Torpaq Yerin yumşaq və münbit, bitki bitən üst qatıdır. Torpaq mürəkkəb təbii törəmə olub, bir çox amillərin qarşılıqlı təsirindən yaranır. Torpaq əmələgəlməsində iştirak edən amillər: süxurlar, iqlim, relyef, səth və yeraltı sular, bitki və heyvanlardır. Torpaq əmələgəlməsi süxurların aşınıb-parçalanmasmdan başlayır. Bu prosesdə iqlim şəraitinin rolu xüsusilə böyükdür. İsti və rütubətli iqlim şəraitində torpaq əmələgəlmə prosesi intensiv (müxtəlif aşınma növləri, mikroorqanizmlər yaşaması və canlıların qalıqlarının çürüməsi üçün optimal şərait olduğu üçün), isti və quru, həmçinin soyuq iqlim şəraitində isə zəif olur. Dağlıq relyefdə əmələ gələn torpaqlar ağırlıq qüvvəsi və digər amillərin təsiri ilə aparılır, odur ki, torpaq qatı nazik olur. Düzənliklərdə isə həm burada yaranan torpaqların toplanması, həm də gətirilib çökdürülməsi (akkumulyasiya) nəticəsində torpaq qatı qalın olur. Quru iqlim şəraitində səth və yeraltı sular torpaq əmələgəlməsində həlledici rol oynayır (səhrada vahələrdə). Süxurun torpağa çevrilməsində bitki və heyvanların rolu həm üzvi aşınma hesabına, həm də onların qalıqlarının çürüməsi və humusa çevrilməsində özünü göstərir. Son dövrlərdə insanın torpaq əmələ gəlməsində təsiri güclənib. İnsan səhra və yarımsəhralara su çəkməklə, dənizlərin şelf zonasını qurutmaqla torpaq əmələgəlməsində müsbət təsirə malik olur. Lakin torpaqdan düzgün istifadə olunmaması, səhralaşma, şoranlaşma, hasilat sənayesinin inkişafı, zibilliklərin artması torpaq örtüyünə mənfi təsir göstərir.
Torpaqların təsnifatı strukturuna, mexaniki tərkibinə və rənginə görə aparılır. Strukturuna görə strukturlu (çürüntüsü çox, hissəciklərin ölçüsü nisbətən iri, məsaməli olan torpaqlar) və struktursuz (çürüntüsü az, hissəciklərin ölçüsü çox kiçik, az məsaməli və məsaməsiz) torpaqlar fərqlənir. Torpaqları mexaniki tərkibinə görə gilli, gili içəli, qumsal, qumlu torpaqlara bölürlər. Torpağın müxtəlif rəngə çalması həm torpağın yarandığı ana süxurun mineraloji tərkibindən, həm də torpaqda olan humusun (üzvi çürüntülərin) miqdarından asılıdır. Dəmirli birləşmələr üstün olan süxurlarda, rütubətli iqlim şəraitində dəmirin çürüntüsü torpağa qırmızı rəng verir və qırmızı torpaqlar yaranır. Həmin şəraitdə alüminium birləşmələri sarı torpaqların yaranmasına səbəb olur. Torpağın tərkibində olan humusun miqdarına görə qara, şabalıdı, qəhvəyi, qonur, boz-qonur, boz torpaqlar fərqlənir.
Torpaqda humusun miqdarı səthdən aşağı doğru azalır. Şərti olaraq 3 torpaq qatı (horizontu) ayrılır: çürüntülərlə daha zəngin olan üst - humus - Ap çürüntülərin nisbətən az olduğu orta - yuyulma - A2; daha aşağıda yerləşən - yuyulma
materiallarının toplandığı - B qatlar. Bu horizontlarm cəmini (torpağın şaquli kəsilişi) torpaq profili adlandırırlar. Torpaqdan altda isə ana süxur - C qatı yerləşir.
Torpaqlar zonal təbii komponentlərə aiddir. Ekvatordan qütblərə doğru torpaq tipləri aşağıdakı ardıcıllıqla bir-birini əvəz edir:
1. Ekvatorial və subekvatorial qurşaqlarda qırmızı-sarı ferralit və qırmızı-qonur torpaqlar;
2. Tropik və subtropik qurşaqlarda rütubətli iqlim şəraitində qonur, sarı və qırmızı torpaqlar;
3. Tropik, subtropik və mülayim qurşaqların quru iqlim şəraitində boz, boz-qonur və şoran torpaqlar;
4. Mülayim və subtropik qurşaqların çöl və meşə-çöllərində qara, şabalıdı və açıq qəhvəyi torpaqlar;
5. Mülayim qurşağın enliyarpaq meşələrində qəhvəyi və qonur-meşə torpaqları;
6. Mülayim qurşağın qarışıq və iynəyarpaq (tayqa) meşələrində podzol (küləçalan) və çimli-podzol torpaqlar;
7. Subarktik qurşaqda tundra-qleyli, tundra-bataqlıq torpaqları;
8. Arktik və Antarktik qurşaqda ibtidai torpaqlar.
Torpaq örtüyü müxtəlif proseslərlə bağlı daimi dəyişir. Yer
səthinin quru sahəsini bütövlükdə torpaq fondu adlandırsalar da, əslində onun az bir hissəsi insanların təsərrüfat fəaliyyəti üçün istifadəyə yararlıdır. Torpaq fondunun 11—12%—i becərilən (əkinə yararlı), 24%-i çəmən və otlaqlar, qalanı (2/3-yə qədəri) az yararlı və istifadəsi mümkün olmayan torpaqlardır. Tamamilə yararsız və kəskin parçalanmış torpaqlar bedlendlər adlanır. İstifadəyə yararlı torpaqların bir hissəsi tədricən sıradan çıxır.
Torpaqların səth suları və küləklər tərəfindən aşınıb-parçalanması torpaq eroziyası adlanır. Müxtəlif proseslərin (həm təbii, həm də insan fəaliyyəti ilə bağlı) təsiri altında pozulmuş (sıradan çıxmış) torpaqların bərpası rekultivasiya adlanır.
Torpaqların yaxşılaşdırılması (məhsuldarlığının artırılması) istiqamətində görülən tədbirlər sistemi meliorasiya adlanır. Arid (quru) zonalarda torpaqların suvarılması irriqasiya adlanır.
Bitki. Yer kürəsində bitkilərin 500 minə yaxın növü məlumdur. Onların 300 mini ali bitkilərdir. Bitkilərin yayılması iqlim və torpaqla sıx bağlıdır. Bitkilərin inkişafı üçün ən əlverişli şərait ekvatorial, subekvatorial, mülayim iqlim qurşaqlarında musson iqlim tipinin yayıldığı ərazilərdədir. Bitkilər suya olan tələbatına görə hiqrofit (suya çox tələbkar olan, suda bitən), mezofit (suya orta tələbkar - ağac növlərinin əksəriyyəti) və kserofit (quraqlığa davamlı) bitkilərə bölünür.
Heyvanlar aləmi uyğun olaraq iqlim şəraiti və bitkilərdən asılı olaraq paylanır.

Yorum Gönder