Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Şimali Qafqaz

Şimali Qafqaz əhalisinin çoxu Avropoid irqinin Şimali Qafqaz tipinə aiddir.Ərazinin böyük bir hissəsində əlverişli torpaq-iqlim şəraiti, qiymətli mineral xammal ehtiyatları, iqtisadi-coğrafi mövqe Şimali Qafqazın təsərrüfat baxımından inkişafına səbəb olmuşdur. Rayonun təbii şəraitinin fərqli xüsusiyyətlərinə müxtəlifliyin müşahiə olunması aiddir.Şimali Qafqaz ərazisi şimaldan cənuba doğru yüksəlir, eləcə də ovalıq və yüksəkliklər bir birini əvəz edir.

Şimali Qafqaz əhalisinin çoxu Avropoid irqinin Şimali Qafqaz tipinə aiddir.Ərazinin böyük bir hissəsində əlverişli torpaq-iqlim şəraiti, qiymətli mineral xammal ehtiyatları, iqtisadi-coğrafi mövqe Şimali Qafqazın təsərrüfat baxımından inkişafına səbəb olmuşdur. Rayonun təbii şəraitinin fərqli xüsusiyyətlərinə müxtəlifliyin müşahiə olunması aiddir.Şimali Qafqaz ərazisi şimaldan cənuba doğru yüksəlir, eləcə də ovalıq və yüksəkliklər bir birini əvəz edir. Ərazinin oroqrafik xüsusiyyətləri hava kütlələrinin daxil olması və transformasiyasına əlverişli şərait yaradır. Bir-birindən kontinentallıq səviyyəsinə, isti və rütubətlə təmin olunmaya, qış fəslinin qarlı və sərt keçməsinə görə fərqlənən təbii landşaftlar nəticəsində aşağıdakı zonalar ayrılır: düzən, çöl, dağlıq, dənizsahili-subtropik.
Regionun düzən ərazisinin tempratur rejimi kənd təsərrüfatının inkişafı baxımından əlverişlidir. Mülayim və subtropik qurşağın sərhəddində yerləşmə 10°S-dən yüksək temperaturlu vegetasiya dövrünün 170-190 gün olması ilə nəticələnir. İqlimə rayonun 3 dənizin qonşuluğunda yerləşməsi də təsir etmişdir (Xəzər, Azov və Qara dəniz). İqlimyaradan funksiyanı əsasən Qara dəniz oynayır.

Torpaq örtüyü müxtəlifdir. Şabalıdı və qaratorpaqlar Azov dənizindən Vladiqafqaza qədər olan düzən ərazilərdə və dağətəyi zolaqda yayılıb. Burada meyvə və üzüm bağları vardır, eləcə də müxtəlif kənd təsərrüfatı bitkiləri əkilir. Azovətrafı və Ön Qafqazın qaratorpaqları dənli bitkilərin əkildiyi ərazilərdir. Boz yarımsəhra və çöl torpaqları Stavropol diyarı və Dağıstanda yayılıb. Bura Şimali Qafqazın otlaq heyvandarlıq rayonudur. Açıq-şabalıdı və allüvial-çəmən torpaqları yayılan ərazilərdə də əkinçilik inkişaf etdirilir. Dağ yamaclarında meşə və dağ-meşə torpaqları yayılıb.

Rayonun su ehtiyatları kifayət qədərdir (69,3 km³). Lakin su təminatına və adambaşına göstəricilərinə görə Şimali Qafqaz Rusiya Federasiyasında sonuncu yerlərdən birini tutur. Su ehtiyatlarının rayon ərazisi daxilində, eləcə də fəsillər üzrə qeyri-bərabər paylanması onların istifadəsini çətinləşdirir. Suvarmadan aktiv istifadə olunan yerlərdə (Don, Kuban, Terek çaylarının hövzələri) su problemi mövcuddur. Rayonda göllər məhduddur, ən böyük su anbarı 2702 km² olan Simlyan-dır. Yeraltı suların potensial ehtiyatı 34876 min m³/sutkadır, lakin onların istifadə səviyyəsi çox yüksəkdər. Qeyd edək ki, yeraltı suların istehlakına görə Krasnodar diyarı xüsusilə seçilir.

Ümumilikdə rayon üçün meşə ərazilərinin az yayılması xarakterikdir (10%). Lakin Şimalı Qafqazın meşə ehtiyatları növ tərkibinə görə seçilir. Meşələrin böyük bir hissəsi hal-hazırda qırılmışdır.

Rayonun rekreasiya ehtiyatları daha qiymətlidir. Bu ehtiyatlar eçərisində iqlim xüsusilə fərqlənir. Həmçinin mineral su ehtiyatları da kifayət qədər məşhurdur və onlardan balneloji məqsədlər üçün geniş istifadə edilir. Nalçik, Maykop, Mahaçqala, Qayakənd, Riçal-Su ərazisinin azotlu, azot-metanlı mineral suları vardır. Həmçinin Soçi və Dağıstanın azot və metan-sulfidli termal, xloridli və xlorid-hidrokarbonatlı (natrium tərkibli) mineral suları məşhurdur. Mineral su ehtiyatları ilə Böyük Qafqazın şimal dağətəyi hissəsi, Qafqazın Qara dəniz sahili yamacı daha zəngindir (Stavropol diyarı, Kabardin-Balkar və Şimali Osetiyanın dağətəyi hissəsi).

Qədim rekreasiya rayonu - Qafqaz Mineral Suları unikallıq və daha çox mənimsənilmə səviyyəsinə görə seçilir. Burada balneoloji kurortlara Pyatiqorsk, Kislovodsk, Yessentuki, Jeleznovodsk misaldır. Rayonda yerləşən göllərin də müalicəvi əhəmiyyəti vardır: Pyatiqorsk yaxınlığında Tambukan və Anapa yaxınlığında Çemburq (palçıq) gölləri.

Bu subregion bütövlükdə Rusiya Federasiyasi tərkibindədir.


Krasnadar diyarı.Şimali Qafqazın qərb hissəsində yerləşir. Qara və Azov dənizlərinə çıxışı var . Gürcüstan respublikası, Rastov və Stavropol bölgələri ilə həmsərhəddir. Sahəsi 76 min kv. Kilometrdir. Əhalisi 5.1 mln nəfərdir. Əhalisinin təbii artımı olmur.Əhalisi əsasən Qafqazın müharibə zonalarından qaçqınların axımı nəticəsində artmışdır. Ruslar 805-dən çoxu təşkil edirlər. Digər xalqlardan ukraynalılar, ermənilər, azırbaycanlılar , türklər və d. yaşayır. Burada ermənilər şoxdur. Həmdə bu ərazilərə iddia irəli sürürlər. Yerli ruslar kazak kökənlidirlər. Kuban kazakları Qafqaz xalqlarına qarşı durmaq üçün burada yerləşdirilmişdir. Diyarın ərazisi qərbi Qafqaz dağları və inların ətəyində yerləşən düzənliklərdən təşkil olunmuşdur. Dağlar yay otlaqları, turizm ehtiyatlarını, düzənliklər isə münbit qaratorpaqlara malikdir. Qara dəniz sahilləri isə subtropik iqlim malikdir. Bu Soçi rayonu adlanır. Mülayim iqlimə malik olan ərazisi k/t –nın və turizm üçün əlverişlidir. Dağ çayları hidroenerji ehtiyatları ilə zəngindir. Neft, qaz və tikinti materialları ehtiyatına malikdir. Sənayesi yeyinti, maşınqayırma, tikinti materialları və b. ibarətdir. Çoxlu miqdarda şəkər tozu, bitki yağı, konservlər istehsal olunur. Şəkər tozu və bitki yağı istehsalına görə RF tayı bərabəri yoxdur.
 Sənaye Krasnadarda , Novorossirskdə və k/t rayonlarında yerləşir. Qara dəniz sahillərində iri kurort şəhərləri yerləşir.Krasnadar taxıl istehsalına görə Rusiyanın əsas ərzaq diyarı hesab olunur. Burada buğda, çəltik, qarğıdalı əkinləri geniş yayılmışdır. Şəkər çuğunduru, günəbaxan, tərəvəz istehsalına görə Rusiyada birinci yerdə durur. Az miqdarda subtropik təsərrüfat –çayçılıq, meyvəçilik inkişaf  etdirildi. Kuban diyarında iri südlük ətlik, qoyunçuluq, donuzçuluq, quşçuluq sahələrinə malikdir.
Nəqliyyatı : yaxşı inkişaf etmiş Novorossirsk,Tuapse kimi iri limanları vardır.
Stavropol diyarı .Sahəsi 66.5min kv kilometrdir. Əhalisi 2.7 mln nəfərdir. Dənizlərə çıxışı yoxdur. Təbii şəraiti həm insanları yaşayışı və həm də k/t-nın inkişafı üçün əlverişlidir.Ərazisi təpəli düzənliklərdən təşkil olunub. Torpaqları münbitdir , Yağıntının az düşməsi k/t inkişafını çətinləşdirir. Ərazisində çoxlu müalicə palçıqları olan göllər vardır. Məşhur Qafqaz mineral bulaqları onun ərazisində yerləşir. Az miqdarda neft və qaz ehtiyatları vardır .
Əhalisi. Təbii artımı çoxaz olsada qaçqınların axımı onun əhalisini artırır. Çeçenistanda baş verən milli etnik münaqişələr buraya çoxlu  ruslar və qeyri ruslar köçmüşdürSon illər burada azərbaycanlıların, ermənilərin Şimali Qafqaz xalqlarının axımı artmışdır. Əhalinin 84%-i ruslar təşkil edir. Sənayesi qida , elektroenergetika, kimya, maşınqayırma və s təşkil olunubdur. Ən iri sənaye mərkəzləri Stavropoldur. Kurort şəhərləri –Kislovodsk,Pyatiqorsk,Yesuntiki və b.
Kənd təsərrüfatı. Kənd təsərrüfatı taxılçılıq və zərif yunlu qoyunçuluqüzrə ixtisaslaşmışdır. Böyük qoyun sürüləri var , yun qırxımına görə RF yüüksək yer tutur. Suvarma inkişaf etdirilir. Belə torpaqlara tərəvəz və bostan bitkiləri yetişdirilir. Otlaqlara su çıxarılır. Nəqliyyat şəbəkəsi seyrəkdir. Boru kəmər , avtomobil hava nəqliyyatı inkişaf etdirilibdir. Xüsusilə Minaloks  Podi hava limanı Rusiyanın bir çox şəhərləri ilə və xariclə əlaqədədir.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget