Günəş tutulmaları. Günəş tutulması Ay Yerlə Günəşin arasında olanda, yəni təzə Ay fazasında ola bilər.
Ay Yer ətrafında ellips boyunca hərəkət edir. Ellipsin fokuslarından birində Yerin mərkəzi yerləşir. Ona görə Ayın Yer ətrafında bir tam dövründə bir dəfə Yerə minimum (perigeydə), bir dəfə maksimum məsafədə (apogeydə) olur. İndi fərz edək ki, Ay apogeydə olanda Yer də Günəşdən minimum məsafədədir. Buna periheli məsafəsi deyilir. Bu vəziyyətdə Ayın Yerdən görünən ölçüsü ən kiçik, Günəşinki isə ən böyük oıur. Əgər Günəş tutulması bu zaman baş verərsə Ay diski Günəş diskini tam örtə bilmir, Günəş diskinin halqavari kənarı işıqlı qalır. Belə tutulma halqavari Günəş tutulması adlanır.gün tutulması
Tam Günəş tutulması zolağının eni 270 kilometrdən böyük olmur. Odur ki, tam Günəş tutulması aramsız olaraq qərbdən şərqə tərəf “sürüşən” çox ensiz zolaqda müşahidə olunur.
Bunun səbəbi Yerin ətrafında böyük sürətlə dolanan Ayın kölgəsinin Yerin səthində 1 kim/san sürətlə şərqdə tərəf “qaçmasıdır” (məsələn, Avropadan Asiyaya, yaxud Cənubi Amerikadan Atlantik okeanından keşməklə Afrikaya tərəf). Əsasən bu səbəbdən də Yerdə tam tutulma zolağında olan bir məhəldə tutulma 7 dəqiqədən uzun çəkmir; çox zaman isə 2-3 dəqiqə davam edir. Hər il ən azı iki Günəş tutulması baş versə də eyni bir məhəldə-ərazidə xüsusilə tam Günəş tutulması zamanı nadir hadisədir-200-300 ildə bir dəfə.
Ay Yer ətrafında qərbdən şərqə doğru, yəni üzümüzü cənub tərəfə tutduqda sağdan sola doğru dolandığı üçün Günəş tutulması Günəş diskinin qərb (sağ) kənarından başlayır, zaman keçdikcə tutulan hissə böyüyür, sonra sol kənarda çox ensiz oraq dərhal itir və tam Günəş tutulması başlayır. Tam tutulma zamanı qaranlıq Günəş diski ətrafında parlaq mənzərə müşahidə olunur. Bu, Günəş tacıdır. Tam tutulma qurtaranda qabarıq tərəfi sağda olan oraq parlayır, genişlənir və nəhayət tutulma sona çatır (6-9 ardıcıllığı ilə).
2.Ay tutulmaları. Ay Yerin kölgəsinə daxil olanda tutulur. Bu, bədirlənmiş Ay fazasında, yəni Yer Ayla Günəş arasında olanda baş verə bilər. Ay Yerin kölgəsinə daxil olanda tam, yarımkölgəsinə daxil olanda tarımçıq tutulur. Yerin diametri Ayınkından təqribən dörd dəfə böyük olduğundan Yerdən Aya qədər məsafədə Yer kölgəsinin eni Ayın diametrindən 2,5 dəfə böyük olur. Odur ki, tam Ay tutulması iki saata yaxın davam edə bilər.
İl ərzində iki Günəş tutulması mütləq baş verdiyi halda Ay tutulması olmaya da bilər. Lakin eyni məhəldə Ay tutulmaları tez-tez müşahidə oluna bilər. Bunun səbəbi günəş tutulmasının eni 270 km olan zolaqda, Ay tutulmasının isə eyni vaxtda Yerin Aya tərəf yönələn yarımkürəsində görünməsidir.
Günəş və Ay tutulmaları ilə bağlı onu da qeyd edək ki, hər bədirlənmiş Ayda Ay, təzə Ayda Günəş tutulmur. Bunun səbəbi Ayın Yer ətrafında dolanma müstəvisinin ekliptika ilə üst-üstə düşməsidir. Ayın hərəkət müstəvisi ekliptika ilə orta hesabla 5º9′ bucaq altında kəsişir. Kəsişmə xəttinin uc nöqtələrinə Ay düyünləri deyilir. Ay və Günəş tutulmaları elə bədirlənmiş Ayda və təzə Ayda baş verir ki, bu fazalar həmin iki düyündən birinin yaxınlığında olsun.
Günəşin kütləsi Ayın kütləsindən 27 milyon dəfə böyük olduğu üçün Günəş Ayın hərəkətini çox böyük qüvvə ilə sarsıdır. Bu qüvvətli təsirlərdən biri də Ayın orbit müstəvisinin fəzada 18 il 10-11 sutka periodla tam fırlanmasıdır. Məhz hər 18 il 10-11 sutka ərzində baş verən Günəş tutulmaları növbəti müddətdə azacıq fərqlə təkrarlanır. Elə buna görə də Günəş və Ay tutulmalarını çox qədimlərdən təqribi xəbər verə bilirmişlər. İndi tutulmaların yeri və vaxtı 10 illərlə əvvəlcədən çox böyük dəqiqliklə hesablanır.
Yorum Gönder