Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Suya batmış şəhər

İki min il bundan əvvəllərə qədər Nil çayı sahilində, İsgəndəriyyənin 25 kilometrliyində yerləşən Heraklion şəhəri “Misirin qapısı” hesab edilirmiş. Bu liman şəhərindən keçərək hər gün Misirə neçə-neçə gəmi daxil olar və ya Misiri tərk edərmiş. Artıq bu şəhər mövcud deyil. Bu qədim şəhər artıq 2000 ildən çoxdur ki, dənizin dibindədir.

İki min il bundan əvvəllərə qədər Nil çayı sahilində, İsgəndəriyyənin 25 kilometrliyində yerləşən Heraklion şəhəri “Misirin qapısı” hesab edilirmiş.
Bu liman şəhərindən keçərək hər gün Misirə neçə-neçə gəmi daxil olar və ya Misiri tərk edərmiş. Artıq bu şəhər mövcud deyil. Bu qədim şəhər artıq 2000 ildən çoxdur ki, dənizin dibindədir.
Qədim Heraklion şəhəri dəniz səviyyəsindən cəmi 1 metr hündürlüyündə olan bir sahədə salınmışdır. Təbii kataklizmlər, dəniz dalğaları bu şəhəri çox asanlıqla suya qərq etmişdir. İndi bu şəhər Abukir körfəzində, 6 metr dərinliyində dəniz dibindədir.
Parisdə yerləşən Avropa Sualtı Arxeologiya İnstitunun təsisçisi Frenk Qoddionun rəhbərlik etdiyi arxeoloqlar qrupu dənizin dibində həmin şəhərin qalıqlarını tapmışlar. Suyun altında qalmış qədim şəhərin qalıqları içərisində məbəd və məbəddə qoyulmuş Yunan allahlarının qədim heykəllərinin qalıqları da aşkar edilmişdir.
Qədim Heraklion şəhərinin qalıqları bir təsadüf nəticəsində aşkar edilib. Belə ki, sualtı arxeoloqlar 1798-ci ildə Britaniya hərbiçiləri tərəfindən vurulmuş Napoleonun Hərbi Dəniz Donanmasına məxsus gəminin qalıqlarını dənizin dibindən çıxardarkən şəhərin qalıqlarına rast gəlmişlər.
Bu qədim şəhər bir göz qırpımında yoxa çıxmışdır. E.ə. I əsrdə baş verən güclü zəlzələ bu şəhərdə hər şeyi alt-üst etmişdir. Əhalinin əksəriyyəti məhv olmuş, az bir hissəsi də hər şeyini qoyub, bircə canını götürüb qaçmışdır.
Bəs hansı səbəbdən e.ə. 800-cü illərdə Heraklion şəhəri dənizin dibinə çökmüşdür? Ola bilsin ki, dəhşətli subasma nəticəsində bataqlıq torpağı olan bu ərazi üzərindəki hər bir şeylə bərabər dənizin dibinə çökmüşdür? Bəlkə də şəhərin çökməsinə güclü zəlzələ səbəb olmuş və sonradan çökmüş şəhərin yerini Aralıq dənizinin suları tutmuşdur? Stenford Universitetinin professoru Amos Nur Amerikanın Geofiziklər Cəmiyyətinin konfransında bildirmişdir ki, bütün bu suallara geofiziklər cavab tapmalıdırlar. Bu konfrans yaxın illərdə San-Fransiskoda keçirilmişdir.
Heraklion şəhərinin mərkəzində “Herkules” məbədi ucaldılmışdır. Heraklion şəhəri o dövrlər Misir və Yunan allahlarının şəninə tikilmiş məbədlərlə də məşhur idi. Bu şəhərdə: müalicə və məhsuldarlıq ilahəsi – Cerapisanın, analıq ilahəsi – İzidanın, ölülərin himayədarı – çaqqalbaşlı Anibusun şəninə möhtəşəm məbədlər inşa edilmişdir.
Dənizin dibindən müxtəlif formada qızıl sırğalar, bilərziklər, üzüklər, yüzlərlə pullar və Yunan kubokları tapılmışdır. Maraqlı odur ki, tapılan bu zinət əşyaları çox yaxşı vəziyyətdə qalmışdır.

Sualtı arxeoloqların verdiyi məlumatlara görə, dənizin dibində məbədlərdən birinin mərkəzində iri bir sərdabə tapılmışdır ki, sərdabənin üzü heroqlif yazılarla bəzədilmişdir. Alimlərin fikrincə, bu heroqliflər tam oxunduqdan sonra bir çox mətləblər dəqiqliyi ilə aydınlaşacaqdır.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget