Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Antarktidanın iqlimi və canlılar aləmi

Antarktida dünyanın ən soyuq materikidir. Bunun səbəbləri – a) çox yüksəkdə yerləşməsi, b) qütb ətrafında yerləşməsi, c) qalın buzla örtülməsi, d) yüksək təzyiqin hakim olmasıdır. Dünyanın ən aşağı temperaturu -89,20C Vostok stansiyasında qeydə alınıb.

Antarktida dünyanın ən soyuq materikidir. Bunun səbəbləri – a) çox yüksəkdə yerləşməsi, b) qütb ətrafında yerləşməsi, c) qalın buzla örtülməsi, 
d) yüksək təzyiqin hakim olmasıdır. Dünyanın ən aşağı temperaturu -89,20 C Vostok stansiyasında qeydə alınıb. Yayda Antarktida ekvatorial qurşağa nisbətən daha çox istilik alsa da, bunun 90%-i buz və qaz örtüyü tərəfində əks olunur. Nəticədə materik üzərində soyuq hava kütləsi yaranır. Antarktida ən az yağıntı olan materik olsa da, Günəş tərəfindən zəif qızması nəticəsində burada rütubətlənmə əmsalı vahiddən böyükdür. Materikin əsas hissəsi antarktik iqlim qurşağındadır.
Burada ilboyu soyuq və quru antarktik hava kütləsi hakimdir. Materikin kənar hissəsi 3 okean suları ilə əhatə olunan subantraktik iqlim qurşağında yerləşir. Materik və okeana arasında kəskin təzyiq fərqi olduğundan Antarktidada dünyada ən güclü küləklər (84 m/san) yaranır. Materikin mərkəzindən kənarlara doğru temperatur və yağıntının miqdarı artır. Yağıntı əsasən qar halında düşür.Bitki və heyvanlar aləmi çox kasıbdır. Sahil
boyunda mamır, şibyə, yosunlar bitir. Materikin əsas hissəsini antarkit səhra- təbii zonası tutur. Yayda buzlaqdan azad olan ərazi vahə adlanır. Vahələrdə yosunlar bitir.
Dünyanın ən iri heyvanı mavi balina, habelə kaşalot morjlar sahil ərazisində yaşayır. Antarktidanın daimi sakini pinqvindir.
Antarktidada 4 qütb- coğrafi, maqnit, küləklər və soyuqluq qütbləri yerləşir.


Antarktida bütün materiklərin ən soyuq, ən quru, ən küləkli və ən yüksək olanıdır və çox az yağıntılar səbəbindən materikin daxili texniki cəhətdən dünyanın ən böyük səhrasıdır.
Bu gün üçün Antarktidanın hüquqi və beynəlxalq statusunu 1959-cu ildə 12 ölkə tərəfindən imzalanmış və indi 45 iştirakçı tərəfə malik Antarktika müqaviləsi müəyyən edir. Müqaviləyə əsasən materikdə hərbi sınaqlar keçirmək və faydalı qazıntıların hasilatı ilə məşğul olmaq qadağandır və Antarktida üzərində heç bir ölkə suverenliyə malik ola bilməz. Hal-hazırda müxtəlif ölkələrdən 4 mindən çox tədqiqatçı Antarktida ilə bağlı tədqiqatlara cəlb olunub.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget