Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Dünyanın tanınmayan möcüzələri - ŞƏKİLLƏR

Bütün dünyaya yalnız yeddi möcüzə məlumdur. Lakin bu rəqəm daha çoxdur. Hər biri isə öz unikallığı ilə seçilir....

1. İspaniyada yerləşən "Herkules" qülləsi Bu qüllə İspaniyada Priney yarımadasında yerləşir. Qüllədən Atlantika okeanın sahillərinə gözəl mənzərə açılır. Uzunluğu 55 metr olan qüllənin yaşı 1900 ildən çoxdur. Hazırda "Herkules" qülləsi Roma tarixindən qalan yeganə bərpa olunmayan antik tarixi abidədir.
2. Hindistan - Aynata mağarası Hindistanın Maxaraşta vilayətində məşhur Aynata mağaraları yerləşir. Bu mağaralarda abidələr bir başa mağara divarlarının üzərində ovulub. Eramızdan əvvəl ikinci əsrə aid olan daş abidələr Buddist dininin incəsənətinə aiddir. Son 1300 ildə cəngəllik tamamilə mağaranın üstünü örtüb. Və bu abidə tarixə qovuşub. Mağara yalnız 1819-cu ildə britaniyalı bir əsgərin hesabına tapılıb. Əsgər pələngi öldürmək istəyərkən mağaraya daxil olub. Bundan sonra həmin ərazi təhqiqat sahəsinə çevrilib.

3. Polşa – Torun şəhəri Şimali Polşada olan Torun şəhəri Vistula çayı üzərində yerləşir. Arxeologlara görə, şəhərin ətrafına ilk məskunlaşma eramızdan əvvəl 1100-cü ildə olub. 7-ci və 13 əsrələrdə bu şəhərdə yalnız polşalılar yaşayıb. Əhali sayının artığına görə, şəhər rəhbərliyi 1264 ci ildə şəhərin ətrafında "Yeni Şəhər" qəsəbəsi yaradırlar. Hazırda orta əsrlərin memarlıq üslubunu itirməyən şəhər tarixi qoruq olaraq qorunur.
 4. Myanma - Baqan şəhəri Baqan- çox qədimi şəhərdir. Şəhər Birmada bir neçə krallığın paytaxtı hesab olunurdu. Bəzi siyasi məsələlərə görə, Baqan YUNESKO-nun mədəni irsinə salınmadı. Əsas səbəb kimi isə şəhərin restavrasiyası köhnə qalıqlar üzərində yox, yenidən tikilib. Bütün bunlara baxmayaraq şəhər "Düşmən əzən şəhər" mənasını hələ də itirməyib.
 5. Hindistan – Çiçəklər Vadisi – Bu ərazi Himalay dağının ən hündür zirvəsində yerləşir. Fövqəladə gözəllik barədə daha çox Hind mifologiyasına bəllidir. Yüzlərlə çiçəyin açdığı vadi rəsm əsərinə oxşayır. 1982-ci ildə milli park olaraq elan edilən vadi hazırda Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilib. Yerli əhalilər burada pərilərin yaşadığını iddia edirlər.
Mənbə: http://modern.az/
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget