Asiya qitəsi bitki örtüyünün olduqca zənginliyi, torpaqlarının isə daha müxtəlifliyi ilə Avropadan kəskin fərqlənir. Cənubi Asiya və Ön Asiyanın cənub – qərbi, İran yaylasının cənubi Paleotropik, qalan ərazi isə Qolarktikaflora sahələrinə daxildir. Bu iki flora sahəsində geoloji tarix boyu və xüsusilə kaynazoyda bütün üzvi aləm, o cümlədən bitki örtüyü tamamilə müxtəlif iqlim şəraitində inkişaf etmiş və formalaşmışdır. Cənubi Asiyanı əhatə edən Paleotropik bitki sahəsi iqlimində üçüncü və dördüncü dövrlərdə dəyişiklik olmamışdır. Bunun nəticəsində həmin sahədə üçüncü dövrün bitkiləri dəyişmədən inkişaf etmiş və zənginləşmişdir. Bu sahənin bitki örtüyündə hətta mezozoy erasının bitkiləri belə saxlanmaqdadır.Qitə ərazisinin olduqca geniş bir hissəsini tutan Qolarktika sahəsi də bitki örtüyünün zənginliyi ilə seçilir. Burada Aralıq dənizi quru subtropiklərindən və Şərqi Asiya rütubətli subtropiklərindən tutmuş, Orta və Mərkəzi Asiyanın arid iqlim qurşağında təşəkkül tapmış səhra və yarımsəhra bitkilərinə, mülayim qurşağı yarpağını tökən enli yarpaqlı meşələrinə, nəhayət qitənin Şimal Buzlu okeanın sahillərinin meşə - tundra və tundra bitkilərinə qədər olduqca geniş və müxtəlif bitki formasiyalarına rast gəlmək mümkündür.
Şimali Asiya dördüncü dövr buzlaşmaları tam örtük əmələ gətirə bilmədiyinə görə Avropada olduğu kimi boreal meşələr çox ziyan çəkməmiş, tayqa və hətta enliyarpaqlı meşələr zonası Avropada olduğu kimi dəfələrlə məhv edilməmiş, yalnız müəyyən dəyişikliyə məruz qalmışdır. Dördüncü dövürdə iqlim soyuqlaşması Xarici Asiya şimal və şimal–şərqində üçüncü dövrə aid bitki örtüyünün müəyyən sahələrdə özünə sığınacaq tapmasına mane ola bilməmişdir. Mərkəzi Asiyanın hələ üçüncü dövrdən arid və kontinental iqlimə malik olması, burada yarımsəhra və səhra bitkilərinin formalaşmasına şərait yaratmışdır. Qitənin şərqində bitki və heyvanların şimaldan cənuba və əks istiqamətdə miqrasiyasına mane ola biləcək oroqrafik sədlərin olmaması subtropik və boreal bitkilərin geniş məsafədə qarışmasına və xüsusi daurflora sahəsinin yaranmasına gətirib çıxarmışdır.
görə Asiya ilə müqayisə edilə bilməz. Asiyanın konfiqurasiyası və böyük məsafədə qərbdən şərqə uzanması, daxili hissələrinin okean və dənizlərin təsirindən çox uzaqlarda yerləşməsi, eyni coğrafi qurşağın daxilində olduqca müxtəlif torpaq və bitki növlərinin yayılmasına şərait yaratmışdır.
2.5 m , uzunluğu isə 6 m–ə çatır. Bu flora sahəsində banbuk cəngəlləkləri də geniş yer tutur. Ekvatorial qurşaqda mədəni bitkilərdən çay, çəltik, cüt, xurma, tropik və subtropik meyvələr, kauçuk plantasiyaları geniş yayılmışdır.
Şimali Asiya dördüncü dövr buzlaşmaları tam örtük əmələ gətirə bilmədiyinə görə Avropada olduğu kimi boreal meşələr çox ziyan çəkməmiş, tayqa və hətta enliyarpaqlı meşələr zonası Avropada olduğu kimi dəfələrlə məhv edilməmiş, yalnız müəyyən dəyişikliyə məruz qalmışdır. Dördüncü dövürdə iqlim soyuqlaşması Xarici Asiya şimal və şimal–şərqində üçüncü dövrə aid bitki örtüyünün müəyyən sahələrdə özünə sığınacaq tapmasına mane ola bilməmişdir. Mərkəzi Asiyanın hələ üçüncü dövrdən arid və kontinental iqlimə malik olması, burada yarımsəhra və səhra bitkilərinin formalaşmasına şərait yaratmışdır. Qitənin şərqində bitki və heyvanların şimaldan cənuba və əks istiqamətdə miqrasiyasına mane ola biləcək oroqrafik sədlərin olmaması subtropik və boreal bitkilərin geniş məsafədə qarışmasına və xüsusi daurflora sahəsinin yaranmasına gətirib çıxarmışdır.
Asiyanın böyük flora sahələrindən Malayya arxipelaqı və Malakka yarımadasını əhatə edən Maleziya yarımvilayəti bitki örtüyü çox rəngarəngliyi və endemik növlərlə zəngin olması ilə seçilir. Burada 65 mindən çox bitki növü vardır. Cənubi Asiyanın qalan ərazisini tutan (Hindistan, Hind–Çin, Cənubi Çin) Hind–Afrika yarımvilayətində isə 21 mindən çox bitki növü qeydə alınmışdır.
Asiyanın Qolarktika flora sahəsinə daxil olan başqa bitki yarımvilayəyləri növcə xeyli kasıbdır. Bəzi yarımvilayətlərdə isə ağac bitkiləri növləri çox az olur, meşələr öz yerini çöl, yarımsəhra və səhra bitkilərinə verir (Mərkəzi Asiya, Ön Asiyanın arid sahələri və s.). Asiyada ən cavan flora sahəsi Tibetdir. Burada bitki örtüyü buzlaşma dövründən sonra formalaşmışdır. Tibetin müasir bitki örtüyü Şərqi Asiya, Himalay və qisməndə Mərkəzi Asiya (13%) bitkilərinin miqyası hesabına yaranmışdır. Asiyanın oroqrafik quruluşunun çox mürəkkəb olmasına baxmayaraq burada torpaq və bitki örtüyünün coğrafi zonallığı özünü yaxşı göstərir (şəkil21).
Asiyada cənubdan şimala aşağıdakı əsas landşaft zonaları bir–birini əvəz edir: ekvatorial qiley meşələri; subekvatorial rütubətli musson meşələri; savannalar, seyrək meşələr və kolluqlar; tropik səhralar və yarımsəhralar zonası; subtropik qurşağın səhra, yarımsəhra, çöl, arid və rütubətli (musson) meşə və kolluqlar zonası; mülayim qurşağın səhra, yarımsəhra, çöl, meşə-çöl və iynəyarpaqlı meşələr zonası; soyuq qurşağın meşə-tundra zonası, nəhayət Şimal Buzlu okeanın Asiya bölməsində yerləşən adalarında Arktika səhrası zonası. Buradan aydın olur ki, heç bir qitə coğrafi zonallığın dolğunluğuna görə Asiya ilə müqayisə edilə bilməz. Asiyanın konfiqurasiyası və böyük məsafədə qərbdən şərqə uzanması, daxili hissələrinin okean və dənizlərin təsirindən çox uzaqlarda yerləşməsi, eyni coğrafi qurşağın daxilində olduqca müxtəlif torpaq və bitki növlərinin yayılmasına şərait yaratmışdır.
Bu hal özünü mülayim və subtropik qurşaqlarda daha kəskin göstərir. Avrasiya miqyasında götürülərsə, həmin qurşaqların qərb və şərq okeansahili bölmələrində müxtəlif meşələrin, daxili kontinental bölmələrində isə səhra, yarımsəhra və çöl bitkilərinin yayılmasını görərik. Onsuz da xeyli mürəkkəbxarakteri olan coğrafi zonallıq qitənin daxili hissələrində, xüsusilə subtropik enliklərdə oroqrafik quruluşla əlaqədar olaraq daha da mürəkkəbləşir. Dağlarda torpaq və bitki zonalarını şaquli zonallıq əvəz edir, böyük dağarası çökəklərdə arid landşaftlar, yüksək yaylalarda isə kserofit bitki örtüyü zonaları yaranır. Tundra, meşə-tundra və Sibirdə olduqca geniş bir sahə təşkil edən tayqa zonası orta enliklərdə yerləşən qurşaqlara nisbətən qərbdən şərqə getdikcə az dəyişikliyə uğrayır. Məsələn, tayqa Asiyada Uraldan tutmuş Sakit okean sahillərinə qədər uzanır və onun strukturunda yalnız növdaxili dəyişikliklər baş verir. Tropik qurşağın özündə də qərbdən şərqə bitki örtüyü kəskin dəyişir. Qərbdə arid (səhralar) və şərqdə humid (rütubətli musson meşələri, savannalar) sahə landşaftları inkişaf etmişdir.
Beləliklə, enlik təbii zonallığını yalnız Asiya daxilində nəzərdən keçirsək, ekvatorial qurşaqdan və Sibir tayqasından başqa, bütün qalan qurşaqların şərq Sakit okean bölmələrində meşələrin (musson meşələrinin), daxili hissələrdə isə çöllərin, səhraların,yarımsəhraların, nəhayət arid kolluqların yayılmasını görərik. Daxili və qərb bölmələrdə meşələrə çox rütubət alan dağ yamaclarında rast gəlinir.
Ekvatorial qurşaqda həmişəyaşıl və bütün il boyu rütubətli meşələr (qileylər), Malay arxipelaqı adalarında (Yava, Sumbava, Flores,Timor adalarından başqa), Malakka yarımadasında və Filippin adalarında yayılmışdır. Müxtəlif boylu ağac növləri ilə zəngin olan Asiya qileylərində palmaların bir çox növləri: Hebanq, saq, kariot, şəkər palmaları, liana–palma, rotanq və fikusların bir çox başqa növləri, ağacabənzər qıjılar, nəhəng rasamala, Braziliyadan gətirilmiş kauçuk palması və s. geniş yayılmışdır. Bu meşələrdə olduqca faydalı ağac növləri də vardır ki, onların meyvəsindən, yarpaqlarından və oduncağından müxtəlif məqsədlərdə istifadə edilir. Palma ağaclarının bəzi növlərinin yarpaqlarının eni
Dağlıq sahələr bitki örtüyü ilə daha zəngindir. Ekvatorial qleylər Sumatra, Kalimantan və Flores adalarındakı dağların yamaclarında 1000–1500 m-ə qədər yüksəyə qalxır. Daha yuxarıda tropik və subtropik meşələr yayılmışdır. Bu zonaların əsas torpaqları qalın qırmızımtıl, laterit torpaqlardır. Dağlarda dağ lateritləri inkişaf etmişdir.
Subekvatorial qurşaq Cənubi Asiyanın geniş bir hissəsini: Hindistanı, Hind-Çini, Cənubi Çini, Malay arxipelaqının ən cənub adalarını əhatə edir. Fəsillər üzrə rütubətlənmə şəraitində tropik musson meşələri geniş yayılmışdır. ərazinin oroqrafik quruluşu qeyri–bərabər paylanmasına səbəb olur. Qanq–Brahmaputra ovalığında, Hind–Çinin daha çox yağıntı alan qərb sahillərində daima rütubətli həmişəyaşıl meşələr inkişaf etmişdir. Bu meşələrdəki ağacların əksəriyyəti ekvatorial meşələrdəki ağac növləridir. Yağıntıların miqdarı 1000 mm–dən az olan yayla və düzənliklərdə, dağarası çökəklərdə quraq dövrdə yarpağını tökən tropik mussonlar meşəsi, savannalar və kserofit kolluqlar yayılmışdır. Meşələrdə palmaların bir çox növləri, sal, tik, sandal ağacları, akasiyalar və s., savannalarda taxıl otları yayılmışdır. Bu qurşaqda həmçinin çörək (bambuk), şüşə ağacları, yemiş ağacı, hind qozu və s. rast gılinir. Mədəni landşaftda çay plantasiyaları, cüt, qənd qamışı, çəltik zəmiləri və s. geniş yer tutur. Müxtlif tropik meyvəçiliyi ikişaf etmişdir.
Yorum Gönder