Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Havanın temperatur şəraiti

tmosferin alt qatında hündürlüyə qalxdıqca orta hesabla hər 100 m-də temperaturun 0,6°C düşməsi müşahidə olunur. Buna termik pillə deyilir. Bir qayda olaraq, Günəş şüalan Yer səthinə düşür, onu isidir və qızmış səth istini geri qaytarır. Səthdən uzaqlaşdıqca hava tədricən soyuyur. Stratosferdə havanın temperaturu ozon qatmadən troposferdə olduğu kimi aşağı düşür, təxminən 18-20 km-dən temperatur artmağa başlayır və 50-55 km-də müsbət +10° +30°C-yə çatır.

1. Atmosferdə temperaturun dəyişməsi. Atmosferin alt qatında hündürlüyə qalxdıqca orta hesabla hər 100 m-də temperaturun 0,6°C düşməsi müşahidə olunur. Buna termik pillə deyilir. Bir qayda olaraq, Günəş şüalan Yer səthinə düşür, onu isidir və qızmış səth istini geri qaytarır. Səthdən uzaqlaşdıqca hava tədricən soyuyur. Stratosferdə havanın temperaturu ozon qatmadən troposferdə olduğu kimi aşağı düşür, təxminən 18-20 km-dən temperatur artmağa başlayır və 50-55 km-də müsbət +10° +30°C-yə çatır. Mezosfer təbəqəsində temperatur yenidən mənfi 100°C130°C-yə enir. Termosfer (ionosfer) qatında temperatur yenidən yüksələrək 600 km yüksəklikdədə 1500°-yə bərabər olur (şəkİİ 42). Termik pillə anlayışından istifadə etməklə hər hansı məntəqənin hündürlüyünü və ya əksinə, bu məntəqələrdə havanın temperaturunu tapmaq olar. Bunun üçün hündürlüyün 100-m-dən dəyişməsi ilə havanın temperaturunun 0,6°C dəyişməsi əsas götürülür. 
   2. Günəş radiasiyası. Yer Günəşin kosmik fəzaya şüalandırdığı radiasiyanın iki milyardda bir hissəsini alır və bu coğrafi təbəqədə gedən bütün təbii proseslərin enerji mənbəyini təşkil edir. Vahid zaman ərzində (1 dəqiqə) lsm2 səthə düşən Günəş enerjisinin miqdarına Günəş radiasiyası deyilir. Onun ölçü vahidi kalori/sm2/dəqiqədir. Günəş radiasiyası Yer səthinə düz və səpələnmiş radiasiya formasında çatır. Günəşdən birbaşa Yer səthinə çatan Günəş şüaları düz radiasiya adlanır. Atmosferdə qaz molekulları, aerozollar, su buxarı, buludlar tərəfindən səpələnən və Yer səthinə göy qübbəsinin bütün istiqamətlərindən daxil olan Günəş şüalarına səpələnmiş radiasiya deyilir. Düz və səpələnmiş radiasiyanın məcmuu Ümumi radiasiya adlanır (şəkİI 43). Ümumi radiasiyanın kəmiyyəti Yer kürəsində coğrafi enlildərdən Günəş enerjisinin paylanmasl asılı olaraq ekvatordan qütblərə doğru azalır. Yer səthinə gəlib çatan ümumi radiasiyanın heç də hamısı istiliyə çevrilmir. Onun bir hissəsi səthin xarakterindən, yəni rəngindən, rütubətliyindən, istilik tutumundan asılı olaraq əks olunur. Bu əks olunan radiasiya və ya albedo adlanır. Ümumi radiasiyanın digər hissəsi isə Yer səthi tərəfindən udulur, buna udulan radiasiya deyilir. Məhz bu radiasiya torpağı, suyun üst hissəsini, bitki
örtüyünü qızdırır. Ən böyük istilik tutumu suya məxsusdur. O gələn istiliyin 95% -ni udur və alt təbəqələrə ötürərən, gec də soyuyur. Quru səthi isə sudan fərqli olaraq tez qızır və tez də soyuyur. istilik tutumuna görə digər səthlər aşağıdakı kimi sıralanır:
torpaq (75%), qum (60%), meşə örtüyü (70%), buz (10%), təzə qar (5%) və s. Məlumdur ki, günorta vaxtı səthin maksimum istilik almasına baxmayaraq, maksimal temperatur saat 14-də müşahidə edilir. Nə üçün ən isti ay iyun ayı yox, iyul ayıdır? Və yaxud ilin ən alçaq orta aylıq temperaturu dexabrda yox, yanvarda müşahidə olunur? İstilik keçirmə qabiliyyəti quruya nisbətən zəif olduğuna görə, su səthində maKsimum və minimum temperatur gecİKİr və müvafiq olaraq avqust və fevral ayında müşahidə olunur.
  3. Havanın temperatur rejimi. Hava şəffaf olduğundan bilavasitə Günəşdən, deməK olar kİ, qızmır. Yer səthinə yaxın hava qatının temperatur rejimi səth örtüyünün istilİK balansından və havanın qızmasından asılıdır. Temperaturun sutKalıq və illik tərəddüdləri Günəşin üfüq üzərindəki  yüksəkliyindən və səth örtüyünün xarakterindən asılıdır. SutKa ərzində müsbət və mənfi temperaturlar qeydə alındıqda, müsbət və mənfi temperaturlar ayrı-ayrılıqda cəmlənməli, sonra onlar arasındam fərq sutka ərzindəki temperatur ölçmələrinin sayma bölünməklə orta sutkalıq temperatur tapılmalıdr. Yer səthinə yaxm atmosfer təbəqəsinin orta illik temperaturu +14°-dir. Lakin şimal və cənub yanmkürələrində quru və okə-anların qeyri-bərabər paylanması ilə əlaqədar, yannucürələrin illik temperaturu arasında xeyli fərq vardır. Havanın temperatur gedişi ilk növbədə coğrafi en dairəsindən asılıdır. Bu isə ekvatordan qütblərə doğru getdikcə istilik balansının dəyişməsi ilə əlaqədardır. ,
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget