Coğrafi mövqe. Cənubi-Qərbi Asiyanın Orta Şərq adlanan bölgəsində yelləşmiş Əfqanıstan şimaldan Türkmənistan, Özbəkistan və Tacikistan, şimali-qərbdən Çin və Hindistan, şərqdən və cənubdan Pakistan, qərbdən və cənub-qərbdən İranla həmsərhəddir. Əfqanıstan dənizlərdən çox uzaq yerləşmiş Asiya ölkələrindəndir. Ona yaxın olan İran körfəzi ölkənin cənub-qərb sərhədlərindən 500 km aralıdır. Sahəsi 652 min kv. km-dir. Bu göstəriciyə görə dünyanın 40-cı dövlətidir. Ölkənin Pakistan ilə sərhədi mübahisəli bir yerdir. Bu sərhəd Əfqanıstan tərəfindən rəsmi şəkildə tanınmayıb. Siyasi ədəbiyyatda bu sərhədi Dürand xətti də adlandırırlar. B.Britaniyanın xarici işlər nazirliyinin katibi olmuş Dürand 1893-cü ildə Əfqanıstanla Pakistan sərhədini (daha doğrusu, o vaxt İngiltərə müstəmləkəsi olmuş Hindistan) zorla Əfqanıstan hökumətinə qəbul etdirmişdir.
Səth quruluşu və faydalı qazıntıları. Relyefinə görə Əfqanıstan dağlıq ölkədir. Ərazisinin təqribən 80 faizini dağlar və yaylalar təşkil edir. Düzənliklər ölkənin kənarlanndadır. Ölkənin şimal- şərqində Hindiquş dağlıq qurşağı yerləşmişdir. Əncüman aşırımı ilə şərq və qərb hissələrə ayrılmış Hindiquşda ən hündür zirvələr onun şərq bölgələrindədir. Ölkənin ən hündür nöqtəsi Novşah zirvəsidir(7455 m.).
Hindiquş dağ sistemi mürəkkəb oroqrafık vahid olan orta hündürlüklü silsilələrlə əhatələnmişdir. Şimalda bu dağlar Baktriiya düzənliyinə keçir. Ölkənin mərkəzi hissəsi mürəkkəb səth quruluşu olan Həzəracat yaylasından ibarətdir.
Cənubi Əfqanıstan axarsız düzənliklərdən ibarətdir. Burada «dəşt» adlanan səthi daşla örtülü səhralarla yanaşı, «kəvir» adlanan səthi gillə örtülü səhralara da rast gəlmək olar. Dəşte-Namib, Dəşte- Mərq və digər səhralar Şimali Afrika və Ərəbistan yanmadasındakı susuz əraziləri xatırladır. Ölkənin ən böyük kəvirləri isə Həməksar və Qaudi Zirradır. Pakistan sərhədi boyu Gərmsər və Reqistan adlanan qumlu səhralar yerləşmişdir.
Ölkənin geoloji quruluşunun mürəkkəbliyi faydalı qazıntıların da müxtəlifliyinə səbəb olmuşdur. Ərazidə təbii qaz, neft, mis, qurğuşun, dəmir filizi, sink, qızıl, kömür, duz və s. yataqlarının olması məlumdur. Bu yataqların əksəriyyəti hündür dağlıq rayonlarda yerləşdiyindən onlardan səmərəli istifadə müəyyən çətinliklərlə bağlıdır. Əfqanıstan hələ qədimdən qiymətli daşlar sayılan lazurit və zümrüdlə zəngin olub. Bu yataqlar əsasən Bədəxşan vilayətindədir.
İqlimi və hidroqrafiyası. Mürəkkəb səth quruluşuna malik olan Əfqanıstanın iqlimi də mürəkkəbdir. Ölkənin iqlimi kəskin sutkalıq və illik temperatur tərəddüdü ilə səciyyələnən quru subtropikdir. Qışda ölkəyə şimaldan Arktikadan soyuq, yayda isə İrandan və Pakistandan quru və isti hava kütlələri daxil olur. Yağıntıları azdır. Qış və yaz aylarında düşən yağıntıların miqdarı əksər rayonlarda 100-300 mm-dən artıq olmur. Dəşte-Mərq səhrasına isə il ərzində 40-50 mm yaıntı düşür. Ölkəyə ən çox (800 mm) yağıntı onun cənub-şərqinə düşür. Yağıntılar az düşdüyündən Əfqanıstanın kənd təsərrüfatı süni suvarmadan çox asılıdır.
Dənizə çıxışı olmayan Əfqanıstan qapalı hövzədə yerləşir. Çayların əksəriyyəti ölkənin daxili rayonlarından başlayır və ölkə daxilində qurtarır. Daxili hövzəyə aid edilməyən ən böyük çayları Kokça və Kunduzdur. Amudəryaya tökülən bu çaylar sularını Aral dənizinə axıdılır. Su sərvətləri ilə Əfqanıstanın şərq və cənub-şərqi nisbətən yaxşı təmin olunmuşdur. Buradan axan Kabil çayı Əfqanıstanın məhsuldar Kabil, Cəlalabad vahələrinin suvarılmasında mühüm əhəmiyyət kəsb edir. Sərhəd çayı olan Amudərya ölkənin ən sulu çayıdır. O, üuxan axınında Pənc adlanır. Ölkənin daxili rayonlarından Əfqanıstan miqyasında bol sulu sayılan Hilmənd çayı axır. Bu çaym suvarma əhəmiyyəti çox böyükdür.
Torpaq və bitki örtüyü. Əfqanıstanda su qıtlığı ilə yanaşı məhsuldar tolrpaq qıtlığı da mövcuddur. Dağların əksər yamacları torpaq örtüyündən tamamilə məhrumdur. Boz torpaqlar daha geniş yayılmışdır. Əfqanıstanda 3500 növ bitki yayılmışdır, bunun xeyli hissəsi endemik bitkilərdir.
Əhalisi.Ölkə üzrə orta sıxlıq hər kv. km-ə 40 nəfərə yaxındır. Əhalinin xeyli hissəsi mənimsənilən torpaq sahələri, mühüm şəhərlər, çay vadiləri və dağ dərələrində məskunlaşmışdır. Kabil və Qəndahar vadiləri, Hərirud düzənliyi, Məzari-Şərif, Bəqlan, Cəlalabad bölgələrində əhali nisbətən sıxdır.
Əfqanıstanda say etibarilə ən böyük xalq puştulardır. Onlar Əfqanıstan-Pakistan sərhədi boyunca geniş ərazidə, əsasən Hindiquş silsiləsinin cənubunda məskunlaşmışlar. Taciklər sayca Əfqanıstanın ikinci xalqıdır. Hazırda ölkədə taciklər yaşayan üç sahə ayrılır: Herat vadisi; Bədəxşan vilayəti; Pəncşer, Qorbənd və Salanq çaylarının dərələri.
Əfqanıstanın dövlət dili puştu və dəri (bəzi mənbələrdə dari yazılır) dilləridir. 1936-cı ilə qədər dövlət dili yalnız dəri dili (buna farsi-kabuli də deyilir) olmuşdur. 1936-cı ildən puştu dili ikinci, 1964-cü ildən isə birinci dövlət dili statusu qazanmışdır. Əslində ölkədə yaşayanlar 30-dan artıq dildə danışır. Əhalinin 90 faizi puştu və ya dəri dilində, ya da iki dildə danışa bilir. Lüğət tərkibinə görə bu dillər bir-birindən uzaq olsalar da, hər ikisi İran dilləri qrupuna aid edilir.
Əfqanıstan əhalisinin, demək olar ki, hamısı müsəlmandır. İslam dininin sünni məshəbi geniş yayılmışdır. Ölkənin ictimai və siyasi həyatında İslam dininin rolu çox böyükdür.
Kabil ölkənin ən böyük şəhəridir.
Sənayenin aparıcı sahələri. Əfqanıstanda sənaye müəssisələri ilk növbədə kənd təsərrüfatı xammalına əsaslanır. Müharibə nəticəsində əksəriyyəti dağıdılmış fabrik-zavod müəssisələrinin tikintisinə ötən əsrsn 50-60-cı illərində başlanılmışdır.
Toxuculuq tarixən inkişaf etmiş sənaye sahələrindən biridir. 1978-ci il inqilabına qədər Heratda əyirici fabrik, Qəndaharda yun və pambıq parça toxuculuğu, Bəlxdə toxuculuq fabrikləri fəaliyyət göstərirdi. Toxuculuq sənayesinin ən böyük müəssisələri dövlətə məxsus idi. Hazırda bu müəssisələrin əksəriyyəti öz fəaliyyətini dayandırmışdır. Xalçaçılığın Əfqanıstanda tarixi çox qədimdir. Bu sənət ölkənin şimal və şimal-qərb rayonlarında daha yaxşı inkişaf etmişdir. Xalçaçılıqla ölkədə yaşayan türkmənlər və taciklər daha çox məşğul olurlar.
Kustar sənətkarlıq əhalinin ən mühüm məmulatlara olan tələbatını ödə-məkdə xüsusi əhəmiyyət kəsb edir. Bu sahənin əsas məhsulları metaldan hazırlanmış mətbəx qab-qacağı, səbət, mebel, xalça-palaz, naxış tikmələr, təsbeh, şirniyyat və s. istehsalıdır. Kustar sənətkarlıq əhalinin işlə təmin edilməsində də mühüm rold oynayır. Bu sahənin bir sıra məhsulları ixrac olunur.

Yorum Gönder