Azərbaycanın ən böyük Coğrafiya jurnalı

COĞRAFİ TERMİNLƏR. E - Y

Ekzarasiya (lat. exaratio - qazımaq) - hərəkət edən buzlağın süxurları dağıtması, parçalaması və qırıntı materiallarını kənara çıxarması prosesi Ekzogen proseslər (yun. exo - xarici və genos - törəmə) - Yer səthində Günəş enerjisindən əmələ gələn, xarici qüvvələrin təsiri ilə baş verən proseslər Ekologiya - orqanizmlərin bir-biri və onları əhatə edən mühitlə qarşılıqlı münasibətini öyrənən elm sahəsi Ekstensiv inkişaf

Ekzarasiya (lat. exaratio - qazımaq) - hərəkət edən buzlağın süxurları dağıtması, parçalaması və qırıntı materiallarını kənara çıxarması prosesi
Ekzogen proseslər (yun. exo - xarici və genos - törəmə) - Yer səthində Günəş enerjisindən əmələ gələn, xarici qüvvələrin təsiri ilə baş verən proseslər
Ekologiya - orqanizmlərin bir-biri və onları əhatə edən mühitlə qarşılıqlı münasibətini öyrənən elm sahəsi
Ekstensiv inkişaf - kənd təsərrüfatında əkin sahələrinin genişləndirilməsi, heyvanların və müəssisələrin sayının artırılması hesabına məhsul artımına nail olmağa deyilir
Embarqo - hər hansı bir dövlət tərəfindən başqa ölkələrə məhsul göndərilməsi və ya xarici ölkədən gətirilməsinə qadağan qoyulmasıdır
Emiqrasiya (lat. emiqro - köçmə) - bir dövlətin vətəndaşının müxtəlif səbəblərdən digər ölkəyə köçməsi. Bu adamlar emiqrant (mühacir) adlanır.
Endogen proseslər (yun. endo - daxili və genos - törəmə) - Yerin daxilində baş verən kimyəvi və fiziki proseslər
Endemik növ (yun. endemos - yerli) - təbii halda ancaq müəyyən bir coğrafi ərazidə yayılan bitki və ya heyvan növü Era - Yerin və onun üzvi aləminin təbii inkişafının uzun mərhələsini göstərən vaxt
Eroziya (lat. erosio - yeyilmə) - süxurların və ya torpağın yuyulub dağılması və aparılması prosesi
Eroziya bazisi - axar suyun(çayın) öz qüvvəsini itirib yatağını daha dərinləşdirə bilmədiyi üfüqi səviyyə. Çayın töküldüyü hövzə (digər çay, dəniz-okean, göl) onun eroziya bazisi hesab olunur
Estuari - dənizə doğru genişlənən qıfabənzər çay mənsəbi 
Etnik birlik (yun. etnos - xalq) - insanların milli əlamətlərinə görə seçilən, tarixən fomalaşan qrupu
Efemer bitkilər (yun. ephemeros - birgünlük, tezötən) - vegetasiya dövrü qısa çəkən birillik bitkilər
Əhalinin orta sıxlığı - ölkə (yaxud materik, bölgə, rayon) əhalisinin ümumi sayının onun ümumi sahəsinə olan nisbəti Əmək məhsuldarlığı - vaxt vahidi ərzində işçinin yaratdığı məhsulun miqdarı
Əmtəə - satış üçün istehsal olunmuş məhsul Fay (qayma) - tektonik hərəkətlər nəticəsində Yer qabığının bir hissəsinin bir xətt boyu qırılaraq çökməsi (qraben) və ya qalxmasına (horst) deyilir
Fauna (lat. faunus - qədim Roma mifologiyasında çöl və mal-qara ilahəsi) - Yerin heyvanlar aləminə verilən ümumi anlayış
Flora (lat. flora - çiçəklər və bahar ilahəsi) - Yerin bitki növlərinin məcmusu
Fiord - ensiz, dərin, uzun yamacları dik və qayalıq dəniz körfəzi
Ferroərintilər - polada müəyyən keyfiyyət vermək üçün istifadə edilən legirləyici materialların (xrom, nikel, titan, volfram, vanadium) dəmirlə ərintiləri
Fraxt (holl. vracht - ödəmə) - dəniz nəqliyyatını daşımalar üçün kirayə verilməsindən əldə olunan ödənc haqqı
İdxalat məhsulları - ölkəyə digər ölkələrdən gətirilən (daxil edilən - alınan) məhsullar
İmmiqrasiya (lat. immicjrans - yerləşdirmək) - başqa dövlət vətəndaşının müxtəlif səbəblər üzündən bir ölkəyə köçüb gəlməsi. Bu adamlar immiqrant adlanır.
intensiv inkişaf - təsərrüfatda elmi-texniki nailiyyətlərdən istifadə etməklə məhsuldarlığı yüksəltmək (əlavə xərc və vəsait sərf etməklə) hesabına məhsul istehsalının artırılması infrastruktur - istehsala və əhaliyə xidmət edən qurğular sistemi, istehsal (nəqliyyat yolları, enerji xətləri, boru kəmərləri, anbarlar və s.) və sosial (sərnişin nəqliyyatı, məişət xidməti, səhiyyə, maarif və s. müəssisələr) istiqamətli infrastrukturlara bölünür.
inteqrasiya (lat. inteqratio - tamlıq, birləşdirmə) - ölkələrin təsərrüfat-siyasi birləşmə forması
İqlim - müəyyən ərazi üçün səciyyəvi olan çoxillik hava rejimi
İqtisadi fəal əhali - əmək qabiliyyətli əhalinin müxtəlif istehsal və qeyri-istehsal sahələrində çalışan hissəsi
İrriqasiya (lat. irriqatio - suvarma) - rütubət çatışmayan torpaqların süni suvarılması
İxracat məhsulları - ölkədən digər ölkələrə göndərilən (xaric edilən - satılan) məhsullar
İzobar - xəritədə atmosfer təzyiqi eyni olan nöqtələri birləşdirən xəttə deyilir
İzobat - xəritədə okean və dənizlərin dərinlikləri eyni olan nöqtələrini birləşdirən xətlər
İzogiyet - xəritədə yağıntıların miqdarı eyni olan nöqtələri birləşdirən xətlər
İzoqalin - xəritədə duzluluğu (okean və dənizdə) eyni olan nöqtələri birləşdirən xətlər
İzohips (horizontal) - plan və ya xəritədə mütləq hündürlüyü eyni olan nöqtələri birləşdirən izoxətt
İzoterm - xəritədə temperaturu eyni olan nöqtələri birləşdirən xətlər
İzoxət - coğrafiya xəritələrində və ya planda bərabər kəmiyyətli nöqtələri birləşdirən xətt
Yağıntı - atmosferdən Yer səthinə çökən rütubət (yağış, qar, dolu, şeh, qırov)
Yayla - okean səviyyəsindən 500 m-dən yüksəkdə yerləşən düzənlik
Yükgötürmə qabiliyyəti - müəyyən nəqliyyat vasitəsində birdəfədə daşıması mümkün olan yük kütləsinə deyilir
"Yaşıl inqilab" - İOÖ-də müasir aqrotexniki qaydalardan istifadə sayəsində kənd təsərrüfaünda məhsuldarlığın kəskin artırılması
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget