Avstraliyada aşağıdakı təbii zonalar var:
1. Subekvatorial iqlim qurşağında yaranmış həmişəyaşıl meşələr, savannalar, seyrək meşələr.
2. Tropiklərin səhra və yarımsəhraları.
3. Subtropiklərin həmişəyaşıl cod yarpaqlı meşə və kolluqları.Iqlimi quraq olduğuna görə Avstraliyanın bitki örtüyü çox kasıbdır. Bitki növlərinin 75%-i endemikdir, yəni onlara yalnız Avstraliyada rast gəlmək olar. Bu onu göstərir ki, Avstraliya başqa materiklərdən çoxdan ayrılmışdır. Endemik bitkilərdən – evkalipt, kazuarin, butulka ağacı, heyvanlarından-yexidna, ördəkburun, emu dəvəquşusu, koala, kenquru və digər kisəlilərdir.Səhralar- Avstraliyanın mərkəz və qərbini tutan Viktoriya və Böyük Qumlu səhralarıdır. Onlardan qoyunçuluqda otlaq kimi geniş istifadə edilir. Səhralar bitki ilə xeyli zəngin olsa da (Avstraliyada səhradakı kolluqlar skreb adlandırırlar), Afrika səhralarından fərqli olaraq vahəsizdir. Çünki burada yeraltı sular duzlu və çox dərində yerləşirlər.

Əhali -19 mln. nəfər olub, dünyanın ən az məskunlaşmış materikidir. əhalisi 2 hissədən:- yerli aborigenlərdən və gəlmələrdən ibarətdir. əhali əsasən Avstraliyanın təbii şəraiti əlverişli olan
şərq, cənub-şərq və qismən də cənub-qərb ucqarlarında yaşayırlar. Daxili və şimali Avstraliya isə ən az məskunlaşmış regionlardır.

Bu materikdə yalnız 1 dövlət- Avstraliya Ittifaqı yerləşib. Geniş və hamar relyef, səhra və yarımsəhra landşaftlar, zəngin təbii ehtiyatlar Avstraliya təsərrüfatının ixtisaslaşmasına təsir edən əsas təbii amillərdir.
Problemləri-bəzi relikt və endemik heyvan və bitki növlərinin kökünün kəsilməsi, digər
materiklərdən heyvan və bitkilərin gətirilməsi nəticədə ekoloji tarazlığın pozulması, susuzluq.
Okeaniya - Sakit okeanın mərkəzi və qərb hissələrindəki ada və arxipelaqlardır. Okeaniyanın ümumi sahəsi 1,3 mln. km2 olub, 7 min adadan ibarətdir. Okeaniya adalarının əksəriyyəti vulkanik və mərcan mənşəli olub, ekvatorial və tropik iqlim qurşaqlarında yerləşirlər. Böyük adalarından Yeni Qvineya, Yeni Zelandiya və s. isə materik mənşəlidir. Okeaniya adalarının materikdən çoxdan ayrılması özünü bitki və heyvanlar aləminin yoxsul olmasında göstərir. Fiziki coğrafi xüsusiyyətlərinə görə bu adalar aşağıdakı qruplara ayrılır:
1. Meloneziya (qara adalar deməkdir).
2. Mikroneziya (kiçik adalar deməkdir).
3. Polineziya (çoxlu adalar deməkdir).
4. Yeni Zelandiya- Okeaniyanın ikinci böyük adası olub, iki böyük adadan şimal və Cənub adalarından ibarətdir.
Yeni Qvineya Okeaniyanın ən böyük adası olub, böyüklüyünə görə dünyada yalnız Qrenlandiyadan geri qalır.

Yorum Gönder