Azərbaycanın ən böyük Coğrafiya jurnalı

MİSİR EHRAMLARININ TİKİNTİSİ İLƏ BAĞLI MARAQLİ FAKTLAR AŞKAR EDİLİB

misir ehramlarının planetdə 12-20 min il əvvəl yaşamış nəhəng insanlar tərəfindən tikildiyi iddia edilir. Boyu 4 metrdən 12 metrə qədər dəyişən bu insanlar həm də fenomal əqli qabiliyyətlərə malik olublar.

Misir ehramlarının necə tikilməsi ilə bağlı edilən araşdırmalar və axtarılan materiallarda maraqlı nəticə əldə olunmuşdur. Belə ki, misir ehramlarının planetdə 12-20 min il əvvəl yaşamış nəhəng insanlar tərəfindən tikildiyi iddia edilir. Boyu 4 metrdən 12 metrə qədər dəyişən bu insanlar həm də fenomal əqli qabiliyyətlərə malik olublar. Onlar bütün planet ərazisində 600-ə yaxın belə ehramlar tikiblər. Bu barədə yayılmış materiallarda bildirilir ki, nəhəng insanların izlərini bütün planet boyunca tapmaq olur. Yəni Alyaskada, Almaniyanın Rur vilayətində, Cənubi Afrikada, Cənubi Afrikada onların izləri tapılıb. Eyni zamanda vurğulanır ki, Babil miflərində Cənubi Afrikada 4 metrlik nəhəng adamların yaşadığı bildirlir. Həmçinin ərəb səyyahı İbn Fədlan min il qabaq yazıb ki, xəzərlər ona 6 metrlik insan skeleti göstəriblər. Qeyd edək ki, Azərbaycanın Göyçə gölü ətrafında da 2-3 metrlik insan skeletlərinə rast gəlinirdi. Yerli azərbaycanlı əhali həmin insan qalıqlarını oğuz qəbirləri adlandırırdı. Göyçədə nəhəng oğuzlar barədə çoxlu miflər var idi. Mahalda nəhəng qara daşlardan və iri ardıc ağaclardan tikilmiş qədim qara damların da oğuz işi olduğunu vurğulayırdılar. Ermənilər oğuz qəbirlərinə "aznavor" deyirdi. Göyçə gölü ətrafında nəhəng adamların yaşaması barədə antik yunan şairi Homer də öz əsərlərində qeyd edib və onları "sikloplar" adlandırıb. Amma bütün bu faktlara baxmayaraq, müasir elm bu sübutları qəbul etmir və nəhəng insanlar barədə danışmır. Mənbə: ANS PRESS
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget