Raşmor dağı (ing. Mount Rushmore National Memorial) ABŞ-ın Cənubi Dakota ştatının Kiston şəhəri yaxınlığında yerləşir. Onun qranitində hündürlüyü 18,6 metr olan barelyef düzəldilib. Barelyefdə ABŞ-ın dörd prezidentinin: Corc Vaşinqton, Tomas Cefferson,Teodor Ruzvelt və Avraam Linkoln təsvir edilib. Amerikanın avropallar tərəfindən məskunlaşdırılmasına qədər dağ yerli hinduların dilində "altı baba" (ing. Six Grandfathers) adlanırdı. Ancaq 1935-ci ildə daş 1885-ci ildə bura ekspedisiya təşkil etmiş biznesmen Çarlz Raşmorun adı ilə adlandırılıb. O barelyefin hazırlanmasına o dövr üçün ən böyük məbləğ - $5000 ayırmışdı.
Fiqurun hazırlanmasına 14 il, 1927-dən 1941-ci ilədək vaxt sərf edilib. Onun inşasında 400 fəhlə çalışırdı. Memorial ABŞ-ın milli irsi sayılır. Cənubi Dakotada, Black Hills dağlarında yerləşən memorial illik 3 milyona yaxın insanı qəbul edir. Monumentin yaradılmasının ideyası yerli tarixçi Doan Robinsona məxsusdu. Düzdü, onun fikrinə görə qayada ölkənin inkişafına təsir edən digər şəxslər təsvir olunmalı idi. Məsələn: hind lideri “Qırmızı bulud”, və digər Amerikaya ilk ayaqbasanların təsvirləri əks olunmalı idi. Möhtəşəm monumentin yaradıcısı heykəltaraş Qatson Borglum oldu. O, Robinsonun müraciət etdiyi ilk insan deyildi, lakin o bu ideya ilə çox yaxından maraqlandı və qayada hal-hazırda olan Amerika prezidentlərini təsvir etmək ideyasını irəli sürdü.
Təbii ki, xatirəsi əbədiləşdirilən hər bir prezident buna artıqlaması ilə layiq idi: Corc Vaşinqton- ilk prezident, Tomas Cefferson- müstəqillik bəyəmnaməsinin müəlliflərindən biri, Teodor Ruzvelt- ötən əsrin ilk illərində, çox çətin dönəmdə Amerikanı idarə etmiş şəxs, və təbii ki Linkoln- quldarlığı ləğv edərək, öz həyatı bahasına vətəndaş müharibəsinə son qoyan prezident.
1925-ci il 5 mart tarixində işlərin başlanması haqqda qanun lahiyəsi hazırlandı. Lakin, proyektin icra edilməsi 2 ilə qədər gecikdi. Təbii ki, səbəb vəsaitin çatışmaması idi.
İlk işlər 1927-ci il 4 oktyabrda başladı. İşlərin çoxu böyük depressiya illərinə təsadüf etdiyindən, Borqlum qaya üzərində işləməklə yanaşı, işlərin dayanmaması üçün vəsait də axtarmağa məcbur olurdu.
Fiqurun hazırlanmasına 14 il, 1927-dən 1941-ci ilədək vaxt sərf edilib. Onun inşasında 400 fəhlə çalışırdı. Memorial ABŞ-ın milli irsi sayılır. Cənubi Dakotada, Black Hills dağlarında yerləşən memorial illik 3 milyona yaxın insanı qəbul edir. Monumentin yaradılmasının ideyası yerli tarixçi Doan Robinsona məxsusdu. Düzdü, onun fikrinə görə qayada ölkənin inkişafına təsir edən digər şəxslər təsvir olunmalı idi. Məsələn: hind lideri “Qırmızı bulud”, və digər Amerikaya ilk ayaqbasanların təsvirləri əks olunmalı idi. Möhtəşəm monumentin yaradıcısı heykəltaraş Qatson Borglum oldu. O, Robinsonun müraciət etdiyi ilk insan deyildi, lakin o bu ideya ilə çox yaxından maraqlandı və qayada hal-hazırda olan Amerika prezidentlərini təsvir etmək ideyasını irəli sürdü.

1925-ci il 5 mart tarixində işlərin başlanması haqqda qanun lahiyəsi hazırlandı. Lakin, proyektin icra edilməsi 2 ilə qədər gecikdi. Təbii ki, səbəb vəsaitin çatışmaması idi.
İlk işlər 1927-ci il 4 oktyabrda başladı. İşlərin çoxu böyük depressiya illərinə təsadüf etdiyindən, Borqlum qaya üzərində işləməklə yanaşı, işlərin dayanmaması üçün vəsait də axtarmağa məcbur olurdu.
Yorum Gönder
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.