Əmək ehtiyatları dedikdə əmək prosesində iştirak etmək qabiliyyəti olan əhali nəzərdə tutulur. Əmək qabiliyyətli əhali yaş və cins tərkibi ilə müəyyən edilir. Əmək qabiliyyətinin yaş həddi müxtəlif ölkələrdə fərqlidir. Hazırda ölkəmizdə bu hədd kişilər üçün 15—63 yaş, qadınlar üçün isə 15—60 yaş götürülür.
Fəal əhali real olaraq maddi və qeyri-maddi istehsal sahələrində çalışan əhalidir. İEÖ-də iqtisadi cəhətdən fəal əhali bütün əmək ehtiyatlarının 70%-ə qədəriııi təşkil edir. Bu da müəssisələrin, yəni iş yerlərinin çox olması ilə izah edilir. İEOÖ-də isə iqtisadi cəhətdən fəal əhali 45—55% təşkil edir. İqtisadi gerilik bu göstəricini xeyli azaldır.
İEOÖ-də əhalinin böyük hissəsi kənd təsərrüfatında çalışır, xidmət sahəsində çalışanlar sayca ikinci yerdə durur. Sonrakı yerləri sənaye və tikintidə çalışanlar tutur. İEÖ-də isə sənayedə, kənd təsərrüfatında və digər maddi istehsal sahələrində çalışanların payı çox azdır. Bu ölkələrdə elm, maarif, mədəniyyət, incəsənət, xüsusilə xidmət sahəsində çalışanlar isə daha çoxdur.
Əhalinin yerləşməsi və sıxlığı.Planet əhalisinin 70%-ə qədəri bütün quru ərazinin cəmi 7%-də yaşayır. Dünya əhalisinin 4/5 hissəsindən çoxu Şərq yarımkürəsində, 9/10 hissəsi isə Şimal yarımkürəsində cəmləşmişdir. Həm də əhalinin əsas hissəsi mülayim, subtropik və subekvatorial iqlim qurşaqları daxilində, okean səviyyəsindən 500 m-ə qədər mütləq hündürlükdə yerləşən ovalıq və düzənliklərdə yaşayır (cədvəl 1).
Təbii şərait (düzən relyef, əlverişli iqlim, məhsuldar torpaqlar, dənizə yaxınlıq, təbii ehtiyatların bolluğu və s.), tarixi inkişaf (qədim dövrlərdən məskunlaşması) xüsusiyyətləri, demoqrafik vəziyyət (təbii artım səviyyəsi), sosial-iqtisadi səviyyə (sənayenin inkişafı, nəqliyyat və ticarət yollarına yaxınlıq, kənd təsərrüfatında çalışanlar) əhalinin yerləşməsinə təsir edən amillərdir.
Əhalinin daha çox cəmləşdiyi regionlar aşağıdakılardır: Şərqi Asiya, Cənubi Asiya, Cənub-Şərqi Asiya, Avropa və ABŞ-ın şimal-şərqi (Atlantik okean sahili).
Əhalinin yerləşməsinin əsas göstəricisi əhalinin sıxlığıdır. Yer kürəsində əhalinin orta sıxlığı 1 km2-ə 45 nəfər təşkil edir. Lakin müxtəlif regionlar və ölkələr üzrə əhalinin sıxlığı fərqlidir. Hətta bir ölkə daxilində sıxlıq kəskin fərqlənə bilər. İndoneziyanın Yava adasında əhalinin orta sıxlığı 1 km2-də 2000 nəfər, digər adalarında isə 3 nəfər təşkil edir.
Ən sıx əhalisi olan ölkələrə Banqladeş (1 km2-də 900 nəfərdən çox), Yaponiya, Niderland, Danimarka, AFR və s. misal ola bilər. Daha seyrək əhalisi olan regionlara Şimali Afrika, Şimali və Mərkəzi Asiya, Avstraliya, Kanada, Amazon ovalığı və s. daxildir.
Məskunlaşma formasına görə şəhər və kənd yaşayış məskənləri ayrılır. Kənd yaşayış məskənlərinin 2 əsas forması var. Qrup (kənd) yaşayış məskənləri daha çox Asiya, Afrika ölkələri üçün xarakterikdir. Dağınıq yaşayış məskənləri isə ABŞ, Kanada, Avstraliya, Şimali Avropa ölkələrində yayılmışdır (ferma, ranço, fazenda).
Urbanizasiya.Şəhərlərin və burada məskunlaşan əhalinin çoxalması, şəhərlər şəbəkəsinin və sisteminin yaranması, həmçinin müasir dünyada şəhərlərin rolunun yüksəlməsi urbanizasiya adlanır. Urbanizasiya sosial-iqtisadi inkişafın ən mühüm tərkib hissələrindən biridir. Müasir dövrdə urbanizasiya ümumdünya prosesi kimi üç əsas xüsusiyyətə malikdir. Birinci xüsusiyyət şəhər əhalisinin artım sürə tinin yüksək olmasıdır. Bu daha zəif inkişafa malik ölkələrdə xüsusilə hiss olunur. İkinci xüsusiyyət əhalinin və təsərrüfatın əsasını böyük şəhərlərdə cəmləşməsidir. Üçüncü xüsusiyyət şəhərlərin geninıənərək bir «nüvə» şəhər ətrafında kiçik «peyk» şəhərləri özünə birləşdlrərək şəhər aqlomerasiyalarının yaranmasıdır.
Urbanizasiya səviyyəsinə görə dünya ölkələri üç qrupa bölünür. Yüksək, orta və zəif urbanizasiyalaşmış ölkələr.
Dünyanın iri şəhər aqlomerasiyalarına Tokio, Mexiko (23 mln. nəfər), San-Paulu, Nyu-York, Kəlkətə, Mumbay, Şanxay, Cakarta, Bue- nos-Ayres, Rio-de-Janeyro, Seul, Dehli, Qahirə və s. misal göstərmək olar.
Urbanizasiya prosesinin ən yüksək səviyyəsi meqalopolislərin yaranmasıdır («Böyük şəhər» deməkdir). Bu, iri şəhər aqlomerasiyalarının bir-birinə yaxın şəkildə ölkənin bir regionunda cəmləşməsidir. Məsələn, ABŞ-da «Bosvaş», «Sansan» (San-Fransisko, San-Dieqo), «Uipits» (Çikaqo, Pittsburq, Detroyt), Yaponiyada Tokaydo (Tokio, Osa ko, Kavasaki və s.), Avropada «Reynbou» və «Qara İngiltərə» meqa- lopolisləriııi misal göstərmək olar. «Bosvaş» meqalopolisi 40 milyona qədər əhalisi olan yeddi ştatı və Kolumbiya federal mahalını əhatə edir, Boston, Nyu-York, Filadelfiya, Vaşinqton kimi iri şəhər aqlomerasiyalarım öziiııdə birləşdirir.
İEÖ-in əksəriyyətində iri şəhərlərin ekoloji vəziyyətinin pisləşməsi şəhər əhalisinin bir hissəsinin şəhər ətrafına köçməsinə səbəb olur. Bu proses «suburbanizasiya» adlanır.
İEOÖ-də urbanizasiya nəzarətsiz şəkildə sürətlə inkişaf edir. Onun əsas səbəbi bu ölkələrin sosial-iqtisadi inkişaf səviyyəsinin əhali artımından geri qalmasıdır. Nəticədə kənd yerlərindən minlərlə işsiz əhali iri şəhərlərə, xüsusilə şəhər ətrafındakı yaşayış üçün əlverişsiz yerlərə gəlir və burada məskunlaşır. Bu proses yalançı urbanizasiya adlanır.
Müasir dövrdə urbanizasiya ətraf mühitin dəyişməsinə təsir edən ən mühüm amillərdən biridir. Şəhərlər bütün quru sahəsinin cəmisi 2—3%-ni əhatə etsə də, ümumi çirklənmənin 3/4 hissəsi şəhərlərlə bağlıdır.
Fəal əhali real olaraq maddi və qeyri-maddi istehsal sahələrində çalışan əhalidir. İEÖ-də iqtisadi cəhətdən fəal əhali bütün əmək ehtiyatlarının 70%-ə qədəriııi təşkil edir. Bu da müəssisələrin, yəni iş yerlərinin çox olması ilə izah edilir. İEOÖ-də isə iqtisadi cəhətdən fəal əhali 45—55% təşkil edir. İqtisadi gerilik bu göstəricini xeyli azaldır.
İEOÖ-də əhalinin böyük hissəsi kənd təsərrüfatında çalışır, xidmət sahəsində çalışanlar sayca ikinci yerdə durur. Sonrakı yerləri sənaye və tikintidə çalışanlar tutur. İEÖ-də isə sənayedə, kənd təsərrüfatında və digər maddi istehsal sahələrində çalışanların payı çox azdır. Bu ölkələrdə elm, maarif, mədəniyyət, incəsənət, xüsusilə xidmət sahəsində çalışanlar isə daha çoxdur.
Əhalinin yerləşməsi və sıxlığı.Planet əhalisinin 70%-ə qədəri bütün quru ərazinin cəmi 7%-də yaşayır. Dünya əhalisinin 4/5 hissəsindən çoxu Şərq yarımkürəsində, 9/10 hissəsi isə Şimal yarımkürəsində cəmləşmişdir. Həm də əhalinin əsas hissəsi mülayim, subtropik və subekvatorial iqlim qurşaqları daxilində, okean səviyyəsindən 500 m-ə qədər mütləq hündürlükdə yerləşən ovalıq və düzənliklərdə yaşayır (cədvəl 1).
Təbii şərait (düzən relyef, əlverişli iqlim, məhsuldar torpaqlar, dənizə yaxınlıq, təbii ehtiyatların bolluğu və s.), tarixi inkişaf (qədim dövrlərdən məskunlaşması) xüsusiyyətləri, demoqrafik vəziyyət (təbii artım səviyyəsi), sosial-iqtisadi səviyyə (sənayenin inkişafı, nəqliyyat və ticarət yollarına yaxınlıq, kənd təsərrüfatında çalışanlar) əhalinin yerləşməsinə təsir edən amillərdir.
cədvəl 1 |

Yorum Gönder