Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Misir Ərəb Respublikasının coğrafiyası

Misir iki qitədə Afrikanın şimal-şərqində və Asiyanın cənub-qərbində Sina yarımadasında yerləşir. Ərazisinin təqribən 3 faizi Asiyada, qalanı isə Afrikadadır. Bu hissələri birbirindən Süveyş kanalı ilə kəsilmiş Süveyş bərzəxi birləşdirir. Süveyş kanalı Afrika ilə Asiya arasında şərti coğrafi sərhəddir. Misirin ərazisi 1,0 mln. kv.km-dir. Konfiqurasiyasına görə ərazi düzbucaqlı kvadrata bənzəyir. Bu kvadratın hər hansı bir tərəfinin uzunlu ğu 1000 km-ə yaxındır. Misir qərbdən Liviya, cənubdan Sudan, şimali-şərqdən İsrail və BMT-nin Fələstin ərəb dövləti üçün ayırdığı ərazi ilə həmsərhəddir. Ölkə şimalda Aralıq, şərqdə Qırmızı dənizlərin suları ilə əhatələnir. Misirin mühüm dəniz və hava yolları kəsilişində yerləşməsi onun geosiyasi mövqeyinin üstünlüyüdür.

Misir Ərəb RespublikasıCoğrafi mövqe. Misir iki qitədə Afrikanın şimal-şərqində və Asiyanın cənub-qərbində Sina yarımadasında yerləşir. Ərazisinin təqribən 3 faizi Asiyada, qalanı isə Afrikadadır. Bu hissələri birbirindən Süveyş kanalı ilə kəsilmiş Süveyş bərzəxi birləşdirir. Süveyş kanalı Afrika ilə Asiya arasında şərti coğrafi sərhəddir. Misirin ərazisi 1,0 mln. kv.km-dir. Konfiqurasiyasına görə ərazi düzbucaqlı kvadrata bənzəyir. Bu kvadratın hər hansı bir tərəfinin uzunlu ğu 1000 km-ə yaxındır. Misir qərbdən Liviya, cənubdan Sudan, şimali-şərqdən İsrail və BMT-nin Fələstin ərəb dövləti üçün ayırdığı ərazi ilə həmsərhəddir. Ölkə şimalda Aralıq, şərqdə Qırmızı dənizlərin suları ilə əhatələnir. Misirin mühüm dəniz və hava yolları kəsilişində yerləşməsi onun geosiyasi mövqeyinin üstünlüyüdür. 
Səth quruluşu və faydalı qazıntıları. Atlantik okeanından Fars körfəzinə qədər uzanmış Böyük Səhra – Ərəbistan geoloji plitəsinin üzərində yerləşmiş Misirin relyefi orta hündürlüyü 300- 1000 m arasında olan yaylalardan ibarətdir. Nisbətən hündür da ğlar Sina yarımadasındadır. Ölkənin cənubundan şimalına Nil çayı uzanır. Nil çayından qərbdə səthi əsasən daşlı və çınqıllı olan Liviya səhrası yerləşir. Ölkə ərazisinin təqribən 70 faizini təşkil edən bu səhranın qərb tərəfinin səthi qumlarla örtülüdür. «Qum dənizi» adlanan ən böyük qum yığımı ölkənin qərb sərhəddindən şimali-qərb və şərq sərhədlərinə qədər uzanır. 

Nil çayından şərqə doğru Ərəbistan səhrası yerləşir. Bu səhranın Misir ərazisində orta hündürlüyü 300-700 m. arasındadır. Bu səhrada onlarca vadiyə rast gəlmək olar. Sina yarımadası səthinin əksər hissəsini Ət-Təhrif yaylası tutur. Səthinin çox hissəsi daşlı olan yaylanın hündürlüyü Aralıq dənizinə tərəf açılır. Yarımadanın cənub hissəsində qədim kristallik çöküntülərdən ibarət orta hündürlüklü da ğlar yerləşmişdir. Ölkənin ən hündür nöqtəsi olan Cəbəl-Katrin (2637 m.) dağı buradadır. Yarımadanın qərb hissəsindən Süveyş kanalı keçir. Misirin Aralıq dənizi sahili bölgəsi təbii buxtalarla, demək olar ki, parçalanmamışdır. Ölkənin böyük dəniz limanları olan İsgəndəriyyə və Port-Səid süni yaradılmış buxtalar ətrafında salınmışdır. Qırmızı dənizin Misir sahilləri, demək olar ki, başdanbaşa mərcan rifləri ilə örtülmüşdür. Nil vadisi və Nil deltasının Misirin təbiətində özünəməxsus yeri var. Nil vadisi uzunlu ğu 1500 km, orta eni 10 km və ətrafı səhralardan ibarət olan böyük bir oazisdir.
Ölkənin cənubunda dərə bir qədər ensiz, şimalında isə əksinə bir qədər enlidir. Nil dərəsi şimalda Nil deltasına keçir. Səthi çay gətirmələrindən ibarət deltanın cənubdan şimala uzunlu ğu 175 km, qərbdən-şərqə isə 220 km-dir. Sahəsinə görə (22 min kv.km) Nil deltası dünya deltaları içərisində böyüklərindən biridir. Misir müxtəlif faydalı qazıntılarla təmin olunmuş ölkələrdəndir. Sina yarımadasında, əsasən onun cənub-qərb hissəsində və Qırmızı dənizin sahil bölgələrində polimetal filizlər və gips aşkar olunmuşdur. Süveyş kanalının qərb sahilində və Liviya səhrasının şimal hissəsində neft yataqları var. Həm Ərəbistan, həm də Liviya səhralarında dəmir filizi və məhdud halda qızıl yataqlarının olması məlumdur. Sinanın da ğlıq bölgəsində volfram, qızıl və mis yataqları var. Səhralarda qiymətli tikinti materiallarına da rast gəlmək olar. Bunlardan başqa ölkənin müxtəlif yerlərində fosforit, xörək duzu, kömür yataqları da aşkar edilmişdir. 
İqlimi və hidroqrafiyası. Aralıq dənizi sahil zola ğı istisna olmaqla ölkənin iqlimi kontinental tropikdir. Bütün ərazi üçün havanın quru və az buludlu olması səciyyəvidir. Ya ğıntıları çox azdır. Orta eni 30-40 km olan Aralıq dənizi bölgəsində isə xüsusi iqlim tipi formalaşıb. Bu zolaqda yaz və yay ayları quraq və isti, payız və qış isə mülayim və rütubətli keçir. 
Ölkənin şimalından cənubuna getdicə havanın temperaturu artır, ya ğıntıların miqdarı azalır. Aralıq dənizi bölgəsində orta illik temperatur müsbət 20 dərəcə oldu ğu halda, Nilin orta axarında bu rəqəm 22-yə, cənubunda isə 26 dərəcəyə bərabərdir. Paytaxtda yay aylarında hava 30-35 dərəcə qızdığı halda, gecələr 0 dərəcəyədək çatır. Ümumiyyətlə, Misirdə sutkalıq temperatur amplitudu yüksəkdir. Səhrada gündüz temperatur 50 dərəcəyədək yüksəlir, gecə isə 0 dərəcəyə enir. İnsan səhhəti üçün əlverişli olmayan belə iqlim şəraiti səth örtüyünün dəyişməsinə də təsir göstərir. Belə ki, temperaturun kəskin dəyişməsi ilə səhralarda olan qayalarda çatlar əmələ gəlir. Küləklərin təsiri ilə qayalardan qopan qırıntılar ətraf sahələrə yayılır. Güclü küləklər səhranı yumşaq qum örtüyündən məhrum edir və çökəkliklərin yaranmasına səbəb olur. Misirdə ilin ən isti ayları avqust, sentyabrdır. Bu aylarda əraziyə, demək olar ki, yağış yağmır. Misirdə iqlimin formalaşmasında daimi əsən küləklərin də rolu böyükdür. Yaz aylarında burada 50 gün sərasər xəmsin küləkləri əsir. Bu küləklər başlamamışdan əvvəl üzücü istilər başlayır, sonra isə güclü külək qum fırtınaları yaradır və toz buludu əmələ gəlir. Gündüz çox vaxt hava qaralır, yollarda gediş-gəliş çətinləşir, mütləq rütubət aşağı düşdüyündən nəfəs almaq belə a ğırlaşır. Əkin sahələri qum və tozla örtülür, a ğacların yarpaqları büzüşür və quruyur. Bəzi bitkilər isə tamamilə məhv olur. Misirdə ya ğışlar əsasən dekabr və yanvar aylarında düşür. Ən çox ya ğıntı Nil deltasının qərb tərəfinə düşür. Ölkəyə orta hesabla bir ildə 180 mm ya ğıntı düşür. Məsələn, Qahirə şə hərinə il ərzində 30-35 mm, cənubda yerləşmiş Asuan şə hərinə isə cəmi 3-5 mm ya ğış düşür. Ölkənin daxili rayonlarında isə ya ğmursuz keçən illər tez-tez müşahidə edilir. Yağışlar əsasən leysan şəklində düşdüyündən Nil deltasında bərk örtüyü olmayan yolların müvvəqqəti sıradan çıxmasına səbəb olur. Da ğlıq ərazilərdə, xüsusilə Sina yarımadasdındakı da ğlara qar ya ğsa da qar örtüyü çox davamsız olur. Daxili sular. Ölkənin daimi axara malik çayı və əsas su mənbəyi Nildir. Nil* çayı Misirin iqtisadi həyatında xüsusilə əhəmiyyətlidir. O, suvarmada, əhalinin içməli su ilə təminatında əsas mənbə olmaqla yanaşı, həm də mühüm nəqliyyat yoludur. Nil vadisi və deltası hələ qədim dövrlərdən əhalinin məskunlaşdığı ərazilər olmuşdur. Ölkənin bütün əhalisi və təsərrüfat yolları burada cəmlənmişdir. Nildə daşqınlar yay-payız mövsümünə təsadüf edir. Axımı nizama salmaq məqsədilə Nil və onun qolları üzərində iri bəndlər (Köhnə Asuan, Yüksək Asuan), SES-lər (Asuan, Əl-Fəyyum) tikilmişdir. Yüksək Asuan bəndi tikildikdən sonra ölkənin cənubunda nəhəng su anbarı yaradılmışdır. Bəndlərlə yanaşı suvarma kanalları çəkilmişdir. İsmailiyyə, Əl-Mahmudiyyə, Yusif, İbrahimiyyə və digər kanalların ümumi uzunlu ğu 35 min km-dən çoxdur. Yerüstü sulardan müvəqqəti axınların-vadilərin əhəmiyyəti böyükdür. Dağlara düşən ya ğıntılardan sonra bu vadilər su ilə dolur. Köçərilər bu suları süni hovuzlara toplayır, ondan həm məişətdə, həm də kiçik sahələrin suvarılmasında istifadə edirlər. Ya ğmursuz illərdə vadilər tamamilə quruyur. Ölkənin səhra rayonlarında qrunt sularının əhəmiyyəti misilsiz dərəcədədir. Misir zəngin yeraltı su ehtiyyatlarına malikdir. Nildən qərbdə Liviya səhrasında «yeraltı Nil»in olması ehtimalı təsadüfi deyildir. Lakin yeraltı sulardan hələ lazımi səviyyədə istifadə olunmur. Bu sular həm təbii, həm süni yolla səthə çıxır. Yeraltı sulardan Hərqa, Dəhlə, Fərəfra, Bəhariyyə, Siva və digər sa- hələrdə geniş istifadə olunur. Nil vadisi, Ərəbistan səhrası və Sina yarımadasının bəzi quraq rayonlarında da yeraltı suların əhəmiyyəti böyükdür. Torpaq və bitki örtüyü. Ərazisinin çox yerində şoran, Nil vadisi və deltasında, həmçinin vahələrdə allüvial torpaqlar yayılmışdır. Nil vadisi və deltasının torpaqları Nilin Efiopiya yayla sından gətirdiyi da ğ süxurlarının qırıntılarının çökməsi nəticəsində formalaşmışdır. Bu torpaqların tərkibində dəmir, alüminium, kalsium, maqnezium elementləri çoxdur. Bunlardan başqa torpa ğın tərkibində bitkilərin inkişafı üçün böyük əhəmiyyətə malik fosfor turşusu, kalium kimi duzlar da vardır. Nil vadisi və deltasında torpa ğın formalaşmasına insanlar da böyük təsir göstərmişdir. Əsrlər boyu bu ərazilərdə əkinçiliklə məşğul olundu ğundan torpaq təbii münbitliyini itirmişdir. Süni gübrələrdən geniş istifadə olunur. Bu isə Nil vadisi və deltasında müxtəlif – sarı-boz, səhra, karbonatlı, gilliboz və digər torpaq növlərinin yaranmasına səbəb olmuşdur. Misirdə mədəni bitki örtüyünə Nil vadisi və deltasında və vahələrdə rast gəlmək olar. Aralıq dənizi sahilboyu zonasında a ğot (ceyranotu), gəvən, dəvətikanı, itburnu geniş yayılmışdır. Qışda efemerlərdən süsən, lalə, qaymaqçiçəyi, nərgizgülü çiçəklənərək səhranın həyatsız simasını tamamilə dəyişdirmişdir. Sahilboyu zonadan cənubda Liviya səhrasında kserofit kol bitkiləri yayılmışdır. Qırmızı dəniz sahilində şora kol bitkisi üstünlük təşkil edir. Nil vadisi və deltasında təbii bitki örtüyünə yalnız deltanın şimalındakı göllər rayonunda rast gəlmək olar. Misir hökuməti təbiətin mühafizəsinə, ekoloji tarazlığın pozulmamasına diqqətlə yanaşma ğa çalışır. Aralıq və Qırmızı dənizin sahil bölgələrində milli parklar salınmış, nadir fauna və flora nümunələrini qorumaq üçün yasaqlıqlar yaratmışdır. Səhra landşaftı ekoloji baxımdan tez pozulan bir landşaft oldu ğundan onlara da xüsusi fikir verilir. Amma vəsaitin və mütəxəsislərin çatışmaması səbəbindən bu işlər o qədər də səmərəli aparılmır.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget