Yer səthinə yaxın olan havanın temperaturu Günəşin düşmə bucağından, səthin xarakterindən asılıdır. Atmosfer Günəş şüalarını özündən keçirir və yer səthi qızır. Qızmış yer səthi ilə təmasda olan hava qızır. Odur ki, yüksəkliyə doğru temperatur aşağı düşür.
Sutka ərzində ən alçaq temperatur səhərə yaxın Günəş çıxandan əvvəl, ən yüksək temperatur isə günortadan 1-2 saat sonra qeydə alınır. Sutka ərzində ən yüksək və ən alçaq temperatur göstəriciləri arasındakı fərq sutkalıq temperatur amplitudu adlanır. Məsələn, sübh çağı havanın temperaturu -5°C, günortadan sonra +4°C olmuşsa, sutkalıq temperatur amplitudu 9°C-dir (+4°-(-5°)=9°). Meteoroloji stansiyalarda havanın sutkalıq gedişini öyrənmək üçün bir neçə dəfə ölçmələr aparılır, bu ölçmələr əsasında temperaturun sutkalıq gedişi qrafiki tərtib olunur, həmçinin orta sutkalıq temperatur hesablanır.
Məsələn, müşahidə nəticəsində aşağıdakı ölçmələr qeydə alınmışdır: -3°C, -1°C, +5°C, +3°C, 0°C, -1°C. Orta sutkalıq temperaturu təyin etmək üçün müsbət göstəricilər ayrı toplanılır (3+5=8), mənfi göstəricilər ayrı toplanılır (3+l+l=5), böyük göstəricidən kiçik göstərici çıxılır (8-5=3) və müşahidələrin sayma bölünür (+3°:6=+0,5°). Hər gün üçün hesablanmış orta sutkalıq temperaturlar əsasında orta aylıq temperatur təyin olunur. Orta aylıq temperatur göstəriciləri əsasında orta illik temperatur hesablanır. Ən yüksək sutkalıq temperatur amplitudu tropik səhrada, ən kiçik amplitud isə ekvator və qütb üzərində müşahidə edilir. İl ərzində ən isti ayın orta temperaturu ilə ən soyuq ayın orta temperaturu arasındakı fərq illik temperatur amplitudu adlanır. Ən yüksək illik amplitud mülayim enliklərdə kəskin kontinental iqlimdə, ən kiçik illik amplitud ekvatorda qeydə alınır. Yerdə orta illik temperatur +14°C-dir.
Müşahidə olunan müddət ərzində qeydə alınan ən yüksək temperatur mütləq maksimum temperatur adlanır. Yer kürəsində mütləq maksimum temperatur +58,l°C-dir (Afrikada, Tripoli). Cənub yarımkürəsində +51°C (Avstraliyada Nollarbor). Müşahidə olunan müddət ərzində qeydə alınan ən alçaq temperatur mütləq minimum temperatur adlanır. Yer kürəsində mütləq minimum temperatur -89,2°C (Antarktida, "Vostok" stansiyası), Şimal yarımkürəsində -77,8°C-dir (Oymyakon). Azərbaycanda mütləq maksimum temperatur +44°C (Culfa, Kürdəmir), mütləq minimum temperatur -33°C-dir (Culfa).
Orta aylıq temperatur göstəriciləri əsasında temperaturun illik gedişi qrafiki tərtib olunur. Orta aylıq temperatur göstəriciləri: yanvar - 12°Q fevral -4°C, mart +2°C, aprel +7°C, may +16°C, iyun +21°Q iyul +26°C, avqust +22°C, sentyabr +14°C, oktyabr +4°C, noyabr -2°C, dekabr -8°C. Verilən göstəricilər əsasında tərtib olunan qrafik aşağıdakı kimi olacaq (şəkil 27):
İqlim xəritələrində eyni temperatura malik nöqtələri birləşdirən xətlər izotermlər adlanır. İzotermlər əsasında yer səthində istilik qurşaqları ayrılır. Ekvatordan həm şimal, həm də cənubda +20°C izotermi ilə hüdudlanan isti qurşaq, +20°C ilə ən isti aym orta temperaturu +10°C izotermləri arasında mülayim qurşaqlar, +10°C izotermi ilə qütb arasında soyuq qurşaqlar yerləşir.
Yer səthindən yüksəyə qalxdıqca, havanın temperaturu aşağı düşür. Lakin bəzi hallarda bunun əksi müşahidə olunur, temperaturun yüksəkliyə doğru artması, yəni temperatur inversiyası baş verir. Bundan başqa dağlıq ərazilərdə oroqrafik inversiya, şüalanma yolu ilə istilik itirilməsi (radiasiya inversiyası) və isti havanın soyuq əraziyə daxil olması nəticəsində (advektiv) inversiya yaranır.
Yüksəkliyə doğru hər 100 m-də havanın temperaturunun 0,6°C aşağı düşməsi aerotermik qradiyent adlanır.

Yorum Gönder