Okeaniya - Sakit okeanın mərkəz və cənub-qərbində yerləşən adalar qrupuna verilən ümumi ad
Oykumen - Yer kürəsinin insanlar tərəfindən məskunlaşmış hissəsi
Orbit - göy cisminin (planet, peyk) mərkəzi cisim ətrafında hərəkət etdiyi yol
Orta temperatur - gündəlik, aylıq və illik orta temperatur. Gündəlik orta temperatur gün ərzində qeydə alınmış termometrin temperatur göstəriciləri cəminin müşahidə sayına bölünməsi hesabına təyin olunur
Ovalıq - qurunun okean səviyyəsindən 200 m hündürlüyə qədər yerləşən düzənlik hissəsi
Pampa - Cənubi Amerikada çöl zonasının yerli adı
Pangeya (yun. pan - vahid, bütöv və gea - Yer) - alman alimi A.Vegenerin mezozoyda ilk okeanla əhatə olunmuş vahid, ilk quruya verdiyi ad
Paralellər - qlobusda Ekvatora paralel çəkilmiş, qütblərə doğru uzunluqları azalan, coğrafi enliklərin hesablanması üçün istifadə olunan çevrələr
Patent (şəhadətnamə) - ticarət, yaxud sənətlə məşğul olmaq üçün təqdim edilən şəhadətnamə; ixtiraçmın ixtira hüququnu təsdiq edən vəsiqə.
Preri - Şimali Amerikada çöl zonasının yerli adı
Passatlar - tropik enliklərdən (25 - 30° şm.və c.e.) ekvatora doğru əsən, Yerin öz oxu ətrafmda fırlanması nəticəsində qərbə meyllənən daimi hava axınları (küləklər). Şimal yarımkürəsində şimal-şərqdən cənub-qərbə, cənub yarımkürəsində cənub-şərqdən şimal-qərbə doğru əsir.
Peyk şəhərlər - iri şəhər ətrafında yerləşən və onunla sıx təsərrüfat əlaqəsində olan nisbətən kiçik şəhərlər
Plankton - okean(dəniz) səthində yaşayan, sərbəst hərəkət etmək qabiliyyətləri olmayan canlılar (zoo və fitoplanktonlar ayrılır)
Platforma (fr. plat - hamar və lat. forma - forma) - litosferin seysmik cəhətcə nisbətən sabit qədim, hamarlanmış sahələri Relikt (qalıq) - keçmişdə geniş yayılmış, hazırda kiçik ərazidə yaşayan bitki və heyvan növü
Refrijirator (lat. refrigero - soyuduram) - tez xarab olan məhsulların daşınması üçün içərisində soyuducu qurğu olan nəqliyyat vasitəsi (gəmi, avtomobil, vaqon)
Rekreasiya resursları (lat. recreatio - bərpa) - istirahət, müalicə və turizm məqsədilə istifadə edilən təbii və tarixi sərvətlər
Rekultivasiya - insanların təsərrüfat fəaliyyəti nəticəsində sıradan çıxan torpaqların yenidən təsərrüfat dövriyyəsinə qaytarılması (bərpa edilməsi) tədbirləri.
Reemiqrasiya - Daha əvvəl ölkədən emiqrasiya etmiş əhalinin daimi yaşamaq üçün yenidən vətənlərinə qayıtmasıdır.
Saldo (ital. saldo - hesablaşma, qalıq) - xarici ticarət münasibətlərində ixrac və idxal arasındakı fərq
Savanna - təbii zona. Subekvatorial və qismən tropik iqlim qurşaqlarında ilin quraq və rütubətli mövsümlərə bölünməsi nəticəsində yaranır. Quraqlığa dözümlü seyrək ağaclıq (ona görə də savanna və seyrək meşələr də adlandırılır) və rütubətli mövsümdə sıx ot örtüyü ilə səciyyələnir
Selva (port. selva - meşə) - Cənubi Amerikada Amazon ovalığında rütubətli ekvatorial meşə
Səmum - Ərəbistan yarımadası və Şimali Afrikada əsən isti, quru külək
Siklon (yun. kykiorı - fırlanan) - atmosferin qapalı alçaq təzyiq sahəsi ilə əlaqədar havanın geniş sahədə burulğanlı hərəkəti. Minimum təzyiq, yəni isti hava siklonun mərkəzində olur.
Skreb - Avstraliyanın quraqlıq rayonlarında həmişəyaşıl kol bitkilərindən, xırda evkalipt və akasiya ağaclarından ibarət meşə - kolluq (tikanlı kolluq)
Sunami - güclü sualtı vulkan və zəlzələ nəticəsində okean səthində əmələ gələn dalğa
Şahid dağ (qalıq dağ) - qədim dağlıq ərazinin ekzogen proseslərin təsirindən dağılmayıb, stolvari formada qalan hissəsi
Şelf (materik dayazlığı) - materikin sualtı kənarında düzənlik zolaq (dərinliyi 200 m-ə qədər olan, materikin sualtı davamı)
Şəlalə - çay yatağında suyun bərk və yumşaq süxurların sərhədində əmələ gələn çıxıntılardan tökülməsinə deyilir Şlüz - səviyyəsi müxtəlif olan çay və kanallardan gəmiləri keçirmək üçün hidrotexniki qurğu
Tayfun (çin. "böyük külək") - Asiyanı cənub və şərqdən əhatə edən dənizlərin sahil zonalarında təzyiq fərqindən yaranan çox güclü dağıdıcı tropik siklon
Texnopolis - elm və istehsalın ən səmərəli təmərküzləşməsi hesabına yaradılan elmi - texniki mərkəz rolu oynayan şəhər Terminal (lat. terminalis - son mərhələ, son istiqamət) - nəqliyyat yolunun başlanğıc və ya son mərhələsi mənasında işlənir.
Terras (lat. terra - ərazi, torpaq) - dəniz sahilində, çay dərəsində, dağ yamacında pilləvari relyef formaları
Ticarət balansı - müəyyən müddət ərzində (adətən bir il) ölkədən göndərilən (ixrac) və ölkəyə gətirilən (idxal) məhsulların dəyəri arasında fərq
Toponimika (yun. topos -yer və onuma - ad) - coğrafi adların mənasını öyrənən elm sahəsi
Tornado - Şimali Amerikada tropik və arktik hava kütlələrinin toqquşması nəticəsində yaranan çox güclü burulğanlı külək
Torpaq - yer səthində çürüntü qatı ilə aşınma materiallarının qarışmasından əmələ gələn nazik məhsuldar lay
Tranzit (lat. transitus - ötüb keçmə) - sərnişin və yükün aralıq məntəqədən ötüb keçməklə bir məntəqədən digərinə daşınması
TRASEKA - Avropa - Qafqaz - Asiya nəqliyyat dəhlizi Tropiklər (yun. tropikos - dönüş nöqtəsi) - ekvatordan həm şimal, həm də cənubda, üzərində Günəşin ildə bir dəfə zenitdə olduğu sonuncu paralellər (23°27' şm- və c paralelləri).
Troposfer (lat. tropos - dönmə, dəyişilmə və sphaira - kürə, təbəqə) - atmosferin Yer səthinə qovuşan alt təbəqəsi
Urbanizasiya (lat. urbs - şəhər) - ölkədə şəhər əhalisinin payının artması prosesi
Üfüq - açıq yerdə, hamar məhəldə Yer səthinin görünən hissəsi
Üfüq xətti - məhəldə insan gözünün görmə sərhəddinə uyğun gələn xəyali xətt
Üfüqün cəhətləri - yerin coğrafi qütblərinə nəzərən müəyyən olunan istiqamətlər. Üfüqün dörd əsas istiqaməti: - Şimal, Cənub, Şərq, Qərb.
Vadi (ərəbcə quru dərə) - Ön Asiya və Şimali Afrika səhralarında geniş və quru çay dərələrinə deyilir
Vahə - səhralarda qrunt sularının səthə yaxın yerləşdiyi bitki örtüyü və su olan, əhali yaşayan, çökək sahələri Valyuta - ölkənin pul vahidi
Vegetasiya (lat. vegetatio - canlanma) - bitkilərin boy atıb, inkişaf etdiyi dövrdür. Bu, əsasən, orta sutkalıq temperaturun 10°C-də yüksək olduğu dövrə uyğundur
Xəritə (coğrafiya xəritəsi) - Yer səthinin müstəvi üzərində kiçildilmiş və şərti işarələrlə təsviri
Zonallıq - Yer səthində enlik istiqamətində Yerin kürəvi əyriliyindən (coğrafi zonallıq) və relyefin hündürlüyündən asılı olaraq hadisə və proseslərin ardıcıl dəyişməsi. İqlim və onun elementləri, torpaq örtüyü, bitki və heyvanlar aləminin qanunauyğun paylanması zonallığa tabedir.
Zəlzələ - Yer qabığında və ya üst mantiyada ani vaxt ərzində süxurların yerdəyişməsi və ya parçalanması nəticəsində baş verən yer titrəməsi

Yorum Gönder