Coğrafiyanın tədrisində xəritələr mühüm bilik mənbəyi olan başlıca əyani
vasitədi. Xəritə üzərində bir anda yer səthinin böyük hissələrini, bütövlükdə yer kürəsini nəzərdən keçirmək olur. Görünməsi mümkün olmayan sahəhlər haqqında ancaq xəritə vasitəsilə təsəvvür yaradılır. Bu münasibətlə məşhur metodislərdən biri belə yazmışdı:- Şagirdlər Qafqaz, Böyük Britaniya, Cənubi Amerika və başqa ərazilərin heç olmazsa ən qaba sxematik xəritəsini görməsələr bu ölkələr haqqında onlar üçün xüsusiyyət təşkil edən sahil xətti,iqlim, relyef, hidroqrafik şəbəkə, bitki örtüyü barədə təsəvvür yarnmaz. Xəritə olmasa coğrafi adların yadda saxlanılması mənasız əzbərçilik olar. Yer səthində onun ayrı-ayrı hissələrində cisim və hadisələrin yerləşməsi haqqında məlumatların əks etdirilməsi xəritənin başlıca vəzifəsidi. Xəritə əvəzedilməz dərk etmə vasitəsidir. Belə ki, cisim və hadisələrin məkandaki mövqeyi, istiqamətləri, sərvətləri, qarşılıqlı yerləşməsi haqqında aydın və dəqiq təsvvür verir. Xəritə hər bir coğrafi tədqiqatın başlanğıc vasitəsidi. Bütün mənbələrdə onu müşayət etməklə son nəticədə olan xəritələr şərti işarələrin dili ilə təsvir edilən təkcə yerləşməsi deyil həmdə onun inkişafını əks etdirir. Xəritələrin verdiyi məlumatları ala bilməküçün kartoqrafik və coğrafi biliklərə sahib olub onlardan istifadə etməyi bacarmaq yəni xəritəni oxumaq lazımdır. Coğrafiyanın təlimi prosesində xəritə çox mühüm rol, pedoqoji, psixoloji vəzifəni yerinə yetirərək bilikləri sistemləşdirir. Onların mənimsənilməsi və yadda qalması asanlaşdırır. Xəritə ilə məzmunca və formaca müxtəlif frontal və fərdi praktik işlər aparmaq ətraf ərazilərin öyrənilməsi və təssərüfatda mənimsənilməsilə əlaqədar olan məsələləri həll etmək mümkündür. Xəritəsiz coğrafiya elmi mövcud olmadığı kimi coğrafiya fənnidə tədrisi qeyri mümkündür. Xəritələr ərazi əhatə etməsinə, məzmununa, miqyasa, vəzifəsinə və s. əlamətlərə görə təsvir edilir. Ərazi əhatə etməsinə görə xəritələr dünya və yarımkürələr, materiklər və okeanlar onların hissələri ayrı-ayrı dövlətlərin, vilayət və rayonlar kimi növlərə ayrılır. Məzmununa görə xəritələr ümumcoğrafi və tematik tiplərə ayrılır. Ümum coğrafi xəritələrdə bütün kompanentlər eyni dərəcədə təsvir edilir. Məsələn : fiziki xəritələr misaldı. Tematik xəritələrdə təbiət hadisələri təsvir edilən fiziki-coğrafi xəritələrə və ictimai hadisələrə təsvir olunan icmal iqtisadi xəritələrə bölünür. Məsələn :siyasi-inzibati xəritə, əhali xəritəsi, bitki örtüyünün xəritəsi, torpaq xəritəs və s. Tematik xəritələr ümumi və sahəvi xəritələrə bölünür. Miqyasa görə iri miqyaslı, orta miqyaslı və kiçik miqyaslı tiplərə bölünür. Divar xəritələri dərsdə yeni materialı şərh edərkən müvafiq obyektləri göstərmək, təkrarlama,çalışma , şagirdlərin biliklərini öyrənmək üçün istifadə edilir. Bu xəritələrdə sahil xətlərinin, çayların və s. Təsviri olduqca qabarıq verilir. Düzənliklərə dağların, quru ilə suyun sərhədi parlaq rənglərin köməyi ilə fərqlənir. Stol üstü xəritələrdən dərsliyə əlavə edilən rəngli xəritələrdən ( dərsliyə əlavə edilən rəngli xəritələrdən ), mətn xəritələrdən, atlasın xəritələrindən geni şistifadəsi aiddir. Divar xəritələrindən fərqli olaraq stol üstü xəritələrdən sinifdə və evdə şagirdlərin müstəqil işi üçün istifadə edilir. Dərsliyin mətn xəritələri onlara əlavə edilmiş xəritələrdən fərqli olaraq ağ-qara rənglərlə təsvir edilmiş fiziki və iqtisadi xəritə sxemlərdən ibarət olur. Onların məzmuna əksərən dərsliyin müvafiq mətninə uyğun gəlir. Hazırda bütün kurslar üzrə müvafiq dərs atlaslar mövcüddür. Eyni zamanda atlasın xəritələri müvafiq divar xəritələri ilə eyni proyeksiyalarda qurulur. Atlasın xəritələrində əlavə yük verilir. Onlara coğrafi adların göstəriciləri və cədvəllər əlavə olunur. Həmdə sinif və ev çalışmalarını yerinə yetirərkən bilikləri yoxlayıb qiymətlənditmək məqsədilə kontur xəritələrdən istifadə edilir. Kontur xəritələr tək-təkhalında ayrı-ayrı siniflər buraxılır. Məzmunu müvafiq sinfin proqramına uyğun gəlir. Coğrafiyanın tədrisində kartoqrafik təsvirlərdən biri olan qlobusun rolu böyükdür. Qlobus böyük, orta və kiçik növlərə bölünür. Şagirdlərin müstəqil işi üçün istifadə olunur. Dərəcə torunu öyrədməkdə isə qara qlobusdan ( indiksion ) istifadə edilir. Induksion qlobus vasitəsilə yerin sutkalıq və illik hərəkətini göstərmək, fəsillərin əmələ gəlməsini göstərmək üçün telluridən istifadə olunur. Xəritəni oxumağı şagirdlərə öyrədərkən birinci xəritəni başa düşmək lazımdı, yəni kartoqrafik biliklərə malik olmaq, xəritənin nə olduğunu, onun xassələrinin məzmununu, vəzifəsini, üzərindəki şərti işarələrin nəyi bildirdiyini, xəritələrdən necə istifadə edildiyini bilək lazımdır. Xritəni oxumaq, yəni şərti işarələrin məcmusundan istifadə edərək nəzərdən keçirilən hər hansı ərazinin coğrafi xüsusiyyətləri haqqında düzgün nəticə çıxarmaq xəritələrin koməyi ilə təbii və ictimai obyektin , hadisənin yerləşməsini müasir vəziyyətini öyrənməyi bacarmaq lazımdır. Xəritənin ən mühüm əlamətləri onun planı ilə tutuşdurulması yolu ilə nəzərdən keçirilir.
1. Xəritədə təsvirlərin şərtliyi.
2. Təsvirlərin kiçildilməsi
3. Təsvirin genelorizasiyası.
4. Planda və xəritədə cəhətlərin xüsusiyyətləri.
Bu təsvirlər ekskursiyalardan, kinofilmlərdən, şəkillərə baxışdan əldə etmək olar. Topoqrafik coğrafiya xəritələrdə şərti işarələrin izahı, obyektin tapılması, hündürlük və dərinlik şkalası, koordinantların təyini, cəhətlərin və məsafələrin ölçülməsi üçün kortoqrafik şəbəkədən istifadə vacibdir. Xəritənin oxunması dedikdə aşağıdakılar nəzərdə tutulur.
1. Şərti işarələrdən istifadə edərək təsvir etdikləri ayrı-ayrı obyekt və hadisələrin aydınlaşdırılması.
2. Həmin obyekt və hadisələrin mövqeyi və yerləşməsi haqında məkan təsəvvürünün əldə edilməsi.
3. Öyrənilən ərazinin bu və ya digər xüsusiyyətləri haqqında məlumat əldə etmək
Xəritəni oxumaq bacarığı kifayət qədər əldə etdikdən sonra. Şagirdlər coğrafi obyektiləri( təbii ərazi kompleksləri, ərazi istehsal kompleksəliri və s.) xarakteristikasını araşdıra bilir. Bunun üçün plan olmalıdır. Plana müvafiq obyektlərin ( dəniz, dağ, çay, ölkə, rayon ) xəritə üzrə xarakteristikasını sxematik verə bilər.
Məsələn : dənizin xəritə üzərindəki xarakteri aşağıdakı planla verilə bilər.
1. Hansı okeanın hövzəsinə aiddir.
2. Başqa dənizə, okeana, ətrafındakı quruya görə mövqeyi.
3. Mühüm körfəz, ada, yarımadalar.
4. Sahil xətti.
5. Ən dərin və dəyaz yerləri.
6. Donub donmaması.
7. Duzluluğu, bitki və heyvanat aləmi.
8. Dənizin təsərüffat əhəmiyyəti.
Xəritə üzrə coğrafi nomenklaturanın öyrənilməsi proqramda müəyyən edilmiş minimum adların və onların xəritədəki yerlərinin şagirdlərin hafizəsində möhkəm qalmasının təyin edilməsi müəllimin əsas vəzifələrindən biridir. Nomenklaturanın adların yadda saxlanıb düzgün tələfus edilməsi, xəritədəki yerlərin tabılıb göstərilməsinə nail olmaq üçün müxtəlif priyomlardan istifadə olunur. Əvvəl müəllim özü adları düzgün tələffüz edir, xəritədə göstərir, şagirdlərə göstətdirir, deditdirir, çətin adları yazı taxtasına yazır.
Yorum Gönder