Azərbaycanın ən böyük Coğrafiya jurnalı

MİSSİPİ ÇAYI (Mississippi river)

Missisipi ABŞ-da yerləşir və dünyanın ən böyük çaylarından biri hesab olunur.Çayın uzunluğu 3 734 km-dir. Mənbəyini İtaska gölündən götürür və Meksika körfəzinə tökülür. Missisipi, Missuri və Ceferson çayları tərəfindən əmələ gətirilən Missuri-Missisipi çay sistemi Şimali Amerikada ən böyük və uzunluğuna görə (6 300 km) dünyada dördüncü çay sistemidir.

MİSSİPİ ÇAYI  (Mississippi river)
Missisipi (Ojibve hindu qəbiləsinin dilində misi-ziibi ("Nəhəng çay" və ya "Böyük çay") - ABŞ-da yerləşir və dünyanın ən böyük çaylarından biri hesab olunur.Çayın uzunluğu 3 734 km-dir. Mənbəyini İtaska gölündən götürür və Meksika körfəzinə tökülür.
Missisipi, Missuri və Ceferson çayları tərəfindən əmələ gətirilən Missuri-Missisipi çay sistemi Şimali Amerikada ən böyük və uzunluğuna görə (6 300 km) dünyada dördüncü çay sistemidir. Su sərfinə görə (16 200 m³/san) dünyada onuncu yeri tutur.

  • Coğrafiyası

Missisipi yazda, yağışların bol olduğu bir vaxtda daşır. Bu zaman onun sularının yuduğu ərazinin böyüklüyünə görə aborigenlər tərəfindən "Suların atası" adlandırılır. Çayın 250 qolundan 45-ni nəqliyyat yolu kimi istifadə edirlər. Dünyanın ən uzun çay körpüsü "Old Chain of Rocks" da məhz bu çayın üzərində yerləşir. Çay üzərində ilk körpü Minneapolis 1855-ci ildə inşa edilib. Sonradan onun üzərindən bir çox keçidlər salınıb. Yaz aylarında Missipinin mənzərəsi daha da heyranedici olur.Körpülər isə əsl romantik məkanlar hesab edilir.
Çay öz mənbəyini Missuri ştatından, Sent-Luis şəhəri yaxınlığında yerləşən İtaska gölündən götürür. 
Çayın ən enli yeri Unnibiqoşiş gölünün yaxınlığındadır. Çayın qolları da bir çox kiçik göllərin qida mənbəyidir. Bu göllərə Onalaska, Pepin və başqalarını göstərmək olar.
  • Tarixi
Çay ilk dəfə 1541-ci ildə ispan səyyah Ernando de Soto tərəfindən coğrafi kəşf kimi dəyərləndirilib. Missisipi boyunca üzən ilk avropalı isə Rober de la Saldır. O, ömrünün iki ilini, 1681-1682-ci illəri çayın tədqiqinə həsr etmişdir.
Çayın deltasının cizgilərinə ilk dəfə Ptolomeyin xəritəsində rast gəlinir.
XVII əsrdən etibarən çay fransız səyyahlarının əsas nəqliyyat yolu olub.1682-ci ildə Fransa kralı 14-cü Luinin şərəfinə Luiziana adlandırılıb
 1763-cü ildə bağlanan Paris müqaviləsinə görə onun cənubu Böyük Britaniyanın, şimalı isə İspaniyanın nəzarətinə keçib. 1800-cü ildə Fransa hökuməti çayın ABŞ idarəçiliyinə keçməsinə razılıq verib. Qarşı tərəf buna əsas kimi Missisipinin onun inzibati ərazi tərkibində olmasını göstərib. Beləcə, 1812-ci ildən çay öz doğma adıyla adlandırılıb və rəsmi olaraq ABŞ-ın xəritəsinə salınıb. Mark Tvenin "Missisipidə" adlı əsərində onun o dövr üçün sənaye əhəmiyyətindən xəbər verilir. (az.wikipedia.org)

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget