Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Meteoritlər

Meteoritlər -asteroidlərin parçalanması ilə əmələ gələn göy cisimləri olub bu və ya digər planetlərin cazibə qüvvəsi ilə onların üzərinə düşür.

Meteoritlər -asteroidlərin parçalanması ilə əmələ gələn göy cisimləri olub bu və ya digər planetlərin cazibə qüvvəsi ilə onların üzərinə düşür. Lakin meteorların Günəş sisteminə kənardan gəlməsi və ya burada olan planetlərin parçaları olması fikirləri də mövcuddur. Onların ölçüsü 5-10 km olur. Meteorlar dəmirdən (dəmir və silikatlı), daşdan (silikatlı) və onların hər ikisinin qarışığından ola bilər. Atmosferin yuxan qatlarında uçarkən onlar meteor adlanır. Atmosferə daxil olduqdan sonra qızır və alışıb-yanır və onların çoxu Yer səthinə çatmır. Mete- orlar Yer səthinə düşürsə onlara meteoritlər deyilir. Onlann yanmasından əmələ gələn odlu kürə bolid adlanır. Atmosferin sıx qatlarına meteorit seli daxil olması "Ulduz yağışı“ adlanır. Hər gün Yer səthinə 2 minə qədər meteorit düşür.
1947-ci ildə Sixote-Alin dağlarında (70 t), 1920-ci ildə Namibiyada (Qoba meteoriti), 1818-ci ildə Qrenlandiyada (Keyp-York I, 31 t) meteorit düşmüşdür. 1908-ci ildə Sibirdə Podkamennaya Tunquska çayının hövzəsinə 2 min t ağırlığında meteorit düşmüşdür. Lakin onun qalınlarını tapmaq mümkün olmamışdır. Yer kürəsinin müxtəlif rayonlarında {Kanadada, Cənubi Afrikada, Rusiyada) diametri 30-40 km-dən 140 km-ə qədər olan meteorit ktaterləri vardır. Azərbaycanda Yardımlı rayonuna da 1959-cu il noyabrın 24-də 150 kq meteorit düşməsi qeydə alınmışdır.(VİDEO BAX)
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget