Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Müəllif "Azərbaycanın Daxili Suları"

1

2017-ci ilin oktyabr ayında AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun əməkdaşları – c.e.d. H.Xəlilov, g.m.f.e.d. R.Fətəliyev və tarixçi-araşdırmaçı, həvəskar coğrafiyaçı C.Qasımov tərəfindən Zəyəm çayının sağ qolu Abdal çayı üzərində aşkar edilməsi iddia olunan şəlalələr kaskadı və ətrafının öyrənilməsi məqsədilə ilkin çöl-tədqiqat işləri aparılmışdır.
Abdal şəlalələri kaskadı Tovuz rayonunun Çobansığnaq kəndindən 3 km şimalda, Sığnaq dağının (Sıcıx d.-1472 m) şərq yamacında, onun zirvəsindən təqribən 1 km məsafədə eyniadlı çayın dərəsində yerləşir. Çay dərəsinin meyilliyi çox yüksək, yamacları dik və sıx meşəlikdir. Çayın kəsib keçdiyi vulkanik mənşəli sərt qayalar dərəboyu piyada hərəkəti çətinləşdirir və bəzən mümkünsüz edir. Bu səbəbdən dərə insan ayağı dəyməyən yerlər təəssüratı yaradır və onun sağ və sol suayırıcılarının yastı yalları boyu yerləşən kəndlərin (Çobansığnaq, Sarıtala, Ağcaqala və s.) sakinlərinin böyük əksəriyyəti bu şəlalələrin mövcudluğundan tam xəbərsizdir. İlk dəfə olaraq, C.Qasımov bu dərənin və şəlalələrin özəlliklərini foto-video materiallarla internet saytlarında ictimaiyyətə açıqlamış və videosüjeti bu yaxınlarda Coğrafiya İnstitutuna da təqdim etmişdir. Topoqrafik xəritələrdə rəsmi adı Kilsəsuyu olan Abdal çayı Tovuz rayonunun dağlıq hissəsində, Zəyəm çayının orta axınında yerləşən kiçik bir dağ çayıdır. Mənbəyni cənubda Haçaqaya (2120,5 m) və Dondar (2017,7 m) dağlarının yamaclarındakı bulaqlardan götürərək, əvvəlcə şimal, sonra isə Sığnaq dağını keçərək şimal-qərb istiqamətində axıb, Zəyəm çayına tökülür. Çayın uzunluğu təxminən 14 km, mənsəbinin dəniz səviyyəsindən hündürlüyü isə 690,0 m-dir. Qısa məsafədə çayın 1300 m-dən çox düşməsi, onun yatağının meyillilik dərəcəsinin xeyli yüksək (90-100‰) olmasını şərtləndirir. Bu da ərazinin erozion-denudasion xarakterli cox mürəkkəb relyefə malik olduğuna dəlalət edir və şəlalələrin əmələgəlməsi üçün əlverişli şərait yaradır. Çöl tədqiqatı zamanı Abdal çayı üzərndə şəlalələr kaskadının mövcudluğu təsdiqləndi, onların koordinantları və iki ən xarakterik şəlalənin ilkin parametrləri müəyyənləşdirildi, çay dərəsinin və ətraf ərazinin relyef xüsusiyyətləri, şəlalələrin əmələgəlmə səbəbləri və onların turizm əhəmiyyəti araşdırıldı, yuxarıdan dron vasitəsilə foto-video çəkilişlər aparıldı Abdal çayı hövzəsinin ərazisi geomorfoloji baxımdan Kiçik Qafqazın şimal-şərq yamacının orta və alçaqdağlıq qurşağın təmasında, Şəmkir antiklinor quruluşlu qırışıqlı-qaymalı tektonik-maqmatik mənşəli günbəzvarı massivlə təmsil olunmuş eyniadlı morfostrukturun şimal-qərb hissəsində yerləşir. Səthi sıx erozion-denudasion dərələr ilə kəskin parçalanmış mürəkkəb - qayalıq relyefə malikdir. Şəlalələrın əmələ gəldiyi çay dərəsi mürəkkəb litoloji-petroloji tərkibli və tektonik dislokasiyaya məruz qalmış vulkanik və qismən də vulkanik-çökmə süxur kompleksləri üzrə formalaşmışdır.
Belə ki, şəlalələr burada, əsasən, Mezozoy erasının Yura dövrünün Erkən Bayos əsrinin vulkanoklastları və lavalarından, Son Bayos əsrinin kvars-plagioporfirləri və onların tuflarından, tuf-brekçiya və tufkonqlomeratlarından təşkil olunmuş, aşınma və denudasiya proseslərinə müxtəlif dərəcədə məruz qalan süxur qat və laylarını uzunluğayaxın (meridional) istiqamətdə kəsib-keçən tektonik çat (qırılma) boyu həmin süxurları kəsmiş çay dərəsində əmələ gəlmişdir. Burada şəlalələr ərazini təşkil edən süxurların laylı olması ilə yanaşı, Şəmkir günbəzvarı massivini, o cümlədən də Abdal çayı dərəsini ümumqafqaz (enliyəyaxın) istiqamətdə kəsib-keçən tektonik çatlar boyu həmin süxur qatları bloklarının pilləvarı gömülməsi nəticəsində formalaşmışdır. Abdal şəlalələri kaskadı müxtəlif hündürlüklü 8 şəlalədən ibarətdir, lakin onlardan yalnız ikisi daha hündür və estetik baxımdan daha cəlbedicidir. Çayaxarı istiqamətdə yuxarıdan birinci şəlalənin hündürlüyü təxminən 20, sonuncununku isə 15 metrdir. Bu şəlalələr 1:100000 miqyaslı topoqrafik xəritədə qeyd olunmayıb, lakin 1:25000 miqyaslı xəritədə birinci şəlalə əks olunsa da, hündürlüyü cəmi 3 m qeyd edilib ki, bu da onun ancaq başlanğıc hissəsinə aiddir. Şəlalələr adsızdır, lakin onları ictimaiyyətə ilk dəfə açıqlayan C.Qasımov birinci şəlaləni “Cəlaləddin”, sonuncunu isə “Soltan” adlandırmışdır. Bununla yanaşı, coğrafi obyektlərə adların verilməsi 2007-ci ildə qəbul edilmiş “Coğrafi obyektlərin adları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləndiyindən oradakı prosedur qaydalarının nəzərə alınması məqsədəuyğun hesab edilir.

Şəlalələrin ətraflarında çoxlu sayda müxtəlif təbiət və tarixi-memarlıq abidələrinin mövcudluğu və eləcə də ərazinin təbii şəraitrinin xeyli əlverişli olması və zənginliyi burada rekreasiya-turizm sənayesinin inkişafına mühüm zəmin yaradır. Bunları nəzərə alaraq, həmin şəlalələrin təbiət abidəsi kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qeydiyyata alınması və gələcəkdə bu yerlərə eko- və geoturizm üzrə marşrutların salınması məqsədəuyğun olardı. Bu əsrarəngiz şəlalələrin geniş ictimaiyyət üçün açıqlanması yalnız Tovuz rayonunun deyil, eləcə də Azərbaycan coğrafiyasının və turizm potensialının inkişafına dəyərli bir töhfədir. 

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti
Hüseyn Xəlilov coğrafiya elmləri doktoru, 
Rəşid Fətəliyev geologiya-mineralogiya elmləri namizədi, 
Cəlaləddin Qasımov tarixçi-araşdırmaçı.

Tufangöl — Dəmiraparan çayının sol qolu Tufançayın sağ qolunun mənbəyindən 4 km şimalda, dəniz səviyyəsindən 3,277 m yüksəklikdə yerləşir. Buzlaq (moren) mənşəyli olan Tufangölün ətrafı dağlarla əhatə olunmuş, qar və buzlaq suları ilə qidalanan şirin sulu göldür. Gölün uzunluğu 160 m, eni 125 m, çoxsulu dövürdə sahəsi 3,8 hektara çatır. Dərinliyi 5,6 m -ə çatan Tufan gölün suyu yay aylarında şəffaf olur və 2 m-ə qədər gölün dibi aydın görünür.
Qar və buzlaq suları ilə qidalanır. Şirin suludur.Bəzən qar örtüyü bütün il ərzində əriməyə macal tapmır. Bu yerlərə bələd olan köçəri maldarlar (yerli əhali) Tufangölü Nuhun gölü kimi tanıyırlar.

Rəvayətə görə guya gölün sahilində Nuhun gəmisinin parçalanmış qalıqlarına rast gəlinmiş. Lakin Tufan dağ, "Tufan çay" və "Tufan göl" adları çox güman ki, qeyd olunan coğrafi ərazinin sərt, tufanlı-qasırğalı təbiəti ilə əlaqədardır.

Tufangölün ətrafında ilin 8 – 9 ayı buludlu, qarlı, çovqunlu keçir. Tufan dağ, "Tufan çay" və "Tufan göl" adları çox güman ki,ərazinin sərt, tufanlı-qasırğalı təbiəti ilə əlaqədardır.

Türyançay, Tikanlıçay, Ağçay (Qalaçay), Bümçay və Dəmiraparan çayların qovuşmasından yaranır. Göstərilən çayların hamısı şimaldan cənuba doğru axaraq Bozdağ silsiləsi qabağı birləşirlər. Əsas çay kimi Tikanlıçay götürülüb, Saralçay tökülənə qədər Qaracay adlanır. Tikanlıçayın (Qaraçayın) mənbəyi Bazardüzü (4485 m) dağının cənubi-qərb yamacında 3680 m yüksəklikdədir. Çay Tikanlı kəndi yanında iki sərbəst qola ayrılır. Birinci qol NəzərçayAğçay (Qalaçay) tökülənədək sonra Türyançay adlanır. Sol qol cənub istiqamətində axır və Duruğaçay adlanıb və Bümçayla birləşir. Həftəran vadisində Türyançay Bümçay və Qarasuyu qəbul edir.
Azərbaycanın çaylarıı -- Türyançay.

 Türyançay Kürə süni məcra vasitəsi ilə qovuşur. Qarasu adlanan və Şirvan çaylarının töküldüyü yer qurudulmuş və bu çaylar XX əsrin 50-60-cı illərində süni məcra ilə Kürə birləşdirilmişdir. Girdimançayla Axsuçayların süni məcraları birləşdirilmişdir. 
Türyançayın uzunluğu 180 km, hövzəsinin sahəsi 4840 km2-dir. Çay Qəbələ, Ağdaş, Ucar və Zərdab rayonlarının ərazisində axır. Türyançayın hövzəsinin orta eni 10,2 km,   hövzəsinin orta yüksəkliyi 819 m-dir. Hövzəsinin 2500 m hündürdəki hissəsində meşə örtüyü yoxdur. Yamacları çox dikdir və in- tensiv parçalanır. Hövzəsində 4,2 km2 buzlaq vardır. Hövzəsində 445 km2 meşə örtüyü var. Çayın orta meyilliyi 20,5%- dir. Çay şəbəkəsinin sıxlığı isə 0,50 km/km2 -dir. Turyançayın 15 km uzunluğu olan 10 qolu var və onlardan ancaq ikisi sol qoludur. Türyançay yaz-yay gursululuğu və payız daşqınına malik çaydır. Qollarında qəza sel daşqınları yaranır. Ən güclü sellər Axçay (Qalaçay), Bümçay, Tükanlıçay və Dəmiraparan- çaylarda yaranır. Dəmiraparançayda qəza sel daşqınları 9 avqust 1899, 10 iyul 1945, 14 avqust 1949, 17.08.1959, 15.06.1962, 7.07.1969, 5.07.1974, 17 avqust 1999-cu illərdə böyük dağın- tılara səbəb olmuşlar. 
Dəmiraparan çayda gursululuğun başlanmasının orta tarixi 21 mart, qurtarma tarixi 4 avqustdur, davamiyyəti 136 gündür. Bümçayda qəza sel hadisələri 9.08.1899, may 1927, 3.08.1930, 13 iyul 1945, 1 iyul 1953, 7.07.1963- cu illərdə ol- muşdur. Tikanlıçayda qəza sel daşqınları 08.1905, 29.05.1937, 11.07.1944, 16.05.1946, 26.06.1952, 15. 06.1952, 24.06.1968, 23. 08.1974-cü illərdə Axçayda, isə 05.1921, 07.1945, 14.08.1955, 8.08.1987-ci illərdə müşahidə edilmişdir. Gursululuq mart ayından iyunun sonuna bəzi illərdə iyulun ortalarınadək davam edir. İyul-avqust aylarında qıt- sulu rejim fazasıdır, lakin o yağış daşqınları ilə kəsilir. Sen- taybr-noyabr aylarında çayda payız daşqınları yaranır. Dekabr-fevral aylarında isə qış qıtsulu rejimi dayanıqlı olur.  Türyançayın rejim xüsusiyyətləri dörd hidrometrik məntəqənin məlumatları əsasında təhlil edilir. Çay yaz gursululuğuna malikdir. Bumçayda gursululuğun başlanması- nın orta tarix 16 mart, qurtarması 13 avqustdur, orta dava- miyyəti isə 150 gündür. Türyançayın yuxarı axınında, yəni Tikanlıçayda (F=120 km2), orta çoxillik su sərfi 3,7 m3/s, ən kiçik su sərfi isə 0,26 m3/s 31 yanvar 1987-ci ildə müşahidə edilmişdir. Türyançayın mənsəbindən 96,5 km yuxarıda suqovşağı inşa edilmişdir. Suqovşağı çaydan suyun magistral kanala götürülməsi üçün qurulmuşdur. Türyançayın su qovşağından aşağıda (F=1440 km2) orta çoxillik su sərfi 7,30 m3/s, kanalların axımı ilə birlikdə 15 m3/s yaxındır. Ən böyük sərfi 26 iyun 1977-ci ildə 770 m3/s, ən kiçik su sərfi 26-31 iyul 1971-ci ildə 0,15 m3/s olmuşdur. Dəmiraparançayın qəbələ yaxınlıgındakı (F=126km2) ölçü məntəqəsində orta çoxillik su sərfi 4,3 m3/s, ən böyük su sərfi 8 iyun 1986-cı ildə 322 m3/s, ən kiçik su sərfi isə 26 fevral 1949-cu ildə 0,36 m3/s müşahidə edilmişdir. Türyançayın aşağı axını Qarasu adlanır, Göyçayla birləşir (F=6610 km2) və Zərdab şəhəri yanında ölçü məntəqəsi 1977-ci ildən fəaliiyət göstərir. Bu məntəqə mənsəbdən 1,5 km yuxarıdadır. Orta çoxillik su sərfi 20,5 m3/s, ən böyük su sərfi 27 iyun 1977-ci ildə 39 m3/s olmuşdur. Tikanlıçayda asılı gətirmələrin orta çoxillik sərfi təqri- bən 5,0 kq/s Türyançayın aşağı axınında (Qaraş-Zərdab) gətirmələr sərfi 50 kq/s böyük olur. Türyançay suqovşağı yaxınlığında asılı gətirmələr sərfinin orta çoxillik qiyməti 43 kq/s götürmək olar. Bulanlıq dərəcəsini isə 2600 q/m3. Də- miraparançayda asılı gətirmələrin orta çoxillik sərfi 17 kq/s il- lik axım miqdarı 540 min tondur. Bulanlıq dərəcəsinin orta miqdarı 3200 q/m3, ən böyük miqdarı 5 iyul 1974-cü ildə 70000 q/m3 olmuşdur. Axçay-Filfili kəndi yaxınlığında asılı gətirmələr 6,6 kq/s, bulanlıq dərəcəsi 2900 q/m3, Bumçayda (Bumkəndi) 4,3 kq/s, bulanlıqlıq dərəcəsi 1500 q/m3-dir. Türyançayın termik rejimi haqqında çoxillik məlumat Dəmiraparançay üçün mövcuddur. Digər ölçü məntəqələrində bir neçə il aparılmış ölçülərə görə orta qiymət hesablanmışdır. Dəmiraparançayda (Qəbələ) yanvar ayında suyun temperaturunun orta çoxillik qiyməti 1,20S, avqust ayınınkı 15,00S-dir. Ən yüksək temperatur 1 avqust 1976-cı ildə 24,80S olmuşdur. Türyançayın yuxarı axınında Tikanlıçayda yanvar ayında suyun temperaturunun orta qiyməti 1,50S, avqust ayınınkı 14,70S, ən yüksək temperatur 2 sentyabr 1985-ci ildə 24,40S olmuşdur. Türyançayın suqovşağındakı məntəqənin məlumatlarına əsasən yanvar ayında suyun orta tem- peraturu 6,00S, iyul ayında 17,50S, ən yüksək temperatur 28 iyun 1988-ci ildə 32,20S olmuşdur. Türyançayın mənsəbindən 1,5 km yuxarı (Qarasu-Zərdab) yanvar ayında tem- peratur 3,60S, avqust ayında 24,80S, ən yüksək temperatur 30,30S 2 avqust 1987-ci ildə qeyd edilmişdir. Çayda buz hadisələri sahil buzu formasında olur. Də- miraparançayda sahil buzu orta hesabla 20 gün ən soyuq 1971-1972-ci illərin qışında isə 67 gün olmuşdur. Buz hadisələri dekabrın ortalarında başlayıb və fevralın sonunda qurtarır. Aşağı axında ayrı-ayrı illərdə sahil buzu əmələ gəlir ancaq 3-5 gün davam edir. Türyançayın suyu hidrokar- bonatlıdır. Suyun minerallaşma dərəcəsi, yuxarı axınında  300 mq/1, orta və aşağı axınında 500 mq/l-dir. Çayın üzərindəki su qovşağı suyu baş kanala götürmək üçündür və çayın bütün eni boyu bənd tikilib, onun bir tərəfində su götürmək üçün sipər qurulub. Sağ sahildən suyu sol sahilə vermək üçün düker inşa edilmişdir. Dəmiraparançay və Vəndaşçay arasında su anbarı tikilib, onun həcmi 11 mln m3, dərinliyi 25 m-ə çatır.

Azərbaycanın Soyuq yarımildə daşan çaylar
Bu qrupa Lənkəran vilayəti çayları daxildir. Bu çayların hövzəsində əsas yağmurlu dövr ilin soyuq yarısı olduğundan, elə həmin dövr çaylarda gursululuq ve daşqınların keçdiyi dövrdür. Vilayətin şimal hissəsindəki çaylarda daşqınlar əsasən, erkən yazda, cənub yansı çaylannda ise payız fəslində baş verir. Bu qrupa aid edilən Lənkəran çaylannda illik su sərfinin 70-80% yağış sulan payına düşür. Lenkərançay, Təngerü və Vileşçay hövzələrini çıxmaq şərtilə, qar suları bu bölgə çaylarının qidalanmasında demək olar ki, iştirak etmir (cemi 4-13%), yeraltı sulann payı isə xeyli artır (20-35%). İl ərzində bu qrup çaylarda 15-ə qeder daşqın keçir ki, bunlann əksəriyyəti sentyabr-dekabrda ve mart-aprel aylannda baş verir.

Azərbaycan Respublikasının yerüstü su ehtiyatları
Azərbaycanda yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və s. təşkil edir. Yerüstü suların əsas ehtiyatları çaylarda cəmlənib.
Azərbaycan çaylarının su ehtiyatları yerli və tranzit çayların hesabına formalaşır.Yerli çayların axımı bütövlükdə Respublika ərazisində formalaşır və onlar bütünlüklə onun ərazisindən axırlar. Tranzit çayların əsas axımı Respublika ərazisindən kənarda, xarici ölkələrdə formalaşır.
Respublikada 21 tranzit çay mövcuddur və onlarin əksəriyyəti Kür və Araz çaylarının hövzələrinə aiddir.
Azərbaycan Respublikası çaylarının su ehtiyatları ayrılıqda əsas çayların- Kür və Arazın hövzələri üçün və bütövlükdə Respublikanın ərazisi üzrə qiymətləndirilib.
Kür və Arazın hövzələri müvafiq olaraq dörd və beş ölkənin ərazisində yerləşir.
Kür çayı (Araz ilə birlikdə) hövzəsinin su ehtiyatları bütövlükdə müxtəlif qiymətlərə görə 25,9-26,9 km3 arasında dəyişir. Xarici (qonşu) ölkələrdən Kür çayının Respublika ərazisinə daxil olan axımı 19,6-20,8 km3 və ya ümumi su ehtiyatlarının 76-77%-ni təşkil edir. Respublika ərazisində formalaşan axım (yerli axım) isə  5,64-7,34 km3-dir. 
Kür çayı hövzəsinin (Araz çayı istisna olmaqla) su ehtiyatı 86000 km2 su toplayıcı sahəsindən 16,-17,8 km3 –dir, qonşu ölkələrdən daxil olan axım 11,7-12,7 km3 və ya 70-71% təşkil edir, yerli axım isə 4,50-6,02 km3-dir.  
Araz çayı hövzəsinin su ehtiyatı 102000 km2 su toplayıcı sahəsindən 9,10-9,30 km3 bərabərdir, qonşu ölkələrdən daxil olan axım 7,70-8,10 km3 və ya 85-87%-dir, yerli axim isə 1,04-1,40 km3-dir. 
Xəzər dənizinə tökülən çayların su ehtiyatları bütövlükdə 2,17-3,41 km3-dir, qonşu ölkələrdən daxil olan axım 0,14 km3-dir, yerli axım isə 2,17-3,27 km3 təşkil edir. 
Azərbaycan Respublikası çaylarının su ehtiyatları bütövlükdə müxtəlif qiymətlərə görə 28,1-30,3 km3 təşkil edir. Qonşu ölkələrdən Respublika ərazisinə daxil olan axım 19,7-20,3 km3 və ya 67-70% təşkil edir. Respublika ərazisində formalaşan axım həcmi isə 7,81-10,6km3 təşkil edir . Beləliklə, qonşu ölkələrdən daxil olan axım 2,0-2,5 dəfə yerli axımdan çoxdur.  
Azərbaycanda suyun çatışmamazlığı müşahidə olunur ki, bunu da ərazinin hər 1 km2-ə düşən su təminatı ilə göstərmək olar. Yerli axım ilə Respublika ərazisinin təmin olunması 90-122 min m3/il təşkil edir. Xarici ölkələrdən daxil olan axımı nəzərə alaraq Respublikanin bütövlükdə su ilə təmin olunması 324-350 min m3/il təşkil edir.
Respublikanın göllərində şirin su ehtiyatları 0,90 km3-dir, göllərin su səthinin sahəsi isə 394 km2-dir.  
Respublikanin su anbarlarinin tam həcmi 21,4 km3, işçi həcmi 12,4 km3-dir, su səthinin sahəsi isə 694 km2-dir. /http://www.eco.gov.az/

Böyük Şor gölü
Böyük Şor Abşeron yarımadasında ən böyük gölüdür. Göl erozion abrazion tektonik mənşəlidir. Gölün təbii rejimi atmosfer yağıntılarının və havanın temperaturunun illik gedişindən asılı olmuşdur. Göl ilin isti dövründə quruyan göl olmuş, lakin 1925, 1929, 1934-cü illərdə yay dövründə atmosfer yağıntılarının miqdarı başqa illərə görə çox olduğundan göl yayda qurumamışdır. Böyük Şor gölünün su səthinin sahəsi 1899-cu ildə 8,97 km2 olduğu halda 1988-ci ildə hidrometeorologiya kafedrasının exolotla planalması vasitəsi ilə suyun həcmi və su səthinin aynasını dəqiq məlum etmək mümkün olmuşdur. Suyun həcmi göldə 27,5 mln. m3 su aynasının sahəsi 16,25 km2 olmuşdur. Böyük Şor gölünün səviyyəsi 35 il ərzində 1968, 1971 və 1984-cü illərdə aşağı olmuşdur.Səviyyənin ciddi qalxması isə 1974, 1988, 1984-cü illərdə, ən maksimum səviyyə isə 1994-cü ildə müşahidə edilmişdir. Səviyyənin artması nəticəsində Bakı aeroport yolunu su basmış və bunun qarşısını almaq, ətraf sahələri, o, cümlədən qəbirsanlığı su basmaması üçün 1982-ci ilin may ayından başlayaraq 12 saylı nasos stansiyası ildə göldən 9-13 mln. m3 su Hövsan kanalı vasitəsi ilə Xəzərə axıdılmışdır. Gölün səviyyəsini aşağı salmaq üçün komumunal məişət və digər tullantı suları kollektora toplanaraq 4 saylı nasosla yenə də Hövsan kanalına bu sular axıdıldığından səviyyə 2,35 m aşağı endi. Lakin son illərdə səviyyə yenidən qalxmağa başlayıb və 2001-ci ilin noyabr ayınadək səviyyə 1 m qalxmışdır. Böyük Şor gölünün suyunun temperaturu yanvar ayında 5,40S, iyul ayında 26,20S-dir. Təbii rejim dövründə göldən 44 süni yaradılmış hovuzların köməyi ilə ildə 900 tondan çox xörək duzu istehsal edilmiş və gölün dib çöküntüsündən (palçıqdan) balneoloji məqsəd üçün istifadə edilmişdir. Mədən sularının, məişət sularının və digər tullantı sularının gölə axıdılması nəticəsində səviyyə qalxmaqla yanaşı, gölün suyunun kimyəvi tərkibi ciddi dəyişmiş və istifadə üçün tam yararsız hala çatmışdı.

Mineral su bulaqlarının rəngarəngliyinə görə Naxçıvan MR dünyanın ən diqqətəlayiq bölgələrindəndir. Azərbaycanın mineral su ehtiyatının 60 %-i Naxçıvan Muxtar Respublikasının payına düşür. Muxtar respublikanın 5,5 min km2-lik sahəsində 250-dən artıq mineral su mənbəyi qeydə alınmışdır. Bu bulaqlarının böyük əksəriyyəti Şərqi Arpaçay, Naxçıvançay, Əlincəçay, Gilançay, Ordubadçay, Qaradərə və Əylis çaylarının vadilərində və yaxınlığındadır. Onlar kimyəvi tərkibinə görə müxtəlif tipli olub təsərrüfatda, içməli su təchizatında, müalicə məqsədi ilə və sənayedə istifadə edilir. Ərazidə suların təbii formalaşmasında relyefin, çay şəbəkəsinin, yarandıqları geoloji mühitin, iqlimin böyük əhəmiyyəti vardır. Naxçıvanın müalicə suları müxtəlif tərkibli və yaşlı çöküntülərdən çıxır və bu onların kimyəvi-balneoloji xassələrini müəyyənləşdirir. Ərazidə ən qədim su daşıyan süxurların yaşı 400 mln. illə 500-700 min il arasında dəyişir. Tarixi qaynaqlardan məlum olur ki, həmişə dirilik suyu, şəfa suyu olan bulaqlardan bəhrələnib, onların müalicə qüdrətinə "Tanrı ocağı",  deyə inanmışlar; onlara qotur suyu, yel suyu, mədə suyu, dəri suyu, şor su, vayxır və s. adlar vermişlər.

Naxçıvan mineral suları ta qədim zamanlardan insanların diqqətini cəlb etmişdir Naxçıvan MR-də mineral su bulaqlarının və onların formalaşdığı mühitin  geologiyası və tektonikasının öyrənilməsinə 1843-cü ildən başlanılmışdır. Lakin bu sahədə planlı kəşfiyyat işləri XX yüzillikdən aparılmışdır. Müəyyən edilmişdir ki, Naxçıvanda mineral suların 6 tipi, 16 sinfi və 33 müxtəlif növü mövcuddur. Bu suların 98%-i karbon qazlı olub, hidrokarbonat tipli sulara aid edilir. Yer səthinə təbii çıxışları olan mineral su bulaqlarından yüksək hərarətlisi, demək olar ki, yoxdur. Mineral suların əksəriyyətinin temperaturu 8°C - 22°C-dir. Sirabda və Darıdağda buruq quyularından hərarəti 50°C və daha yuxarı olan sular aşkar edilmişdir. Azərbaycanda olan karbon qazlı suların 35%-i Naxçıvan MR ərazisindədir. Mineral-müalicə su bulaqlarının ion tərkibinin əsas komponentlərini kalsium - Ca, qələvilər Na+K və maqnezium Mg kationları və hidrokarbonat HCO3, sulfat - SO4 və xlor - Cl anionları təşkil edir. Muxtar respublikanın mineral su mənbələri gün ərzində yer səthinə 24 mln. l su axıdır. Əsas mineral su mənbələri ərazi üzrə aşağıdakı şəkildə yerləşmişdir:
Ordubad rayonunda təqribən 1000 km2 sahədə 29 mineral su bulağı var. Onların tərkibində suların müalicə xassələrini müəyyənləşdirən qələvilər mühüm rol oynayır. Rayonun qələvili-hidrokarbonatlı sularının bir qismi məşhur "Narzan"dan geri qalmır, digərləri isə müalicə qabiliyyətinə görə daha üstündür.
Culfa rayonunda 900 km2 sahədə 85 mineral su bulağı qeydə alınmışdır; onlardan 42-si buruq quyuları vasitəsilə aşkar edilmişdir. Bu sular qiymətli karbonat-mərgmüşlü olub mineral suların karbonatlı-mərgmüşlü-dəmirli, xlorlu-hidrokarbonatlı-natriumlu tipinə aid edilir. Burada 37 mənbə, o cümlədən 32 quyu vardır. Darıdağ mineral sular qrupunun debiti üst-üstə 3125783 l/gün, temperaturu 17-dən 52°C-dəkdir. Mənbələrin bir çoxu qaynayır və fontanla yer səthinə çıxır. Su yer səthinə çıxdıqda külli miqdarda qaz ayrılır. Hələ qədim zamanlardan Darıdağ mineral sularından müalicə vasitəsi kimi istifadə edildiyi məlumdur. Bu sular vasitəsilə müxtəlif əzələ, oynaq, sümük və dəri xəstəlikləri müalicə olunur. Darıdağ mərgmüşlü suyu bu qəbildən dünyada məşhur olan İtaliyadakı "Cənubi Tirol", "Ronçenyo", Fransadakı "Lya-Bulbul" mərgmüşlü sularından həm keyfiyyətinə, həm də gündəlik debitinə görə xeyli üstündür.
Şahbuz rayonu ərazisindəki çay vadiləri boyu 40 km2 sahədə 50-dək mineral su mənbəyi kəşf olunmuşdur. Rayonun mineral bulaqları arasında məşhur Badamlı mineral sular qrupu xüsusi yer tutur. Bu sular olduqca şəffaf, iysiz və rəngsizdir. İçmək üçün çox tamlıdır. Debiti üst-üstə 2750640 l/gündür. Kimyəvi tərkibinə görə, əsasən, karbon turşulu-hidrokarbonatlı-natriumlu, xloridli-kalsiumludurlar. Onların müalicə əhəmiyyəti tədqiq olunmuş və müəyyən edilmişdir ki, "Badamlı" suyu qaraciyər və öd kisəsi xəstəliklərinə müsbət təsir göstərir və müalicə xüsusiyyətləri Kislovodskin (Şimali Qafqaz) "Narzan" sularının xüsusiyyətlərinə oxşardır.

Babək rayonunun 1200 km2 ərazisi daxilində 50 mineral-müalicə su mənbəyi öyrənilmiş, onların 27-si buruq quyuları vasitəsilə aşkar edilmişdir. Sirab mineral sular qrupunun debiti 2 247 265 l/gündür. Temperaturu 16-24°C-dir. Müalicə əhəmiyyətinə görə Sirab, Qahab, Vayxır, Cəhri və Qızılvəng bulaqları üstündür. Sirab-12 az minerallaşmış, soyuq, karbon qazlı, hidrokarbonatlı-maqneziumlu-natriumlu-kalsiumlu, dolomitli "Narzan" tipli müalicəvi-süfrə suyu kimi xarakterizə edilir. Karbon qazlı, orta minerallaşmış, hidrokarbonatlı-kalsiumlu-natriumlu Sirab-8 mineral suyu "Borjomi" tipli mineral suyun analoqudur. Vayxır-7 mədənin xroniki xəstəlikləri, qara ciyərin və öd yollarının  xəstəlikləri  zamanı  məsləhət görülür. Cəhri bulağı-1 "Slavyanskaya" müalicəvi-süfrə suyunun, Cəhri bulağı-2 Badamlı-4 müalicə suyunun, "Əshabi-kəhf" mineral suları Pyatiqorsk (Şimali Qafqaz) radonlu suyunun analoqudur.
Şərur rayonu mineral su bulaqları baxımından çox zəngin deyildir. 1316 km2 ərazidə cəmi 7 mineral su mənbəyi öyrənilmişdir; suların ümumi ixracı rayon üzrə 1,5 mln. l-dən çox deyil.
Bahasu mineral su bulağı Sədərək rayonunda eyniadlı kənddən cənubda, Araz çayının sahilindədir. Bahasu bulağının Naxçıvan MR-də yeganə hidrokarbonatlı-maqneziumlu mineral su olduğu ehtimal edilir. Yerin təkində maqnezitli çöküntülər daxilindən başlayaraq səthə çıxır.
Mineral sular içərisində məşhur müalicə əhəmiyyətli olanları, həmçinin süfrə suyu kimi istifadə olunanlardan Badamlı, Sirab, Vayxır, Darıdağ, Qızılvəng, Nəhəcir, Qahab, Ordubadın "Narzan" tipli bulaqlarını göstərmək olar. Bulaqlar əsasında Badamlı, Darıdağ balneoloji müalicəxanaları fəaliyyət göstərir. Sənaye üsulu ilə mineral su istehsalına 1947-ci ildən başlanmışdır. Hazırda muxtar respublikada 3 mineral su zavodu vardır. Bunlardan ikisi  "Badamlı" və "Sirab" mineral su zavodları bir başa mənbələrin yanında, digəri isə Naxçıvan şəhərindədir. Son illərdəki iqtisadi durum və blokada şəraiti bu zavodların fəaliyyətini iflic vəziyyətinə salmışdır. Hazırda zavodların yenidən qurulması, yeni texnoloji avadanlıqlarla təchizi zərurəti meydana çıxmışdır.
Mənbə: nakhchivan.preslib.az

Lənkəran təbii vilayətinin çaylan arasında uzunluğuna və sutoplayıcı hövzəsinin sahəsinə görə birinci yerdə Bolqarçay durur. Uzunluğuna görə regionda ikinci yeri Viləşçay, sutoplayıcının sahəsinə və sululuğuna görə isə Lənkərançay tutur.
Alaşar-Burovar qalxması şimalda Bolqarçaym, cənubda isə Lənkərançayın istiqamətlərini dəyişməyə məcbur etmişdir. Xeyli məsafədə həmin çaylann dərələri bu qalxmaya paralel uzanır və onu kəsməkdən əvvəl yenidən Şerqe- Xəzərə tərəf yönəlir. Viləşçay isə öz istiqamətini dəyişmədən bu alçaqdağlıq silsiləni ensiz, dik yamaclı antesedent derə ilə kəsir. Regionun bütün böyük çaylan Lənkəran ovalığında gətirmə konusu yaradır. Bunlardan ən böyükləri Bolqarçaym və Lənkərançayın gətirmə konuslandır.
Çoxsulu illərdə Bolqarçaym su sərfi 3,0 m3/s-e qədər, az sulu illərdə 1,30 m3/s-yə qederdir. Bu kəmiyyət göstəriciləri müvafiq şəkildə Viləşçayda 13.0 m3/s və 2,66 m3/s; Lənkərançayda 30,8 m3/s və 4,50 mVs, Astaraçayda isə 11,9 m3/s və 3,74 m3/s təşkil edir. Regionun şimal və cənub yansında çaylann illik su rejimində müəyyən fərqlər var. Bolqarçayda, İncəçayda, Həmşirəçayda illik axımın 55%-dən çoxu fevral - aprel aylarında (28,6% mart ayında), cemi 15,5% may - oktyabr aylarında keçir.
Viləşçayda iki gursulu dövr ayrılır. Bunlardan əsası mart - aprel aylarında (illik orta axımın 31,2%), nisbətən zəif maksimum isə payız aylarında - oktyabr - noyabrda (illik axımın 23,0% qədəri) müşahidə edilir.
Lənkərançaym və regionun cənub hissəsində yerləşən başqa çayların illik su rejimi Viləşçaym su rejimindən o qədər də fərqlənmir. Lənkərançayda illik axımın 27% mart - aprel aylarında (yaz maksimumu), 39% isə sentyabr-noyabr aylarında (payız gursulu dövrü) keçir. Bu çaylarda on az sulu dövr may - avqust (illik su sərfinin 10,25) və dekabr yanvar aylarıdır. Bu mə’lumatlardan görünür ki, kənd təsərrüfatının suya ehtiyacının maksimum həddə çatdığı aylarda çaylarda su sərfi minimuma enir. Bu vəziyyət Azərbaycanın ən rütubətli sahəsi sayılan Lənkəran vilayətində də yay aylarında kənd təsərrüfatı bitkilərinin suya ehtiyacını ödəmək üçün su ehtiyatı toplamağı tələb edir. Elə bu məqsədlə regionun dağətəyi zonasında çoxsaylı sututarlar yaradılmışdır ki, onların əksəriyyəti kiçik olmaqla, yalnız ayn-ayn təsərrüfatları tə’min etmək üçündür.

M. A. MÜSEYİBOV
Azərbaycanın fiziki coğrafiyası

Naxçıvan MR ərazisindən axan çaylar əsasən az sulu, kiçik çaylardır. Bu Orta Araz çökəkliyi və Arazyanı silsilələr regionunun az yağmurlu kontinental iqlimi və böyük çay hövzələrinin inkişaf etməsi üçün əlverişli relyef şəraitinin olmaması ilə əlaqədardır. Arazyanı silsilələr zonasını yalnız Arpaçay yarma dərə ile kəsərək Vardenis və Qarabağ yaylalarının cənub yamacı və Dərəleyez çayları öz mənbələrini Derələyəz ve Zəngəzur silsilələrinin Araza baxan yamaclarından götürür və Naxçıvan çökəkliyini kəsərək Araz çayına qovuşurlar. Naxçıvan MR ərazisində 10-dan artıq çay var. Bunlara Çanaxçıçay, Bağırsaqdərə, Arpaçay, Qabaqlıçay (Arpaçayın sol qolu), Cəhriçay (Naxçıvançaym sağ qolu), Naxçıvançay, Əlincəçay (uzunluğu 62 km, sutoplayıcısı 600 km2, ortaillik su sərfi 2,23 mVs), Qarədəre, Gilançay (uzunluğu 53 km, sutoplayıcısı 426 km2, illik su sərfi 4,17 mVs), Düylünçay, Qııruçay, Venəndçay, Əylisçay, Ordubad- çay, (uzunluğu 24 km, sutoplayıcısı 42 km2, illik su sərfi 0,34 mVs) və s. daxildir. Muxtar respublikada Əylisçaydan qərbdə yerləşən 100 km -lik məsafədə Araza cəmi iki çay öz sularını çatdırırsa, 60 km-lik şərq hissədə Zəngəzur silsiləsindən başlanan 7-8 çay az sulu olsalar da, öz sulannı bir başa Araza çatdınr.
  Naxçıvan çökəkliyinin şərq hissəsi çayların çox qısa (10-62 km), sutoplayıcılan isə kiçik (20-600 km2) olmasına baxmayaraq, Ordubad və Culfa rayonlarında çay dərələrində və gətirmə konuslannda yerləşən bir çox böyük və kiçik kəndləri, qəsəbələri, 2 şəhəri və əkin sahələrini, bağlan şirin su ilə tə’min edir. Regionun bə’zi çayları çox kiçik olmalanna baxmayaraq ortaillik su sərfi həcminə görə xeyli böyük çaylardan irəlidə durur. Gilançayın, uzunluğu Köndələnçaydan iki dəfə, Sumqayıtçaydan 3,5 dəfə, sutoplayıcı sahəsi həmin çaylann sutoplayıcı sahəsindən müvafiq şəkildə 110 km2 və 1328 km2 kiçik olmasına baxmayaraq, ortaillik su sərfi
(4,17 mVs) Köndələnçaym su sərfinə (4,57 m3/s) bərabərdir, Sumqayıtçayınkından isə 2 dəfə artıqdır. Onu da nəzərə almaq lazımdır ki, Gilançayın hövzəsində ortaillik yağıntıların miqdarı Köndələnçaym hövzəsindən cəmi 55 mm, Sumqayıtçay hövzəsinə düşən yağıntılardan isə 2,5 dəfə artıqdır. Uzunluğu və sutoplayıcının sahəsi Gilançayla təxminən eyni olan Kiçik Qafqazın şimal-şərq yamacından axan bə’zi çaylann müqayisəsi göstərir ki, mənbəyini Zəngəzur silsiləsinin uca zirvələrindən alan bu kiçik çay Qoşqarçaydan (uzunluğu 65 km, sutoplayıcısı 798 km2, hövzəsində ortaillik yağıntılann miqdan 435 mm, ortaillik su sərfi 2,74 m3/s) və Cəhriçaydan xeyli irəlidədir.    Naxçıvan MR çaylan sutoplayıcılann və mənbələrinin hündürlüyündən asılı olaraq illik rejiminə görə fərqlənir. Dağətəyi və alçaqdağlıq zona çaylan mart - aprel aylannda gursulu olmaqla, yayda quruyurlar, yüksəkdağlıqdan axan çaylann gursulu dövrü may - iyun aylanna təsadüf edir. 
Regionun bütün çaylannda ilin soyuq yansında, xüsusilə qışda axım yalnız yeraltı sular hesabına yaranır. 
  Arpaçay. Arpaçayın yuxan ve orta axını Ermənistan Respublikası ərazisində, aşağı axını isə Azərbaycan ərazisindədir. Çayın uzunluğu 128 km, su toplayıcı sahəsi 2630 km2-dir. 
Arpaçay mənbəyini 3000 m yüksəklikdən Qarabağ vulkan yaylasındakı Sərçəli (3433 m) dağının qərb və Coğatsar (3333 m) dağının şərq yamacından götürür və 780 m
hündürlükdə soldan Araza qovuşur. Vulkanik yaylada və onun ətəyindəki tuflava qatlarında Arpaçay və onun qollan əksər halda kanyonvari dərələrlə axırlar. Orta axında isə çay geniş tektonik çökəklə axır və burada Vardenis, Dərələyəz silsilələrindən başlanan qollarım qəbul edir (sağdan Gərgər, Ələyez, soldan Knişikçay və b.). Yexeqnadzor çökəkliyinin cənub-qərbində çay istiqamətini kəskin dəyişib, cənuba dönür, dərin (1000 m) və dar yarma dərə ilə axaraq, Şeril düzənliyinə çıxır və burada geniş məhsuldar torpaqlı, bağ-bağatlı yastı gətirmə konusunu yaradır. Arpaçaym qidalanmasında yeraltı, qar və yağış sulan iştirak edir. Çayın orta illik su sərfi 21,5 m3/s-dir. Çoxsulu illərdə bu 37,7 mVs-ə qədər artur, azsulu illərdə isə azalaraq 13 m3/s-yə düşür. Çayın orta illik axım həcmi 747,5*i0o m3-dir. Arpaçaym illik su sərfinin 60,7% apreldən iyuna qeder, ye'nı cəmi üç ayda keçir ki, bunun da təxminən yanya qədəri tək may ayında baş veriı. Arpaçayda on az sulu dövr qış aylarıdır. Dekabrdan fevrala qədər çayda illik su sərfinin yalnız 10,5% keçir ki, bu, yaz sulu dövrü ile müqayisədə 6 dəfə azdır. Arpaçay üzərində eyniadlı su anbarının yaradılması (1977-ci il) Naxçıvan MR Arazyanı düzənliklərinin qərb hissəsində suvarılan torpaqların sahəsini xeyli genişləndirməyə imkan verdi. Arpaçaym gətirmə konusu ərazisindən bir qədər (7,5 km) yuxarı Dizə kəndi kənarında dar dərədə yaradılmış Arpaçay su anbannda yığılan suyun həcmi 150 mln. m3-ə çatır ki, bunun 140 mln. m3-i faydalı hesab olunmaqla, suvarmada istifadə edilir. Əvvəllər Arpaçaym suyundan yalnız gətirmə konusu və ona qovuşan maili düzənliklərin alçaq kənar hissələrinin suvarılmasında istifadə edilirdi. Arpaçay su anban yaradıldıqdan sonra Qıvraq, Xok platoları və Böyük Düzə su çıxarmaq imkanı yarandı. Hazırda Arpaçaydan çəkilmiş kanal və arxlar susuz torpaqların suvarılmasını tə’min edir.
  Naxçıvançay. Arpaçaydan sonra Naxçıvan MR-də ikinci böyük çaydır. Naxçıvançay öz mənbəyini Zəngəzur və Dərələyəz silsiləsinin yeraltı, qar və yağış sularından toplayır. Çayın mənbəyi 2700 m yüksəklikdə, mənsəbi isə 678 m yüksəklikdə (Araz su anbarının səviyyəsi) yerləşir. Naxçıvançayın uzunluğu 71 km, su tcplayıcı sahəsi 1630 Lif dir. Naxçıvan düzənliyinə çıxana qədər çay çox yerdə qayalı yamaclara malik olan dərin dərə ilə axır. Şahbuz çökəkliyində çayın derəsi bir qədər genişlənir və terraslar müşahidə edilir. Naxçıvan düzənliyimlə çay o qədər də dərin olmayan terraslı qutuvari derə əmələ gətiımişdir. 
 Naxçıvançay hövzəsində yağıntıların orta illik miqdarı 453 mm, orta iLik su sərfi 5,46 nr/s-dır (çoxsulu il 14,1 m3/s, az sulu ildə isə 2,4 m3/s). Çay dağlarda bir sıra qollar qəbul edir. Onun su toplayıcısı formasına görə geniş bir sirk meydanım xatırladır. Düzənliyə çıxandan sonra sağdan ona ən böyük qolu Cəhriçay qovuşur. 
 Naxçıvan düzənliyi torpaqlarını suvarmaq üçün Naxçıvançay dərəsində və kənarda bir sıra kiçik sututarlar yaradılmışdır. Bunlardan Batalat su hovuzlarında 3,6 mln. m3, Qanlı göldə 1 mln. m3, Uzunoba su hovuzunda • mln. m3 su yığılır. Naxçıvan düzənliyinin suvarılmasında həmçinin Qahabçay su hovuzundan, Əlinceçaydan çəkilmiş sularla doldurulan və ümumi həcmi 8,5 mln. m3-ə çatan Nehrəm su hovuzunda toplanan sulardan istifadə edilir.
M. A. MÜSEYİBOV
Azərbaycanın fiziki coğrafiyası


Kiçik Qafqazın Tərtərçayın Araz çayı arasındakı cənub-şərq hissəsi və vulkanik yayla çayları Qarabağ bölgəsi çaylarını təşkil edir.Bu çaylardan Tərtərçay, Qarqarçay, Xaçınçay, Qaracaçay Kürün sağ qolları, Köndələnçay, Quruçay,Həkəriçay, Oxçuçay və Bəsitçay isə Arazın sol qollarıdır.Sadalanan çaylardan yalnız Tərtərçay və Həkəriçay(Bazarçayla) regionun böyük, qalanları isə orta və kiçik çaylardır.Bunlardan başqa regionun onlarca quruyan orta və kiçik çayları vardır.Bu kiçik çayların bir qismindən suvarmada və məişətdə istifadə olunur (Ağdərəçay, Xonaşençay, Qarasu, Şapartı, Horadizçay, Cəbrayılçay, Çaxmaqçay).
Qarabağ bölgəsi çaylarınından olan Tərtərçay və Həkəriçay suvama və energetika ehtiyyatları baxımından əhəmiyəti böyükdür.

Tərtərçay. Azərbaycan daxilində Kür çayının sağ qolları arasında Arazdan sonra ikinci yerdə durur. Tərtərçay mənbəyini Qarabağ vulkanik yaylasında 3180m yüksəklikdən götürür və Bərdə rayonu ərazisində dəniz səviyyəsindən 3m hündürlükdə sağdan Kürə tökülür.Uzunluğu 184km, su toplayıcı sahəsi 2650 km2-dirTərtərçay yuxarı və orta  axınında Umudlu çökəkliyi istisna olmaqla dar, bəzi sahələrdə əsl kanyonvari dərə ilə axır.Yalnız Umudlu çökəkliyində çay dərəsi genişlənir.Bu gniş sahənin çox hissəsi Sərsəng su anbarının altında qalıb.
Tərtərçay, kiçik qafqazın qalan çaylarında olduğu kimi öz sularını yalnız dağlıq hissəsində toplayır.Bu hissədə Tərtərçayın böyük qollarından sağdan Tutğun çayı, soldan Levçayı və Torağaçayı qəbul edir.
Tərtərçayın qidalanmasında yeraltı, qar və yağış suları iştirak edir. Tərtərçay hövzəsində yağıntıların orta illik miqdarı 691 mm, axın layı 275 mm, su sərfi 23m3/s –dir.İllik su sərfinin maksimumu (39%) yalnız may və iyun ayları payına, minimumu isə dekabr, yanvar və fevral ayları (11,2 %) payına düşür.İyul ayında çayda su sərfi iyunda olduğundan 1,8 dəfə, avqust ayında isə 2,5 dəfə az olur.Bu göstəricilər yağıntəları bol, yaxud kasad olan illərdə çox böyük hüdudda tərəddüd edir.Çoxsulu illərdə Tərtərçayın su sərfi 41,6 m/s -ə qədər artır, yaxud ortaillik su sərfindən iki dəfə çox olur.Azsulu illərdə illik su sərfi cəmi 13,4 m/s təşkil edir və ortaillik su sərfindən təxminən iki dəfə az olur.Çoxsulu illərdə Tərtərin suları Sərsəng su anbarını layihə həcmində doldurur, artıq sular isə çayın açağı axınında nəinki ekoloji axımı təmin edir, hətta ondan xeyli artıq olur.Orta və az sulu illərdə Tərtərçayın aşağı axınında su yalnız yaz-yay daşqınları, bəzən isə payızda müşahidə edilir.Çay suları sağ sahil və sol sahil kanalları ilə Qarabağ düzünün Yuxarı Qarabağ kanalı ilə dağətəyi arasında yerləşən hissələrinin suvarılmasında istifadə edilir.

Həkəriçay. Həkəriçay Qarabağın Tərtəedən sonra ikinci böyük çayı və Arazın Arpaçaydan sonra ikinci böyük qoludur.Həkəri öz mənbəyini Mıxtökən silsiləsinin cənub yamacında 2580 m yüksəklikdən götürür və dəniz səviyyəsindən 358m yüksəklikdə (Zəngilan rayonu ərazisidə) Araza qovuşur.Həkərinin Zabuxçayın mənsəbindən yuxarıda yerləşən yuxarı axını əsl ağacabənzər şəbəkə əmələ gətirir.Burada çayın əsas qolları Şəlvə və Hoçazsu Mıxtökən silsiləsi və Dəlidağ massivinin cənub yamaclarından, Qarabağ silsiləsinin qərb yamaclarından axan suları, Zabuxçay isə Qarabağ vulkan yaylasının şərq yamacından axan səth və yeraltı suları toplayır.
Zabuxçayın mənsəbindən Bərgüşadçayın mənsəbinə qədər Həkərinin əsas qolları az sulu olmaqla (15-30km) Qarabağ silsiləsindən axan çaylardır.Sağ qollar(daha qısadır) Yazı yaylasından axır və əsasən yeraltı sularla qıdalanır.
 Aşağı axınında Həkəri sağdan ən böyük qolunu – Bərgüşadçayı qəbul edir.Həkəri çayı və onun yuxarı qolları dərin dərələrlə axır.Aşağı axınında Həkəriçayın qidalanmasında yeraltı sular üstünlük təşkil edir.Bu çay hövzəsində axımın yarandığı ərazinin xeyli hissəsinin məsaməli-çatlı qalın vilkanogen çöküntülərdən ibarət olması əlaqıdardır.Məsaməli süxurlarda yeraltı su ehtiyatı böyükdür.
 Həkəriçayın uzunluğu 133km, su toplayıcı sahəsi isə 2570 km2-dir.Bərgüşadçayın uzunluğu 178 km(Əkərə ilə qovuşduğu yerə qədər isə 158 km), sutoplayıcı hövzəsinin sahəsi 3080km2-dir.Lakin bu göstəcilərin az bir hissəsi Azərbaycan ərazisindədir.Həkəriçayın hövzəsinin isə 95%-dən çoxu Azərbaycan ərazisində yerləşir.
 Həkəriçay hövzəsində yağıntıların ortaillik miqdarı 642 mm, illik su sərfi 15,3 m3/s (Bərgüşadçayınkı, Həkəriyə qovuşduğu məntəqədə 23,1m3/s), axım layının qalınlığı 188 mm-ə bərabərdir.Çoxsulu illərdə Həkəriçayın ortaillik su sərfi 24,2 m3/s və 120 mm-dir.
 Həkəriçayın suyundan suvarmada hələlik o qədər geniş isifadə də edilmir.Lakin Arazboyu maili düzənliklərin əkin sahələrini genişləndirmək və Yazı düzünü suvarmaq üçün vahid mənbələr Həkəriçay və Bərgüşadçaydır. Bərgüşadçay üzərində Ermənistan ərazisində irili-xırdalı bir neçə su hovuzu yaradılmışdır.

Zabuxçayın mənsəbindən yuxarı Həkəriçayın illik su sərfinin 21%-ə yaxını may, 17,4 % iyun ayında keçir, ən az sulu dövr qışdır.Bu zaman aylıq su sərfi illik su sərfinin 4,1 %-ni təşkil edir.

Oxçuçay - öz mənbəyini Zəngəzur dağ silsiləsindən (Qapıcıq dağı) götürməklə Zəngilan rayonunun ərazisi ilə axır. Araz çayının sol qolu olmaqla uzunluğu 85 km-dir. Ermənistan Respublikası ərazisində yerləşən Qacaran mis-molibden, Qafan mis filizsaflaşdırma kombinatlarının kimyəvi çirkli suları və Qafan-Qacaran şəhərlərinin (o cümlədən kəndlərin, xəstəxanaların, kənd təsərrüfatı obyektlərinin) bioloji çirkli suları təmizlənmədən birbaşa Azərbaycan ərazisində Şərikan kəndinin qarşısında Oxçuçaya buraxılır ki, bu da çay hövzəsini «Ölü zonaya» çevirmişdir.

Qarqar çayı - öz mənbəyini Şuşa rayonundan 2080 m hündürlükdən götürərək Xankəndi, Xocalı, Ağdam və Ağcabədi rayonlarının ərazisi ilə axır. Qarqar çayı Zarıslı və Xəlfəli çaylarının birləşməsindən əmələ gəlir. Mənbəyi ilə mənsəbi arasında hündürlük fərqi 2080 m – dir. Əsas qolları – Ballıca, Bədərə, Dağdağan və sairdir.

Çaylaqçay - Araz çayının sol qoludur. Cəbrayıl rayonu ərazisindən axır. Uzunluğu 32 m–dir. Başlanğıcını Kiçik Qafqazın cənub ətəyindən (1750 m) alır. Axımı yağış sularından əmələ gəlir. Çaylaqçaydan suvarma işlərində geniş istifadə edildiyinə görə suyu mənsəbə çatmır.


Xaçınçay - öz mənbəyini Kəlbəcər rayonundan götürür Ağdam, Tərtər və Bərdə rayonlarının ərazisi ilə axaraq Kür çayına tökülür. Uzunluğu 119 km-dir. Mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi 2090 m-dir.

Köndələnçay - öz mənbəyini Şuşa rayonundan götürür. Xocavənd və Füzuli rayonlarının ərazisi ilə axaraq Araz çayına tökülür. Araz çayının sol qolu olmaqla uzunluğu 102 km-dir. Mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi 1780 m-dir.


Azərbaycanın fiziki coğrafiyası - M.A.Müseyibov

Azərbaycanın bütün fiziki coğrafi vilayətlərində müxtəlif tərkibli mineral su bulaqları aşkar edilmişdir.Lakin miniral bulaqlarla daha zəngin bölgə Kiçik Qafqazdadır (xüsüsən Qarabağımızda). Mineral bulaqların bir qrupunun suyu soyuq, bir qrupununki möhtədal (ilıq), bir qrupununki isə istidir. Respublika ərazisində adi və müalicəvi suyu ilə seçilən küllü miqdar mineral bulaqların bə’ziləri öz əhəmiyyətinə görə dünya şöhrəti qazanmışdır. Bu baxımdan mə'də-bağırsaq xəstəliklərinin müalicəsində əvəzsiz əhəmiyyətə malik olan Kəlbəcər İstisuyu Çexiyadakı Karlovı-Varı və Şimali Qafqazdakı Jeleznovodsk suları ilə müqasiyə edilir.
Mirəli Qaşqayın mə’lumatlanna görə Kiçik Qafqaz vilayətində 30-a qədər mineral bulaq qrupu vardır. Bunlardan Kəlbəcər rayonundakı İstisu və Qoturlu mineral bulaqları, Laçın rayonundakı Minkənd-Əhmədli mineral bulaqları, Şuşa rayonundakı Turşsu, Şırlan və Gədəbəy rayonunda Qızılca mineral bulaqları respublikamızda xüsusi şöhrət qazanmışdır.
İstisu kurort rayonunda mineral bulaqlar Tərtərçayın dərəsinin dibində yerləşir. Çayın derəsi və bulaqlar tektonik qırılma üzrə yerləşir. İstisu bulaqlan qrupu Bağırsaq, Yuxarı İstisu (yaxud İstisu kurortu), Aşağı İstisu və Kəlbəcər sahələrinə ayrılır.

 İstisu bulaqlannda suyun temperaturu 21-61° arasında tərəddüd edir. Suların balneoloji əhəmiyyətini artıran onların radioaktivliyidir. Bu bulaqlann gündəlik su debiti 1 milyon litrdən çoxdur. Lakin bunun çox cüzi hissəsi istifadə edilirdi. İstisu kurortunda müalicə olunanlar həm bu sulardan içir, həm də vanna qəbul edirdilər. Bundan başqa su şüşələrə doldurularaq ölkənin müxtəlif regionlarına, xüsusilə Bakı şəhərinə göndərilirdi.

Minkənd mineral bulaqlan eyni adlı çayın dərəsində səthə çıxan 6 böyük debitli qaynaqdan ibarətdir. Bu qaynaqların ümumi debiti 1,5 mln. litrdən artıqdır. Suyun temperaturu 25-29° arasındadır. Yayda bulaqlar ətrafında yüzlərlə alaçıq və çadır qurulur. Qaynaqlar sahəsində xəstələr primitiv dayaz quyular qazaraq təbii vannalar qəbul edirlər. Minkənd bulaqlarından bir qədər aşağıda gündəlik debiti 0,6 mln. litrdən artıq olan və temperaturu 8,8° ilə 19° arasında dəyişən Əhmədli mineral bulaqları yerləşir.

Turşsu və Şırlan bulaqlan Qarqarçayın qollarından Zanslı və Xəlfəli çaylann mənbələrinə yaxın bir-birindən 8 km məsafədə yerləşir. Turşsu bulaqları Şuşa-Laçm yolu üzərindədir. Suyun temperaturu 8,2-9,6°, minerallaşma dərəcəsi 3,9 q/litr, sərbəst karbon qazının miqdarı 2,45-2,57 q/litrdir. Turşsuda suyu şüşələrə dolduran zavod tikilmişdir.
 Qızılcan mineral bulaqlan suyunun temperaturu 7-12°, gündəlik debiti 20 min litrdən çoxdur. Sular karbon qazlı - hidrokarbonat - kalsium - maqnezium - natrium tiplidir.

Quru sularını coğrafiyanın mühüm sahələrindən biri olan hidrologiya elmi öyrənir.
Daxili sulara çaylar, göllər, su anbarları, yeraltı sular, buzlaqlar, bataqlıqlar daxildir.
Azərbaycan Respublikası sıx çay şəbəkəsinə malikdir. Respublikamızın ərazisində irili-xırdalı 8400-ə qədər çay var. Onlardan 190-nın uzunluğu 5 km-dən artıqdır. Uzunluğu 100 km-dən artıq olan çayların sayı 21, uzunluğu 500 km-dən artıq olanların sayı isə 2-dir.
Respublikamızın çaylarının axını əsasən dağlarda yaranır. Düzənliklərdə onlar Kür və Araz çaylarına qovuşur və yaxud bilavasitə Xəzər dənizinə tökülür.
Çay suları şirin su ehtiyatının əsasını təşkil edir. Çaylarımızın orta illik su axımı 31 km3-ə yaxındır. Lakin onun yalnız 1/3 hissəsi, yəni 10 km3-i respublıka daxilində, qalanı isə (21 km3) qonşu ölkələr ərazisində yaranır.
Çay şəbəkəsinin sıxlığı çox müxtəlifdir.
Böyük Qafqazın şimal-şərq yamacından axıb bilavasitə Xəzər dənizinə tökülən Qusarçayın, Qudyalçayın, Qaraçayın, Vəlvələçayın yatağında pillələr müşahidə edilir.
Respublikamızın ərazisindəki çayları coğrafi yerləşmə xüsusiyyətlərinə görə 4 əsas qrupa bölmək olar:
I. Böyük Qafqazın şimal-şərq yamacının çayları. 
II. Abşeron-Qobustan sahəsinin çayları.
III. Kür hövzəsinin çayları. Bunlar Kürün sağ qollarına, sol qollarına və Araz hövzəsinə ayrılır.
IV. Talış sahəsinin çayları.
Kür hövzəsinin çaylarından başqa, digər qruplara aid çayları sərbəst Xəzər dənizinə tökülür.
Çaylarda suyun miqdarı il boyu eyni olmur.
Respublikamızın çayları yağış, qar, buzlaq və yeraltı sularla qidalanır.
Qidalanma xüsusiyyətlərinə və sululuq dərəcəsinə görə respublikamızın çayları iki qrupa bölünür: axımı daimi olan çaylar və yayda quruyan çaylar, Kür, Araz, Tərtərçay, Türyançay, Samur, Qusarçay, Qudyalçay  və s. iri çaylar müxtəlif  mənbələrdən –həm qar, yağış, suları ilə, həm də yeraltı sularla qidalanır.
Lakin bəzi çayların qida mənbələri xeyli zəif olur. Məsələn, Pirsaat, Sumqayıt, Ceyrankeçməz çayları, əsasən yağış suları ilə, çox az miqdarda isə qar və yeraltı sularla qidalanır. Belə çaylar yayda quruyur.
Sel Azərbaycan üçün ən fəlakətli təbiət hadisələrindən biridir. Sel qəflətən yaranır, böyük sürətlə keçir, ən başlıcası isə tərkibində 70-80%-ə qədər daş və palçıq kütləsi olur. Tərkibindəki maddələrin həcminə görə sellər üç yerə bölünür: palçıqlı sellər, daşlı sellər və daşlı-palçıqlı sellər.
Hazırda selə qarşı iki yolla mübarizə aparırlar: 1. Hidrorexniki qurğular tikməklə selin qarşısı alınır. Belə qurğular Kişçay, Talaçaq, Dəmiraparançay, Ordubadçay və s. selli çaylarda yaradılmışdır. 2. Selli çayların hövzələrində fitomeliorativ tədbirlərlə (ağac, kol, ot və s. bitkilər əkmək) təhlükəli sel ocaqları zərərsizləşdirilir.
Azərbaycan çayları dünyanın ən böyük axarsız hövzələrindən biri olan Xəzər dənizi hövzəsinə aiddir.
Kür çayı Türkiyə ərazisindəki Qızılgədik dağının şimal-şərq yamacından, 2740 m mütləq yüksəklikdən başlayır. O, Gürcüstan ərazisindən keçərək, Azərbaycana daxil olur. Mingəçevir su anbarına qədər Kür düzənlik və alçaqdağlıq ərazilərlə, sonra isə Kür-Araz ovalığı ilə axaraq Xəzər dənizinə tökülür.
Kür çayının uzunluğu 1515 km-dir, onun 906 km-i Azərbaycan Respublikasının ərazisindədir. Hövzəsinin sahəsi Arazla birlikdə 188 min km2-dir.Kür Xəzər dənizinə saniyədə 580 m3 , ildə 18 km3 su axıdır.
Kür respublikamızda yeganə çay su yoludur.
Kür çayının illik axımının 52%-ni qar, 30%-ni yeraltı, 18%-ni yağış suları təşkil edir.
Araz çayı Türkiyə ərazisində Bingöl silsiləsindən (2990 m) başlayır, Sabirabad şəhəri yaxınlığında Kürlə qovuşur. Onun uzunluğu 1072 km, hövzəsinin sahəsi 102 min km2-dir. Araz çayı  yuxarı və orta axarlarda iti axır, aşağı axarda isə onun sürəti zəifləyir. Çayın hövzəsində fəal yuyulma prosesi gedir və hər il Kürə 14 mln.tona yaxın çöküntü gətirir.
Araz çayının illik axımının 46%-ni yeraltı sular, 38%-ni qar, 16%-ni yağış suları təşkil edir.
Samur çayı Azərbaycanın şimal-şərqində ən iri çaydır. 3600 m mütləq yüksəklikdən başlayır və Xəzər dənizinə tökülür. Uzunluğu 216 km, hövzəsinin sahəsi 4,4 min km2-dir.Samur dağlıq sahədə sıldırımlı,dik yamaclı,dərin dərə ilə axır.Samur-Dəvəçi ovalığının geniş şimal hissəsi bu çayın gətirdiyi çöküntülərdən yaranmışdır.Çayın qidalanmasında yeraltı  bə buzlaq  suları xüsusi əhəmiyyət kəsb edir.Ona görə də illik axımın böyük əksəriyyəti yay aylarının payına düşür.Samur çayı üzərində su qovşağı tikilmişdir.Samur-Abşeron suvarma  kanalı bu qovşaqdan başlanır.
Böyük Qafqazın şimal-şərq yamacından başlayan Qusarçay, Qudyalçayın, Qaraçayın, Vəlvələçay, Gilgilçay, Ataçay Xəzər dənizinə tökülür.
Qobustan və Abşeron yarımadasının çayları (Sumqayıt, Ceyrankeçməz, Pirsaat, Sitalçay və s. ) əsasən yağış suları ilə qidalanır.
Naxçıvan MR-in əsas çayları Arpaçay, Əlincəçay, Gilançay və Ordubadçaydır. Onlar qar, yağış və yeraltı sularla qidalanır, yaz aylarında daşırlar.

Qırmızı Göl Bakışəhərindən cənub-qrbdə yerləşir.Göl çökəkliyi vaxtı ilə dənizin körfəzi olub, sonralar səviyyəsinin azalması ilə dənizdən təcrid olmuş və gölə çevrilmişdir.Hal-hazırda torpaq bənd bəndlərlə bir-birindən ayrılmış bu 4-5 gölün ümumi səhəsi 6-7 km kvadratdır.


Mənbə: "Bioloji müxtəliflik. Abşeron Yarımadasının təbiət abidələri"
              Yusifov E., İsayeva N., Əsgərov F.

Respublikamızda 140-a qədər müxtəlif ölçüdə süni göl vardır. Onların ümumi sahəsi 87 min hektar, suyunun həcmi 18,5 km3-ə bərabərdir. Tutumu 1 mln. m3-dən artıq olan və müxtəlif tənzimləmə xüsusiyyətinə malik 34 su anbarı vardır. Hazırda respublikamızda su anbarları təsərrüfatda təbii göllərdən qat-qat artıq istifadə olunur. Azərbaycandakı süni göllərin ən nəhəngi Mingəcevir su anbarıdır. Onun sahəsi 605 km2, uzunluğu 70 km, eni 18 km, orta dərinliyi 27 m-dir. Mingəçevir su anbarının sahəsi respublika əhəmiyyətli bütün su anbarlarının ümumi sahəsinin 72%-ni, tutumu isə 85%-ni (16 km3) təşkil edir. Mingəçevir su anbarı Kür çayının Bozdağı yarıb keçdiyi hissədə uzunluğu 1500 m, hündürlüyü 80 m olan bənd vasitəsilə yaradılıb. Mingəçevir su anbarından Yuxarı Qarabağ və Yuxarı Şirvan kanalları çəkilmişdir. Mingəçevir su anbarının suyu ilə 200 min hektardan artıq torpaq sahəsi bərəkətli tarlalara, bağlara çevrilmişdir. Kür çayı üzərində, həmçinin Varvara, Şəmkir, Yenikənd su anbarları tikilmişdir. Respublikamızın sahəsi ikinci yeri tutan su anbarı Araz su qovşağıdır. Onun sahəsi 143 km2-dir. Mingəçevir su anbarından 4,3 dəfə kiçikdir. Respublikamızın dağətəyi zonasında da bir sıra su anbarı yaradılmışdır. Sərsəng (Tərtərçayda), Ağstafa, Coğaz, (Qazaxda), Xanbulançayda (Lənkəran), Nohurqışlaq (Qəbələ), Aşıq Bayramlı (İsmayıllı), Cavanşir (Ağsu), Arpaçay, Köndələnçay su anbarları buna misal ola bilər. Ceyranbatan su anbarı Abşeron yarımadasının sənaye müəssisələrinin və əhalisinin su təchizatında və Abşeron bağlarının, əkin sahələrinin suvarılmasında böyük rol oynayır. Onun sahəsi 14 km2-ə yaxındır. Su anbarı Samur-Abşeron kanalı vasitəsi ilə təchiz olunur. Samur-Abşeron kanalı Samur su qovşağından başlayaraq, Ceyranbatan su anbarına qədər davam edir. Kanalın suyu ilə 92 min hektar ərazi suvarılır. Ceyranbatan su anbarı və Abşeron kanalı su ilə təmin edilir. Yuxarı Qarabağ kanalı Mingəçevir su qovşağından Bəhramtəpə su qovşağına qədər uzanır və Mil, Qarabağ düzlərində 76 min hektar torpağı su ilə təmin edir. Yuxarı Şirvan kanalı Mingəçevir su anbarından Ağsu çayına qədər uzanır. Bu kanal Şirvan düzünün 120 min hektardan artıq ərazisini suvarır. Baş Mil kanalı Araz üzərindəki Mil-Muğan su qovşağından başlayır və Mil düzündə 38 km məsafədə uzanır. Onun suları ilə Füzuli, Beyləqan, Ağcabədi, İmişli rayonlarının həmin hektara yaxın torpağı suvarılır. Baş Muğan kanalı Araz çayı üzərindəki Bəhramtəpə su qovşağından Muğan düzünədək uzanır. Bu kanalın suları Muğan düzünün 68 min hektara yaxın ərazisinə “can” verir. Əzizbəyov adına kanal Bəhramtəpə su qovşağından Masallı rayonu ərazisinə kimi davam edir. İmişli, Biləsuvar, Cəlilabad rayonlarının 69 min hektara yaxın ərazisini suvarır.


Həkəriçay Qarabağın Tərtəedən sonra ikinci böyük çayı və Arazın Arpaçaydan sonra ikinci böyük qoludur.Həkəri öz mənbəyini Mıxtökən silsiləsinin cənub yamacında 2580 m yüksəklikdən götürür və dəniz səviyyəsindən 358m yüksəklikdə (Zəngilan rayonu ərazisidə) Araza qovuşur.Həkərinin Zabuxçayın mənsəbindən yuxarıda yerləşən yuxarı axını əsl ağacabənzər şəbəkə əmələ gətirir.Burada çayın əsas qolları Şəlvə və Hoçazsu Mıxtökən silsiləsi və Dəlidağ massivinin cənub yamaclarından, Qarabağ silsiləsinin qərb yamaclarından axan suları, Zabuxçay isə Qarabağ vulkan yaylasının şərq yamacından axan səth və yeraltı suları toplayır.
Zabuxçayın mənsəbindən Bərgüşadçayın mənsəbinə qədər Həkərinin əsas qolları az sulu olmaqla (15-30km) Qarabağ silsiləsindən axan çaylardır.Sağ qollar(daha qısadır) Yazı yaylasından axır və əsasən yeraltı sularla qıdalanır.
 Aşağı axınında Həkəri sağdan ən böyük qolunu – Bərgüşadçayı qəbul edir.Həkəri çayı və onun yuxarı qolları dərin dərələrlə axır.Aşağı axınında Həkəriçayın qidalanmasında yeraltı sular üstünlük təşkil edir.Bu çay hövzəsində axımın yarandığı ərazinin xeyli hissəsinin məsaməli-çatlı qalın vilkanogen çöküntülərdən ibarət olması əlaqıdardır.Məsaməli süxurlarda yeraltı su ehtiyatı böyükdür.
 Həkəriçayın uzunluğu 133km, su toplayıcı sahəsi isə 2570 km2-dir.Bərgüşadçayın uzunluğu 178 km(Əkərə ilə qovuşduğu yerə qədər isə 158 km), sutoplayıcı hövzəsinin sahəsi 3080km2-dir.Lakin bu göstəcilərin az bir hissəsi Azərbaycan ərazisindədir.Həkəriçayın hövzəsinin isə 95%-dən çoxu Azərbaycan ərazisində yerləşir.
 Həkəriçay hövzəsində yağıntıların ortaillik miqdarı 642 mm, illik su sərfi 15,3 m3/s (Bərgüşadçayınkı, Həkəriyə qovuşduğu məntəqədə 23,1m3/s), axım layının qalınlığı 188 mm-ə bərabərdir.Çoxsulu illərdə Həkəriçayın ortaillik su sərfi 24,2 m3/s və 120 mm-dir.
 Həkəriçayın suyundan suvarmada hələlik o qədər geniş isifadə də edilmir.Lakin Arazboyu maili düzənliklərin əkin sahələrini genişləndirmək və Yazı düzünü suvarmaq üçün vahid mənbələr Həkəriçay və Bərgüşadçaydır. Bərgüşadçay üzərində Ermənistan ərazisində irili-xırdalı bir neçə su hovuzu yaradılmışdır.

Zabuxçayın mənsəbindən yuxarı Həkəriçayın illik su sərfinin 21%-ə yaxını may, 17,4 % iyun ayında keçir, ən az sulu dövr qışdır.Bu zaman aylıq su sərfi illik su sərfinin 4,1 %-ni təşkil edir.

Azərbaycanın
        fiziki              M.A.MÜSEYİBOV
Coğrafiyası


Tərtərçayı Qarabağ bölgəsinində yerləşir.Tərtərçayın Azərbaycan daxilində Kür çayının sağ qolları arasında Arazdan sonra ikinci yerdə durur. Tərtərçay mənbəyini Qarabağ vulkanik yaylasında 3180m yüksəklikdən götürür və Bərdə rayonu ərazisində dəniz səviyyəsindən 3m hündürlükdə sağdan Kürə tökülür.Uzunluğu 184km, su toplayıcı sahəsi 2650 km2-dirTərtərçay yuxarı və orta  axınında Umudlu çökəkliyi istisna olmaqla dar, bəzi sahələrdə əsl kanyonvari dərə ilə axır.Yalnız Umudlu çökəkliyində çay dərəsi genişlənir.Bu gniş sahənin çox hissəsi Sərsəng su anbarının altında qalıb.
Tərtərçay, kiçik qafqazın qalan çaylarında olduğu kimi öz sularını yalnız dağlıq hissəsində toplayır.Bu hissədə Tərtərçayın böyük qollarından sağdan Tutğun çayı, soldan Levçayı və Torağaçayı qəbul edir.


Tərtərçayın qidalanmasında yeraltı, qar və yağış suları iştirak edir. Tərtərçay hövzəsində yağıntıların orta illik miqdarı 691 mm, axın layı 275 mm, su sərfi 23m3/s –dir.İllik su sərfinin maksimumu (39%) yalnız may və iyun ayları payına, minimumu isə dekabr, yanvar və fevral ayları (11,2 %) payına düşür.İyul ayında çayda su sərfi iyunda olduğundan 1,8 dəfə, avqust ayında isə 2,5 dəfə az olur.Bu göstəricilər yağıntəları bol, yaxud kasad olan illərdə çox böyük hüdudda tərəddüd edir.Çoxsulu illərdə Tərtərçayın su sərfi 41,6 m/s -ə qədər artır, yaxud
ortaillik su sərfindən iki dəfə çox olur.Azsulu illərdə illik su sərfi cəmi 13,4 m/s təşkil edir və ortaillik su sərfindən təxminən iki dəfə az olur.Çoxsulu illərdə Tərtərin suları Sərsəng su anbarını layihə həcmində doldurur, artıq sular isə çayın açağı axınında nəinki ekoloji axımı təmin edir, hətta ondan xeyli artıq olur.Orta və az sulu illərdə Tərtərçayın aşağı axınında su yalnız yaz-yay daşqınları, bəzən isə payızda müşahidə edilir.Çay suları sağ sahil və sol sahil kanalları ilə Qarabağ düzünün Yuxarı Qarabağ kanalı ilə dağətəyi arasında yerləşən hissələrinin suvarılmasında istifadə edilir.
 Azərbaycanın Fiziki Coğrafiyası-  M.A.MÜSEYİBOV

Azərbaycanın su obyektlərinin və təbii komlekslərinin tərkib hissəsi olan bataqlıqlar əsasən ovalıq düzənliklərdə, qismən, yeksəkdağlıqda əlverişli su- relyef şəraitində inkişaf etmişdir.Azərbaycanın dağlıq bölgələrində relyef ətrafında bataqlıqlar kəskin parçalandığına görə böyük sahələrdə bataqlıqlar əmələ gəlməsi üçün əlverişli şərait yoxdur.Burada buzlaq karlarının dibində, bəzi çayların sahil zonasında, dağ göllərinin kənarlarında, yaxud su bitkiləri ilə tamamilə örtülmüş dayaz göl çalaları yerində, nəhayət yüksək və ortadağlığın sürüşmələr inkişaf etdiyi sahhələrində kiçik bataqlıqlara rast gəlmək mümkündür.Respublikamızın bütün dağlıq ərazisində nisbətən böyük bataqlıq sahəsi vulkan yaylasında Kiçik Alagöl çökəkliyində yerləşir.(sahəsi təxminən 0.5-1 km2-a qədər).
 Bataqlıqların  geniş yayıldığı bölgələr Kür-Araz ovalığı, Samur-Dəvəçi ovalığının dənizkənarı zolağı və Lənkəran ovalığədır.Kür çayı Mingəçevir dərəsindən çıxdıqdan sonra çay ətrafı zonanı yaz daşqınları suları basır və çayın hər iki sahil boyu geniş göl-bataqlıq kompleksi yaradırdı.Bununla yanaşı Kürün sol və sağ qolları maili düzənliklərlə Kür çayının yataq boyu tirəsi arasında yerləşən çökəklər və hamar düzənliklər zonasında da geniş bataqlıqların əmələ gəlməsinə şərait yaradırdı.Belə şərait Muğan, Salyan düzənlərində və Lənkəran ovalığında da mövcud idi.
S.Rüstəmovun və R.Qaşqayın məlimatına görə Azərbaycanda ən böyük bataqlıq Yevlax yaxınlığından Hacıqabul gölünə qədər 125km məsafədə uzanan Qarasu bataqlığı bataqlığı olmuşdur.30-cu illərdən, xüsusilə 50-ci illərin əvvəlindən başlamış Kür çayının daşqınlarının qarşısı alınmış, Şirvan çaylarının yatağının düzəldilib kür çayına qovuşdurulması 149km2 sahədə yayılmış Qarasu bataqlıqlarının quruması ilə nəticələnmişdir.
 Qarabağ düzündə ən böyük bataqlıq Ağgölün, Mehmangölün ətrafında olmuş və buradan Sarısu istiqamətində Bozqobu boyu Mil düzünə uzanmışdır.Qarabağ düzündə gətirmə konuslarının kontakt depresiyalarında kiçik bataqlıqlar indi də qalmaqdadır.
 Muğan düzündə Ağçala gölü ilə əlaqədar ən böyük bataqlıqlar 1886-cı ildə Araz çayının Saatlı yaxınlığında sahil bəndinə yarması və öz yatağını dəyişərək, cənub-şərqə axaraq Xəzər dənizinə tökülməsi nəticəsində əmələ gəlmişdir.Bunlardan Yeni Araz(50km2), Qaraçala (30km2), Əbilçala(11km2), Ağçala(182km2), Aquşa(190km), Yeni Arazın qolu(87km) kimi böyük bataqlıq sahələri göstərmək olar.
Lənkəran vilayətinin çaylarının əksəriyyətinin suyu dənizin sahil boyu uzanan qum tirələri arxasındakı çökəklərdə yığılaraq “Mortso” adlanan göllər və onların ətrafında bataqlıqlar əmələ gətirirdi.
Ovalıqda aparılan melorasiya işləri bura üçün xarakterik hidromorf landşaft dəyişilmişdir.
 Cənub-Şərqi Şirvanda Pirsaatçayın daşqını zonasıbda bir neçə bataqlıq sahəsi mövcud idi.( Atbulaq, Kalmas, Bəndovan).
 Samur-Dəvəçi ovalığında da bir sıra bataqlıqlar var.Bunlardan Qusarçay(16km2), Xaçmaz(13km2), Ağzıbirçala(16.5km2) bataqlıqları ən böyüyüdür.

Azərbaycanın Fiziki Coğrafiyası - M.A.Müseyibov

Azərbaycan Respublikası ərazisində ən mühüm faydalı qazıntılardan biri də yeraltı sulardır. Onlar kimyəvi tərkibcə müxtəif olub, təsərrüfatda içməli su təchizatında, müalicə məqsədi ilə və sənayedə istifadə edilir. Respublikada həmçinin dərin kəşfiyyat (2000-3000m) quyuları vasitəsilə böyük istilik enerjisi mənbəyinə malik yüksək temperatur (60-1150C) sular aşkar edilmişdir. Ərazidə suların müxtəlif tipli olmasına, onların yaranmasına və paylanmasına respublikanın təbii şəraitinin mürəkkəbliyi təsir göstərmişdir: Düzən rayonlarda müxtəlif litoloji tərkibli Mezazoy-Müasir Dövr yaşlı çökmə süxurlar çox böyük təsərrüfat, içməli, qrunt və artezian suları ehtiyatına malikdir. Qrunt suları demək olar ki, hər yerdə müasir çöküntülərdə rast gəlir. Dağətəyi zonalarda aktiv su mübadiləsi nəticəsində bu sular bir qədər dərində yerləşir. Onların minerallaşması 1q/l; kimyəvi tərkibi kalsiumlu-hidrokarbonatlıdır. Yüksək təzyiqli artezian hövzələri maili düzən sahələrdə antropogen, Abşeron və Ağçaqıl yaşlı süxurlarda (Gəncə, Qazax, Quba-Xaçmaz, Qarabağ, Şirvan və s.) samrat çöküntülərində (Naxçıvan MR) aşkar edilmişdir. Bu suların minerallaşması təqribən1q/l, kimyəvi tərkibi kalsiumlu-hidrokarbonatlıolub, şəhər və kəndlərin su təchizatında və sahələrin suvarılmasında istifadə olunur.


Azərbaycan Respublikasında 1000-dən artıq soyuq və termal mineral bulaq aşkar edilmişdir. Bu bulaqlar əsasında respublikada bir sıra sanatoriyalar (İstisu, Qalaaltı, Şıx Burnu, Suraxanı və s.) və mineral su zavodları (İstisu, Sirab, Badamlı, Vayxır və s.) tikilmişdir. Respublikadakı mineral bulaqlar qaz tərkibinə görə karbon qazlı hidrogen-sulfidli, metanla, azotlu və radonludur. Karbon qazlı mineral sular Kiçik Qafqazda (İstisu, Şırlan, Turşsu) və Naxçıvan MR-da (Sirab, Badamlı və s.), hidrogen-sulfidli sular Abşeronda (Suraxanı, Şıx Burnu), Talış
zonasında (İstisu) və Böyük Qafqazın cənub-şərq yamacında (Çuxuryurd, Altıağac) azotlu sular Astara-Lənkəran (Meşəsu), Salyan (Babazənən), Masallı (Ərkivan) rayonlarındadır. Kəlbəcərdə Bağırsaq və Naxçıvan MR-da Qahab mineral suları radionludur. Bu suların duz tərkibinin əsasını natrium, kalium, kalsium, maqnezium kationları və hidrokarbonat, sulfat, xlor anionları təşkil edir. Onların temperaturu 35-900 arasında dəyişir. Respublikada sənaye əhəmiyyətli yadlu-bromlu sular (Abşeron yarımadasında, Neftçala, Salyan) yod, brom və başqa kimyəvi elementlər və duz istehsal olunur.
Azərbaycanın mineral sularının temperaturu 4°-dən 65°-yə kimi dəyişir. Bu ancaq təbii su çıxarlarına aiddir. Lakin buruq qazma üsulu ilə Azərbaycanda yerin dərin qatlarından temperaturu 95°C-yə çatarsa su çıxır.

Respublikamızda yüksək temperaturlu mineral sular Qoturlu (64°), Donuzütən (64°, Masallı rayonu), İstisu (62°-yə Kəlbəcər rayonu) bəllidir. Temperatur xusisiyyətlərinə görə 35-36° temperatura malik olan sular daha qiymətlidir. Həmin temperatur insan bədənin temperaturuna uyğun gəlir. Belə suların müalicə əhəmiyyəti daha yüksəkdir.

Səyyahlar

[səyyahlar][hot]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget