışı işlədilir.Lakin coğrafi ədəbiyyatda bu termin ümumi mənada çoxdan işlədilir, daha doğrusu bizim planetimizi yaradan hər hansı konsentrik təbəqənin (atmosferi, hidrosferi, litosferi və s.) geosfer adlandırılması çoxdan qəbul olunmuşdur. A.Q.İsaçenko coğrafi təbəqəyə daha qısa və məqsədəuyğun sinonim kimi «epigeosfera» termini işlətməyi təklif edir. Bu isə öz növbəsində Brounovun irəli 
sürdüyü «yerin xarici təbəqəsi» anlayışına tamamilə uyğun gəlir. İsaçenko coğrafi 
təbəqə anlayışını izah edərək göstərir ki, coğrafi təbəqə Yerin xarici sferasını deyil atmosferin aşağı hissəsini əhatə edən daxili sferasını əks etdirir. Belə olduqda «yer kürəsi» «yer səthi» kimi anlayışlardan imtina etmək qarşıda durur. Çünki onda atmosfer «yer kürəsi» anlayışına daxil olmur, o görünən sərhəddə malik deyil, fəza boşluğunda tədricən seyrəkləşib yox olur. Yer səthindən söhbət getdikdə isə atmosferin xarici səthindən deyil, litosferin və hidrosferin səthi haqqında danışılır. 
A.A.Qriqoryev coğrafi təbəqənin yuxarı sərhəddini 20-25 km yüksəklikdə stratosferdən, ozon təbəqəsinin maksimum toplandığı sahədən bir qədər aşağı keçirir. Bu sərhəddən aşağı atmosferin quru və okean səthilə qarşılıqlı təsirdə olduğu, hava hərəkətinin müxtəlif formaları müşahidə edilir. Coğrafi təbəqənin aşağı qurtaracağını A.A.Qriqoryev ilk dəfə 100-120 km dərinlikdən keçirir. Lakin bir qədər sonra o, həmin sərhəddi yer səthinə yaxınlaşdırır. Bu məqsəd üçün coğrafi təbəqəyə orta qalınlığı 20 km qədər olan yalnız yer qabığını aid edir 
(quruda, dağlar altında onun qalınlığı 60-80 km olduğu halda, okean çökəklikləri altında isə 5-8 km qədər azalır). Qriqoryevin bu fikrilə D.L.Armand da razılaşır. 
Coğrafi təbəqənin aşağı sərhəddi barədə İ.M.Zabelin bir qədər başqa mövqe tutur. O, həmin sərhəddi canlı orqanizmlərin və suyun maye halında yayıldığı sahəyə gxörə, daha doğrusu 4-5 km dərinlikdən keçirməyi üstün tutur.
 Əksər tədqiqatçılar coğrafi təbəqənin yuxarı sərhəddini troposferlə stratosfer arasındakı keçid təbəqə olan tropopauzadan götürürlər. Atmosferin fiziki xüsusiyyətlərində baş verən əsas dəyişikliklər burada müşahidə edilir. Atmosferin aşağı, troposfer təbəqəsinin əsas xüsusiyyətləri litosfer və hidrosferlə qarşılıqlı təsirilə əlaqədardırlar. Bu qarşılıqlı təsir temperaturun, qalxan hava kütləsinin paylanmasına və bütün hava kütlələrinin troposferdə sirkulyasiyasına, həmçinin onun rütubətsaxlama və rütubət dövranına, bərk hissəciklərin (toz, duz və s.)toplanmasına səbəb olur. Burada hava kütlələri troposferin ən yuxarı 
sərhəddinədək bakteriyaları, sporları, bitki tozcuqlarını apara bilir. 

,
Okean və ona daxil olan dənizlərdə hər şeydən əvvəl iki ekoloji sahə ayırırlar: su qatı – pelagial və suyun dibi (bental). Dərinlikdən asılı olaraq bental litoral zonaya, batial zonaya – dik yamac sahəsi və abissal zonaya bölünür. Litoral zona okean dibinin çəkilməsi zamanı ən aşağı və qabarma zamanı ən yuxarı su səviyyələri arasındakı sahilboyu ekoloji zonadır. Dərinliyi 40-50 sm-dən 200 m-ə qədərdir. Litoral sahə qabarma və çəkilmə nəticəsində gündə iki dəfə su ilə örtülür və sudan azad olur. Süxurların xüsusiyyətindən asılı olaraq gilli, qumlu, daşlı və qayalı litorallara ayırırlar. Təbiidir ki, litoralın sakinləri nisbətən yüksək olmayan təzyiq, gündüz günəş işığı, çox vaxt temperatur rejiminin dəyişməsi şəraitində yaşayır. Abissal sahə okean dibinin 2500 m-dən dərin olan sahəsidir (6000-7000 m-ə qədər). Bu sahə daim qaranlıq olub, temperatur aşağı və sabit, yüksək təzyiq
(yüzlərlə, bəzən min atmosferə yaxın) altında olur. Abissalın bitkisi bəzi bakteriyalardan və bir neçə növ saprofit yosunlardan ibarətdir, heyvanları ya gözsüzdür və ya böyük gözləri vardır, bir çox orqanizm isə özü işıq verir. 
Okean dibinin bütün canlıları bentos adlanır. 



Biosfer (bio-canlı, sfera-təbəqə) - Yerin 4 xarici təbəqəsindən biri olub, canlıların yaşadıqları təbəqədir. Maksimum qalınlığı 36 km-dir. Biosfer atmosferin alt 2 km-lik, litosferin üst 3-4 km-lik və bütün hidrosfer (11 km) qatını əhatə edir. Yaşı 3,5 mld. il olub, təkhüceyrəli, çoxhüceyrəli,bitki ,onurğalılardan ibarətdir. Ilk canlıların okeanda yaranması güman edilir. Müəyyən ərazidə formalaşan və bir-biri ilə sıx əlaqədə inkişaf edən bitki, heyvan və mikroorqanizmlərin davamlı qrupunabiosenoz deyilir. Tərkibinə görə biosenozlar: a) fitosenoz (bitki): b) zoosenoza (heyvan) ayrılır. Qidalanmasına görə biosenozlar 3 yerə ayrılır: 1. Prosudent (bitki aləmi) - Günəşdən gələn enerjisi toplayır. Qeyri-üzvi maddələri üzvi maddələrə çevirir.2. Konsument (heyvanlar) - təbiətdəki hazır məhsullarla (bitki və heyvanlarla) qidalanırlar; 3. Redusent - mikroorqanizmlər (göbələk və bakteriyalar) produsent və konsumentləri parçalayaraq qidalanırlar. Canlı orqanizmlərin tərkibinə 70%-ə qədər kimyəvi element var. Onların arasında oksigen (65-70%), karbon (15-18%), hidrogen (10%) əsas yer tutur. Təbiətdə daim bioloji dövran baş verir. Yəni bitki → heyvan → mikroorqanizm. Başqa sözlə, ot yeyən heyvanlar bitkilərlə, yırtıcı heyvanlar isə ot yeyən heyvanlarla qidalanırlar. Sonradan bu canlılar məhv olaraq mikroorqanizmlər tərəfindən parçalanır, torpağa qarışır və yenidən bioloji dövrana qayıdırlar. Biosfer müxtəlif təbəqələrə təsir edir. 1. Hidrosferə. Yosunlar sudan karbon qazını udaraq sudakı canlıların tənəffüsü üçün vacib olan oksigeni buraxırlar. Canlıların hidrosferə ən böyük təsiri isə onların okeanda duzluluğu sabit saxlamasıdır. 2. Atmosferə. Bitkilər oksigeni, heyvanlar karbonu, mikroorqanizmlər azotu yaradır. 3. Litosferə. Canlılar məhv olduqda çürüyərək torpağa qarışır və çökmə süxurlara çevrilirlər. Bitki kökləri süxurları parçalayaraq üzvü aşınmada iştirak edirlər. Yer kürəsində 500 min bitki növü var. Onlar ibtidai və ali qruplara ayrılır. Ibtidai bitkilər çox sadə quruluşa malik olub şibyə, mamır, göbələk, yosun və bakteriyalardan ibarətdir. Bitkilər yer səthdə iqlim, relyef və torpaqdan asılı olaraq yayılıblar. Işığa həssaslıq bitki örtüyündə çox mərtəbəlilik (yarus) yaradır. Bitkilər fotosintez prosesi nəticəsində qeyri-üzvi maddələri üzvi maddələrə çevirir, havanı oksigenlə zənginləşdirirlər. Bitkilər suya tələbkarlığına görə 3 qrupa hidrofitlərə(suya daha tələbkar - su zanbağı, çəltik, qamış), mezofitlərə (rütubətlə doymuş - meşə, çəmən, otlaq və s.), və kserofitlərə (quraqlığa davamlı quru-çöl, yarımsəhra və səhra bitkilərinə) ayrılırlar. Dünyada yaşayan heyvanlar 65 sinifə ayrılır ki, bunun da 57-si okean və dənizlərdə yaşayır. Zahirən bitki və heyvanlar aləmi müxtəlif olsa da bir-biri ilə sıx bağlıdır. Bitki və heyvanlar aləmi –mülayim, subtropik, ekvatorial zonada daha zəngin; soyuq qurşaqda, tropik səhralarda və uca dağ zirvələrində daha kasıbdır. Bitki və heyvanlar aləminin cəmi biokütlə adlanır. Yerin forması və ərazinin mütləq hündürlüklərinin müxtəlif olması, Yer səthində su və quru səthinin, istiliyin, rütubətin və torpaq örtüyünün qeyri-bərabər paylanması - Yer kürəsində bitki örtüyü və heyvanlar aləminin müxtəlifliyinə səbəb olmuşdur.
Atmosferin alt qatı (troposfer), litosferin üst qatı, hidrosfer və biosferi birləşdirən maddi sistemə coğrafi təbəqə deyilir. Coğrafi təbəqə dünyanın ən mürəkkəb quruluşa və ən sıx daxili əlaqəyə malik təbəqəsidir. Coğrafi təbəqədə bütün komponentlər bir-birinə nüfuz edir. Coğrafi təbəqədə təbii proseslərin baş verməsinin əsas səbəbi Günəş enerjisi və Yerin daxili enerjisidir. Coğrafi təbəqənin əsas qanunauyğunluqları- bütövlük, ritmlik və zonallıqdır.
a) Bütövlük. Coğrafi təbəqənin bütün komponentləri bir-biri ilə sıx bağlıdır. Bunlardan birinin dəyişməsi, digərlərinin də dəyişməsinə səbəb olur. b) Ritmlik. Oxşar hadisələrin zaman etibarı ilə təkrarlanmasına deyilir. Məs. Yerin öz oxu və Günəş ətrafında hərəkəti, fəsillərin təkrarlanması və s.
c) Zonallıq- coğrafi təbəqənin bütün komponentlərinin ekvatordan qütblərə doğru qanunauyğun dəyişməsinə deyilir.
Coğrafi təbəqənin inkişafı 3 mərhələdən ibarətdir. I mərhələ ən uzun müddətli (3 mld. il) olub, biogenə qədərki dövr adlanır. O, zaman ancaq ibtidai orqanizmlər mövcud olmuşdur. Havada oksigen az, karbon isə çox olmuşdur. II mərhələ 570 mln. il davam etmiş və biogen mərhələsi adlandırılmışdır. Müxtəlif sanlılar yaranmış, hava oksigenlə zənginləşmişdir. Bu dövrün sonunda insan yaranıb. III mərhələ - müasir mərhələ adlanıb, 40 min ildir ki davam edir. Bu mərhələ fəal antropogen təsir ilə səciyyəvidir.


Səyyahlar

[səyyahlar][hot]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget