Fırtına zamanı günün günorta çağı dənizin üzərinə tutqun qara buludlar çökür.
Günorta olmasına baxmayaraq, sanki birdən–birə axşam olur. Belə olan zaman dəniz qapqara görünür və adamın canına qorxu düşür. Dəniz elə bu səbəbdən də “Qara dəniz” adlandırılmışdır.
Dənizə bu adı, əsasən, günəşli Aralıq dənizi sahillərində məskunlaşmış türk və fars səyyahları vermişlər. Dənizə çökən qara buludlar nəticəsində qaranlığa qərq olan dənizi görəndə İran səyyahlar “Aşhayena”- qədim İran dilində “tünd”, “qara” dəniz deməkdir. Türk səyyahları isə “Kara dəniz” deyə, dənizi bu cür adlandırırdılar. Dəniz bu gün də Qara dəniz adlandırılır. Türklər dənizin antonimi olaraq, sahilində məskunlaşdıqları günəşli, açıq səmalı Aralıq dənizinə Akdəniz (Ağ dəniz) deyirlər.
Bu dənizin sahillərində məşkunlamış bir çox xalqlar öz dillərində dənizə ad vermişlər. Belə ki, dənizə verilən adların hamısı eyni məna – “Qara” mənasını daşıyır. Məsələn: bolqarlar – “Çerno more”, ukraynalılar – “Çerne more”, rumınlar – “Marea Neaqra”, ruslar – “Çernoe more” adlandırırlar bu dənizi. Hətta Qara dəniz düzənliklərində yaşamış qədim skiflər də bu dənizi Tana – Qara dəniz adlandırırdılar.
Tarixçilərin və okeanoqrafların əksəriyyəti Qara dənizin adının yaranma səbəbinin yuxarıda göstərildiyi kimi olduğunu təsdiqləyirlər. Hələ şərq səyyahlarından min illər əvvəl ellinlər bu dənizi Pontos Aksenos- “qonaqsevməyən, düşmənçilik edən dəniz” adlandırmışdılar. Sonralar ellinlər dənizə verdikləri adı dəyişərək ona- Pontos Euksinos – xeyirli, xoşa gələn adını verdilər.
Qara dənizin yayı sakit, qışı fırtınalı olur. Düzdür, Qara dəniz sahillərində qış fəslində sakit və günəşli havalar da olur. Amma çox nadir hallarda...
Qara dənizin adı ilə bağlı bir neçə təxminlər və əfsanəvi nağıllar da mövcuddur: Şahzadə və ağlayan gəlin və s. Diqqəti cəlb edən versiyalardan biri: dənizin dibində, 150 metr dərinlikdə hidrogen oksid (qaz deyil, bu maddənin molekulları) ərintisinin olmasıdır ki, bu da metal və metal tərkibli əşyalarla (məs: balıqqulaqları, kalsi karbonat tərkibli əşyalar və metallar) qarşılıqlı təsir nəticəsində - qaralır, kimya dilində desək, bu zaman metalların bərpası və kükürdün turşulaşması baş verir, metal sulfidlər əmələ gəlir ki, bu da qara rəngdədir. Məsələn: FeS – dəmir sulfidi. Belə olan halda, hətta gəmilərin parıldadılmış bürünc lövbərləri, lotları (yelkən kəndirlərindəki yüklər, dərinlik ölçən cihazlar) belə Qara dəniz sularında qaralır. Bu gəmi əşyalarından daha çox qədim səyahətçilər istifadə edirdilər, əsasən də yunanlar. Onu da qeyd etmək lazımdır ki, 100 metrdən də artıq olan dərinlikdə heç vaxt lövbər salınmır. Əlbəttə ki, belə bir hal indiyədək hər hansı bir formada aşkar edilərdi. Amma antik dənizçilərin və səyyahların qeydlərində bu haqqında heç bir söz deyilmir. Qara dənizi – “Qaranlıq dəniz” adlandıran skiflər dənizçi olmamışlar.
Yuxarıda sadaladığımız versiyalardan belə nəticəyə gəlmək olar ki, dənizin adının yaranması ilə bağlı yaxın zamanlarda yaranan kimyəvi hipotez tarixçilər tərəfindən qəbul edilmir. Tarixçilər müxtəlif dövrlərdə, müxtəlif xalqlar tərəfindən dənizə verilən ; “qara”, “qaranlıq”, “tutqun” “qanaqsevməyən” və s. adları qəbul edirlər. Qədim zamanlarda fırtınalı qış aylarında dəniz səyahətinə çıxanlar onu – “qara”, “tutqun” deyə, adlandırır, günəşli yay aylarında isə dənizi səyahətə çıxanlar onu – “isti”,“mülayim” və ya qonaqpərvər” adlandırırdılar.
Təbiətşunaslıq baxımından da Qara dənizin özünəməxsus xüsusiyyətləri vardır. Belə ki, ən sərt qışlarda belə dənizin suyu donmur. (tarıxdə cəmi bir neçə dəfə donma halı qeydə alınmışdır). Şaxta olanda dənizin üzərində yalnız qar “sıyığı” əmələ gəlir və ya buz “blinləri” əmələ gəlir (bu həqiqətən də, su üstündə üzən buz blinlərini xatırladır).
Soyuqlar düşən zaman dənizin üstünü bütünlükdə duman bürüyür, necə ki, dağ yamaclarını. Sübh tezdən Qara dənizi bürüyən duman “kürkü” artıq oktyabr ayında peyda olur və bu da dənizə bir gözəllik və bir rəng verir.
Yorum Gönder