Azərbaycanın ən böyük Coğrafiya jurnalı

İTALİYA ALİMLƏRİ AZƏRBAYCANLI HƏMKARLARI İLƏ TALIŞ DAĞLARINDA TƏDQİQATLAR APARIR

İtaliyalı alimlər azərbaycanlı həmkarları ilə ölkəmizin cənubunda suların və qazların izotop-kimyəvi tərkibini öyrənir. Bu məqsədlə İtaliya Milli Tədqiqat Şurasının (İMTŞ) mütəxəssisi Marko Bonini və Florensiya Universitetinin professoru Orlando Vaselli iyunun 21-də Azərbaycana gəlmişlər.

İtaliyalı alimlər azərbaycanlı həmkarları ilə ölkəmizin cənubunda suların və qazların izotop-kimyəvi tərkibini öyrənir. Bu məqsədlə İtaliya Milli Tədqiqat Şurasının (İMTŞ) mütəxəssisi Marko Bonini və Florensiya Universitetinin professoru Orlando Vaselli iyunun 21-də Azərbaycana gəlmişlər. Onlar Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) Çökmə hövzələrinin fluid dinamikası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Əkpər Feyzullayev və Geoloji mühitin qamma-spektrometriyası şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru  Çingiz Əliyev ilə birgə Talış dağlarında tədqiqatlar aparır. Bir həftə davam edəcək çöl tədqiqatları çərçivəsində təbii, mineral və termal su, həmçinin qaz çıxışları olan ərazilərdə geoloji araşdırmalar aparılacaq, nümunələr götürüləcəkdir. Sonra, nümunələr İtaliyada analiz olunacaqdır.

Tədqiqatların məqsədi flüidlərin geokimyəvi xassələrinin, helium, arqon karbohidrogenlərin və karbon qazının izotop tərkibinin öyrənilməsi nəticəsində onların mənşəini  müəyyən edilməsidir.

İşlər AMEA və İtaliyanın Elmi Tədqiqat Şurasının 2014 və 2015-ci illəri əhatə edən “Böyük Qafqazın şərq hissəsinin və Talış dağlarının flüid təzahürləri: flüid geokimyası, struktur və geodinamik asılılıq” adlı əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilir.

Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget