Son zamanlarda dünyada maraqlı tendensiya yaranıb: heyvansevərlər vəhşi və daha ekzotik heyvanlar saxlamağa üstünlük verirlər. Evlərdə saxlanılan ən dəbli heyvanlar sırasında ekzotik iquanalar da var. Dünyanın müxtəlif yerlərində il ərzində yüzlərlə cavan iquana alınır. Bəlkə düşünürsünüz ki, iquanalar evlərdə belə asanlıqla saxlanırsa, deməli, onların pişiklər və ya itlərdən heç bir fərqi yoxdur. Əgər belə düşünürsünüzsə, səhv edirsiniz. Kənardan çox rəngli, sevimli və maraqlı görünən iquanalar əslində o qədər də asan xarakterə malik deyillər. Bu maraqlı, ekzotik heyvanların rəngli dünyasına kiçik bir səyahət etməyə nə deyirsiniz?
İquanalar tarixdə
İquana adı ədəbiyyatda ilk dəfə 1553-cü ildə Pedro Sesa de Leonun “Perunun xronikası” adlı əsərində çəkilir: “Antioça şəhərindən Kartaxenaya doğru yol alıb, getdiyimiz yerə çatdıqdan sonra kapitan Xorxe Robledo burada bol balıq ehtiyatı kəşf etdi, biz balıqları əlimizdəki odun parçaları ilə vurub kənara yığırdıq. Burada çayın kənarındakı ağaclarda iquana adlanan və ilana bənzəyən qəribə görünüşlü heyvanlar yaşayır. Əgər müqayisə etsək, heyvan İspaniyada rast gəldiyimiz kərtənkələlərə də bənzəyir. Tək fərqi odur ki, iquananın başı daha böyük, quyruğu uzun, özü də daha vəhşidir. Amma rənginə və quruluşuna görə kərtənkələdən heç nə ilə fərqlənmir. Biz onu tutub, dərisini çıxarıb bişirdikdə anladıq ki, iquananın əti dovşan əti qədər yumşaq və dadlıdır. Məncə, dişi iquanalar daha ləzzətlidir, çünki onların həm yumurtaları olur, həm də ətləri yumşaqdır. İquananın əti balığa da bənzəyir. Bəlkə bu onunla əlaqədardır ki, quruda gəzən iquana bəzən rahatlıqla suya girir və üzür”.
Heyvanın ilk elmi təsnifatı isə 1758-ci ildə isveçli həkim, təbiətşünas Karl Linneyin “Təbiətin sistemləri” kitabında verilir. Son dövrlərdə iquananın müxtəlif növləri və ya iquanaya bənzəyən 17 növ heyvan tapılıb. Amma yaşıl iquanadan başqa, onların heç biri həqiqi sayılmayıb. 2000-ci illərin ilk yarısında Amerikanın Utah Valley Universitetinin əməkdaşları iquanalar üzərində araşdırma aparırlar. Araşdırmalar göstərir ki, heyvanın ana vətəni Cənubi Amerikadır, yalnız sonralar heyvan Mərkəzi Amerika və Karib adalarına yayılıb və Cənubi Amerika növləri ilə yeni yaranan növlər arasında ciddi təkamül fərqləri nəzərə çarpır. Heyvanın adının mənşəyi Karib adalarında yaşayan Taino tayfasının dilindəki “ivana” sözündən götürülüb. İspanlar heyvanın adını öz tələffüzlərinə uyğun olaraq, “iquana” adlandırırlar. Sonralar ad həm elmi ədəbiyyata, həm də avropalıların dilinə məhz ispanların səsləndirdikləri kimi keçir.
Yaşıl və ya adi iquana haqqında nə bilirik?
İquanalar 18-20 il yaşayır. Ağaclarda yaşayan iquanaların burnunun ucundan quyruğunun sonunadək uzunluğu 1,5 metrdən çox olmur. Buna baxmayaraq, tarixdə uzunluğu 2 metr, ağırlığı isə 8 kq-a çatan iquana növlərinə də rast gəlinib. İquanaların başı böyük olur və üzəri pulcuqlarla örtülüdür. Quyruğu bədəninə görə çox uzun və yanlardan sıxılmış şəkildədir. Onurğasının üstü ilə belindən quyruğuna kimi daraq formalı çıxıntı var.
Pəncələri qısa, barmaqları uzun, caynaqları isə iti və güclüdür. Həm qabaq, həm də arxa pəncələrində 5 barmaq var. Bu barmaqlar sayəsində heyvan ağaclara rahatlıqla dırmaşır. Tikanlı darağı onu digər vəhşi heyvanlardan qoruyur. Uzun və güclü quyruğu ilə iquana yalnız üzmür, həm də rəqiblərinə güclü zərbələr endirir. Erkək iquanalar dişilərə görə daha təcavüzkardır. Erkək iquanaların özlərini qoruma üsulu quyruğu qırmanc kimi yelləməkdir. İquanalar quşlardan çox qorxurlar. Bütün kərtənkələlər kimi, bəzən iquanalar da mübarizə zamanı quyruğunu rəqibin ağzında qoyub qaçır və daha sonra onun yeni quyruğu inkişaf edir.
Günəş vannası sevən kərtənkələ
İquanalar Cənub yarımkürəsində Meksikanın Sinaloa və Verakrus ştatları daxil olmaqla, Mərkəzi Braziliya, Paraqvay, Boliviya, Karib dənizindəki Antil adalarında – ən əsası isə Qrenada, Kurasao, Trinidad və Tabaqo, Sent-Lyusi, Qvadalupe, Sent-Vinsent, Utila və Aruba kimi adalarda geniş yayılıb. XX əsrin ortalarında kərtənkələləri Böyük Kayman, Puerto-Riko, Vircin, Havay adalarına, ABŞ-ın Florida, Texas ştatlarına da köçürməyə başlayırlar. Yaşıl iquanalar nəmli tropik meşələrdə, dənizkənarı quru ərazilərdə yayılıb. Çünki iquanalar ağaclarda yaşayırlar və bütün aktiv fəaliyyətlərini gündüz edirlər. Havanın soyuq olduğu zamanlarda və axşamlar iquanalar ağacların aşağı hissəsinə enir və hava isinənə qədər orada gizlənirlər. Günəşin qızmar vaxtlarında isə ağacın təpəsinə dırmaşaraq həzm prosesi üçün lazım olan D vitamini vannasını qəbul edirlər. Yalnız bir neçə saat günəşləndikdən sonra iquana ov arxasınca gedir. Ağaca əla dırmaşmağı bacaran iquana bəzən 15 metr yüksəklikdən yerə düşür və heç bir yeri zədələnmir. İquanalar üzməyi də yaxşı bacarırlar, tamamilə suyun dərinliyinə dalan heyvan quyruğunun vasitəsilə hərəkət edir.
İquana quyruqları ilə “tikilən” Yer kürəsi
Qədim mayyalılar inanırdılar ki, dünya nəhəng bir evin daxilində yerləşir və bu nəhəng evin divarlarını hinduların “itzam” adlandırdıqları dörd iquana əvəz edir. Hər bir iquana Yer kürəsinin bir hissəsini təmsil edir və ayrı-ayrı rənglərlə fərqlənirlər. İquanaların quyruqları səmada birləşir və Yer kürəsinin üstündə onun damını formalaşdırır. Bu evi mayyalılar “itzamna”, yəni “iquananın evi” adlandırırdılar. Qədim dövrdə itzamnaya Allahların evi, iquanalara isə müqədəs heyvan kimi baxırdılar. Amma həmin dövr bitdikdən sonra bu cür inanclar yavaş-yavaş sıradan çıxmağa başlayır. Lakin XVI əsrdə ispan missioneri Dieqo de Landa öz yazılarında bildirir ki, hindular bir zamanlar yaşıl iquanaları Allahlara qurban kimi kəsirdilər. Bundan əlavə, Perunun qərbində yaşayan Moçe mədəniyyətinə mənsub tayfaların sitayiş etdiyi çoxsaylı heyvanlar sırasına yaşıl iquana da aid idi. Qədim mədəniyyətin yayıldığı ərazilərdə müxtəlif iquana fiqurları və heykəlləri tapılıb ki, bunların bir qismi hazırda Limada Larko muzeyində saxlanılır. Bundan əlavə, tapılmış fiqurlar arasında insan formalı, amma iquana başlı, quyruqlu və belində iquanadakı kimi darağı olan bir tanrı da var.
Üç gözlü, amma qaranlıqda görməyən heyvan
Gündüz vaxtı iquanaların görmə qabiliyyəti əla vəziyyətdə olur və o, ətrafda baş verən hər bir şeyi, hətta ona çox uzaqdan yaxınlaşan təhlükəni belə görür. Amma qaranlıq düşən kimi heyvanın görməsində ciddi problemlər yaranır. Buna sübut gözün torlu qişasında zəif işıqlanma zamanı görmə qabiliyyətini təmin edən çubuqşəkilli hüceyrələrin az olmasıdır. Amma tam əksinə, heyvanın gözündəki konusvari hüceyrələrin çox olması daha aydın və detallı görüntü ilə yanaşı, hətta ultrabənövşəyi şüaları görməyə belə imkan yaradır. Əgər iquananı işıqlı və günəşli bir yerdən qaranlıq məkana aparsanız, heyvan o dəqiqə narahat və vəhşi hərəkətlər etməyə başlayacaq.
Bir çox kərtənkələlərdə olduğu kimi, iquanaların da üçüncü gözü olur. “Gizli göz” də adlanan bu göz heyvanın burnunun yuxarısında yerləşir və üzəri böyük pulcuqla örtülüdür, pulcuğun mərkəzi hissəsi isə yarımşəffafdır. İquanaya qədim əcdadından keçən bu balaca orqanın daxilində kiçik kristalabənzər maddə yerləşsə də, heyvan bu orqandan istifadə etmir, daha doğrusu, orqanın tam funksiyasının nə olduğu bəlli deyil. İquananın eşitmə qabiliyyəti də yaxşı inkişaf edib. Hətta bunu da demək olar ki, iquananın eşitmə qabiliyyəti insanın eşitmə qabiliyyəti ilə eynidir. Səs eşidən kimi səs gələn tərəfə yönələrək öncə səsin predmetini aydınlaşdırmağa çalışır. İquananın günəşi sevməsinin əsas səbəbi isə daxili istiliyini özünün yarada bilməməsi və məcburən xarici mənbələrlə özünü isitməsidir. İquana üçün ideal yaşama temperaturu 30 dərəcədir. Temperaturun kəskin artması və ya azalması nəticəsində heyvanın eşitmə qabiliyyəti zəifləyir.

Mənbə: "Discovery Azerbaijan" jurnalı
Yorum Gönder