Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Litosfer tavaları nəzəriyyəsi ( Platforma və Geosinklinallar)

XX əsrin 60-cı illərində dünya okeanında aparılan geniş miqyaslı tədqiqatlar nəticəsində yeni Litosfer tavaları nəzəriyyəsi irəli sürüldü. Bu fərziyyəyə görə, yer qabığı və üst mantiyadan ibarət, qalınlığı 250-90 km arasında dəyişən, Litosfer bütöv olmayıb, dərinlik çatları vasitəsi ilə materik və okean tipli litosfer tavalarına bölünür. Bu tavalar arasında ən böyükləri bunlardır: Sakit okean, Avrasiya, Hind-Avstrliya, Afrika, Şm.Amerika, Antraktida. Nisbətən kiçik litosfer tavaları, Kokos, Naska, karib və s.-dir. Sakit okean litosfer tavası yalnız okean tiplidir.

Biz yerin planetar və geoloji inkişaf mərhələlərinin xüsiyyəylərini bilirik. Yer qabığının sonrakı
inkişafı haqqında alman alimi Vegenerin hazırladığı, materiklərin dreyfi nəzəriyyəsi diqqəti daha çox cəlb edir. Sahil xətlərinin oxşarlığına əsaslanmaqla o, müasir materiklərin üfüqi istiqamatdə yerləşmələri fikrini irəli sürmüşdü. Lakin onları hərəkətə gətirən qüvvələri və bu hərəkətlərin mexanizmini sübut edə bilmədiyinə görə, bu nəzəriyyə tezliklə unuduldu. 

XX əsrin 60-cı illərində dünya okeanında aparılan geniş miqyaslı tədqiqatlar nəticəsində yeni Litosfer tavaları nəzəriyyəsi irəli sürüldü. Bu fərziyyəyə görə, yer qabığı və üst mantiyadan ibarət, qalınlığı 250-90 km arasında dəyişən, Litosfer bütöv olmayıb, dərinlik çatları vasitəsi ilə materik və okean tipli litosfer tavalarına bölünür. Bu tavalar arasında ən böyükləri bunlardır: Sakit okean, Avrasiya, Hind-Avstrliya, Afrika, Şm.Amerika, Antraktida. Nisbətən kiçik litosfer tavaları, Kokos, Naska, karib və s.-dir. Sakit okean litosfer tavası yalnız okean tiplidir.

Litosfer tavaları nəzəriyyəsinin tərəfdarlarına görə, yer səthi, ona yaxın dərinlikdə baş verən bütün daxili proseslər litosfer tavalarının üfüqi yerdəyişməsinin təzahürüdür. Güman olunur ki, nisbətən bərk olan litosfer tavaları ərimiş mantiya maddələri üzərində yatırlar. Mantiya və nüvədə ərimiş maddələrin yer səthinə və yerin mərkəzinə doğru yerdəyişməsi baş verir. Səthə doğru qalxan ərimiş maddələr, böyük təzyiq altında aşağıdan litosferə təsir göstərir. Belə təzyiq nəticəsində, litosferin nazik hissələrində uzunluqları 100 km-lərlə ölçülən dərinik çatları əmələ gəlir. Bu qırılmalar boyu Litosfer ayrı-ayrı tavalara bölünür. Litosfer tavalarının sərhəddi okeanlarda orta okean dağ silsiləsi boyu, quruda isə sıra dağlar boyu keçir. Vulkan püskürmələri və zəlzələlər də by zonalarda baş verir. Mantiya maddələrinin üstü ilə üfüqi istiqamətdə yerdəyişmələrin sürəti ildə bir neçə sm olur. Bu hərəkətin bir neçə 100 mln il davam etdiyini nəzərə alaraq, tavaların 1000 km-lərlə məsəfə keçdiyini hesablamaq olar. Tədqiqatlar nəticəsində Litosfer tavalarının qarşılıqlı əlqəsinin 2 tipi müəyyən edilmişdi. Yəni tavaların bir-birindən aralanması və toqquşmaları,okean tipli Litosfer tavalarının
aralandıqları zona, müasir orta okean dağ silsilələrinə uyğun gəlir. Bu dağlar okeanların ortası ilə 70 min km uzanır və 30-50 km-ə çatan dərələrlə sağ və sol sahillərinə bölünür. Bu dərələr “rif dərələri” adlanır. Litosfer tavalarının şaquli yerdəyişməsinin təsiri ilə, geoloji cəhətdən daha cavan olan Hind və Atlantik okeanları öz sahillərini genişləndirir. Litosfer tavalarının aralanması “Divergent sərhəd” toqquşması isə “Konvergent sərhəd” adlanır. Bəzən materik və okean tipli tavalar toqquşur. Bu zaman okean tavası, daha qalın materik tavasının altına girir. Belə toqquşma zonasında, okean tavasının kənarında, dərin sulu okean novları əmələ gəlir. Materik tipli tavaların toqquşması zamanı, nəhəng dağ sistenləri yaranır. Məs: Priney yarımadasından Böyük Zond adalarına qədər qurşaq şəklində uzanan, Alp-Himalay dağ silsilələri. Avrasiya tavasının, Afrika və Hind-Avstraliya tavaları ilə toqquşmaları nəticəsində əmələ gəlmişdir. Arxey və proterozoy eralarında, əvvəlcə vahid quru sahəsi, Pangeya yaranmışdır. Sonra onu hər tərəfdən əhatə edən dünya okeanı Pantalas yaranmışdı. Sonra Pangeya, Lavraziya və Qondvana ayrıldı. Güman edilir ki, Lavraziya ilə Qondvana arasında ensiz Tetis okeanı yaranmışdır. 

Mezozoy erasının, Yura dövründən, Lavraziya və Qondvana da materiklərə parçalanaraq müasir materikləri və Hindistan və Ərəbistan tavaları yaranmışdır. Atlantik və Hind okeanları cavan, həm də genişlənməkdə olan okeanlardır. Qədim sayılan, Sakit və Şimal buzlu okeanın sahələri azalır. Afrika, Hindistan və Ərəbistan tavaları şimala doğru hərəkət edərək, Avrasiyaya toqquşublar. Tetis okeanı qapanmış, qalıqları yaranmışdır. Yerində Alp-Himalay qurşağı yaranmışdır. IV dövr ərzində Somali və Ərəbistan materikə yaxınlaşmış, Kaliforniya Şimali Amerikadan uzaqlaşmağa başlamışdı.

Hal-hazırda Aralıq dənizi qapanır, Qımızı dəniz, rif dərəsi boyu sahəsini genişləndirir. Toqquşma sahəsində yerləşən, seysmikliyi ilə seçilən sahələrdə tez-tez zəlzələlər baş verir. Belə sahələr geosinklinal adlanır. Geosinklinalların uzun illər ərzində inkişafının son orogen mərhələsində litosferin sabit-qalın bərk və hamarlanmış hissələri olan Platformalar yaranır. Erroziya və denudasiya prosesləri, dağlıq ərazilərdə yer səthində yatan süxurları yuyur. Bünövrədəki qranit, qneys və metamorfik süxurlar səthə çıxır. Yaşlarına görə platfomalar, qədim və cavan platformalara ayrılır. Qədim platformalar, Şərqi Avropa, Afrika, Anarktida və Avrasiya platformalarıdır. Cavan platformalar isə, Turan, Qərbi Sibir, Brazilya sayılır. Qədim platformalar
Arxey və Proterozoy eralarında, cavan platformalar isə, Kaledon və Hertsin qırışıqlığında yaranmışdır. Platformaların bünövrəsi əsasən qranit və metamorfik süxurlardan (qneys, kristallik şist) təşkil olunur və kristallik bünövrə adlanır. Platformaların səthi hamar deyil. Kristallik süxurların geniş qalxanları və əyilmə zonaları vardır. Şərqi Avropa platformasında, Baltik qalxanı, Şimali Amerikada Labrador qalxanı, Cənubi Amerikada Brazilya qalxanları var. Qalxanlarda kristallik süxurlar, yer səthinə çıxır. Qalxanlar platformaların fəallaşmış zonalarında, çox böyük sahədə, qədim kristallik bümövrənin, səthi qabarmış yüksək yayla və dağlıq sahələrdə yaranmışdır. Nəhəng Şərqi Afrika, Efiopya, Somali, Afrika-Ərəbistan qalxanları buna misaldır.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget