Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Bəbir

Bəbir - Kilimancaro meşəliklərinin ən iri pişiyidir. Adətən tənha gəzib-dolaşırlar. Vizual müşahidə aparmaq olduqca çətindir, lakin yaşadıqları ərazini başqa bəbirlərdən və digər yırtıcılardan müdafiə məqsədilə cığır kənarlarında, ağac gövdələrində, kol və budaqlarda öz işarətlərini qoyurlar. Bəzən nərilti və hıçqırıqlarını eşitmək olur.

Pişiklər fəsiləsi -. 36 növ orta və iri boylu mə-məli heyvanları əhatə edir.
Bəbir - Panthera pardus. Kilimancaro meşəliklərinin ən iri pişiyidir. Adətən tənha gəzib-dolaşırlar. Vizual müşahidə aparmaq olduqca çətindir, lakin yaşadıqları ərazini başqa bəbirlərdən və digər yırtıcılardan müdafiə məqsədilə cığır kənarlarında, ağac gövdələrində, kol və budaqlarda öz işarətlərini qoyurlar. Bəzən nərilti və hıçqırıqlarını eşitmək olur.

Bədəninin rəngi bozumtul-ağ, açıq qonur-sarı olur, qarın hissəsi ağ rəngə çalır. Bütün bədəni qaydasız düzülmüş, müxtəlif ölçüdə ( hər fərdin özünə məxsus) qara xallarla örtülüdür. Quyryğu bir metrə çatır. Burada yaşayan bəbirlərin kütləsi müxtəlifdir. Cənub bəbiri 20-30 kq-a qədər, şimalda-kılar isə 60 kq-dan çox olur. Erkəklər dişilərdən böyükdür. Gecə görmə qabiliyyətləri olduqca güclüdür. Həm gecə,həm də gündüz ov edir və sair fəaliyyətdə olur. Gündüzlər isti havalarda enerjiyə qənaət edərək uzanıb yatır. Həşaratla, sürünənlərlə, quşlarla, antiloplarla, donuzlarla və başqa xırda və iri məməlilərlə yemlənir. Ərazidə şir və ya kaftar varsa, tutduğu böyiik şikarını hündür ağacların başına qaldırır. Ana bəbir kütləsi 500 qram olan 2, yaxud 3 bala dünyaya gətirir və iki ildən artıq onların qayğılarını çəkir.
AFRİKANIN BİOLOJİ MÜXTƏLİFLİYİ
Hüseyn Bağırov
Qara Mustafayev
Azərçin Muradov

Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget