Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Azərbaycanın çayları - Dərslik

Azərbaycan Respublikası sıx çay şəbəkəsinə malikdir. Respublikamızın ərazisində irili-xırdalı 8400-ə qədər çay var. Onlardan 190-nın uzunluğu 5 km-dən artıqdır. Uzunluğu 100 km-dən artıq olan çayların sayı 21, uzunluğu 500 km-dən artıq olanların sayı isə 2-dir.

Quru sularını coğrafiyanın mühüm sahələrindən biri olan hidrologiya elmi öyrənir.
Daxili sulara çaylar, göllər, su anbarları, yeraltı sular, buzlaqlar, bataqlıqlar daxildir.
Azərbaycan Respublikası sıx çay şəbəkəsinə malikdir. Respublikamızın ərazisində irili-xırdalı 8400-ə qədər çay var. Onlardan 190-nın uzunluğu 5 km-dən artıqdır. Uzunluğu 100 km-dən artıq olan çayların sayı 21, uzunluğu 500 km-dən artıq olanların sayı isə 2-dir.
Respublikamızın çaylarının axını əsasən dağlarda yaranır. Düzənliklərdə onlar Kür və Araz çaylarına qovuşur və yaxud bilavasitə Xəzər dənizinə tökülür.
Çay suları şirin su ehtiyatının əsasını təşkil edir. Çaylarımızın orta illik su axımı 31 km3-ə yaxındır. Lakin onun yalnız 1/3 hissəsi, yəni 10 km3-i respublıka daxilində, qalanı isə (21 km3) qonşu ölkələr ərazisində yaranır.
Çay şəbəkəsinin sıxlığı çox müxtəlifdir.
Böyük Qafqazın şimal-şərq yamacından axıb bilavasitə Xəzər dənizinə tökülən Qusarçayın, Qudyalçayın, Qaraçayın, Vəlvələçayın yatağında pillələr müşahidə edilir.
Respublikamızın ərazisindəki çayları coğrafi yerləşmə xüsusiyyətlərinə görə 4 əsas qrupa bölmək olar:
I. Böyük Qafqazın şimal-şərq yamacının çayları. 
II. Abşeron-Qobustan sahəsinin çayları.
III. Kür hövzəsinin çayları. Bunlar Kürün sağ qollarına, sol qollarına və Araz hövzəsinə ayrılır.
IV. Talış sahəsinin çayları.
Kür hövzəsinin çaylarından başqa, digər qruplara aid çayları sərbəst Xəzər dənizinə tökülür.
Çaylarda suyun miqdarı il boyu eyni olmur.
Respublikamızın çayları yağış, qar, buzlaq və yeraltı sularla qidalanır.
Qidalanma xüsusiyyətlərinə və sululuq dərəcəsinə görə respublikamızın çayları iki qrupa bölünür: axımı daimi olan çaylar və yayda quruyan çaylar, Kür, Araz, Tərtərçay, Türyançay, Samur, Qusarçay, Qudyalçay  və s. iri çaylar müxtəlif  mənbələrdən –həm qar, yağış, suları ilə, həm də yeraltı sularla qidalanır.
Lakin bəzi çayların qida mənbələri xeyli zəif olur. Məsələn, Pirsaat, Sumqayıt, Ceyrankeçməz çayları, əsasən yağış suları ilə, çox az miqdarda isə qar və yeraltı sularla qidalanır. Belə çaylar yayda quruyur.
Sel Azərbaycan üçün ən fəlakətli təbiət hadisələrindən biridir. Sel qəflətən yaranır, böyük sürətlə keçir, ən başlıcası isə tərkibində 70-80%-ə qədər daş və palçıq kütləsi olur. Tərkibindəki maddələrin həcminə görə sellər üç yerə bölünür: palçıqlı sellər, daşlı sellər və daşlı-palçıqlı sellər.
Hazırda selə qarşı iki yolla mübarizə aparırlar: 1. Hidrorexniki qurğular tikməklə selin qarşısı alınır. Belə qurğular Kişçay, Talaçaq, Dəmiraparançay, Ordubadçay və s. selli çaylarda yaradılmışdır. 2. Selli çayların hövzələrində fitomeliorativ tədbirlərlə (ağac, kol, ot və s. bitkilər əkmək) təhlükəli sel ocaqları zərərsizləşdirilir.
Azərbaycan çayları dünyanın ən böyük axarsız hövzələrindən biri olan Xəzər dənizi hövzəsinə aiddir.
Kür çayı Türkiyə ərazisindəki Qızılgədik dağının şimal-şərq yamacından, 2740 m mütləq yüksəklikdən başlayır. O, Gürcüstan ərazisindən keçərək, Azərbaycana daxil olur. Mingəçevir su anbarına qədər Kür düzənlik və alçaqdağlıq ərazilərlə, sonra isə Kür-Araz ovalığı ilə axaraq Xəzər dənizinə tökülür.
Kür çayının uzunluğu 1515 km-dir, onun 906 km-i Azərbaycan Respublikasının ərazisindədir. Hövzəsinin sahəsi Arazla birlikdə 188 min km2-dir.Kür Xəzər dənizinə saniyədə 580 m3 , ildə 18 km3 su axıdır.
Kür respublikamızda yeganə çay su yoludur.
Kür çayının illik axımının 52%-ni qar, 30%-ni yeraltı, 18%-ni yağış suları təşkil edir.
Araz çayı Türkiyə ərazisində Bingöl silsiləsindən (2990 m) başlayır, Sabirabad şəhəri yaxınlığında Kürlə qovuşur. Onun uzunluğu 1072 km, hövzəsinin sahəsi 102 min km2-dir. Araz çayı  yuxarı və orta axarlarda iti axır, aşağı axarda isə onun sürəti zəifləyir. Çayın hövzəsində fəal yuyulma prosesi gedir və hər il Kürə 14 mln.tona yaxın çöküntü gətirir.
Araz çayının illik axımının 46%-ni yeraltı sular, 38%-ni qar, 16%-ni yağış suları təşkil edir.
Samur çayı Azərbaycanın şimal-şərqində ən iri çaydır. 3600 m mütləq yüksəklikdən başlayır və Xəzər dənizinə tökülür. Uzunluğu 216 km, hövzəsinin sahəsi 4,4 min km2-dir.Samur dağlıq sahədə sıldırımlı,dik yamaclı,dərin dərə ilə axır.Samur-Dəvəçi ovalığının geniş şimal hissəsi bu çayın gətirdiyi çöküntülərdən yaranmışdır.Çayın qidalanmasında yeraltı  bə buzlaq  suları xüsusi əhəmiyyət kəsb edir.Ona görə də illik axımın böyük əksəriyyəti yay aylarının payına düşür.Samur çayı üzərində su qovşağı tikilmişdir.Samur-Abşeron suvarma  kanalı bu qovşaqdan başlanır.
Böyük Qafqazın şimal-şərq yamacından başlayan Qusarçay, Qudyalçayın, Qaraçayın, Vəlvələçay, Gilgilçay, Ataçay Xəzər dənizinə tökülür.
Qobustan və Abşeron yarımadasının çayları (Sumqayıt, Ceyrankeçməz, Pirsaat, Sitalçay və s. ) əsasən yağış suları ilə qidalanır.
Naxçıvan MR-in əsas çayları Arpaçay, Əlincəçay, Gilançay və Ordubadçaydır. Onlar qar, yağış və yeraltı sularla qidalanır, yaz aylarında daşırlar.

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget