Pirqulu qoruğu 1968-ci ildə Ağsuçayının yuxan axınında Şamaxı rayonu ərazisində təşkil edilmişdir. Ümümi sahəsi 1520 hektara çatan qoruq üç bir-birinə yaxın hissədən ibarətdir. Pirqulu qoruğu Cənub yamac meşələrinin şərq qurtaracağında yaradılmışdır. Ərazi öz iqliminə görə Cənub yamacın mərkəz və qərb hissələrindən rütubətlenmə və kontinentallıq dərəcəsinə görə fərqlənir. Buna görə Cənub yamacın qalan hissələrindən fərqli olaraq burada meşələrin 57%-ə qədəri vələsdən, 24% palıddan, yalnız 18% fısdıqdan ibarətdir. Qoruq regionun olduqca gözəl mənzərəli bir guşəsindədir. Qoruq ərazisində, yaxud yaxınlığında yerləşən bir sıra kəndlər hələ çox qədimlərdən Şirvanın məşhur yay istirahət yerləri olmuşdur.
Pirqulu qoruğu ərazisində AEA akademik H. Əliyev adına Coğrafiya İnstitutunun “Meşə torpaqları“ laboratoriyası H. Əliyevin rəhbərliyi altında kompleks coğrafi-ekoloji tədqiqatlar aparmışdır. Qoruq erazisində vələs, fisdıq, palıd meşələrində göyrüş, ağcaqayın, qaraçöhrə, meyvəli qaraçöhrə qarışığından ibarət meşə sahələri mövcuddur. Meşənin seyrək yerlərində göyəm, yemişan, əzgil, zoğal və bir sıra başqa kol bitkiləri inkişaf edir. Meşənin yuxarı sərhədində qızılağac və tozağacı seyrək meşəlik əmələ gətirir.
Pirqulu qoruğunda nadir, kökü kəsilməkdə olan bitkilərin və endemiklərin 45 növü mövcuddur. Bundan əlavə, qoruğu məməlilərin 30, reptililərin 9, amfibilərin 6, quşlann 64 növü özlərinə məskən etmişdir. Palıd və fisdıq meşələrində çöl donuzu, qonur ayı, cüyür, vaşaq, canavar, tülkü, çaqqal, qarapaça çox rast gəlir. Burada bir çox quşlar, o cümlədən “Qırmızı Kitaba“ daxil edilmiş bə’zi növlər məskunlaşıb (meşə xoruzu, iri qırğı və s.). Burada yaşayan heyvanlardan Zaqafqaziya qonur ayısı, vaşaq, qarapaça, daraqlı triton da həmin kitaba salınmışdır.

Yorum Gönder