Qriqori Ivanoviç Şelixov (1747-1795) Rus tədqiqatçılarının Şimali Amerikanın Alyaska sahillərində ilk dəfə olmaları XVIII əsrin əvvəllərinə təsadüf edir. Bu zamandan etibarən ruslar Şimali Amerikanın qərbində məskunlaşmaqla tədricən cənuba doğru irəliləməklə müasir San-Fransisko (Frensisi Dreykin adını daşıyır) şəhərinə qədər çatmışlar. Beləliklə, Alyaska uzun müddət rus hakimiyyətinin təsir dairəsinə çevrilmişdir. Alyaskanın mənimsənilməsində mühüm rol oynayan tədqiqatçılardan biri Qriqori Ivanoviç Şelixov olmuşdur. Şelixov 1747-ci ildə tacir ailəsində anadan olmuşdur. Sibirin zəngin sərvəti haqqında məlumatı olan tədqiqatçı daim bu regionda olmağa can atmış və nəhayət Sibirin iri ticarət mərkəzi sayılan Irkutska gəlməklə tacir Qolikovun yanında xidmət etməyə başlayır. Xidməti işi ona Sibirin bir çox bölgələrində olmaqla müəyyən məlumatlar toplamağa imkan yaratmışdır. 1775-ci ildə ticarət işləri Şelixovun Oxotsk və Uzaq Şərqə çatmasına səbəb olur, Sakit okean sahillərinə çatması, onda tədricən şimal-şərqi Amerikanı tədqiq etmək və mənimsəmək həvəsi yaradır.
1783-cü ildə iki gəmi düzəltməklə Şelixov Amerika sahillərinə istiqamət götürür. Berinq yarımadasında qışlamağa məcbur olan dənizçilər növbəti ilin yayında Kodyak adasına yan alırlar. Burada Şelixov qəsəbə salmaqla yerdi əhali olan eskimoslarla gözəl münasibətlər yaratdı. Şelixov rus evlərinin, yeməklərinin, silahlarının üstünlüklərini eskimoslara çatdırmaqla onları tədricən ələ alır, hətta (məktəblər açaraq rus dilini mənimsətməklə bir qismini Oxotsk və Irkustsk şəhərlərinə təhsillərini davam etdirməyə göndərir.
Ilk günlərdən Şelixov özünü Amerikada ancan bir tacir kimi yox, həm də Rusiyanın dövlət xadimlərindən biri kimi aparmağa başlayır. Amerika torpaqlarının mənimsəmə arealını genişləndirmək məqsədilə materikin şimal-qərbinə ekspedisiyalar təşkil edir və sahil zonalarını coğrafi xəritələrə köçürdürür. Tədqiq olnmuş ərazilərdə xaç nişanları qoymaqla bu sahələrin ruslara məxsus olduğunu isbat etməyə çalışan Şelixov tədricən rus qəsəbələri saldırır və qalalar tikdirir.
Iki ildən sonra K.A. Samaylovu, Rus Amerikasına yazılı surətdə rəhbərlik etməyi tapşırmaqla Rusiyaya qayıdan Şelixov yerli əhalini ruslaşdırmaq məqsədilə təşkil olunmuş və təşkil olunacaq məktəbləri rus ədəbiyyatları ilə təmin etməyə səy göstərir. Daha sonra Amerikada salınmış qəsəbə və tikilmiş qalalar, həmçinin rusların təsir dairəsi haqqında xəritələr də təqdim olunmaqla Irkutskdə qubernatora məlumat verir. Verilmiş məlumat və xəritələr Peterburqa göndərilməkdə Sakit okeanın xəritəsinin tərtib olunmasında mühüm rol oynayır. Amerika haqqında biliklərini o, 1771-ci ildə iki kitabda çap etdirir. Beləliklə, Q.I.Şelixov ruslarda Amerika haqqında bilikləri genişləndirməklə onların bu ölkəyə köçərək məskunlaşması üçün əlindən gələni əsirgəmirdi.
Yeni torpaqların ruslar tərəfindən zəbt olunmasına bütün varlığı ilə çalışan Şelixov yazırdı: «Belə qərara gəlirəm Ki, dənizçilərimiz Sakit okeanı daha dəqiq tədqiq etməli, hazırda məlum olan ərazi çərçivəsindən kənara çıxaraq Makao, Flippin və marian adalarına qədər getməlidilər».
1795-ci ildə 48 yaşlı Şelixovun özlənilməz ölümü onun Amerikada müstəmləkəçilik siyasətinə son qoydu. Lakin Şelixovun müstəmləkəçilik planları A.A.Baranov tərəfindən ardıcılo olaraq davam etdirildi. Nəhyaət rus Amerikasının paytaxtı kimi NovoArxanqelsk şəhərinin əsası qoyuldu, San-Fransisko kbrfəzi yaxınlığında ispan hakimiyyətinə məxsus torpaqlarla sərhəddə ruslara məxsus Ross qalası tikildi. Novo-Arxanqelsk tezliklə iri liman şəhərinə çevrildi, məktəblər və müxtəlif mədəniyyət sahələri yaranmağa başlandı. Beləliklə, ruslar tədricən materikin daxili hissələrinə doğru irəliləməyə başladılar. Bütün bunlara baxmayaraq, çar hakimiyyəti Amerikada məskunlaşmış ruslara və onların qayğılarına çox biganə yanaşırdı. Ona görə də 1867-ci ildə ABŞ-ın həmin torpaqların satılması təklifi çar hakimiyyəti tərəfindən məmuniyyətlə qarşılandı.
Amerikada apardığı işlərə görə ruslar Q.I.Şelixovu «Rus Kolumbu» adlandırmışdır. Hazırda Şimali Amerikanın Sakit okean hövzəsində bir çox körfəz, boğaz, çay, Oxot dənizində körfəz, Alyaska ilə Kodyak adası arasında boğaz Şelixovun adını daşıyır.
Vasili Mixayloviç Qolovin (1765-1831)
I.T.Kruzenştern və Y.F.Sisyanskidən sonra rusların 2-ci dünya ekspedisiyası Vasili Mixayloviç Qolovinin adı ilə bağlıdır. Qolovin 1807-ci ilin avqust ayının 6-da Kronştaddan yelkənli donanmanın «Diana» hərbi gəmisində dünya səyahətinə çıxır. Gəmi Uzaq Şərqdə yerləşən rus limanlarına yük aparmaq adı altında çıxmasına baxmayaraq, əsas məqsəd Sakit okeanın az məlum olan sahələrini öyrənmək və daha dəqiq məlumatlar əldə etməkdən ibarət idi. Sentyabr ayında «Diana» gəmisi Portsmut ingilis şəhərinə yan alır. Ingilis hökumətindən ruslarla müharibə başlayarsa elmi-tədqiqat xarakter daşıyacaq ekspedisiyaya maneəçilik törədilməyəcəyi haqda rəsmi buraxılış vərəqəsi alır. Bundan sonra Braziliya sahillərinə kurs götürməklə Horn burnundan keçərək Sakit okeana daxil olur. Lakin əlverişsiz iqlim şəraiti, müşahidə edilən sinqa xəstəliyi onu geri dönərək Afrikanın cənubundan keçərək Hind okeanından Kamçatkaya üzməyə məcbur edir. Gəmi Ümid burnunda Keyptaun sahillərində ingilislər tərəfindən icazə vərəqəsi almasına baxmayaraq tutlur. On üç aydan sonra qaçmağa müvəffəq olan heyət Avstraliyanı keçməklə Tana adasına yan alır və gizlin olaraq adanın coğrafi təsvirini verirlər.
1809-ci ildə «Diana» gəmisi Kamçatkaya çatır. Qışlama ərəfəsində Qolovin yarımadanın daxili hissələrinə irəliləməklə onun təbiətini, əhalisini və onların məşğuliyyətini öyrənməyə çalışır.
1810-ci ilin yazında gəmi Alyaska yarımadasına üzməklə Rus Amerikasının mərkəzi sayılan Novo-Arxanqelskə ərzaq gətirir. Qayıdarkən Petropavlovsk-Kamçatkada Aleut və Kuril adaları haqqında məlumat toplamaq və Tatar sahillərini öyrənmək tapşırığı aldığından 1811-ci ilin yazında Kuril adalarına istiqamət götürərək əlverişsiz iqlim şəraitinə baxmayaraq adaların xəritədə təsvirini verməyə nail olur. Qolovin daha sonra Petropavlovsk-Kamçatskə yan aldıqdan sonra quru yolla Sibir istiqamətində Peterburqa yola düşməyə üstünlük verir.
Berinq dənizində körfəz, Kuril adaları arasında boğaz, Kunaşir adasında vulkan, Yeni Torpaqda dağ və burun Qolovinin adını əbədiləşdirir.
Kruzenştern Ivan Fyadoroviç (1770-1846) və Lisyanski Yuri Fyodoroviç (1773-1837)
XIX əsrin əvvəllərində ruslar Şimali Amerikanın qərb sahillərində hazırki San-Fransisko şəhərinə qədər böyük bir ərazidə məskunlaşmışdılar. Rusların himayəsi altına keçmiş bu ərazilər qərbdən çox uzaq oldğundan çar hakimiyyəti üçün əlaqə saxlamaq çox çətin idi. Yüklərin daşınması həddindən artıq baha başa gəlirdi. Belə ki, Rusiyanın Avropa hissəsindən Alyaskaya daşınan unun hər pudu ölkənin qərbində 40-50 qəpik olduğu halda, Amerikaya çatdırılarkən 8 manata qiymətləndirilirdi. Bu və ya digər çətinliklər ruslarla məskunlaşmış Amerika ərazisinin idarə olunmasını da mürəkkəblişdirirdi. Bəzi hallarda dövlətin verdiyi qərar nəinki Alyaskaya, həmçinin Kamçatkayaçatana qədər köhnəlmiş, yaxud ləğv olunmuş qərara çevrilirdi. Bu baxımdan Baltik dənizindən Sakit okeanda rus limanlarına qədər daim fəaliyyət göstərə bilən reysin təşkil olunması tələb olunurdu. Beləliklə, 1802-ci ildə Rusiyanın dəniz nazirliyi kapitan-leytenant Ivan Fyodoroviç Kruzenşternin dünya səyahətinin təşkil olunma təklifini qəbul etdi.
Kruzenştern dəniz kadet korpusunu bitirmiş, Rus-Isveç müharibəsində fərqləndiyinə görə xüsusi hörmətə malik bir zabit idi. Elə buna görə də 1793-cü ildə Ingiltərəyə göndərilməklə ingilis gəmilərində Şimali Amerika sahillərinə, Hindistana və Çinə tətşkil olunmuş ekspedisiyada iştirak etmişdir. Müəyyən təcrübəyə malik olduğundan təşkil olunmuş ekspedisiyanın rəisi təyin olunur. Kruzenştern kadet korpusunda oxuduğu dostu Sisyanskini özünə köməkçi götürməklə ekspedisiyaya hazırlıq işləri görür.
1803-cü ildə (yanvarda) «Nadejda» və «Neva» gəmiləri Kronştaddan yola düşür. Ekspedisiyanın qarşıya qoydğu əsas məqsəd Uzaq Şərq sahillərini tədqiq etmək, dəniz xəritələrini dəqiqləşdirmək, dərinlikləri, həmçinin suların temperaturunu müəyyənləşdirməklə Rusiya ilə Şimali Amerika arasındakı əlaqələri mümkün qədər asanlaşdırmaq idi. On gündən sonra gəmilər Kopenhagenə çatmaqla bir neçə alim, astronom və həkim ekspedisiyanın tərkibinə daxil edirlər. Ingiltərəyə baş çəkməklə geniş Atlantik sularına daxil olan gəmilər cənub yarımkürəsinə keçmələrini toplardan atılan yaylım atəşləri ilə qeyd edirlər. Braziliya sahillərinə yaxınlaşmaqla xəriğələr dəqiqləşdirilir. 1803-cü ilin dekabr aının sonunda Cənubi Amerikadan ensiz boğazla ayrılan Yekatrina adasına çatan ekspedisiya üzvləri tropik bitki növləri, tutuquşları nümunə üün götürülür. Bundan sonra onlar 1804-cü ilin yanvar ayında Horn burnunu keçməklə Sakit okean sularına daxil olurlar. Dumanlı havada bir-birini itirən gəmilərdən I.F.Kruzenşternin rəhbərliyi altında olan «Nadejda» Nukuxiva adasına çatır. Üç gün sonra «Neva» gəmisi də həmin adaya yan almaqla yenidən görüşürlər və ilk dəfə olaraq adanın coğrafi təsvirini verirlər. On gün adada qalmaqla su və ərzağa olan ehtiyaclarını ödəmək üçün müxtəlif məhsullar götürməklə ekspedisiyanı davam etdirirlər. 1804-cü ilin mayında gəmilər ikinci dəfə ekvatoru keçdilər, ancaq bu dəfə cənubdan şimala. «Nadejda» gəmisi Havay adalarından Kamçatkaya, «Neva» gəmisi isə Alyaska sahillərinə istiqamət götürür. Rus dövlətinin tapşırığını nəzərə alaraq Yaponiya istiqamətində üzməyə başlayır. Qapalı mühitdə yaşamağa üstünlük verən yaponlar rusların diplomatik əlaqələr yaratmaq təklifini rədd edərək onlara yapon limanlarına daxil olmalarını qadağan edirlər. Buna baxmayaraq gəmi Kamçatkaya qayıdarkən Yaponiyanın sahil xətlərini xəritələşdirməyə müvəffəq olurlar. Kruzenştern Kamçatkaya qayıdarkən səhv olaraq Saxalin adasını yarımada kimi qəbul etmişdir. Bu səhv ancaq 44 ildən sonra başqa bir rus səyyahı Qennadi Ivanoviç Nevelski (1813-1876) tərəfindən düzəldilmişdir.
Y.F.Lisyanski bu müddət ərzində Havay adaları və Alyaska (Böyük torpaq) sahillərini tədqiq edərək burada məskunlaşmış həmvətənləri ilə iki okeanı keçməklə əlaqəni bərpa etdilər. 1805-ci ildə «Neva» gəmisi xəzlə yüklənərək Çinə istiqamət götürür. 1806-cı ildə çay, ipək parçalar, çini qablarla yüklənərək Rusiya istiqamətində üzürlər. Ümid burnunda dumanda ayrı düşmüş «Nadejda» gəmisi 1806-cı ilin avqustunda Kronştada çatarkən Sisyanskinin onun iki həftə qabaqladığını görmüşdür.
Beləliklə, rusların üç il on iki günlük dünya səyahəti başa çatmış oldu. Bu ekspedisiya müddətində dünya xəritəsnə yeni adalar əlavə olundu, 400 metrə qədər dərinlikdə suyun sıxlığı və temperaturu öyrənildi, dəniz axınları dəqiqləşdirildi, Rus
Amerikasına olan dəniz yolu mənimsənildi. I.F.Kruzentern «1803, 1804, 1805, 1806-cı illərdə dünya səyahəti», Y.F.Lisyanski «1803, 1804, 1805, 1806-cı illərdə «Neva» gəmisində dünya səyahəti» kitabları bu ekspedisiyanın nəticələrinin məhsulu olmuşdur.
Aleksandr Humbolt (1769-1859)
XVIII əsrin sonlarında kəşf olunmuş materiklərin sahəllərinin konturları kifayət qədər dəqiq verilmişdir. Naməlum qalan Antraktida, Şimali Amerikanın şimalı, Sakit və Atlantik okeanında bir sıra adalar idi. Materiklər sahil xətləri kifayət qədər dəqiq verilməsinə baxmayaraq onların daxili hissələri əsasən tədqiq olunmamış «ağ ləkələr» şəklində qalmaqda idi. Dünyanın ən uzun çayı olan Nilin mənbəyi Alp-Himalay və And-Kordilyer dağ sistemləri,Afrika, Cənubi Amerika, Hindistan, Indoneziyanın tropik meşələri, torpaq örtüyü, çayları, gölləri, həmçinin səhralar öyrənilməmiş qalırdı. Ölkələrdə mövcud olan vulkanlar, faydalı qazıntılar haqqında təsəvvürlər ibtidai ormada idi. Qarşıda duran bu məsələlərin öyrənilməsində alman alimi Aleksandr Humboltun özünəməxsus yeri olmşdur. Humbolt 1769-cu ildə Almaniyada mülkədar ailəsində anadan olmuşdur. Qardaşı Vilhelmlə birlikdə yüksək səviyyədə təhsil almış hümbolt bitkilərlə çox maraqlandığından uşaqlıqdan yoldaşları tərəfindən zarafatla olsa da alim deyə çağrılırdı. Humbolt 18 yaşında Frankfurt, Berlin universitetlərində mühazirələr dinləmiş, daha sonra Freyberq akademiyasında təhsilini davam etdirməklə geniş biliyə malik olmuşdur. 1789-cu ildə ilk səyahətini Qərbi Almaniyadan başlayan alim, sonradan ekspedisiyasını Reyn çayı hövzəsində davam etdirməklə Reyn hövzəsinin bazaltları haqqında birinci elmi işini yazmışdır.
1799-cu ildə Humbolt dostu Bonplanla Cənubi və Mərkəzi Amerikada tədqiqat işləri aparmaq məqsədilə ispan hakimiyyətindən icazə alırlar (şəkil 10). Hər ikisi «PIsarro» gəmisində Kanar adalarına üzməklə Teyde vulkanına qalxırlar. Daha sonra Cənubi Amerikanın şimalına Venesuelaya üzməklə Karakas şəhəri ətrafında olmaqla ölkəyə məxsus savannaları tədqiq edirlər. Botanik dostu Bonplanla birlikdə bu ərazilərin yağıntılı dövrü ilə qraq dövrünün dəqiq təsvirini verməklə əmələgəlmə xüsusiyyətlərinin izahını verməyə çalışırlar. Orinoka çayında üzərkən bu çaydan bir qolun ayrılaraq Amazonun qolunu təşkil etdiyini, yəni çayın bufirkasiyasını müəyyən edirlər. Venesueladan Kubaya Üzən tədqiqatçılar Peruya doğru istiqamət götürürlər. Ekvadora səyahətdən sonra And dağlarında Kotonaxi (Tüstülənən Daş) və Çimboraso (Qarlı dağ) vulkanlarında tədqiqatlarını davam etdirirlər. Dağlarda bitki örtüyünün şaquli zonallıq üzrə dəyişməsini ilk dəfə olaraq Humbolt Cənubi Amerikada müşahidə etmişdir. Səyahətin davamı yenidən Kuba Meksika ölkələri olur. Nəhayət ABŞ-ın Delavar körfəzindən Avropaya qayıdırlar.
Humboltun 5 il çəkən birinci səyahətinin elmi əhəmiyyəti Amerikanın tədqiq olunmuş ərazilərinin təsviri, müxtəlif şəkillər, cədvəllər, xəritələrin çəkilməsi, şaquli zonallığın müəyyən edilməsi və s. olmuşdur. Ekspedisiyanın nəticələri 25 ildə 30 cilddə çap olunmuşdur.
1829-cu ildə rus hökumətinin dəvətilə Humbolt Rusiyaya gəlir. Dünya şöhrətli alimin artıq 60 yaşı tamam olmuşdur. Az əvvəl o, «Peterburq Elmlər Akademiyası»nın fəxri üzvü seçilmişdir. Humboltu Rusiyada əsasən Uralın zəngin faydalı qazıntıları maraqlandırırdı. Ona görə də marşrutu Peterburqdan, Moskva, Kazan, Mərkəzi Ural, Qərbi Sibir, Ob, Altay, Omsk, Cənubi Ural, Həştərxan, yenidən Moskva və Peterburq üzrə təşkil etməklə, 1829-cu ilin dekabrında vətəni Almaniyaya qayıdır. Ekspedisiya böyük ərazini əhatə etməklə qısa müddətli olduğundan nəticələri Amerikada aparılan tədqiqatlar qədər olmasa da, əldə olunmuş materiallara əsaslanaraq bir sıra məqalələr və iki kitabda toplanmış məlmatlar öz əksini tapmışdır.
Sutkada cəmi beş satt yatmaqla kifayətlənən məşhur alman tədqiqatçısı müasir coğrafiyanın əsasını qoyan alimlərdən biri olmuşdur. Humbolt ilk dəfə meteoroloji stansiyalar şəbəkəsi yaratmış alimlərdən olmuş, izotermlərin verilməsini təklif etmişdir. Onun təklifi əsasında Peterburq yaxınlığında daimi meteoroloji müşahidə aparmaq və yer maqnetizmini öyrənmək məqsədilə ilk rəsədxana tikilmişdir. Ilk dəfə olaraq Humbolt yer kürəsinin relyefini öyrənməklə dağ sistemlərinin orta hündürlüyünün hesablanma metodunu vermişdir.
Yer qabığının quruluşu haqqında «Plutonislərin»bütün dağ süxurlarının vulkan mənşəli olmaları fikrini müdafiə və inkişaf etdirilməsində fəal rol oynayan alim fiziki-coğrafiyanın, həmçinin ölkəşünaslığın elmi əsasını qoymuşdur. Təbiətdə baş verən təbii hadisələr arasındakı əlaqələrin və qanunauyğunluqların öyrənilməsi onun beş cildlik «Kosmos» əsərində öz əksini tapmışdır.
Humboltun adı Mərkəzi Asiyada dağ silsiləsi, Şimali Amerikada çay, göl və körfəz, Qrenlandiyada buzlaq, Avstraliyada dağ, Cənubi Amerikanın qərbində cərəyan, mineral, bir neçə bitki növü, Ayda krater və s. ilə əbədiləşdirilmişdir.
Fyodor Pavloviç Litke (1797-1882)
F.R.Litke Peterburqda çinovnik ailəsində anadan olmuşdur. Yaşından valideynlərini itirmiş əmisinin yanında ağır həyat tərzi keçirməklə böyüyən rus coğrafiyaşünasıdır. Əmisinin yanındakı ağır həyat tərzinin Litke belə xatırlayır: «Acından ölməyə qoymamaq üçün küçədən götürülən uşaq kimi baxırdılar, uşaqlıq dövrümdən xoşagələn heç bir xatirə qalmadı.»
1812-ci ildə 15 yaşında ikən donanmanda xidmət etməyə başlayır. 1817-1819-cu illərdə V.M.Qolovninin rəhbərliyi altında «Kamçatka» gəmisində dünya səyahətində iştirak edir. 1821-1824-cü illərdə Yeni Torpağın öyrənilməsi üçün təşkil olunmş ekspedisiyanın rəisi olmuşdur. Dörd dəfə bu torpağa ekspedisiya təşkil etməklə əldə olunmuş faktiki materiallara əsaslanmaqla «Şimal Buzlu okeanına dörd dəfə səyahət» əsərini yazır. Bu kitab onun şöhrətlənməsində böyük əhəmiyət kəsb edir.
Qolovinin təklifi ilə Yeni Torpaq ekspedisiyasına rəhbərlik edən Fyodor Pavloviç Litke adanın sahil xətlərinin dəqiqliklə öyrənilməsini və xəritəyə köçürülməsini qarşıya bir məqsəd kimi qoymuşdur. Səyahətin birinci ili dənizçilər Arktika şəraitində tədqiqat aparma üsulları ilə tnış olurlar. Növbəti ilin yayında Kola yarımadasında Murmansk sahillərini öyrənməklə Yeni torpağa doğru üzürlər. 1822-ci ildə adanın qərb sahilləri böyük bir məsafədə öyrənildi və xəritəyə köçürüldü. Daha sonra qərb sahillərin bütövlükdə xəritəyə köçürülməsinə nail olur. Matoçkin Şar boğazını tədqiq etdikdən sonra Kara darvazasına enən gəmi 4,5 dərinliyə malik olan sahədə dalğaların təsirindən qayalara çırpılaraq bərk zədələnir. Lakin gəminin möhkəmliyi və Litkenin bacarığı heyəti xilas edir. 1824-cü ildə səyyah dördüncü dəfə Yeni Torpağa üzməklə Kara dənizinə daxil olaraq adanın şərq sahillərini öyrənməyi qarşısına məqsəd qoyur. Iri buzlarla qarşılaşan dənizçilər qarşıya qoyulan məqsədə nail olmadan geri qayıtmalı olurlar.
Qütb ekspedisiyasından sonra F.T.Litke dünya səyahətinə çıxmaq təklifi alır. Yola çıxan iki gəmidən birinin rəhbərliyi ona tapşırılır. Ekspedisiyanın məqsədi Aleet adalarını və Berinq boğazından Kamçatkaya qədər Asiya sahillərini tədqiq etmək idi. Ekspedisiya 20 avqust 1826-cı ildə Kronştaddan yola düşür. Gəmilər Kopenhagen, Portsmut, Riode-Janeyro və Argentina sahillərində olmaqla Horn burnunu keçərək Sakit okeana daxil olur. Şimal istiqamətdə üzməklə «Rus Amerikası»nın sahil xətlərini, Çukot, Kamçatka sahillərini tədqiq etmiş, Mərcan adalarında 12 əlavə ada aşkar etmişlər. Geri Hind okeanı, Ümid burnundan keçməklə Atlantik okeanı istiqamətində üzməklə 25 avqust 1829-cu il tarixində Kronştadda ekspedisiya başa çatır. Səyahətin nəticələri əsasında Litke «Senyavin» hərbi gəmisində dünya səyahəti» əsərini yazır. Çukot yarımadasında Dejnyov burnundan Anadır körfəzinə qədər sahil xətlərin tədqiqi, hidroloji, meteoroloji müşahidələrin, geoologiya, mineoroloji, botanika, zoologiya, etnoqrafiya sahələrindəki elmi-tədqiqat işlərinin nəticələri Litkenin Elmlər Akademiyası üzvlüyünə namizəd seçilməsinə səbəb olur.
F.R.Litke Rusiya coğrafiya cəmiyyətinin ilk yaradıcılarından biri olmuş və 1845-ci ildən yaradılmış cəmiyyətin rəhbəri olmuşdur. O, 1864-cü ildən ömrünün sonuna qədər Peterburq Elmlər Akademiyasının prezidenti olmuşdur.
Nikolay-Nikolayeviç Mikluxo-Maklay (1846-1888)
Mikluxo-Maklay tropik ölkələrin «vəhşi» xalqlarının həyat tərzini həvəslə Sakit okean adalarında öyrənməyə ömrünü həsr etmiş səyyah olmuşdur. O, irqindən asılı olmayaraq bütün insanların əqli cəhətdən bərabər olması fikrini irəli sürən və bu ideya uğrunda mübarizə aparan rus səyyahı və antropoloqudur. O, Beroviç şəhəri yaxınlığında Rojdestvo kəndində mühəndis ailəsində 1846-c ildə anadan olmuşdur. Gimnaziyanı bitirdidən sonra Peterburq universitetinin fizikariyaziyyat fakültəsinə daxil olmuşdur. Universitetdə baş vermiş ixtişaşlarda iştirak etdiyinə görə Rusiyada hər-hansı bir təhsil müəssisəsində təhsil hüququ əlindən alındığına görə, əvvəlcə təhsilini Almaniyada Heyqelberq fəlsəfə fakültəsində, sonra isə Leypçikdə tibb fakültəsində çox çətinliklə də olsa başa vurur. Darvin nəzəriyyəsilə yaxından tanış olan Mikluxo-Maklay Darvin ideyasının təbliğatçısı professor Hekkellə birlikdə Kanar adaları və Morokkoya səyahətdə iştirak etmişdir. Bu ərazilərdə avropalıların yerli əhaliyə qarşı xoşagəlməz münasibəti, ona elmi fəaliyyətdə istiqamət götürməyə zəmin yaratdı. Əvvəlcə o, vəsaitlə Qırmızı dəniz ətrafına səyahətə çıxmaqla müsəlmanlarar məxsus paltarlarda ərəb ölkələrini gəzir. Daha sonra ərəb dilini öyrənməklə, xalqların adətənənəsi, məşğuliyyəti ilə maraqlanır. Geri qayıtmaqla Coğrafiya cəmiyyətində çıxış edir. Çıxışda «monogenist»lərə məxsus irqindən asılı olmayaraq bütün insanlar eyni mənşəyə malik olmaları haqqında fikirlər səslənir. «Poligenist»lər isə isbat etməyə çalışırdılar ki, ağ və qara irqlər müxtəlif mənşəyə malik olmaqla idarəetmə qabiliyyətləri olmadığından tabe olmaq üçün yaranmışlar. Mikluxo-Maklay «Poligenist» fikirlərin düzjün olduğunu isbat etmək məqsədilə tropik ölkələrin «ibtidai» insanlarını tədqiq etmək qərarına gəlir. Rus coğrafiya cəmiyyəti müəyyən miqdarda pulla təmin etməklə «Vityaz» hərbi gəmisində Yeni Qvineya adasına getməyə icazə alır.
1870-ci ilin payızında «Vityaz» gəmisi Kronştaddan yola düşür. Braziliya və Argentina sahillərində üzməklə Cənubi Amerikanın cənubundan Sakit okean daxil olaraq Santyaqoda dayanır və Akankaqua dağında qsıa müddətli tədqiqat işləri aparır. Səyahətini Samoa və Yeni Qvineya istiqamətində davam etdirməklə, əldə edilmiş nəticələr haqqında Coğrafiya cəmiyyətinə məktublarla yazılı surətdə məlumat verən Mikluxo-Maklay 316 sutka üzdükdən sonra tropik meşələrlə zəngin papuasların yaşadığı Yeni Qvineya adasına düşür. Papuaslar balıqçılıq və ovçuluqla məşğul olurdular. Inkişaf səviyyələrinə görə avropalılardan geri qalırdılar. Səyyah bir ildən artıq papuaslar arasında yaşamaqla onların etibarını qazanmaq və gözəl münasibətlər yaratmağa müvəffəq olur. Adanın yerli əhalisini yaxından öyrəndikcə onların əqli cəhətdən tam inkişaf etmə qabiliyyətinə malik olduqlarına əmin olur. Yava adasında Cakartada olarkən, avropalıların müstəmləkə siyasətinin yerli əhalinin məhv olma həddinə çatdırmasının şahidi olur. 1874-1875-ci illərdə iki dəfə Malakka yarımadasında olmaqla «meşə adamları»nı papuaslarla müqayisə edərək Mikluxo-Maklay Malakka yarımadasında yaşayan qəbilələr haqqında ilk elmi məqaləsini yazır.
Mikluxo-Maklay on iki illik səyahətindən sonra 1882-ci ildə vətəni Rusiyaya qayıdır və Rusiya coğrafiya cəmiyyəti qarşısında bütün irqlərin bərabərliyi haqqqında çıxış edir.
1882-ci ildə Mikluxo-Maklay yenidən Yeni Qvineyaya qayıdır. 1886-cı ilə qədər Avstraliyada yaşamaqla aborigenləri öyrənir. Elə həmin il Peterbrqa qayıtmaqla ruslara Maklay sahillərində rus kaloniyasını yaratmaq təklifini verir. Lakin külli miqdarda vəsait tələb olduğundan təklifə laqeyd yanaşırlar.
Insanları «aşağı» və «ali» irqə bölənlərin əksinə çıxmaqla şöhrət qazanan Mikluxo-Maklay 1888-ci ildə 42 yaşında vəfat edir. Elmi işləri çap olunmamış halda qalmasına baxmayaraq 1941-1945ci il müharibəsindən sonra Mikluxo-Maklayın şəxsi tədqiqatlarına əsaslanan əsərləri işıq üzü görür.
Nikolay Mixayloviç Prjevalski (1839-1888)
Nikolay Mixayloviç Prjevalski Mərkəzi Asiyanın daxili hissələrini tədqiq edən ilk avropalı rus səyyahıdır. Hərbi Akademiyanı bitirdikdən sonra Varşava yunker məktəbində coğrafiya və tarixdən dərs demişdir. Boş vaxtlarını təbiət elmlərinə sərf edən Prjevalskinin səyahətləri rus xoğrafiya elminə dünya şöhrəti qazandırmışdır. Ömrünün on səkkiz ilini o, Mərkəzi Asiyanın tədqiq olunmasına sərf edib. Səyahəti dövründə Prjevalski 32 min km yolu arxada qoymuşdur.
1839-cu ildə Smolensk quberniyasının Kimborovo kəndində anadan olan Prjevalskinin ilk səyahəti Ussuri ölkəsinə olmuşdur. Ekspedisiya nəticələrinin müvəffəqiyyətini nəzərə alaraq coğrafiya cəmiyyəti Prjevalskinin mərkəzi Asiyaya göndərməyi qərara alır. 1867-1888-ci illərdə beş dəfə böyük ekspedisiyalara rəhbərlik etmişdir (şəkil 11),
1870-ci ilin payızında Mərkəzi Asiya, Monqolustan, Pekin, Dalay-Nur gölü, Yanszı (Mavi), Xuanxe (Sarı) çaylarına səyahət etməklə bu ölkələrə məxsus küllü miqdarda təbii şəraitini əks etdirən flora nümunələri toplayır, Mərkəzi Asiyada vəşhi dəvə və vəhşi atlar (Prjevalski atı) aşkar edir. Ilk dəfə olaraq Tarim çayının çökəkliyə dolmasından yaranan bataqlıq Lob-Nor gölünü və onun 200 km enə, 100 km uzunluğa malik şorsulu göl olduğunu müəyyən edir.
1872-ci ildə Prjevalski Fanszı çayının sahillərinə yola düşür. Kazak Panfil Çebayev və buryat Dondok Irinçinovun müşayəti ilə karvanla birlikdə Alaşan səhrasından keçərək çiçəklənən Qansu əyalətinə çatır. Bundan sonra Avropa elminə məlum olmayan Nan-Şan dağlarını öyrənir. Oktyabr ayının sonunda rus səyyahı və onu müşahidə edənlər Kukunor gölü sahilinə çıxaraq gündəliyində belə yazır: «Həyatımdakı arzularım yerinə yetdi! Ekspedisiya müqəddəs vəzifəni yerinə yetirmişdir! Yaxın keçmişdəki arzular artıq həqiqətə çevrilmişdir!»
Ekspedisiyanı davam etdirməklə Prjevalski Kukunor gölünə çatır və gölün cənub-qərbində Kukunor silsiləsini tədqiq edərək, çaydan düzənliyə çıxaraq Yanszı çayının yuxarı axınına yollanır. Iki ay yarım Tibetdə sərt iqlim şəraitində tədqiqat apardıqdan sonra səyyah Bayan-Xara-Ula silsiləsini keçməklə Yanszı çayının sahilinə çatır.
Prjevalskinin birinci ekspedisiyası 12 min km qətt etməklə başa gəldi. Rus coğrafiya cəmiyyəti prjevalskinin birinci səyahətinin nəticələrinə görə Böyük qızıl medala layiq gördü.
1876-cı ildə Prjevalski ikinci dəə Mərkəzi Asiyaya ekspedisiyaya çıxır. Ilk dəfə olaraq Tarim çaüının axın istiqamətində Lob-Nor gölünə çatır. O, ilk dəfə olaraq bu qamışlı bataqlıq-gölün Tarim çayının fəaliyyəti nəticəsində əmələ gəldiyini müəyyən etmişdir. Təqribən 1300 km yolun qətt edilməsilə başa gələn bu ekspedisiyanın əsas nəticələri Lob-Nor gölünün tədqiqi və Altındağ silsiləsinin aşkar olunması idi.
Prjevalskinin üçüncü ekspedisiyası 1879-cu ildə Layson gölü yaxınlığından başlayır. Ikinci ekspedisiyada aropalılara ancaq Marko Polonun yazılarından məlum olan dəvə dəriləri nümunə üçün aparılmışdırsa, üçüncü ekspedisiyada, sonradan zooloqlar tərəfindən Prjevalskinin adı verilən vəşhi at aşkar edilmişdir.
Cənuba doğru hərəkət etməklə Tibetin paytaxtı Lxasaya aparan yola çıxan ekspedisiya üzvləri naməlum silsilə aşkar etdilər. Silisiləyə Prjevalski tərəfindən Marko Polonun adı verilir. Tibet paytaxtına 280 km qalmış yerli nümayəndələrlə rastlaşır və ekspedisiya üzvlərinin ölkəyə daxil olmalarının qadağan edən rəsmi kağız aldıqdan sonra geri qayıdaraq Xuanxe çayının yuxarı axınını öyrənir. Daha sonra mavi Kukunor gölünə dönməklə onun ölçülərini müəyyən edir və bura tökülən 25 çayı xəritəyə köçürür.
Üçüncü ekspedisiya nəticəsində iri dağ sistemləri olan Nan-Şan və Knlun daha dəqiq xəritədə öz əksin tapdı, 4000 km əvvəllər məlum olmayan yol xəritəyə köçürüldü, meteoroji müşahidələr aparıldı, zəngin heyvan və bitki kolleksiyaları toplandı. Bu səyahət Prjevalskinin «Zaysandan Hamim və Tibetdən keçməklə Sarı çayın yuxarı axınına» əsərində öz əskini tapdı.
Prjevalskinin dördüncü səyahəti 1883-cü ilin sonunda başlayır. Monqolustan çölləri, Qobi, Alaşan səhralarının geridə qoyaraq Xuanxe çayının yuxarı axınına çatır, onun mənbəyini üzərində dəqiqləşdirirlər. Xuanxe və yanszı çaylarının suayrıcısını müəyyən etməklə prjevalski avropalılara məlum olmayan dağ silsilələrini müəyyən etdi. Səyyah aşkar edilmiş silsilələri Adsız, Çaydam, Moskva, Ən hündür zirvəni isə Kreml adlandırır.
Iki il səkkiz ay davam edən ekspedisiya müddətində 8 min km yol arxada qaldı. Knlun silsiləsinin mərkəz hissəsinin aşkar edilməsi Prjevalskinin Mərkəzi Asiyaya dördüncü səyahətinin ən böyük nailiyyəti olmuşdur.
188-ci ildə beşinci səyahətə hazırlaşan Prjvalski yatalaq xəstəliyinə tutulur və noyabr ayının 1-də ölür. Vəsiyyətinə görə Issık-Kolu hündür sahilində dəfn edilmişdir. Qəbrinin üstündə qranit üzərində bürünc qartal, qartalın dimdiyində zeytun budağı, caynağında isə Prjevalskinin səyahət marşrutunu əks etdirən Asiyanın xəritəsindən ibarət siyasi xarakter daşıyan abidə qoyulmuşdur.
Sağlığında Prj evalski 24 rus və xarici elm cəmiyyətlərinin üzvü seçilmiş, 8 dəfə qızıl medala layiq görülmüşdür.
Pyotr-Petroviç Semyonov Tyan-Şanski (1877-1914)
Tyan-Şanski 1827-ci ildə Ryazan quberniyasında anadan olmuş, 1845-ci ildə təşkil olunmuş Rus coğrafiya cəmiyyətinin 22 yaşında üzvü seçilmişdir. Görkəmli səyyah, botanik, zooloq və geoloq 40 ildən artıq bir dövrdə coğrafiya cəmiyyətini idarə etmişdir. Peterburq universitetini bitirərək o, 1848-ci ildə bitki və geoloji kolleksiyalar toplamaq üçün Peterburqdan Moskvaya qədər ekskursiyaya çıxır. Növbəti ilə isə qaratorpaq zonasına elmi ekspedisiyaya yollanır.
Coğrafiya cəmiyəti Semyonova alman alimi K.Ritterin «Asiyada əkinçilik» əsərinin tərcüməsini tapşırdıqdan sonra onun Asiyaya olan marağı daha da artır. 1856-cı ildə Orta Asiyaya ekspedisiyasının hazırlanması üçün icazə alır. Marşrut Barnaul və Semipalatinskidən Tyan-Şana keçirdi. Tyan-Şanski Tyan-Şan dağlarının tədqiq olunmamış vilayətlərinə səyahət etməklə, möcüləi Issık-Kul gölünə çatır və Çu çayının başlanğıcını bu göldən deyil, başlanğıcını dağlarlan götürdüyünü müəyyən edir. Sonrakı il Tyan-Şan dağlarının daxili hissələrinə irəliləməklə Sırdəryanın yuxarı axınına çatır. Çətinliklə də olsa irəliyə doğru hərəkəti, onun dağlar qruppu Xan-Tenqriyə çatması və bir çox çayların başlanğıcını götürdüyü 30 qarlı zirvələrini müəyyən edilməklə nəticələndi. Uzun müddət hündürlüyü 6995 m olan Xan-Tenqri Tyan-şanın ən hündür zirvəsi sayıldı. Yalnız bu səhv sovetlər birliyi dövründə düzələrək ən hündür zirvənin Qələbə piki (7439 m) olduğu aşkar oldu. Tyan-şan dağlarının vulkanik olmadığını müəyyən etməklə Humboltun səhvini düzəltmiş oldu. Çin dilindən tərcüməsi «Səma dağları» olan Tyan-Şandan bir sıra bitki növlərini və süxur qırıntılarını toplamaqla onların keçmiş və bu günü haqqında düzgün elmi nəticələr çıxarmağa müvəffəq olmuşdur. Həmçinin o, bu dağ sistemində ilk dəfə olaraq təbii zonalar ayırmış və hər zonanın özünəməxsus xarakter xü- susiyyətlərin izahını vermişdir. Bir neçə il keçdikdən sonra elmi-tədqiqat işlərini nəzərə almaqla soyadına əlavə edilməklə səyyah PyotrPetroviç Semyonov Tyan-Şanski adlandırmağa başlandı. Ümumiyyətlə Orta Asiya və Mərkəzi Asiyanın elmi cəhətdən öyrənilməsi Nikolay Mixayloviç Prjevalskidən qabaq Tyan-Şanskinin adı ilə bağlıdır.
Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR»
Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu

Yorum Gönder