Xəzər dənizində mənşəyinə görə küləyin tə’siri ile əmələ gələn dreyf cərəyanları, suyun sıxlığının müxtəlifliyindən yaranan cərəyanlar və kompensasion cərəyanlar mövcuddur. Xəzərdə cərəyanların müəyyən edilmiş bu üç növündən küləklərin fəaliyyəti ile yaranan dreyf cərəyanları daha geniş yayılmaqla, dənizin hər üç bölgəsini əhatə edən vahid bir sistem yaradır. Xəzər dənizinin məşhur tədqiqatçılarından B. A. Apollov,
L. S. Yevseyev və A. N. Kosaryev Xəzər dənizinin cərəyanlarına aid tədqiqatları təhlil edərək göstərirlər ki, 4-5 bal gücündə külək zamanı cərəyanlar 50%o küləklə eyni istiqamətə yönəlir. Küləyin sür’əti 6-7 bala çatdıqda bu uyğunluq 7096o-e çatır, 8-9 bal gücündə külək əsdikdə isə cərəyanın istiqaməti küləyin istiqaməti ilə üst-üstə düşür. 4-5 bal gücündə külək əsdikdə dreyf cərəyanının sür’əti 20 sm/san., küləyin gücü 6 bala çatdıqda isə 60 sm/san-yə çatır. Adətən küləksiz havada dəniz suyu sakit olur, yaxud əvvəlki küləklərin tə’siri altında yaranmış müxtəlif istiqamətli zəif cərəyanlar müşahidə edilir.
Müxtəlif vaxtlarda tərtib edilmiş dəniz cərəyanları sxemlərinin təhlili gösterir ki, əsas cərəyanlar qərb sahilboyu şimaldan cənuba hərəkət edir və deniz sahilinin cənub konturuna paralel olaraq şərqə meyl edərək, şərq sahil boyu şimala yönəlir. Xəzər dənizində ən çox təkrarlanan bu cərəyan sistemi şimal səmt küləklərinin (Şimal-qərb, şimal, şimal-şərq) hakim olduğu zamanlar yaranır. Bu cərəyan sisteminin əmələ gəlməsinə dənizin şimal-qərb sahilyanı zonasında Volqa çayı sularının tə’siri də özünü gösterir.
Bu çox sadə görünən cərəyan sistemi, əsasən Orta Xəzər bölgəsi üçün rəvan sistemidir. Burada qərb sahilboyu cənuba hərəkət edən dəniz cərəyanı Abşeron yarımadasına çatdıqda sanki haçalanır və onun “daxili qolu” şərqə meyl edərək Türkmənistan sahillərinə tərəf yönəlir. Lakin sahil zonasına çatmazdan o cənubi Xəzərdən orta Xəzərə daxil olan cərəyana qovuşaraq şimala hərəkət edir. Şərq sahillə şimala yönələn dəniz cərəyanının güclü daxili zonası sahil əyrilikləri tə’siri ilə qərbə meyl edir və qərb sahilboyu şimaldan cənuba hərəkət edən cərəyana qovuşaraq, Orta Xəzərdə qapalı siklon sirkulyasiyası əmələ gətirir .Cənubi Xəzərdə cərəyanlar Orta Xəzərə xas olan bu sadə sistemdən öz mürəkkəbliyi ilə fərqlənir. Bu sistemi mürəkkəbləşdirən Skinci dərəcəli sistemlərə Abşeron yarımadasından cənubda antisiklon (saat əqrəbi istiqamətli) sirkulyasiyasının əmələ gəlməsi, Abşeron astanasından cənuba şimal-qərb cərəyanlarının bir qolunun cənub-qərbə meyl etməsi, mərkəz qolunun cənuba hərəkət etməsi, şərq qolun isə sola meyl edərək, şərq sahillə şimala yönələn cərəyana qovuşmasıdır. Cənubi Xəzərin geniş cənub və cənub-şərq hissəsində cərəyanlar orta Xəzərdə olduğu kimi tam qapalı sistem yarada bilmir.
Orta Xəzərdə şərq sahilboyu cərəyanın kənar (yaxud xarici) qolu sanki Manqistau yarımadasını dolanaraq Şimali Xəzərə daxil olur. Burada o əsas iki qola ayrılır. Qərb qol sola (qərbə) meyl edərək Volqa sularının və küləyin yaratdığı dreyf cərəyanına qovuşur və cənub-qərbə hərəkət edir. Şərq qol Şimali Xəzərin şərq hissəsinin sahil konfiqurasiyasına uyğun olaraq dövrə vurur və burada kiçik qapalı sistem əmələ gətirir. Beləliklə, Xəzərin ilk baxımda çox sadə görünən cərəyanlar sxemi onun cənub və şimal hissələrində xeyli mürəkkəbləşir.
Cənub və cənub-şərq küləkləri, xüsusilə güclü küləklər Abşeron rayonunda və qərb sahildə yuxanda göstərilənlərə əks istiqamətdə cereyanlann əmələ gəlməsinə səbəb olur.
Orta və Cənubi Xəzərdə deniz cereyanlannın sür’etinin öyrənilməsi gösterir ki, Abşeron yanmadası və astanası sahəsində onlann sür’eti daha böyükdür. Neft daşlannda fırtına zamanı dəniz cərəyanları daha sür’etli olmaqla, deniz suyunun qalın qatını hərəkətə gətirir. Ümumiyyətlə, bütün Xəzər dənizində en güclü külək Abşeron bölgəsində müşahidə edilir. Be’zi mə’lumatlara görə Neft Daşlannda küləyin sür’əti 40 m/san-ə çatır (belə həddən artıq güclü külək 50 ildə bir dəfə müşahidə edilir).
Azərbaycanın fiziki coğrafiyası
Müseyibov M.A
Yorum Gönder