Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Dünyanın Neft və Qaz sənayesi

Neft sənayesi. Hazırda illik neft hasilatı 3,8 mlrd tona çatmışdır. Neft çox ölkədə hasil edilsə də, onun əsas hissasi bir neçə regionda cəmlənmişdir: Yaxın va Orta Şərq (Səudiyyə Ərabistanı, İraq, İran, Küveyt, BƏƏ və s.), Şərqi Avropa (Rusiya), Mərkəzi va Cənubi Amerika (Meksika, Venesuela), CŞA (indoneziya), Afrika (Nigeriya, Liviya, Əlcazair), Şimali Amerika (ABŞ, Kanada), Qərbi Avropa (Böyük Britaniya, Norveç). Neft ehtiyatmın 2/3—si Yaxın va Orta Şərqdə təmərküzləşmişdir. Bu region dünyanın "neft kranı" adlanır. Onun tam gücü ila işləməməsi dünya iqtisadiyyatmı "iflic" vəziyyata sala bilər.
Yeni kəşflər neticəsində neft ehtiyatları va hasilatı dəniz yataglarnın (Xəzər va Şimal dənizləri, İran, Meksika körfəzləri, Venesuela, Kaliforniya, Alyaska, İndoneziya sahiləeri) hesabına genişlənir.
Neft hasilatına göre fərqlənən aparıcı ölkələr Səudiyyə Ərəbistanı, ABŞ, Rusiya, İran, Meksika, Çin, Venesuela, Norveç,BƏƏ və s.—dir. Neft hasilatının 1/3—dən çoxu OPEK ölkəlarinin payına düşür.
Neft istehlakının coğrafiyası hasilat coğrafiyasından fərqlənir. Hasilatm 1/3—den çoxu onu çıxaran ölkalərdən uzaqda istehlak edilir. Odur ki, dünya ticarətində, dəniz nəgliyyatında neft və neft məhsulları başlıca yer tutur. İxracın 1/2—den çoxunu OPEK ölkələri təmin edir. Gələcəkdə Xəzərətrafı ölkələrin (Qazaxıstan, Azərbaycan) ixracda payı artacaq. Rusiya, Meksika, Norveç, Böyük Britaniya, Kanada da neft ixracatçılarıdır. Neftin əsas idxalçıları Avropa ölkələri, ABŞ və Yaponiyadır.
Qaz sanayesi II Dünya müharibasindan sonra süratlə inkişaf edir. indi dünyada hər il 2,5 trl m3—den çox qaz hasil edilir. Qaz hasilatına görə Rusiya, ABŞ, Kanada, İran körfəzi ətrafı ölkələri (iran, Qatar), Böyük Britaniya, Hollandiya(Niderland), Türkmənistan, Əlcazair va s. fərqlənir. Qazın mayeləşdirilməsi onun daşmması imkanlarını genişlandirmiş, qaz ixracını artırmışdır. Əlcazair—İtaliya boru kemeri istifadaya verilmiş, Əlcazair—Fransa, Liviya—İtaliya, Nigeriya—Avropa kəmərləri çəkilir. Əsas qaz ixracatçıları İran körfəzi ölkələri, Əlcazair, Kanada, Niderland, Norveç, Avstraliya, Rusiya, Bruney va s.—dir. Əsas idxalçılar Avropa ölkələri, ABŞ, Yaponiyadır.

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget