Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Təbii Komplekslər, təbii zonalar, landşaftlar

Coğrafi təbəqədə və onun ayrı-ayrı ərazilərində təbii Komponentlər arasında olan qarşılıqlı əlaqə və münasibətlər çox rəngarəngdir. Bu təbii sistemlər geniş əraziləri əhatə edən meşə, səhra, yarımsəhra, çöl, tundra və sairdir ki, onlar da təbii-ərazi Kompleksləri adlanırlar.

Coğrafi təbəqədə və onun ayrı-ayrı ərazilərində təbii komponentlər arasında olan qarşılıqlı əlaqə və münasibətlər çox rəngarəngdir. Bu təbii sistemlər geniş əraziləri əhatə edən meşə, səhra, yarımsəhra, çöl, tundra və sairdir ki, onlar da təbii-ərazi Kompleksləri adlanırlar.
Təbii kompleks - təbii komponentlərin qarşılıqlı əlaqəsi və təsiri nəticəsində hər hansı bir ərazidə yaranan və xüsusiyyətlərinə görə qonşu sahələrdən fərqlənən təbii sistemdir. Təbii komponentlər arasındanı maddələr və enerji mübadiləsi onları bir- birinə sıx bağlayır, vahid, bölünməz təbii sistemin yaranmasına səbəb olur. Əgər təbii komponentlərin hər hansı biri (relyef, iqlim və s.) dəyişərsə, onda komponentlər arasında qarşılıqlı əlaqənin mahiyyəti də dəyişər, tamamilə yeni təbii kompleks yaranar. Məs., Afrika savannalarında torpaq və bitki örtüyündən səmərəsiz istifadə səhra komplekslərinin genişlənməsinə səbəb olur.
Yer kürəsində ən böyük təbii kompleks olan coğrafi təbəqənin özü daha kİçİk vahidlərə bölünür. Bu təbii komplekksİər (TK) mənşəyinə görə İki böyük qrupda birləşdirilir.
Qurudanı TK -in müxtəlifliyi daha çox iqlimdən, relyefdən və səth süxurlarından asılıdır. Burada ən böyük TK-lər materİk lərdir, onlar həmçinin daha kiçik TK-lərə bölünmüşlər. Qurudakı TK-lər bir-birindən zahirən bitai örtüyünə görə fərqlənirlər.
Okeanlarda isə TK-ləri yaradan əsas təbii komponentlər su, bitkİ və heyvanat aləmi, ouean dibini təşkİl edən süxurlar, relyef və s.-dir. Bütün Dünya Okeanı vahid təbii Kompleksdir. Okeanlar, dənizlər, körfəzlər, boğazlar və s. daha kİçİk təbii Komplekslərdir. Şelf zonasının təbii Kompleksləri qurunun fəal təsiri altında olduğuna görə daha böyük müxtəlifliyə malİkdirlər.
TK-lərin xeyli hissəsi insanların çoxəsrlİk fəaliyyəti nəticəsində kəskin dəyişilmişdir. İnsanlar yeni Kompleksİər - tarlalar, bağlar, plantasiyalar, parkİar, su anbarları, yollar, Kəndlər və şəhərlər yaratmışlar. Bir-biri ilə sıx əlaqədə olan təbii və antropogen komponentlərin birgə yaratdıqları sistemlərə antropogen komplekSİər deyilir.
Təbii Komplekslər coğrafi enlİKdən asılı olaraq (Günəş istiliyi, işığı və atmosfer yağıntıları qeyri-bərabər paylandığından) eKvatordan qütblərə doğru qanunauyğun dəyişirlər. Bu zaman onlar enlin istiqamətində uzanan nəhəng təbii kompleksləri - təbii zonaları yaradırlar.
Təbii zona — ümumi temperatur şəraiti və rütubətliliyə, torpaq, bitki örtüyü və heyvanat aləminə malik olan iri təbii komplekslərə deyilir. Quruda təbii zonaları əmələ gətirən əsas amil hər hansı bir ərazidə istilik və rütubətin nisbətidir. Onlara xarici görünüşlərinə - bitki örtüyünə görə də verilir. Əgər ekvatordan qütblərə doğru hərəkət etsən, quruda aşağıdanı təbii zonaların bir-birini qanunauyğun əvəz etdiyini görərin: fyrütubətli həmişəyaşıl envatorial meşələr; dəyişnən rütubətli (o cümlədən musson) həmişəyaşıl meşələr savannalar və seyrən həmişəyaşıl meşə və kolluqlar, tropik səhra və yarımsəhralar; cod yarpaqlı (Aralıq dənizi tipli) həmişəyaşıl meşə və kolluqlar, subtropin və mülayim qurşağın səhra və yarımsəhraları; çöl və meşə-çöllər; subtropin və mülayim qurşaqların enliyarpaq (yarpaqlarını tökən) meşələri; iynəyarpaq meşələr (tayqa); meşə-tundra və tundra; arktik (aktarktin) soyuq səhralar (yarımnürələr xəritəsində bu təbii zonaları qeyd edin). Təbii zonaların coğrafi eklikdən asılı olaraq qanunauyğun dəyişilməsinə üfüqi (enlik) zonallıq deyilir.
Lakin qeyd etmək lazımdır ki, materiklərdə təbii zonalar sahildən materiklərin mərkəzinə doğru da dəyişir. Nəticədə eyni coğrafi enlik daxilində istilik və rütubətin nisbəti dəyişir ni, bu da təbii zonaların yeni xüsusiyyətlər almasına səbəb olur. Məs., yarımkürələr xəritəsinə nəzər salsaq, Avrasiyada mülayim qurşaq daxilində təbii zonaların qərbdən şərqə doğru necə kəskin dəyişdiyini aydın görəsənir.
Dünya okeanının təbii zonalarını xarici görünüşlərinə görə fərqləndirmən mümkün olmadığından, həmin təbii qurşaqlar da iqlim qurşaqları kimi yerləşdikləri coğrafi mövqeyə uyğun adlandırılırlar. Dünya oneanında bir ekvatorial, iki subekvatorial, iki tropik, iki subtropik, iki mülayim, iki qütbyanı və iki qütb qurşaqları ayrılır.
Beləliklə, quruda və okeanda enlik (üfüqi) zonallığının yaranmasının səbəbi zonal təbii komponentlərin (iqlim, torpaq örtüyü, bitki və heyvanat aləmi və s.) təsiridir. Yəni əgər Yer səthi hamar və həmcins (ya materin və yaxud da su) olsaydı, onda təbii zonalar enlik istiqamətində bütöv zolaq şəklində Yer kürəsini dolanardı. Lanik okean və quru sahələri, dağlıq və düzənliklər bu qanunauyğunluğu pozur. Bu halda azonal təbii komponentlər (relyef, səth süxurları, yeraltı sular, okean və ya materik səthlər) formalaşır. Dağlıq ərazilərdə yüksəkliyə doğru temperaturun azalması, ətəkdən orta dağlara doğru yağıntıların artması, sonra isə azalması təbii komplenslərin hündürlüyə doğru qanunauyğun dəyişilməsinə səbəb olur. Buna şaquli və ya yüksəklik qurşaqlığı deyilir (şəkil 1).
Şəkİİ 1. Coğrafi zonallıq

 Dağların ətəklərindəki ilk yüksəklik qurşağı onların yerləşdiyi enliyin hakim təbii zonasına uyğun gəlir. Məs., Böyük Qafqaz dağlarının cənub-şərq yamacı ətəklərində ilk qurşaq yarımsəhra zonasına uyğun gəlir.
Müəyyən ərazi üçün səciyyəvi olan təbii kompleKsləri, həmçinin landşaftlar da adlandırılırlar. Landşaftların formalaşmasında əsas rol oynayan təbii komponentlər zonal və azonal landşaftəmələgətirici amillərə bölünür. 
 Zonal amillər əsasən, xarici, azonallar isə daxili təbii Komponentlərdir. Yer Kürəsində quru və Okean landşaftları ən iri bölgü olmaqla, daha kİçİk landşaftlara (səhra, meşə, çöl və s.) bölünürlər.
Uzun əsrlər boyu bir sıra ərazilərin təbii landşaftları insanların təsirinə məruz qaldıqlarından, böyük ərazilərdə öz xüsusiyyətlərini dəyişərəK yeni tipə - antropogen landşaftlara çevrilmişlər.
Antropogen landşaft - insan fəaliyyəti nəticəsində yaranan Komplekslərdir.
Dəyişilməmiş ilkin təbii landşaftlara yalnız insan ayağı dəyməmiş, yaxud insanın hərdənbir olduğu ərazilərdə (Antarktida və Arktİkada), yaxud yüksək dağlıq ərazilərdə rast gəlmək mümkündür.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget