Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Elektroenergetika

ETİ elektrik enerjisinə tələbatı artırmışdır. Elektrik enerjisi bütün ölkələrdə istehsal edilir,lakin onun 70%-i İEÖ-in payına düşür. Elektrik enerjisinin ümumi istehsalında ABŞ, adambaşına istehsalına görə (30 min kVt. saat) Norveç birinci yeri tutur.
Dünya elektrik enerjisi istehsalında İES-lər başlıca yer tutur (istehsalın 2/3 hissəsi) və energetikanın coğrafi mənzərəsini əks etdirir. Elektrik enerjisi istehsalında SES-lər də mühüm rol oynayır (20%). Dünya hidroenerji potensialının cəmi 17%-dən istifadə edilir (Cənubi Amerikada 10%, Afrikada 5%-dən az). Hidroenerjidən istifadəyə görə ABŞ və Rusiya fərqlənirlər.SES-lər Skandinaviya, Alp ölkələri, Kanada, Çin, Latın Amerikasının bir sıra ölkələrində mühüm rol oynayır. Bu cəhətdən Çin, Braziliya, Konqo, Rusiya, Kanada və s.-nin
perspektiv imkanları böyükdür. SES-lər gec və baha başa gəlir,geniş əraziləri su basır, lakin bərpa olunan enerjidən istifadə edir, ətraf mühiti çirkləndirmir. Dünyanın ən iri SES-ləri:
İtaypu (Braziliya; 12,6 mln kvt), Qrand-Kuli (ABŞ; 10,8 mln kvt), Quri (Venesuela; 10,3 mln kvt), Tukurui (Braziliya; 8 mln kvt), Sayan-Şuşensk (Rusiya; 6,4 mln kvt).
AES-lər elektrik enerjisi istehsalında getdikcə daha böyük rol oynayır (istehsalın 1/5-ə qədəri). AES-lər 30-dan çox ölkədə mövcuddur. Onlar, əsasən, ABŞ, Fransa (ümumi elektrik
enerjisi istehsalının yarıdan çoxu), Yaponiya, AFR,Rusiyada yerləşir. Bu ölkələr "tam nüvə silsiləsinə" malikdir.
İOÖ-dən Hindistan, Koreya, Pakistan, Braziliya, Argentina və s.-də AES-lər tikilmişdir. AES-lər enerji xammalı az, lakin enerjiyə tələbat çox olan ərazilərdə tikilir. AES-lərin üstünlüyü
uran və torium ehtiyatlarının üzvi yanacaq ehtiyatlarından çox olması, nöqsanı baha başa gəlməsi təhlükəsizlik təminatında çətinlikdir.
Ənənəvi olmayan (alternativ) enerji mənbələrinə Günəş,külək, geotermal, qabarma enerjisi və s. aiddir. Gələcəkdə, ekoloji cəhətdən təmiz olan bu enerji mənbələrindən istifadə genişlənəcək. ABŞ, Rusiya, Yaponiya, Fransa və s.-də arüq bu enerji mənbələrindən istifadə edilir.

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget