Qütb səyyahı olan Henri Vorsley, heç bir yardım olmadan Antraktida materikini keçən ilk adam olmaq istəyir.
|
Henrinin hədəfi Cənub qütbündə Antarktida materikinin düz mərkəzinə, heç bir texnikadan istifadə etmədən piyada keçməkdir.Əgər o, bunu edə bilsə tarixdə cənub qütbünü piyada çatan ilk insan olacaqdır.Bunu 55 yaşlı keçmiş ingilis kapitanı Henri bildirir.
Antarktida çox adam gedib. Sizin səfərinizin onlardan fərqi nə olcaqdır ?
Amundsenin və Skotun [1911-də] Cənub Qütb nöqtəsinə çatmasından bu yana Antarktida keçən kəşfiyyat səfərləri həyata keçirildiyi doğrudur. Amma bunların hamısı traktorlarla, itlərlə, havadan ərzaq və yanacaq atma kimi dəstək və yardımlardan istifadə etməklə ediblər.
2010 -cu ildə Cecilie Skog və Ryan Waters heç bir kömək olmadan cənub qütbünə çatıblar.Amma onlarda 2 nəfər idilər.Mən isə bunu tək edəcəm.
Bəs 1996-97 ci illərdə Norveçli səyyah Brge Ousland tək başına Antarktidaya , cənub qütbünə gəlib çatan ilk insan olmasına nə deyirsiniz?
Bəli , ona hörmətim böyükdür.Çox uğurlu bir nəticə görsədib.Üstəlik ondan gedəcəyim marşurut barədə çoxlu informasiya almışam.Amma oda xizəyi daratmaq üçün paraşütdan istifadə etmişdir.R.Skotda itlərdən və yanacaqdan istifadə etmişdir.Mən isə bunların heç birindən istifadə etməyəcəm !
Günümüzdə Antarktidaya heç bir vasitə olmadan səfər etməyin bəşəriyyət üçün faydasının nə olduğunu sualına isə Henri cavab olaq bildirib ki, mən uzun illər hərbiçi olmuşam və həmişə çalışmışam ki lider olum.Üstəlik bu səfərdən toplanacaq vəsaiti xeyriyyə cəmiyyətinə verəcəyini bildirib.
Cənub Qütbünə ilk səfəriniz 2007-ci ildə etmisiniz və həmin vaxt 48 yaşındaydınız. Hazırda 55 yaşındasınız. Niyə bu qədər gözləməli oldunuz?
Tez-tez keçmişi düşünürəm və bu lənətə gəlmiş cənub qütbünü 20 bəlkədə 30 il öncə keçməli idim.Amma bilirsiniz ki mən nir hərbiçiydim.Üstəlik həmin vaxtlat özümdə bu qədər cəsarət hiss etmirdim.Bu gün isə çox həvəsliyəm.
Niyə bu yürüşü tək başınıza edirsiniz?
Burada uğurun və ya uğursuzluğun tamamilə özümə aid olmasını istəyirəm.
Əgər səfər zamanı qəza baş verərsə qurtulmaq imkanınız varmı?
Qətiyyən. Çünki GPRS vasitəsilə ən qısa zamanda məni tapmaları üçün ən azı 24 saat vaxt lazımdır. O zamana kimi mən çoxdan ölmüş olacam...
Mənbə:nationalgeographic
Yorum Gönder