Region dedikdə özünün səciyyəvi əlamətlərinə görə fərqlənən ayrı-ayrı ərazilər başa düşülür, iqtisadi, dini, etnik və s. baxımdan regionlar ayırmaq mümkündür. Bu baxımdan Latın Amerikası, Afrika, Qərbi Avropa, Yaxın və Orta Şərq, Hind-Çin və s. iri tarixi-coğrafi regionlar ayırmaq mümkündür. Tarixi-coğrafi regionlar daxili vahidlik dərəcəsinə görə fərqlənir. Qərbi Avropa siyasi, mədəniyyət, iqtisadi cəhətdən Afrika və digər regionlardan daxili vahidlik dərəcəsinə görə fərqlənir. Daxili vahidlik dərəcəsi tarixi inkişaf xüsusiyyətlərindən, təsərrüfat əlaqələrinin istiqamətindən, nəqliyyat yollarının inkişafından, təbii şəraitdən asılıdır.
Regional fərqlər. Müasir dünya ölkələrinin sosial-iqtisadi inkişaf səviyyələri olduqca müxtəlifdir. Onun bir hissəsini dünya təsərrüfatının "bünövrəsini" təşkil edən İEÖ-in sayca kiçik qrupu, digər hissəsini əsasən sosial-iqtisadi inkişaf səviyyəsinə görə geridə qalan çoxsaylı IOÖ qrupu təşkil edir. BMT-nin metodologiyasına əsasən, ölkənin sosial-iqtisadi inkişaf səviyyəsinin əsas göstəricisi ölkədə adambaşına istehsal edilən ümumi məhsuldur.
IEÖ və IOÖ arasında dəqiq sosial-iqtisadi sərhəd yoxdur. Daha varlı (ABŞ, Yaponiya, Qərbi Avropa ölkələri) və daha kasıb (Banqladeş, Əfqanıstan, Tropik Afrika ölkələri) ölkələr sosial-iqtisadi "qütblərdir". Onlar arasında "keçid mühitində" olan İOÖ-in bir qrupu (Argentina, Braziliya, Türkiyə) bəzi iqtisadi göstəricilərə görə İEÖ-rə aid olsa da, digər mühüm göstəricilərə görə geridə qalır.
Keçmiş sosialist ölkələri, əsasən, İEÖ qrupuna aid edilirdi. Dünya təsərrüfatından təcrid olunmaları, inzibati-amirlik idarə sistemi, 90-cı illərdə iqtisadi əlaqələrin pozulması (QİYŞ-in dağılması, SSRİ-nin parçalanması), sürətlə silahlanma, ETT-nin zəif inkişafı bu qrup ölkələrin zəifləməsinə və böhran vəziyyətinə düşməsinə səbəb oldu. İndi onlar, əsasən, İOÖ qrupuna aid edilirlər. Qəti islahatlar, sosial-iqtisadi dəyişikliklərin sürətləndirilməsi bu qrup ölkələri İEÖ qrupuna qaytara bilər.

Yorum Gönder