Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Dünyanın kənd təsərrüfatı - Bitkiçilik

Bitkiçiliyin (əkinçilik) suvarılan və suvarılmayan (dəmyə) tipi mövcuddur. Suvarma əkinçilik tropik, subtropik və mülayim enliklərin quru (arid) iqlim bölgələrində genişləndirilir. Əkinçiliyin başlıca sahələri taxıl (dənli bitkilər), texniki bitkilər, tərəvəzçilik, kartof və meyvəçilikdir. Əkinçilikdə istehsal olunan məhsulun əsas hissəsi birillik bitkilərdir.

Bitkiçiliyin (əkinçilik) suvarılan və suvarılmayan (dəmyə) tipi mövcuddur. Suvarma əkinçilik tropik, subtropik və mülayim enliklərin quru (arid) iqlim bölgələrində genişləndirilir. Əkinçiliyin başlıca sahələri taxıl (dənli bitkilər), texniki bitkilər, tərəvəzçilik, kartof və meyvəçilikdir. Əkinçilikdə istehsal olunan məhsulun əsas hissəsi birillik bitkilərdir.
Taxıl bitkiləri dünya kənd təsərrüfatının əsasıdır. Dünya əkin sahəsinin yarısını (0,7 mlrd ha) taxıl bitkiləri tutur. Taxıl bitkilərinin yayılma arealı əhalinin yerləşməsinə uyğundur. Şimali Amerika, Avstraliya və Argentinada taxıl istehsalı iri, seyrək məskunlaşmış sahələrə əsaslanır. Avropada isə məhdud torpaq resursları yüksək intensivlik tələb edir.
Dünyada taxıl istehsalı 2 mlrd tona çatmışdır (adambaşına 3 sentner). Lakin müxtəlif qrup ölkələr arasında adambaşına taxıl istehsalı kəskin surətdə fərqlənir (Şimali Amerika və Afrika ölkələri arasında 10 dəfə fərq var). Taxıl istehsalının 80%-ni buğda, çəltik və qarğıdalı təşkil edir. Başlıca taxıl bitkilərinin coğrafiyası həm əhalinin ənənəsi, həm də aqroiqlim tələbləri ilə müəyyən edilir.
Buğda dünya əhalisinin yarısı üçün əsas ərzaq bitkisidir, 70-dən çox ölkədə becərilir. Aqroiqlim şəraitinə az tələbkardır, dağlıq ərazidə və düzənlikdə, tropik və mülayim qurşaqlarda da becərilə bilər (əsasən meşə-çöl və çöllər). Əsas əkin rayonları ABŞ və Kanadanın preriləri (Mərkəzi və Böyük düzənliklər), Argentina pampaları (La-Plata ovalığı), Rusiya stepləri, Avstraliya, Qazaxıstan, Ukrayna çölləri, Çinin şərqidir. Buradakı ixtisaslaşmış təsərrüfatlar dünyanın taxıl mənbəyidir.
Avropa ölkələrinin əksəriyyətində buğdanın məhsuldarlığı hər hektardan 50-60 sentner, Şimali Amerikada 25-30 sentner, İOÖ-in çoxunda isə 14-16 sentnerdir. Əsas buğda istehsalçıları Çin, ABŞ, Hindistan, Rusiya, Fransa, Kanada, Avstraliya, Ukrayna, Qazaxıstan, Argentina və s.-dir. Ən iri buğda ixracatçıları ABŞ, Kanada, Avstraliya, Fransa, Argentinadır. Əsas idxalçılar Afrika, Asiya, Latın Amerikası ölkələri (ərzaq məqsədilə), Qərbi Avropa ölkələri və Yaponiyadır (yem məqsədilə).
Çəltiyin (düyü) vətəni Asiyadır. Yığımın 9/10-u Asiyanın payına düşür. Tropik və musson subtropikləri bitkisidir. İstiyə, rütubətə, gilli torpağa, hamar relyefə tələbkardır. Daha çox əməktutumludur. Əkin sahəsi buğdaya nisbətən 2 dəfə azdır, lakin ildə 2 dəfə məhsul götürmək əsasında yığımı buğda ilə təxminən eynidir. ABŞ və Yaponiyada məhsuldarlıq hər hektardan 60 sentnerdir. Əsas istehsalçıları Çin, Hindistan, İndoneziya, Tailand, Myanma, Banqladeş, Vyetnam, Yaponiya və s. ölkələrdir. Çəltik istehsalçıları həm də onun əsas istehlakçılarıdır. Beynəlxalq ticarəti buğdaya nisbətən məhduddur və əsasən, Asiyada gedir. İri ixracatçıları Tailand, Vyetnam, Myanma, əsas idxalçılar Banqladeş, Malayziya, Sinqapur və s.-dir.
Qarğıdalının vətəni Mərkəzi Amerikadır. Rütubətə və istiliyə tələbkardır. Qarğıdalı yığımının yarısı ABŞ-m, 1/3—i Latın Amerikası ölkələrinin (Braziliya, Meksika, Argentina) payına düşür. Bundan əlavə, qarğıdalı əkinləri Asiyada Şimal və Şərqi Çin, Şimali Hindistan, Kiçik Asiyanın Qara dəniz sahili, Afrikada Misir və CAR, Avropanın cənub və cənub-şərqində yayılmışdır. Əsas ixracatçılar ABŞ, Argentina, CAR, idxalçılar Avropa ölkələri (Böyük Britaniya, AFR, Niderland) və Yaponiyadır.
Avropada taxıl bitkilərindən çovdar, arpa, yulaf, Asiya və Afrikada darı, paxlalı bitkilər əhəmiyyətli rol oynayır.
Texniki bitkilər sənaye üçün xammal kimi istifadə olunan bitkilərdir. Texniki bitkilər lifli (pambıq, sizal, kətan, kənaf, cut), şəkərli (şəkər qamışı, şəkər çuğunduru), yağlı (günəbaxan, soya, araxis, raps), efiryağlı, kauçukverən (heveya), dərman bitkiləri və s.-dən ibarətdir. Keçmişdə, əsasən, cənub ölkələrində becərilən şəkər qamışı, pambıq, cut, heveya, çay, qəhvə və s. "müstəmləkə bitkiləri" adlandırılırdı. Texniki bitkilərin bir çoxundan iki məqsədlə istifadə edilir (pambıq, kətan, çətənə həm lifli, həm də yağlı bitkilərdir).
Şəkər qamışı plantasiyaları və qamış şəkərinin istehsalı, əsasən, Latın Amerikası və Asiyanın İOÖ-də (Braziliya, Hindistan, Kuba, Çin, Meksika, Pakistan, Kolumbiya, İndoneziya), həmçinin ABŞ və Avstraliyada toplanmışdır. İxracatçıları Braziliya, Avstraliya, Kuba və s., idxalçılar Avropa ölkələri, Yaponiya, ABŞ və s.-dir.
Şəkər çuğunduru mülayim qurşaq bitkisidir. Əsas istehsalçıları Fransa, Ukrayna, ABŞ, AFR, Rusiya, Çin, İtaliya, Polşa, Türkiyə və s.-dir. Çuğundur şəkərinin xarici ticarəti xeyli zəifdir, əsasən, daxili bazara xidmət edir.
Lifli bitkilər arasında pambıq daha əhəmiyyətlidir. O, həm də yağlı bitkidir. Pambıq subtropik və tropiklərdə 20-40° şm.e. arasında daha geniş yayılıb. Böyümə dövründə rütubət, yetişmə dövründə isti və quru hava şəraiti tələb edir. Odur ki, süni suvarma rayonlarında becərilir. İllik yığımı 15-16 mln tondur. Əkin sahəsi və yığıma görə Asiya I, Amerika II, Afrika III-dür. Əsas istehsalçıları Çin, ABŞ, Hindistan, Özbəkistan, Pakistan, Braziliya, Meksika, Avstraliya, Türkiyə, Misir və s.-dir. İxracatçılar Braziliya, Meksika, Misir, Sudan, Özbəkistan, Türkmənistan, idxalçılar Avropa ölkələri və Yaponiyadır.
Kətan mülayim enliklərdə (Rusiya, Ukrayna, Polşa, AFR) becərilən lifli bitkidir. Cut, əsasən, Cənubi Asiyada (Hindistan, Pakistan, Banqladeş, Şri-Lanka), kənaf cənub ölkələrində yayılmışdır.
Çay rütubətli tropik və subtropik iqlimdə becərilir. Əsas becərmə rayonları Asiya (3/5-ü), xüsusən Hindistan, Çin, Şri-Lankadır. İndoneziya, Türkiyə, İran, Keniya, Argentina, Gürcüstan və başqa ölkələrdə də becərilir. İxracatçılar Hindistan, Çin (yaşıl çay), Şri-Lanka, İndoneziya və s., idxalçılar Böyük Britaniya, Rusiya, ABŞ, Kanadadır.
Tütün ABŞ, Kuba, Meksika, Braziliya, Türkiyə və s.-də becərilir.
Qəhvə tropik və subtropik qurşağın 300-500 m hündürlüklər arasında, meşə torpaqlarında yaxşı məhsul verir. Vətəni Efiopiyadır. Başlıca istehsalçıları Latın Amerikasında Braziliya, Kolumbiya, Afrikada Uqanda, Efiopiya, Kot-d'İvuar, Asiyada İndoneziya, Hindistan, Yəmən və s.-dir. Yüksək keyfiyyətli qəhvə Şimali Afrikanın dağlıq və dağətəyi rayonları, Kolumbiya, Meksika və Mərkəzi Amerikada yetişdirilir. Əsas ixracatçılar Braziliya, Kolumbiya (yüksək keyfiyyətli), idxalçılar ABŞ və Qərbi Avropa ölkələridir.
Kakao əkinləri qəhvə əkinlərinə uyğun gəlir və daha çox sahil rayonlarına, adalara meyl edir. Yığıma görə Afrika (Kot-d'İvuar, Qana, Kamerun), Latın Amerikası (Braziliya, Ekvador, Kolumbiya, Venesuela, Meksika) ölkələri fərqlənirlər. Yığımın 90%-i dünya bazarına çıxarılır. Başlıca idxalçılar Şimali Amerika, Avropa ölkələri, Yaponiyadır.
Kartof ("ikinci çörək", vətəni Latın Amerikasıdır) şimal yarımkürəsinin mülayim qurşağında geniş yayılıb. Yığıma görə Çin, Rusiya, Polşa fərqlənirlər.
Tropiklərdə batat - şirin kartof əkini geniş yayılıb.
Dünyada tərəvəz istehsalında Çin, üzüm istehsalında İtaliya, banan - Braziliya, portağal və lumu - ABŞ, naringi istehsalmda Yaponiya I yeri tutur.

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget