Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Azərbaycan haqqında Rusiya tədqiqatcıları və səyyahları

Azərbaycan haqqında Rusiya tədqiqatcıları və səyyahlarının da bir sıra qiymətli məlumatları vardır.Tver taciri A.Nikitin Cənubi Qafqazdan kecib Hindistana gedərkən Azərbaycanda olmuş, Dərbənd, Şamaxı və Xəzər dənizi haqqında zəngin məlumatlar toplamışdır.

Azərbaycan haqqında Rusiya tədqiqatcıları və səyyahlarının da bir sıra qiymətli məlumatları vardır.Tver taciri A.Nikitin Cənubi Qafqazdan kecib Hindistana gedərkən Azərbaycanda olmuş, Dərbənd, Şamaxı və Xəzər dənizi haqqında zəngin məlumatlar toplamışdır. Bunun nəticəsində XVI əsrdə Rusiya Şirvana diplomatik numayəndələr gondərmişdir. Afanasi Nikitin Azərbaycanla bağlı verdiyi məlumatlardan aydın gorunurdu ki, XV-XVI əsrlərdə Azərbaycan Hindistanı və Yaxın Şərqi Rusiya ilə birləşdirən Volqa-Xəzər su yolundan ticarət məqsədilə geniş istifadə edən olkə olmuşdur. Şamaxı tacirləri bir tərəfdən Rusiya, o biri tərəfdən Hindistan, Yaxın Şərq daxil olmaqla boyuk bir ərazidə ticarətlə məşğul olurdular. Rusiya imperatoru I Pyotr qonşu dovlətlərlə, xususilə Şərq olkələri ilə daha cox maraqlanmışdır. Onun tapşırığı ilə Rusiya elmlər Akademiyası Yaxın Şərq olkələrini, İran və Turkiyəni oyrənməyə başlamış, Xəzərsahili torpaqların tədqiqi sahəsində ilk addımlar artmışdır. 
Rus səyyahı və tədqiqatcısı İ.Q.Gerberq 1928-ci ildə Xəzər sahilindən başlayaraq Şərqi Azərbaycanı, Kurun mənsəbini, Dərbənd ətrafını coğrafi baxımdan tədqiq etmişdir. Xususi proqramla aparılan tədqiqatlarda bu yerlərin inzibati-idarə munasibətləri və təsərrufat həyatı oyrənilmişdir.
Rusiya coğrafiyacısı F.İ.Saymanov 1723-35-ci illərdə Xəzər sahillərinə elmi ekspedisiya təşkil etmişdir. 
Ekspedisiya iştirakcıları bir necə dəfə Azərbaycan sahillərinə cıxmış, buranın təbiətini və sərvətlərini əsaslı şəkildə oyrənməyə başlamışlar. Onlar Azərbaycanın zəngin təbii sərvətləri, o cumlədən neft yataqları olması haqqındakı məlumatları Rusiya EA-na gondərmişlər. 
Bu dovrdə yaşayan gorkəmli coğrafiyacı Vaxuşti Baqratiyoni Gurcustan coğrafiyasına həsr etdiyi əsərdə qonşu dovlətlər, o cumlədən Azərbaycan haqqında da sohbət acmışdır. 
XVIII əsrin axırlarında Rusiya EA-nın Qafqaz ekspedisiyası Xəzər sahillərini tədqiq etməklə Azərbaycan haqqında yeni məlumatlar toplamağa başlamışdır. 1770-ci illərdə P.Y.Lerexin ekspedisiyasına dair Rusiya EA-nın nəşr etdirdiyi yazılarda Azərbaycan haqqında muxtəsər məlumatlara rast gəlinir. 
Rusiya EA-nın həqiqi uzvu S.Q.Qmelin (1745-1774) Xəzər sahillərinin təbii xususiyyətlərini, fauna və florasını oyrənmişdir. Onun Rusiyada EA-sı tərəfindən nəşr edilən «Təbiətin hokmunun tədqiqatı ucun Rusiyaya səyahət» əsəri Azərbaycan təbiətinə həsr olunmuşdur Azərbaycanın neft sərvətləri haqqında ilk məlumatlara 1739-cu ildə nəşr edilən «Vedomosti» Jurnalında rast 
gəlinir. 
XIX əsrin əvvəllərində Şimali Azərbaycanın Rusiyaya ilhaq edilməsi ilə əlaqədar olaraq onun təbii ehtiyatları iqtisadiyyatı və tarixi daha intensiv və məqsədyonlu şəkildə oyrənilməyə başlanmışdır. Şimali Azərbaycanın Rusiya bazarına daxil olması bu işi daha da surətləndirmiş Azərbaycanın tədqiqi işinə bir cox tanınmış mutəxəssislər cəlb olunmuşdur. 
1836-cı ildə Sankt-Peterburqda Cənubi Qafqazın statistikasına, etnoqrafiyasına və maliyyəsinə aid toplular nəşr edilmişdir. Bu topluların III cildi Şirvan, Talış, Qarabağ, Şəki, IV cildi Bakı, Quba, Dərbənd əyalətlərinə həsr edilmişdir. Əyalətlərin təsviri xususi proqrama muvafiq olaraq ardıcıl və aydın verilmişdir. 
Artıq XIX əsrin ortalarında Azərbaycanın, eləcə də butun Qafqazın oyrənilməsi sahəsində aparılan işlər Tiflisdə mərkəzləşdirilmişdi. 1851-ci ildə burada yaradılmış Rusiya Coğrafiya Cəmiyyəti Qafqazın, o cumlədən Azərbaycanın oyrənilməsində də cox boyuk nailiyyətlər əldə etmişdir. Cəmiyyətin rəhbərliyi ilə aparılan tədqiqatların nəticələri «Qafqaz haqqında xəbərlər», «Rusiyada coğrafiya cəmiyyətinin Qafqaz şobəsinin xəbərləri», «Qafqaz təqvimi» və s. toplularda nəşr edilmişdir. Toplularda Azərbaycanın təbiətinə, əhalisinə, təsərrufatına, 
etnoqrafiyasına və mədəniyyətinə həsr edilmiş xeyli məqalə var. Cəmiyyətin Qafqaz şobəsində rus alimləri N.V.Xanıkov, Ş.İ.Xorzikov, Q.A.Abix, V.V.Dokucayev, K.A.Satumvin, İ.V.Mayevski və b. fəaliyyət gostərmişlər.Cəmiyyətdə calışan Azərbaycan ziyalıları yerli təbiətin, etnoqrafiyanın, əhalinin və şəhərlərin ilk tədqiqatcıları olmuş və məqalələrini həmin cəmiyyətin mətbuat orqanlarında nəşr etdirməklə, Azərbaycan coğrafiyasını zənginləşdirmişlər.
Mənbəə;Taptıq Həsənov 
Əbdurrəhim Hacızadə
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget