Şərq yarımkürəsinin hər hansı bir uzunluğunda yerləşən məntəqənin hansı saat qurşağında olduğunu tapmaq üçün bu məntəqənin uzunluq göstəricisini 15 –yə bölmək lazımdır.
Məsələ: 1050 ş.u yerləşən məntəqə hansı saat qurşağındadır ?
1050 : 150 =7 Cavab 7-ci saat qurşağında.
Əgər cavab tam ədəd deyilsə, vergildən sonrakı rəqəmə fikir vermək lazımdır.
Beləki, tamdan sonrakı (onluq) rəqəm 1 , 2 ,3 və ya 4 olarsa soruşulan məntəqə tam rəqımin göstəediyi saat qurşağındadır.Yəni 7,1 : 7,2 : 7,3 : 7,4 - yeddinci (7) saat qurşağındadır.Əgər tamdan sonra 5 , 6 , 7 , 8 , 9 olarsa, məntəqə tam rəqəmin göstərdiyindən sonrakı saat qurşağındadır.Yəni 7,5 : 7,6 : 7,7 : 7,8 : 7,9 – səkkizinci (8) saat qurşağındadır.
Qərb yarımkürəsinin hər hansı bir uzunluqdakı məntəqənin hansı saat qurşağında yerləşdiyini tapmaq üçün həmin məntəqənin coğrafi uzunluğunu 15 –yə bölüb, alınan cavabı 24 –dən çıxmaq lazımdır.
Məsələ: 600 qərb uzunluğu hansı saat qurşağındadır?
24 – (60 : 15) =24-4=20 –ci saat qurşağı.
Yorum Gönder