Azərbaycanın ən böyük Coğrafiya jurnalı

COĞRAFİ TERMİNLƏR. K - N

Coğrafiyadan terminlər lüğəti.K, G, Q, H, L, M və N hərfləri ilə başlayan sözlərin izahlı cavabları...

Kaynozoy erası - Yerin geoloji tarixində sonuncu, indi də davam edən era
Kampos (port. campos - çöl) - Cənubi Amerikada savanna (ekvatordan cənubda)
Kanyon (ispanca - boru) - dərin və dik yamadı, dar çay dərəsi (Şimali Amerikada Kolorado çayı üzərində Böyük Kanyonun dərinliyi 1800 m-ə çatır)
Karst - suda həll olan süxurların (əhəngdaşı, dolomit, tabaşir, gips) yeraltı sular vasitəsilə həll edilib aparrlması prosesi və bu proses nəticəsində yaranan relyef formaları (karst qıfları, mağaralar və s.)
Kaskad stansiyalar - pilləli və astanalı çay üzərində bir neçə SES-in ardıcıl yerləşməsi.
Koalisiya (lat. ittifaq) - iki və ya bir neçə siyasi partiya, ölkə və s. yaratdığı ittifaq
Kommunikasiya sistemləri (lat. commuicatio əlaqələndirmək) - nəqliyyat, rabitə şəbəkəsi sistemi
Kondensasiya (lat. conderısatio - sıxlaşma) - su buxarının maye hala keçməsi prosesi
Konsentrat - faydalı qazıntıların saflaşdırılması nəticəsində əldə edilən yarımfabrikat qarışığı
Konfederasiya (ittifaq, birlik) - müstəqil dövlətlərin ümumi məqsədlərə (siyasi, iqtisadi, hərbi) nail olmaq üçün yaratdıqları ittifaq
Krik - Avstraliyada daimi axarı olmayan quru çaylar Kserofit - uzun müddət quraqlığa davam gətirən bitkilər qrupu
Konfusiçilik - Çin Xalq Respublikasında milli din Külək - havanın yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru Yer səthi üzrə üfüqi istiqamətdə hərəkəti
Geoid (yun. geo - Yer və eidos - şəkil) - Yerin heç bir həndəsi fiqura uyğun gəlməyən forması
Geoxronologiya - Yerin geoloji inkişaf tarixinin əks olunduğu vaxt bölgü sistemi
Genosid (yun. genos - tayfa və lat. caedo - öldürmək) - əhalinin irqi, etnik, milli və s. əlamətlərinə görə məhv edilməsi
Geosinklinal - litosferin seysmik cəhətcə fəal olan sahələri. Müasir geoloji dövrdə, əsasən, litosfer tavalarının sərhədinə müvafiq gəlir.
Qabarma və çəkilmə - Ayın və qismən də Günəşin cazibə qüvvəsinin təsiri nəticəsində okean (dəniz) səviyyəsinin dövri surətdə qalxması və düşməsi
Qar xətti - Yer səthində il ərzində qarın əriməyə macal tapmadığı, havanın temperaturunun 0° C-dən yüksək olmadığı şərti hündürlük sərhədi. Qar xətti ekvatorial və tropik enliklərdə 4500 - 5000 m yüksəklikdən, qütbətrafı enliklərdə isə okean səviyyəsinə yaxın hündürlükdən keçir.
QIYŞ (Qarşılıqlı İqtisadi Yardım Şurası) - sabiq sosialist ölkələrinin 1949-cu ildə yaratdığı iqtisadi birlik. Sosializm sistemi dağıldıqdan sonra öz fəaliyyətini dayandırdı.
Qeyzer (isi. geysir - fışqırmaq) - dövri surətdə qaynar su və buxar püskürən isti bulaq
Qlobus (lat. globus - kürə) - Yerin çox kiçildilmiş kürə formasında modeli
Qobu - əsasən, müvəqqəti axar suların yaratdığı quru dərələr
Qoruq - elm, mədəniyyət və təsərrüfat üçün müstəsna əhəmiyyəti olan obyektlərin dövlət tərəfindən mühafizə olunduğu ərazi
Qraben (alm. graben - xəndək, çökək) - Yer qabığının sınıb aşağı çökmüş və faylarla əhatə olunmuş hissəsi
Qütb dairələri - 66°33/ şm. və c. enlikləri. Qütb gecə- gündüzlərinin hərəsinin bir dəfə müşahidə olunduğu enliklər (22 iyun və 22 dekabrda)
Hidrologiya - coğrafiyanın Yer səthinin su örtüyünü öyrənən bölməsi
Humus - torpağın tərkibində bitki və heyvan qalıqlarından yaranan məhsuldar çürüntü qatı
Humid iqlim (lat. humidus - rütubətli) - rütubət əmsalının vahiddən böyük olduğu, torpağın rütubətlə doyduğu iqlim şəraiti
Laqun - dənizdən qum tirəsi ilə ayrılmış və ya onunla ensiz boğazla birləşmiş su hövzəsi (göl)
Liman (Port) - gəmilərin dayanması, yükvurma- yiikboşaltma işləri üçün avadanlıqla təchiz olunmuş su sahəsi Litosfer (yun. lithos - daş və sfhaircı - təbəqə) - Yerin üst yer qabığını və üst mantiyasını əhatə edən bərk təbəqəsi. Qalınlığı - 200-250 km-dək olur
Lyanos - Cənubi Amerikada ekvatordan şimalda - savanna Magistral - rabitə yollarının başlıca istiqaməti, əsas xətti Meqalopolis (yun. meqos - nəhəng və polis - şəhər) - şəhər aqlomerasiyalarının və ya iri şəhərlərin birləşməsi nəticəsində yaranan nəhəng şəhər sistemi
Meliorasiya (lat. nıelioratio - yaxşılaşdırma) - torpaqların, bitkilərin və s. məhsuldarlığının artırılması istiqamətində aparılan tədbirlər sistemi
Metislər - Latın Amerikasında avropalılarla hinduların nikahından törəyən nəsil
Metropoliya - müstəmləkəsi olan ölkə Mezozoy erası (yun. tnezo - orta və zoo - həyat) - Yerdə həyatın inkişafının paleozoydan sonra və kaynozoydan əvvəlki orta mərhələsi. Uç dövrə bölünür: trias, yura və tabaşir.
Meridian (lat. meridicınis - günorta) - yer səthindən keçməklə şimal və cənub coğrafi qütblərini birləşdirən xəyali yarımçevrə. Günorta vaxtı şaquli dirəyin kölgəsinin düşdüyü xəttə uyğun gəlir
Miqyas - planda və ya xəritədə xəttin uzunluğunun Yer səthində həqiqi xəttin uzunluğuna olan nisbəti
Miqrasiya - əhalinin müxtəlif səbəblər üzündən bir yerdən (məntəqədən, ölkədən) başqa yerə köçməsi
Mərcan rifi - alçaq enliklərin dayaz sahillərində, mərcan poliplərinin qalıqlarından əmələ gələn sualtı tirə və ya ada
Moren relyef - buzlaqların fəaliyyəti nəticəsində yaranan akkumulyativ relyef forması
Morfoskulptur - əmələ gəlməsində ekzogen proseslərin üstün rol oynadığı relyef formaları
Morfostruktur - əməl gəlməsində endogen proseslərin üstün rol oynadığı relyef formaları
Mulatlar - Latın Amerikasında avropalılarla zəncilərin nikahından törəyən nəsil
Musson (ərəbcə "mövsüm" sözündən) - troposferin alt hissəsində ilin isti və soyuq dövründə okean və materikin sərhədində yaranan iqlim şəraiti. Yay mövsümünün bol rütubətli, qış mövsümünün quru olması ilə seçilir.
Mütləq maksimum - müəyyən ərazidə (və ya Yer kürəsində) meteoroloji elementlərin çoxillik dövr ərzində qeydə alınmış ən yüksək kəmiyyəti
Mütləq minimum - müəyyən ərazidə (və ya Yer kürəsində) meteoroloji elementlərin çoxillik dövr ərzində qeydə alınmış ən alçaq kəmiyyəti
Mütləq rütubətlik - 1 m3 havada olan su buxarının qramlarla miqdarına deyilir
Naviqasiya (lat. naviqo -gəmidə üzürəm) - gəminin idarə edilməsi və yolun seçilməsi barədə elm
Nekk (ing. neck - boğaz) - vulkan boğazımn yuxarısmda bərkiyib qalmış və denudasiya nəticəsində üstü açılmış lava.
Neogen dövrü - Yerin geoloji tarixində Kaynozoy erasının ikinci dövrü
Nisbi hündürlük - Yer səthində iki nöqtə arasında şaquli xətt üzrə hündürlük fərqi
Nival qurşaq ( lat. nivalis - qar, soyuq) - dağlarda qar xəttindən yüksəkdə yerləşən qurşaq
Nisbi rütubətlik - 1 m3 havada olan su buxarının miqdarının (mütləq rütubətlik) həmin temperaturda onun saxlaya biləcəyi rütubətin (doyma həddi) miqdarına olan nisbəti
Normal təzyiq - 45° enlikdə, okean səviyyəsində, 0°C temperaturda olan atmosfer təzyiqi. Normal təzyiq 760 mm civə sütununa (bu 1 kq 33 qr çəki daşının 1 sm2 səthə göstərdiyi təsirə bərabərdir) bərabərdir.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget