Troposferin eyni xassələrə malik (temperatur, təzyiq, rütubət) böyük həcmli hissəsi hava kütləsi adlanır. Hava kütlələri yarandığı səthin xüsusiyyətlərini özündə birləşdirir və hərəkət etdikcə müəyyən dəyişikliyə uğrayır. Fiziki xassələrinə görə hava kütlələrinin tipləri:
1. Ekvatorial h. k. - il boyu isti və rütubətlidir. Sutkalıq və illik temperatur amplitudu çox cüzidir. Bütün il boyu ekvatorial iqlim qurşağına, yayda həm də subekvatorial iqlim qurşağına təsir göstərir.
2. Tropik h k. - iki yarımtipə bölünür: Dəniz tropik hava okeanlar üzərində yaranır, yüksək temperatur və rütubət tutumu, aşağı nisbi rütubəti ilə seçilir. Tropik kontinental hava materik üzərində yaranır. Yüksək temperaturu, quruluğu və yüksək sutkalıq temperatur amplitudu ilə seçilir. Tropik hava il boyu tropik, yayda subtropik, qışda subekvatorial iqlim qurşağına təsir göstərir.
3. Mülayim h. k. - iki yarımtipə bölünür: Dəniz mülayim hava okean üzərində yaranır. Yayı sərin, qışı ilıq və rütubətli olması ilə seçilir. Mülayim kontinental hava şimal yarımkürəsində materiklər üzərində yaranır. Qışda soyuq, yayda isti /ə quru olması ilə seçilir. İllik temperatur amplitudu yüksəkdir. Mülayim hava il boyu mülayim, yayda subarktik (subantarktik), qışda subtropik iqlim qurşağma təsir göstərir.
4. Arktik (Antarktik) h. k. - qütb enlikləri üzərində formalaşır. Şaxtalı, az rütubəti ilə seçilir. Arktik (Antarktik) hava bütün il boyu arktik (antarktik), qışda subarktik (subantarktik) iqlim qurşağma təsir göstərir.
şəkil 1
Hava kütlələri Yerin Günəş ətrafında fırlanması ilə bağlı yayda qütbə, qışda isə ekvatora doğru hərəkət edir. Atmosfer cəbhələri hava kütlələrinin sərhədlərində formalaşır və hava elementlərinin kəskin dəyişməsi ilə səciyyələnir. İsti hava kütləsi daha fəal olub soyuq havanı sıxışdırırsa, isti cəbhə, əksinə olduqda soyuq cəbhə yaranır (şəkil 1). Hər iki halda isti hava nisbətən yüngül olduğundan yuxarı qalxır, topa-yağışlı, laylı-topa buludlar əmələ gəlir və yağıntı düşür.
Hava kütlələrinin əsas tiplərini ayıran cəbhə planetar cəbhə adlanır. Planetar cəbhə zonaları: arktik cəbhə (arktik və mülayim h.k. arasında); mülayim cəbhə (mülayim və tropik h.k. arasında); tropik cəbhə (tropik və ekvatorial h. k. arasında).
Müəyyən məhəldə müəyyən vaxtda troposferin fiziki vəziyyəti hava adlanır. Hava qısa vaxt ərzində tez-tez dəyişə bilər. Havanın elementləri: temperatur, təzyiq, rütubət; külək, bulud, yağıntı, ildırım və s.-dir.
Müəyyən ərazi üçün səciyyəvi olan çoxillik hava rejimi iqlim adlanır (yunanca - "klima" - meyl deməkdir). Əsas iqlim göstəriciləri temperaturun illik dəyişməsi, yağıntının paylanması, hakim küləklər və s.-dir.
Əsas iqlim əmələgətirən amillər: coğrafi enlikdən asılı olaraq Günəş şüasının düşmə bucağı; hava kütlələri; səth örtüyü; həmçinin relyef, okean və dənizlərə yaxınlıq, cərəyanlar və s.
Hava kütlələri və günəş radiasiyası əsas götürülməklə Yer kürəsində 13 iqlim qurşağı ayrılmışdır (V.Alisova görə). İqlim qurşaqları əsas və keçid qurşaqlara bölünür.
Əsas iqlim qurşaqları bütün il boyu eyni hava kütlələrinin təsirinə məruz qalan qurşaqlardır.

Yorum Gönder