Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Dünyanın ən gözəl kitabxanaları

Dünyanın ən məşhur kitabxanalarının siyahısında birinci yerdə Dublin Universitetində yerləşən Triniti-kollecinin kitabxanasıdır. Bu kitabxananın birinci yerdə dayanması içərisində Kirbi kitabxanası, Lafayet kolleci, İston, ştat Pensilvaniya, Konqress kitabxanası, Vaşinqton kitabxanası adlı müxtəlif kitabxanaları özündə birləşdirməsidir.

Dünyanın ən məşhur kitabxanalarının siyahısında birinci yerdə Dublin Universitetində yerləşən Triniti-kollecinin kitabxanasıdır. Bu kitabxananın birinci yerdə dayanması içərisində Kirbi kitabxanası, Lafayet kolleci, İston, ştat Pensilvaniya, Konqress kitabxanası, Vaşinqton kitabxanası adlı müxtəlif kitabxanaları özündə birləşdirməsidir.

Qeyd edək ki, bu kitabxana ABŞ-ın milli və ən qədim kitabxanasıdır.


Kitabxana üç binadan ibarətdir.Kitabların toplandığı bu məkanın birinci sırada dayanmasının digər bir səbəbi də rəflərin və kitablarının sayının çox olmasıdır. Burda nə az nə çox 22,19 milyon kitab var.


Daha bir məşhur kitabxana sırasına Belorusun milli kitabxanasını aid etmək olar. Minskdə yerləşən bu kitabxananın əsası 15 sentyabr 1922-ci ildə qoyulub. Burada ölkənin çap nəşrlərinin ən böyük kitabxanası və Rusiya ərazisi ən böyük kolleksiyası saxlanılır.


İndi bu kitabxana Minskdə 72 metrlik binada yerləşir. Bina 22 mərtəbəlidir və əsaslı təmiri 2006-cı ilin yanvarında tam olaraq yekunlaşdı. Minskdəki kitabxana ən azı 2000 oxucu kütləsini özünə cəlb etdiyi kimi 500 yerlik konfrans zalına da malikdir.Onun əsas arxitektura komponenti romb formalıdır. Yeni binanın dizaynını Mixail Vinoqradov və Viktor Kramarenko hazırlayıblar.


İsveçrədə müqəddəs Qall monastırın kitabxanasının əsasını Otmar qoyub. Bu İsveçrənin ən qədim kitabxanasıdır və dünyada ən erkən həmçinin əhəmiyyətli monastır kitabxanalarından biridir.


Kitabxana VIII-XV-ci əsrə aid edilən 2100 əlyazma, 1650 ilk çap olunan kitab və köhnə çap kitablarını özündə cəmləşdirir. Kitabxanada təxminən 160 000 cild var.


Qeyzelya kitabxanası – Kaliforniya universiteti San-Dieqonun əsas kitabxanasıdır. Burada universitet şəhərciyinin 6 kitabxanasından 4-ü yerləşir.


Binanın adı Odri və Teodor Syuz Qeyzelyanın şərəfinə verilib. Kitabxanaya onların əliaçıq töhfəsi və əhalinin savadını yaxşılaşdırmaq arzusuna görə məhz onların adı verilib.


Delft texniki universitetinin kitabxanası. 1997-ci ildə tikilən bu kitabxana "Mecanoo" memarlıq bürosunun dizaynı əsasında tikilib. O universitetin içəri həyətinin arxasında yerləşir. Kitabxananın damı otla örtülüb.


Binanın polad konusla ucaldılması ona unikal görkəm bəxş edib.


Stokholm ictimai kitabxanası İsveçdə yerləşir. Kitabxananın tikintisinə 1924-cü ildə başlanılsada 1928-ci ildə yekinlaşdırıblar. Bu Stokholmda yerləşən ən diqqətəlayiq binalardan biridir. Yeri gəlmişkən onu da qeyd edək ki,bura İsveçdə ilk kitabxana idi ki, açıq rəflərlə əhatələnib.


Məşhur kitabxanalar siyahısını istənilən qədər artırmaq olar. Məsələn Misirdə İsgəndəriyyə kitabxanasını da bura aid etmək mümkündür.Onuda qeyd edək ki, bu kimi kitabxanaların yaranmasının əsas səbəbi ya dağıdılan kitabxanaların yeridən bərpası,ya yeni rekorda imza atmaq, ya da tarixi şəxslərin adını yaşatmaq olub.

/http://www.kepeztv.az/
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget