Torpaqəmələgəlmə prosesi zaman daxilində baş verir. Torpaqəmələgəlmənin hər bir yeni tsikli (mövsümi, illik, çoxillik) torpaq profilində üzvi və mineral birləşmələrin çevrilməsində müəyyən dəyişikliklər yaradır. Ona görə də zaman amili (V.V.Dokuçayevə görə “ölkənin yaşı”) torpaqların formalaşmasında və inkişafında böyük əhəmiyyətə malikdir. Torpaqların mütləq və nisbi yaşı anlayışları bir-birindən fərqləndirilir.
Mütləq yaş – torpağın yarandığı vaxtdan indiki zamana kimi keçmiş müddətdir. Mütləq yaş bir neçə illə milyon il arasında tərəddüd edir.
Ən böyük mütləq yaş kəskin dəyişikliklərə (su eroziyası, deflyasiya və s.) məruz qalmamış tropik ərazilərin torpaqlarına məxsusdur. Şimal vilayətlərində torpağın mütləq yaşı ərazilərin dördüncü dövrün buzlaşmasından və buzlaq sularından azad olması ilə əlaqədardır. Bəzi ərazilərdə, məsələn, Xəzərsahili ovalıqda, o, transqresiya hadisəsi ilə bağlıdır.
Ən cavan torpaqlar müasir çaybasar ərazilərdə yayılmışdır. Yuxarıda qeyd edildiyi kimi, uzun inkişaf dövründə torpaqlar başlanğıc (“cavan”) fazasından inkişaf etmiş torpaq fazasına kimi mürəkkəb yol keçirlər. Bu zaman təbii şəraitin (iqlim, bitki örtüyü, hidroloji şərait) dəyişməsi ilə torpağın xassə və əlamətləri də dəyişir. Bununla əlaqədar torpağın profilində relikt əlamətlər saxlana bilər.
Nisbi yaş – torpaqəmələgəlmə prosesinin sürətini, torpağın bir inkişaf fazasının digəri ilə əvəz edilməsinin tezliyini səciyyələndirir. O, süxurun tərkib və xassələrinin, relyef şəraitinin torpaqəmələgəlmə prosesinin sürət
və istiqamətinə təsiri ilə bağlıdır.

Yorum Gönder