Azərbaycan ərazisində iqlimin bütün elementləri kimi, mütləq maksimum və mütləq minimum temperaturlann paylanmasında da relyefin tə’siri olduqca böyükdür. Buna görə də orta illik və orta aylıq temperaturların paylanmasında müşahidə edilən vəziyyət, mütləq maksimum və mütləq minimum temperaturlann paylanmasında, əsasən təkrar olur. Respublikanın düzənlik erazilərində (Lənkəran və Gəncə-Qazax düzənliklərini çıxmaqla) və Naxçıvan MR Arazyanı zonasında mütləq maksimum temperatur 40-43°C, dağətəyi zonada 37-40°C, orta dağlığın aşağı zonasında 30-37°C, 1500-2000 m yüksəkliklərdə 27-30°C, yüksəkdağlıqda (3000-3500 m-ə qədər) 20-30°C, en uca suayncılar zonasında isə 10-12°C-e qədər qalxır . Bir qayda olaraq mütləq naaksimum temperatur düzənliklərin daxili hissələrində iyul ayının ikinci yarısında, dənizkənarı zonada isə avqust ayının birinci yarısında müşahidə edilir.
Azərbaycanda Mütləq maksimum TEMPERATUR
Respublikanın düzənlik erazilərində (Lənkəran və Gəncə-Qazax düzənliklərini çıxmaqla) və Naxçıvan MR Arazyanı zonasında mütləq maksimum temperatur 40-43°C, dağətəyi zonada 37-40°C, orta dağlığın aşağı zonasında 30-37°C, 1500-2000 m yüksəkliklərdə 27-30°C, yüksəkdağlıqda (3000-3500 m-ə qədər) 20-30°C
Açar sözlər
Azərbaycanın İqlimi
Yorum Gönder