Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Iran Islam Respublikası

İran Cənub - Qərbi Asiyada (və ya Orta Şərqdə) əlverişli geosiyasi mövqeyə malik olub, sahəsi 1,6 mln. kv. km-dir. Ölkənin sahəsi B.Britaniya, Fransa, İtaliya, İsveçrə kimi inkişaf etmiş dövlətlərin birlikdə götürülən ərazisinə bərabərdir.

Coğrafi mövqe. İran Cənub - Qərbi Asiyada (və ya Orta Şərqdə) əlverişli geosiyasi mövqeyə malik olub, sahəsi 1,6 mln. kv. km-dir. Ölkənin sahəsi B.Britaniya, Fransa, İtaliya, İsveçrə kimi inkişaf etmiş dövlətlərin birlikdə götürülən ərazisinə bərabərdir. Avrasiyada bu göstəriciyə görə Rusiya, Çin, Hindistan, Səudiyyə Ərəbistanı və İndoneziyadan geri qalır. Sahəsinin böyüklüyünə görə dünya ölkələri sırasında 17-ci yerdədir. Ölkə şimaldan Ermənistan, Azərbaycan və Türkmənistan şimal-şərqdən Əfqanıstan, cənub- şərqdən Pakistan, qərbdən İraq və Türkiyə ilə həmsərhəddir. Şimaldan, cənub-qərbdən və cənubdan dənizə çıxışı var. Sərhədlərinin ümumi uzunluğu 8 min km-dir, bunun üçdə biri dəniz sərhədləridir. Azərbaycan Respublikası ilə 611 km məsafədə həmsərhəddir və bu sərhəd əsasən Araz çayı boyuncadır.
Səth quruluşu və faydalı qazıntıları. İran dağlıq ölkədir. Dağlar, yaylalar ərazisinin təqribən beşdə dörd hissəsini təşkil edir. İranda iki əsas relyef forması xüsusilə seçilir: şimal-qərbdən cənub-qərb istiqamətində uzanan dağ silsilələri və mərkəzdəki yüksək düzənliklər sistemi.
Ölkənin mərkəzində yerləşmiş İran yaylasının əsas hissəsini Dəşte-Kəvir və Dəşte-Lut səhraları tutur. Şoran tirələrdən ibarət olan Dəşte-Kəvir (dəşt- bərk torpağa malik səth, kəvir - şoranlıq) kənd təsərrüfatına tamamilə yararsız, nəqliyyat üçün təhlükəli sayılır. Dəşte-Lut (lut, yəni bitkisiz) isə Yer kürəsinin ən bürkülü və quraq səhralarından biridir. Dəşte-Kəvirdən fərqli olaraq burada qumla örtülü sahələr çoxdur. Dəşte-Lut səhrası
üçün səciyyəvi xüsusiyyət qum təpələrinin üstünlüyüdür. Bu qum təpələri sütun, qüllə və qalanı xatırladan təbii landşaft formaları yaratmışlar. Hər iki səhrada yaşayış məskənlərinə ensiz kənar zolaqlarda rast gəlmək olar. İran yaylasını dağlar əhatə edir. Bu dağlann ən möhtəşəmi Elburs sistemidir. Elbursun və eləcə də bütün İranın ən hündür dağı Dəmavənddir (hünd. 5604 m ). Dəmavənd iranlılar üçün gözəllik, əzəmət və qüvvət rəmzidir.
Elburs dağ sistemi mürəkkəb relyefə malik olduğundan, ərazi təsərrüfat fəaliyyətinə müəyyən dərəcədə cəlb olunmuşdur. Dağ keçidlərindən yollar çəkilmiş, yeralü suların üzə çıxdığı ərazilərdə isə intensiv əkinçilik aparılır. Elburs sistemi şərqdə Türkmən-Xorasan dağlarına keçir. Bu dağlar sıldırım yamaclara malikdir, lakin dağlar arasındakı məhsuldar vadiləri kənd təsərrüfatı üçün yararlıdır.
İran yaylasının cənub kənarlarından Zaqros dağ sistemi başlayır. Cənub-şərqdə bu dağ sistemi Cənubi İran dağlan ilə əvəz olunur. Ölkənin şimal-qərb hissəsi də dağlıqdır. Burada çökəkliklərlə parçalanmış Kordestan, Talış, Boqrovdağ, Qaradağ, Ağndağ silsilələri uzanır.
İranın böyük düzənlikləri əsasən ölkənin kənar hissələrindədir. Bunlardan təsərrüfat və turizm baxımından ən mühümü Xəzərsahili (və ya Cənubi Xəzər) ovalığıdır. Ölkə ərazisinin cəmi 5 faizini təşkil edən bu ovalıqda əhalinin 20 faizi yaşayır. Mesopotamiya ovalığının aşağı hissəsi İran ərazisinə daxil olur. İran və Oman körfəzlərinin sahilləri düzən olsa da, əkinçiliyə yararlı deyildir.
İran faydalı qazıntılarla zəngin ölkədir. Bunlar içərisində mineral eneıji sərvətləri, xüsusilə neft və təbii qaz dünya əhəmiyyətlidir. Neft ehtiyatına görə regionda, həm də dünyada qabaqcıl mövqeyə malikdir. Ölkənin ən mühüm neft yataqları qərbdə və şimaldadır. Xəzər şelfində də neft axtarışı işlərinə başlanılmışdır. Ölkədə təbii qaz ehtiyatı da çoxdur (14 trilyon kub m ). Mineral eneıji sərvətlərindən kömürün əhəmiyyəti də böyükdür. Ən mühüm yataqları şimal dağ massivi və qərbdədir.Son illərdə eneıji məqsədilə nüvə xammalından istifadəyə meyl güclənmişdir. Bu isə bir sıra Qərb ölkələrini, ilk növbədə ABŞ rəsmilərini daha çox narahat edir. İranda qara metal (dəmir filizi) və əlvan metal (mis, qurğuşun, sink, qalay, sürmə, boksit və s.) filizləri də çıxarılır. Dəmir filizi yataqları əsasən Kerman, Semnan, Tehran rayonlarında, əlvan metal filizləri isə şimal və qərb əyalətlərindədir. İran tikinti və üzlük materialları (mərmər, qranit, yəşəm daşr, gil, gips, əhəng daşı və s.), qiymətli daşlarla da (firuzə, əqiq və s.) zəngin ölkədir.

İqlimi və hidroqrafiyası. Ölkənin əksər hissəsinin iqlimi subtropik kontinental, Xəzər dənizi sahilində rütubətli, İran və Oman körfəzlərinin sahillərində isə tropikdir. İqlimin əsas xüsusiyyətləri ölkənin coğrafi mövqeyi ilə yanaşı, həm də relyefin müxtəlifliyi, ərazidə hakim olan atmosfer dövranı ilə müəyyən olunur. İqliminin xüsusiyyətlərindən biri də yalnız həddən artıq yüksək yay temperaturu deyil, eləcə də çox aşağı qış temperaturu ilə əlaqədar onun kəskin kontinentallrğrdrr.
İranın əksər yerlərində yay aylan çox isti və quraq, qış soyuq və şaxtalı keçir. İlin isti dövründə dağlıq sahələr istisna olmaqla, ölkənin hər yerində hava +25-30 °C-dək qrzrr, bu isə istilik sevən bitkilərin (pambrq, tütün, çəltik və s.) becərilməsinə imkan verir. Mütləq maksimum temperatur isə 50 °C-dək yüksəlir. Qışda ölkənin şimalında temperatur mənfi 7-10 °C, cənubunda isə +15-18 °C təşkil edir. Mərkəzi düzənliklərdə - 20° çatan şaxtalar müşahidə edilir.

İran yerüstü sularla zəngin deyil. Çaylann əksəriyyəti ölkənin şimaluıda Elburs dağ sistemi ilə Xəzər dənizi arasında qalan ensiz zolaqda, cənub-qərbdə Xuzestanda və qərbdə Cənubi Azərbaycandadrr. Ərazisinin digər bölgələrində daimi axara malik çaylar yoxdur. İranın bütün çaylan 3 hövzəyə aid edilir. Axımın 18 faizi Xəzər dənizi, 63 faizi İran körfəzi, 19 faizi axara malik olmayan daxili hövzənin payına düşür.

İranda ən böyük çay Karundur (uz. 850 km). Karun çayı İran əkinçiliyi tarixində mühüm rol oynamışdır. O, həm də ölkənin gəmiçiliyə yararlı yeganə çayıdır. İllik axımın miqdarına görə ikinci çay Səfidruddur. Çayın çoxsaylı qolları var, bu qollardan suvarma kanallarr başlanğıcını götürür. İranın mərkəzi əyalətlərinin suvanlmasmda Zayəndərud, şimal bölgələrinin suvarılmasında Araz, Qorqan çaylarının əhəmiyyəti çox böyükdür.

Ölkədə yerüstü sulara aid edilən göllərin əhəmiyyəti də böyükdür. Göllərin əksəriyyəti (Urmiya, Dəryaçeye-Nəmək, Nəyriz, Nəməkzar və s.) axarsızdır. Bəzi göllər isə yayda quruyur və şoranlıqlar əmələ gətirir.

Torpaq və bitki örtüyü.Təbii şəraitin sərtliyi ölkənin torpaq örtüyündə də özünü biruzə verir. İranda torpaqların məhsuldar qatı çox zəifdir, əksər yerlərdə isə çınqıllı və ya duzludur. Qum səhra iqlimi, ana suxurlann çınqıllı olması, duzluluğu və yeraltı suların şor olması məhsuldar torpaq qatı yaratmır. Ölkədə müxtəlif torpaq növləri: dağ yamaclarında daşlı-çınqıllı, çay dərələrində ağır gilli torpaqlar yayılmışdır.İqliminin quraqlığı, yağıntıların qıtlığı, bitki örtüyünün zəifliyi ucbatından İran ərazisinin geniş hissəsində özünəməxsus torpaq əmələgəlmə prosesi gedir. Bu cür torpaqlara ekstraarid torpaqlar deyilir. İqlim şəraiti əlverişli olan dağlıq ərazilərdə torpaq əmələgəlmə prosesi daha fəal gedir. Dağ yamaclarında şabalıdı-dağ, yüksək rütubətli yerlərdə boz-çəmən, dağ- çəmən torpaqları yayılmışdır.

Dövlət quruluşu. Konstitusiyaya görə dövlətdə ali vəzifələr bir-birindən asılı olmayan qanunvericilik, icraedicilik və məhkəmə sistemindən ibarətdir. Bu sistemlər isə ölkənin siyasi və dini rəhbərinin nəzarəti altındadır. İranın dövlət başçısı əslində prezidentdir, lakin prezident Ali Dini Rəhbərə tabedir.

İran əhalisi sürətlə artan ölkələrdən biridir. 50 il bundan əvvəl əhalinin təbii artımı 1,5 faiz təşkil edirdisə, hazırda bu göstərici 2 faizi ötmüşdür. 1956-57-ci illərdə ilk siyahıya alınmaya görə ölkədə 18,9 mln. əhali yaşayırdısa, 1996-cı ildə əhalinin sayı 60 mln., 2003- cü ildə 66,4 mln.-a çatmışdır. Son 20 ildə əhali 20 mln. nəfər artmışdır. İranda təbii artımın yüksək olması erkən nigah, tibbi xidmətin yaxşılaşdırılması və digər səbəblərlə izah olunur.


Ölkədə 40-dan artıq xalq var. İranda azlıqda qalan xalqların və tayfaların sayı ya dəqiq verilmir, ya da onlann əksəriyyəti İrandilli xalqlar kimi göstərilir. Çox vaxt islam dininə mənsub olan bütün xalqları və tayfaları iranlı, digər dinlərə mənsub olanları (ermənilər, aysorlar, yəhudilər və s.) azlıqda qalan xalqlar adlandırırlar.
İran statistikasına görə sayca ökənin ən böyük xalqı farslardır (48-50 faiz). Farslar əsasən Elburs dağlarından cənubda, ölkənin şərq və cənub rayonlarında daha sıx məskunlaşmışlar. Farsların yayıldığı ərazilər şimal-qərbdə Urmiya gölündən başlayaraq cənub-şərqdə Oman körfəzinə qədər geniş sahəni əhatə edir. Cənubi Azərbaycan istisna olmaqla ölkənin bütün əyalətlərində farslar şəhər əhalisinin çox hissəsini təşkil edirlər. İran dil qrupuna farslardan başqa kürdlər (7-9 faiz), gilanlılar, lurlar, bəluclar, tatlar, talışlar və başqa xalqlar daxildir.
İranda sayca ikinci böyük xalq azərbaycanlılardır. İran statistikasında həmişə azərbaycanlıların sayı az göstərilmişdir (24-26 faiz).Türkdilli xalqlar arasında təbii artımın yüksək olması nəzərə almarsa, onların ümumi sayının 30 mln.-a, azərbaycanlıların isə 25 mln.-a çatmasına şübhə qalmır. Azərbaycanlılar Şərqi və Qərbi Azərbaycan, Zəncan, Ərdəbil əyalətlərində, həmçinin Tehran,Qəzvin, Hamadan, Ərak və digər şəhərlərdə məskunlaşmışlar. Fars və türkdilli xalqlardan başqa İranda ərəblər, ermənilər, assuriyalılar, brahuilər və başqa xalqların nümayəndələri yaşayır.
İranın dövlət dili fars dilidir. Bəzi əlavələrlə fars əlifbası ərəb qrafikasına əsaslanır. Farsların danışıq dilində ərəb, türk, ingilis dillərindən götürülmüş sözlər çoxdur. Ölkədə hakim din islamdır. İran müsəlmanlarının (ölkə əhalisinin 98,8 faizi) 90 faizindən çoxu şiədir. Məşhəd və Qum şəhərlərinin məscidləri dünya müsəlmanlarının ən çox ziyarət etdikləri dini mərkəzlərdir. Ölkə əhalisinin 80 mini xristiandır.

Təbriz Cənubi Azərbaycanın tarixi, siyasi, mədəni və iqtisadi mərkəzidir. Acıçayın vadisində 1300-1400 metr hündürlükdə yerləşmiş şəhər 852, 1721,1780, 1884 və 1936-cı illərdə güclü zəlzələlərə məruz qalmışdır. Təbriz hələ eramızdan əvvəl şəhər-qala olmuşdur. Qazan xanın hakimiyyəti dövründə (1295-1304) Təbriz Yaxın və Orta Şərqin ən böyük sənətkarlıq, ticarət və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Əhalisinin sayı 2 mln. nəfərdən artıq olan Təbriz İranın mühüm sənaye və nəqliyyat mərkəzidir. Təbriz qədim memarlıq abidələri ilə zəngindir. Təbriz bazarı Şərqin qədim, iri və gözəl bazarlarından biridir. Şəhərdə 200-dən artıq məscid vardır.


Kənd təsərrüfatının aparıcı sahələri. XX əsrin 60-cı illərinədək İran aqrar ölkə kimi tanılırdı. Lakin bu sahədə inkişaf həmişə ləng getmişdir. Səbəbi isə məhsuldar torpaq və su qıtlığı, aqrar quruluşun vəziyyəti və s. olmuşdur.
Bitkiçilik kənd təsərrüfatının apancı sahəsidir. Ölkədə dənli bitkilər istehsalı xüsusi əhəmiyyət kəsb edir. Becərilən torpaqlann üçdə iki hissəsi dənli bitkilərin payına düşür. Buğda və çəltik əkinləri geniş sahəni əhatə edir. Çəltik əkinləri əsasən Xəzərsahili Gilan, Qorqan, Mazəndəran əyalətlərindədir. Ölkədə çəltiyin müxtəlif növləri (sədri, çampa, əkuli və s.) becərilir və bunlann məhsuldarlığı da müxtəlifdir.
Texniki bitkilərdən pambıq, şəkər çuğunduru, tütün, çay və s. becərilir. Ölkədə paxlalı və yağlı bitkilər, ədviyyat da becərilir. Bağçılıq inkişaf etdirilir. Heyvandarlıq xırdabuynuzlu maldarlıq istiqamətindədir və yarımköçəri təsərrüfatlar üstünlük təşkil edir. İribuynuzlu malqara oturaq təsərrüfatlarda bəslənilir.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget