Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Dünya əhalisinin irqi, etnik, dini fərqləri. Yaş-cins piramidası.

Hazırda dünyada 3—4 minə qədər xalq vardır. Lakin onların çoxu sayca azdır. Yalnız 310 xalqın nümayəndələrinin sayı 1 milyon nəfər dən çoxdur. Onlar Yer kürəsinin əhalisinin 96%-ni təşkil edir.Ölkə əhalisinin 90%-i yerli xalqdan ibarətdirsə, belə ölkə birmillətli dövlət sayılır. Birmillətli dövlətlər daha çox Avropada, Latın Amerikasında, Yaxın Şərqdə, Avstraliya və Okeaniyadadır. Məsələn, Yanoniya, Niderland, Norveç və s.

İrqi Tərkibi.Dünya əhalisi xarici görünüşünə görə 3 əsas irqə avropold, monqoloid və nıeqroid irqlərinə bölünür. Bununla yanaşı, antropoloji əlamətlərinə görə monqoloid və neqroid irqlərinə yaxın olan avstroloid irqi də ayrılır ki, bu irq Avstraliya, Okeaniya, qismən də Cənub Şərqi Asiyada yayılmışdır. Bu irqlərə mənsub olan insanlar dünya əhalisinin cəmi 70%-ni təşkil edir. Qalan 30% əhali isə qarışıq və keçid irq qruplarına daxildir. Bunlara efioplar, malaqasilər, polineziyalılar, melaneziyalılar və s. aiddir. Amerikada qarışıq irqlərin metis, mulat və sambo qrupları geniş yayılmışdır. 
Etnik tərkib. Dünya əhalisinin etnik tərkibi uzun sürən tarixi proseslər nəticəsində formalaşmışdır. Xalq dedikdə dil birliyi, ərazi ümumiliyi, məişət və mədəniyyət xüsusiyyətləri və həmçinin etnik özünüdərketməsi ilə səciyyələnən insan qrupları başa düşülür. Lakin bəzən bu əlamətlərdən hansısa biri olmaya bilər (məsələn, ərazi bir liyi).
Hazırda dünyada 3—4 minə qədər xalq vardır. Lakin onların çoxu sayca azdır. Yalnız 310 xalqın nümayəndələrinin sayı 1 milyon nəfər dən çoxdur. Onlar Yer kürəsinin əhalisinin 96%-ni təşkil edir.
Bəşəriyyətin dövlətlərə bölünməsinin əsasını milli əlamətlər təşkil edir. Ölkə əhalisinin 90%-i yerli xalqdan ibarətdirsə, belə ölkə birmillətli dövlət sayılır. Birmillətli dövlətlər daha çox Avropada, Latın Amerikasında, Yaxın Şərqdə, Avstraliya və Okeaniyadadır. Məsələn, Yanoniya, Niderland, Norveç və s.
Çoxmillətli ölkələrin ərazisi daxilində bir neçə xalq yaşayır. Onlarin bəzilərində onlarla, hətta yüzlərlə xalqın olması mümkündür. Məsələn, Hindistanda yüzlərlə, Nigeriyada 200-ə qədər, İndoneziyada 150-dəıı artıq müxtəlif etnik qruplar mövcuddur. Çoxmillətlilik İEOÖ üçün daha səciyyəvidir. Çoxmillətli dövlətlərin əksəriyyəti üçün milli münaqişələr səciyyəvidir.

Dünya xalqlarının təsnifatı dil ümumiliyinə görə də aparılır. Hazırda Yer kürəsində 6 minədək dil mövcuddur. Bir-birinə yaxın dillər dil ailələrində birləşir. Ən böyük dil ailəsi Hind-Avropa dilləri qrupudur. Bu ailəyə 2,5 milyard əhalini birləşdirən 150 xalq aiddir. Tərkibində roman (fransız, italyan, ispan, portuqal, rumun), german (alınan, ingilis, island, holland), slavyan (rus, ııkrayııa, belarııs, pul yak, çex, slovnk, bolqar, serb, xorvat və s.), iran (fars, tacik, kürd) və s. dil qrupları mövcuddur.
Çin-tibet dil ailəsi böyüklüyünə görə (1 mlrd, nəfərdən çox) dünyada ikinci yerdə olsa da, onun tərkibindəki Çin din qrupu Yer kürəsi əhalisinin 14 ni əhatə edir. Bundan başqa, Sami Hami (Afroaziya), sudan, malayziya pnliııoziya, altay, niger-kordofan, ural-yukagir, qafqaz (ləzgi, avar, çeçen, inquş və.s)və.s  dil ailələri də movcuddur.

Dünyada ən çox yayılan dillər çin (1 mlrd, nəfər), ingilis (450 nılıı-dan çox), hindi (400 mln-dan çox), ispan (280 mln.), rus (220 mln.) dilləridir. İngilis və ispan dillərinin geniş yayılması bir çox ölkələrin vaxtilə Böyük Britaniya və İspaniyanın müstəmləkəsi olması ilə əlaqədardır.

Dini tərkibi. Müasir dövrdə dinin mövqeyi çox güclüdür. Din hazırda insanların təfəkkürünə, məişətinə, adət-ənənəsinə, ayrı-ayrı adamlar arasında münasibətə və bəzi ölkələrdə xarici siyasətə ciddi təsir edir. Yayılmasına və oynadığı rola görə bütün dünya dinləri iki yerə — dünyəvi və milli dinlərə bölünür. Dünyəvi dinlər arasında islam, xristianlıq və buddizm böyük nüfuza malikdir.
Xristianlıq daha geniş yayılan dindir və 3 böyük qola ayrılır: katolik, provaslav və protestant. Bu dinə sitayiş edənlərin sayı təxminən 1,9 mlrd, nəfərdir. Başlıca olaraq Avropa, Amerika və Avstraliyada, qismən də Afrika və Asiyada yayılmışdır. Cənubi Avropa və Latın Amerikası xalqları əsasən xristianlığın katolik, Şimali Avropa, ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya protestant, Şərqi Avropa xalqlarının əksəriyyəti və Yunanıstan provaslav təriqətinə sitayiş edirlər.

Xristianlıq daha geniş yayılan dindir və 3 böyük qola ayrılır: katolik, provaslav və protestant. Bu dinə sitayiş edənlərin sayı təxminən 1,9 mlrd, nəfərdir. Başlıca olaraq Avropa, Amerika və Avstraliyada, qismən də Afrika və Asiyada yayılmışdır. Cənubi Avropa və Latın Amerikası xalqları əsasən xristianlığın katolik, Şimali Avropa, ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya protestant, Şərqi Avropa xalqlarının əksəriyyəti və Yunanıstan provaslav təriqətinə sitayiş edirlər.
İslam  dini sitayiş edənlərin sayma görə xristian dininə çatmaqdadır (təxminən 1,8 mlrd, nəfər). Dünyanın 30-a yaxın ölkəsi islamı özünün dövlət dini elan etmişdir. İslam əsasən Asiyada, Şimali Afrikada yayılmışdır. İslam dininin çoxsaylı qolları içərisində sünni və şiə təriqətləri daha böyük nüfuza malikdir.
Üçüncü dünyəvi din buddizm (600 mln. nəfərdən çox) Mərkəzi, Cənub-Şərqi, Şərqi və Cənubi Asiyada geniş yayılmışdır. Nepal, Butan, Laos, Myanma, Vyetnam, Kamboca, Tailand, Şri-Lanka və s. dövlətlərin əhalisi buddizm dininə sitayiş edir.
Milli dinlər yalnız bir millətin sitayiş etdiyi dinlərdir ki, onların içərisində induizm (Hindistan), konfuizm (Çin), sintoizm (Yaponiya), iudaizm (israil), lamaizm (Monqolustan) və s. qeyd etmək olar.
Əhalinin cinsi tərkibi də təkrar artımın tiplərindən asılıdır. Dünya ölkələrinin çoxunda, o cümlədən Azərbaycanda və bütün inkişaf etmiş ölkələrdə qadınlar kişilərdən çoxdur (51% qadınlar, 49% kişilər). Bunun əsas səbəbi qadınların orta ömrünün kişilərə nisbətən çox olmasıdır. Alkoqolizm, narkomaniya, siqaretə meyil, ağır işlərdə işləmək və s. kişilərin ömrünə mənfi təsir göstərir. Asiya və Afrikanın II tip ölkələrində isə, əksinə, kişilər qadınlardan çoxdur. Bu tip ölkələrdə kişilər qadınlardan çox yaşayırlar. Bu ölkələrdə qadınların ağır həyat şəraiti, çoxuşaqlılıq, erkən nikah və s. qadınların ömrünü qısadır.

Yaş tərkibi.Yaş tərkibinə görə əhali 3 əsas qrupa bölünür: uşaqlar (0-14 yaş), yaşlılar - əmək qabiliyyətli əhali (15—64 yaş) və qocalar (65 yaşdan yuxarı). Dünya əhalisinin strukturunda uşaqlar 34%, yaşlılar 58%, qocalar isə 8% təşkil edir.
Müxtəlif təkrar artım tiplərinə aid ölkələrdə yaş strukturu da fərqlidir.
Birinci tip təkrar artıma malik ölkələrdə uşaqlarla qocalar arasında fərq də azdır. İkinci tip təkrar artıma aid ölkələrdə isə uşaqlarla qocalar anı sında fərq də böyükdür.
Yaş-cins piramidasına əsasən yuxarıda deyilənləri bir daha müqayisə edə bilərik. İEÖ-də piramidanın aşağı hissəsi çox enli deyil, yuxarı hissəsi az ensizləşir. İEOÖ üçün isə, əksinə, piramidanın aşa ğısı enli, yuxarısı isə ensizdir.

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget